Deputat mandatını başa vurmadan vəfat etmiş millət vəkilləri – SİYAHI

Deputat mandatını başa vurmadan vəfat etmiş millət vəkilləri – SİYAHIAzərbaycan parlamenti 1995-ci ildən etibarən Milli Məclis olaraq fəaliyyət göstərməkdədir. Konstitusiyaya əsasən, namizəd olduğu dairədən deputat mandatı qazanan şəxslər beş il müddətinə millət vəkili səlahiyyətlərini icra edirlər. Lakin Milli Məclis tarixində ömrü deputatlıq dönəmini başa vurmağa vəfa etməyən millət vəkilləri də olub.

Bizim.Media mandatı başa çatmadan dünyasını dəyişən millət vəkillərini araşdırıb.

Əli Ansuxski

Əli Ansuxski 1995-ci ildə keçirilən I çağırış üzrə parlament seçkisində 54 saylı Balakən seçki dairəsindən mandat qazanıb. Bitərəf deputat cəmi bir il müddətinə vəzifəsini icra edə bilib. 1996-cı ildə Bakının mərkəzində, Azərbaycan prospektində yerləşən evinin qarşısında məruz qaldığı sui-qəsd nəticəsində odlu silahla qətlə yetirilib.

Ziya Bünyadov

Birinci çağırış Milli Məclisin deputatı seçilən tarixçi alim Ziya Bünyadov seçkidən iki il sonra öldürülüb. 1997-ci ildə yaşadığı evin girişində qətlə yetirilən deputatın ölümü geniş müzakirələrə səbəb olmuşdu.

Sofiq Hüseynov

Milli Məclisin birinci çağırışına 48 saylı Ağdam kənd seçki dairəsindən deputat seçilən Sofiq Hüseynov da dünyasını erkən dəyişən millət vəkilləri siyahısındadır. İqtisad elmləri doktoru olan S.Hüseynov 1996-cı ildə xəstəlikdən dünyasını dəyişib.

Yusif Səmədoğlu

Parlamentin daha bir üzvü Yusif Vəkilov (Səmədoğlu) 1998-ci ildə dünyasını dəyişib. 1995-ci ildə 26 saylı birinci Nəsimi seçki dairəsindən deputat seçilən tanınmış yazıçı bitərəf olub.

Səfiyar Musayev

Parlamentin I çağırış millət vəkili Səfiyar Musayev 1999-cu ildə dünyasını dəyişib. Tarix elmləri doktoru, professor Səfiyar Musayev Yeni Azərbaycan Partiyasının əsas simalarından olub.

Fərəməz Maqsudov

Akademik Fərəməz Maqsudov həm də 1997-ci ildə Elmlər Akademiyasının prezidenti olub. Birinci çağırış Azərbaycan Respublikası Milli Məclisinin deputatı olmuş Fərəməz Maqsudov 2000-ci ildə, deputat mandatının bitməsinə bir neçə ay qalmış dünyasını dəyişib.

Samur Novruzov

Milli Məclisin I və II çağırış deputatı olub. Lakin 2-ci millət vəkilliyi dönəmi cəmi bir il çəkib. O, 2001-ci ildə dünyasını dəyişib. Samur Novruzov Yeni Azərbaycan Partiyasının İdarə Heyətinin üzvü olub.

Şadman Hüseyn

Azərbaycan Milli İstiqlal Partiyasının qurucularından olan Şadman Hüseyn də səlahiyyətlərinin davam etdiyi dövrdə dünyasını dəyişmiş millət vəkilləri sırasındadır. 1995-ci ildə ilk dəfə AMİP-dən parlamentə düşə bilib. Lakin o, sonradan AMİP sıralarını tərk edib. 2003-cü ildə keçirilən əlavə seçkilərdə mandat qazansa da, elə həmin il ürəktutmasından vəfat edib.

Zakir Zeynalov

Milli Məclisin Hüquq Siyasəti Komissiyasının sədri Zakir Zeynalov da səlahiyyətləri başa çatmadan vəfat edən deputatlardandır. O, parlamentdə nüfuzlu və hörmətli deputatlardan sayılıb. Hüquq elmləri doktoru olan Z.Zeynalov Tovuz şəhər seçki dairəsi üzrə deputat seçilmişdi. Deputat 2003-cü ildə öz iş otağında ürək tutmasından vəfat edib.

Şamil Qurbanov

Professor Ş.Qurbanov Milli Məclisin ikinci çağırış deputatı olub. Lakin o, deputat seçiləndən dörd il sonra, 2004-cü ildə ürəktutmasından dünyasını dəyişib.

İbrahim İsayev

Milli Məclisin deputatı olmuş, "91-lər"dən biri İbrahim İsayev də millət vəkilliyi dövründə dünyasını dəyişib. YAP üzvü olan İ.İsayev ikinci çağırış Milli Məclisə 2000-ci ildə 88 saylı Tovuz kənd-Gədəbəy seçki dairəsindən deputat seçilmişdi. O, 2004-cü ildə dünyasını dəyişib.

Hikmət Atayev

Milli Məclisin IV çağırış deputatı olan Hikmət Atayev 110 saylı Zaqatala seçki dairəsindən millət vəkili seçilib. Milli Məclisin sosial siyasət komitəsinin üzvü olmuş deputat 2013-cü ilin martında idarə etdiyi avtomobillə qəzaya uğrayıb və hadisə yerində dünyasını dəyişib.

Astan Şahverdiyev

Parlamentin III, IV və V-ci çağırış üzrə deputatı olub. O, 120 saylı Cəbrayıl-Qubadlı seçki dairəsindən namizədliyini irəli sürüb. Lakin Astan Şahverdiyev 3-cü deputatlıq dönəmini sona qədər başa vura bilməyib və 2018-ci ildə ürəktutmasından dünyasını dəyişib.

Fəttah Heydərov

Milli Məclisin bütün çağırışları üzrə deputatı olmuş Fəttah Heydərov həm də Azərbaycan Ağsaqqallar Şurasına sədrlik edib. 84 yaşlı Fəttah Heydərov VI çağırış üzrə millət vəkili seçildikdən cəmi altı ay sonra, 2020-ci ilin avqustunda dünyasını dəyişib.


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 1207   Tarix: 24 sentyabr 2022  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Ərdoğanın Azərbaycan səfəri başa çatdı - Fotolar

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Azərbaycana rəsmi səfəri başa çatıb. "Qafqazinfo" xəbər verir ki, Füzuli Beynəlxalq Hava Limanında Türkiyə dövlətinin başçısının şərəfinə fəxri qarovul dəstəsi düzülüb. Prezident Rəcəb Tayyib Ərdoğanı və xanımı Əminə Ərdoğanı Azərbaycan Prezidenti İlha

08.11.2026 202
.

Ərdoğan Xocalı Soyqırımı Memorialının xatirə kitabına ürək sözlərini yazıb - Foto

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan noyabrın 8-də Xocalı şəhərində yerləşən Xocalı Soyqırımı Memorialını ziyarət ediblər. xəbər verir ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Memorialın xatirə kitabına ürək sözlərini yazıb

08.11.2026 163
.

"Euronews" Azərbaycanda Zəfər Gününün qeyd olunmasını nümayiş etdirib

Avropanın "Euronews" televiziya kanalı 44 günlük Vətən Müharibəsində Azərbaycanın qələbəsinin altıncı ildönümünə və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın bayram tədbirlərində iştirakına həsr olunmuş material hazırlayıb. "Report"un məlumatına görə, materialda Azərbaycan və Türkiy

08.11.2026 123
.

Qubernator ABŞ prezidentliyinə namizəd olur: Pul toplamağa başladı

ABŞ-nin Florida ştatının qubernatoru Ron Desantis 2028-ci ildə keçiriləcək növbəti prezident seçkisində öz namizədliyini irəli sürmək üçün hazırlıqlara başıayıb. xəbər verir ki, bu barədə "The Washington Post" məlumat yayıb. Məlumata görə, Desantis Respublikaçılar Partiyasından ABŞ prezidentliyin

08.11.2026 163
.

Kürşad Zorlu: "Azərbaycan və Türkiyə liderləri türk dünyasına çox güclü mesaj verdilər" - Video

"Türkiyə və Azərbaycan arasında əlaqələr gündəlik məsələ deyil, çox uzun əsrlərə söykənir və əbədi qardaşlıq, ortaq taledir". xəbər verir ki, bunu Türkiyənin Ədalət və İnkişaf Partiyasının İdarə Heyətinin üzvü, millət vəkili Kürşad Zorlu "Haber Global" telekanalına müsahibəsində deyib

08.11.2026 205
.

Ağdam, Füzuli və Xocavənddə Zəfər Gününə həsr olunmuş tədbirlər keçirilib

Zəfər Günü münasibətilə Ağdam, Füzuli və Xocavənd rayonlarında Azərbaycan Respublikası Prezidentinin Xüsusi Nümayəndəliyi tərəfindən bir sıra silsilə tədbirlər təşkil olunub. "Report" xəbər verir ki, tədbirlərin əsas məqsədi tarixi Zəfərin əhəmiyyətini bir daha vurğulamaq, gənc nəsildə vətənpərvərli

08.11.2026 164
.

Ərdoğanın sevdiyi mahnı Xankəndidə - Video

Xankəndi Konqres Mərkəzində 8 Noyabr - Zəfər Gününə həsr olunmuş təntənəli konsert proqramı təşkil edilib. "Qafqazinfo" xəbər verir ki, konsert zamanı rəngarəng musiqi nömrələri ilə yanaşı, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın ən çox sevdiyi mahnılardan biri olan "Bərabər yürüdü

08.11.2026 221
.

Prezident Antalyada keçiriləcək COP31 Sammitinə qatılacaq

Azərbaycan Prezidenti İlham Əliyev Türkiyənin Antalya şəhərində keçiriləcək COP31 Sammitində iştirak edəcək. "Qafqazinfo" xəbər verir ki, bu haqda "TRT Haber" diplomatik mənbələrə istinadən məlumat yayıb. Qeyd edək ki, COP31 iqlim sammiti noyabrın 9-dan 20-nə qədər Türkiyənin Antaly

08.11.2026 173
.

Azərbaycan və Türkiyə prezidentləri Xankəndidə Zəfər abidəsinin önünə əklillər qoyublar

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan noyabrın 8-də Xankəndi şəhərində Zəfər abidəsini ziyarət edərək önünə əklillər qoyublar. BİG.AZ xəbər verir ki, bu barədə AZƏRTAC məlumat yayıb

08.11.2026 188
.