Putin əmr verdi: Fərarilər və çağırışdan yayınanlar 10 il müddətinə həbs olunacaqlar
Rusiya Prezidenti Vladimir Putin Rusiya Federasiyasının Cinayət Məcəlləsinə dəyişikliklər edilməsi haqqında qanunu imzalayıb. Dəyişikliyə əsasən, fərarilər və çağırışa baxmayaraq hərbi xidmətə getməyən əsgərlər 10 ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılacaqlar.
Sənəd hüquqi informasiyanın rəsmi internet portalında yayımlanıb.
Bildirilir ki, döyüş əməliyyatlarında iştirakdan imtinaya görə üç ilədək, bu, "ağır nəticə"lərə səbəb olduqda isə 10 ilədək azadlıqdan məhrumetmə gözlənilir. Səfərbərlik dövründə fərariliyə görə 15 ilə qədər həbs cəzası veriləcək.
Qanun həmçinin xəstəlik göstərərək, özünü şikəst etməklə, sənədləri saxtalaşdırmaqla və ya digər saxtakarlıqla vəzifə borcunu yerinə yetirməkdən imtina edən hərbçiyə beş ildən 10 ilədək həbs cəzası nəzərdə tutur.
Xatırladaq ki, sentyabrın 21-də Rusiya Prezidenti Vladimir Putin ölkədə qismən səfərbərlik elan edib. Bununla bağlı sərəncam artıq imzalanıb və Kremlin saytında dərc olunub. Səfərbərlik fəaliyyətləri sentyabrın 21-dən başlayıb.
Bundan əvvəl sosial şəbəkələrdə Rusiyada qismən səfərbərliyə çağırılanlara verilən silahların görüntüləri paylaşılıb. Kadrlarda avtomatların pas tutduğu və istifadəyə tamamilə yararsız olduğu görünür.(oxu.az)
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 993 Tarix: 24 sentyabr 2022
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşPolad Bülbüloğlunun xanımı Əməkdar artist imiş - Fotolar
Xəbər verdiyimiz kimi, Xalq artisti, tanınmış bəstəkar, müğənni və ictimai-siyasi xadim Polad Bülbüloğlu yenidən ailə həyatı qurub. "Qafqazinfo"nun "Publika"ya istinadən məlumatına görə, P.Bülbüloğlunun həyat yoldaşı Azərbaycanın Əməkdar artisti, tanınmış rəqqasə və pedaqoq Eter
11:27 339 Laçın Şəhəri Günü - Zəfərdən quruculuğa uzanan tarixi yol
Laçın Azərbaycanın zəngin tarixə, qədim mədəni irsə və misilsiz təbiət gözəlliklərinə malik şəhərlərindən biridir. Bu şəhərin adı Azərbaycan xalqının yaddaşında həm Qarabağımızın ayrılmaz parçası, həm də Vətən müharibəsində qazanılmış böyük Zəfərin rəmzlərindən biri kimi yaşayır. Laçın Şəhəri Günü b
10:50 170 Laçın Şəhəri Günü: Zəfərimizin, Böyük Qayıdışımızın və dirçəlişimizin ünvanı
Laçın - tariximizin, milli yaddaşımızın və Böyük Qayıdışımızın simvollarından biri. Azərbaycanın dilbər guşələrindən olan Laçın şəhəri özünəməxsus təbiəti, zəngin tarixi, qədim mədəni irsi və strateji coğrafi mövqeyi ilə ölkəmizin tarixində xüsusi yer tutur. Bu gün Laçın təkcə gözəl dağ şəhəri kimi deyil
10:53 216 Si Cinpindən Zelenskiyə Çin dilində məktub - diqqətçəkən mesaj
Çin Prezidenti Si Cinpin Ukrayna Prezidenti Vladimir Zelenskini ölkənin Müstəqillik Günü münasibətilə təbrik edib. xəbər verir ki, bu barədə " məlumat yayıb. Məlumata görə, Si Cinpin Zelenskiyə Çin dilində məktub göndərib. Zelenski məktubu sosial media hesabında paylaşıb. Çin lideri məktubunda ukraynal
10:44 172 Əminə Ərdoğan Mehriban Əliyevaya zəng edib
Avqustun 26-da Türkiyə Respublikasının birinci xanımı Əminə Ərdoğan Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyevaya zəng edib. BİG.AZ AZƏRTAC-a istinadən xəbər verir ki, Əminə Ərdoğan Birinci vitse-prezident Mehriban Əliyevanı ad günü münasibətilə təbrik edərək, ona möhkəm cansağlığ
20:20 1 Azərbaycanda bu ad cəmi 3 uşağa verilib
Bu il Azərbaycanda yeni doğulan 3 körpəyə Laçın adı verilib. BİG.AZ unikal-a istinadən xəbər verir ki, son beş ildə 48 uşağa Laçın adı qoyulub. Belə ki, 2022-ci ildə 5, 2023-cü ildə 9, 2024-cü ildə 10, 2025-ci ildə isə 9 uşağa Laçın adı verilib. Qeyd edək ki, bu gün Laçın Şəhəri Günüdür. Laçın şəhər
14:20 272 Robert Köçəryan rüşvət və çirkli pulların yuyulmasında şübhəli bilinir
Ermənistan Prokurorluğu keçmiş prezident Robert Köçəryana qarşı üç maddə üzrə cinayət işi açıb. xəbər verir ki, Köçəryan vəzifə səlahiyyətlərindən sui-istifadə, külli miqdarda rüşvət alma və çirkli pulların yuyulmasında şübhəli bilinir. Prokurorluq, həmçinin keçmiş prezidentin oğlu Sedrak Köçəryanı
11:35 176 Zabratda küçədən meyit tapıldı
Bakıda küçədən kişi meyiti tapılıb. -ın xəbərinə görə, hadisə Sabunçu rayonu, Zabrat qəsəbəsində qeydə alınıb. 42 yaşlı Salmanov Ramil Firdovsi oğlunun meyiti qəsəbə ərazisində çöllükdə aşkarlanıb. Onun hansı səbəblə öldüyü bilinmir. Araşdırma aparılır
18:15 163 Rusiya hücumlarında qadın və qızı həlak olub
Bir rəsminin verdiyi məlumata görə, Rusiyanın Ukraynaya son hücumlarından sonra 39 yaşlı bir qadın və dörd yaşlı qızı ölüb. BİG.AZ Sky News-a istinadən xəbər verir ki, Ukraynanın şimalındakı Çerniqov vilayətinin qubernatoru Vyaçeslav Çaus səhər tezdən bölgədəki "insan məskənlərinə" dronları
12:34 211