TƏCİLİ! Putinin "Dəmir kukla"sından ŞOK TƏHDİD: Rusiya bu şəhərləri yox edəcək

TƏCİLİ! Putinin "Dəmir kukla"sından ŞOK TƏHDİD: Rusiya bu şəhərləri yox edəcəkRusiyanın səfərbərlik qərarından sonra müharibənin əleyhinə olan və ölkəni tərk edən rusların sayı çox olsa da, Putini tam dəstəkləyənlər də var. Onların başında dayanan şəxs kimdir?
Kremlə bağlı olduğu bilinən telekanalın xəbər aparıcısı Olqa Skabeyeva Britaniya və Qərbin "Armageddon" (qiyamət savaşı) ilə üz-üzə qaldığı barədə xəbərdarlıq edib və Moskvaya qarşı təhdidlərin bütün dünyanı fəlakətə sürükləyəcəyini bildirib.

Putinin "dəmir gəlincik" adlanan təbliğatçısı Liz Trassın Rusiyanı məğlub etməyə çalışdığını, dünyanın böyük bir fəlakət riski altında olduğunu və qələbənin "nüvə partlayışı" olmadan mümkün olmadığını söyləyib.

QƏRBƏ DƏHŞƏTLİ TƏHDİD

Dəhşətli təhdidlərlə kifayətlənməyən Olqa Skabeyeva Rusiyanın Kiyevi, Londonu və Vaşinqtonu yox edəcəyini bildirib.

Onun sözlərinə görə, nüvə müharibəsi Qərbin yaratdığı "fakt" olacaq.

Xatırladaq ki, Rusiya prezidenti Putin də bu həftə nüvə təhlükəsini artırıb və bunun "blef" olmadığını vurğulamışdı.

Skabeyevanın bu təhdidləri Putinin qismən səfərbərlik elan etməsindən sonra müharibəni Rusiya üçün "fəlakətli uğursuzluq" kimi xarakterizə edən Britaniyanın yeni baş naziri Liz Trassın BMT-dəki çıxışına cavab olaraq gəlib.

Skabeyeva deyib: "Onlar nə istəyirlər? Onlar Rusiya üzərində qələbə istəyirlər. Nüvə partlayışı olmadan Rusiya üzərində qələbə mümkün deyil. Ölkəmizin məhv olmasına imkan vermədiyimiz üçün kənarda qalmışıq".

Skabeyeva televiziya aparıcısı olan əri Yevgeni Popovla birlikdə Moskvanın müharibə dövründə əldə etdiyi nailiyyətləri şişirdib, qarşıdan gələn Üçüncü Dünya Müharibəsi ilə bağlı dəhşətli xəbərdarlıqlar edib və Qərbə təhdidlər yağdırıb.

Nəticədə, o, şərhçilər tərəfindən "canavar" kimi damğalanıb. Analitiklər onun ritorikasının Kremlin tonunun dəyişməsindən xəbər verdiyini irəli sürürlər.

"DƏMİR KUKLA" KİMDİR?

1984-cü ildə Sovet İttifaqında anadan olan Skabeyeva Sankt-Peterburq Dövlət Universitetinin Jurnalistika fakültəsində təhsil alıb, 2008-ci ildə oranı fərqlənmə diplomu ilə bitirib.

O, karyerasına yerli qəzetdə başlayıb və 2012 və 2013-cü illərdə "Pussy Riot" məhkəmələrini, hökumət əleyhinə mitinqləri və Rusiya müxalifətçilərinin tərəfdarlarına qarşı cinayət araşdırmalarını tərifləməklə gündəmə gəlib.

Skabeyevanın hökumət əleyhinə mitinqləri işıqlandırması onu Rusiya dövlət televiziyasının "xüsusi əməliyyat qüvvələri" kimi xarakterizə edən televiziya tənqidçilərinin diqqətini çəkib.

Həmin vaxt ona Putinin "dəmir kuklası" ləqəbi verilib. Olqa Skabeyeva o günlərdən "gözündə metal, səsi dəmir olan qadın" kimi təsvir edilib./Musavat.com


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 1597   Tarix: 24 sentyabr 2022  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş
Xidmetler

Oxşar xəbərlər

.

Zəfər Günü münasibətilə Bakıda bayram atəşfəşanlığı təşkil olunub - Video

8 Noyabr - Zəfər Günü münasibətilə Bakıda bayram atəşfəşanlığı təşkil olunub. xəbər verir ki, atəşfəşanlıq Dənizkənarı Bulvarda, Saat qülləsinin yaxınlığında baş tutub. Sözügedən görüntüləri təqdim edirik:

08.11.2026 187
.

Ağ Evin yaxınlığında saxlanılan şəxs: "Başımdakı səslər Trampı öldürməyi əmr etdi"

ABŞ-nin Məxfi Xidmət agentləri Ağ Evin yaxınlığında ölkə Prezidenti Donald Trampı öldürməklə hədələyən venesuelalı qeyri-qanuni miqrantı saxlayıblar. xəbər verir ki, bu barədə "Fox News" telekanalı ABŞ-nin Daxili Təhlükəsizlik Nazirliyinə istinadla məlumat yayıb. Bildirilir ki, əməliyyat zaman

08.11.2026 171
.

Paraqvayın sabiq prezidenti ev dustaqlığına məhkum edildi

Paraqvayın sabiq prezidenti Santyaqo Penya impiçment qərarından dərhal sonra Asunson şəhərindəki şəxsi iqamətgahında saxlanılıb. xəbər verir ki, bu barədə ABC məlumat yayıb. Bildirilib ki, Penyanın tutulması noyabrın 6-da axşam saatlarında - Senat tərəfindən vəzifədən uzaqlaşdırılmasından sonra onu əvə

08.11.2026 180
.

Prezidentlər İlham Əliyev və Rəcəb Tayyib Ərdoğan Şuşa qalası önündə foto çəkdiriblər - Foto

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan noyabrın 8-də Şuşa qalası önündə foto çəkdiriblər. BİG.AZ xəbər verir ki, bu barədə AZƏRTAC məlumat yayıb

08.11.2026 178
.

Azərbaycan və Türkiyə prezidentlərinin görüşü Gürcüstan mediasının diqqət mərkəzindədir

Gürcüstan mediası Azərbaycan-Türkiyə prezidentlərinin görüşünə geniş yer ayırıb. "Report"un Gürcüstan bürosu xəbər verir ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Azərbaycana rəsmi səfəri bu ölkə mediasının diqqət mərkəzində olub. Bu ölkənin aparıcı televiziya kanalları, xəbər agentliklər

08.11.2026 136
.

Ərdoğanın Azərbaycan səfəri başa çatdı - Fotolar

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Azərbaycana rəsmi səfəri başa çatıb. "Qafqazinfo" xəbər verir ki, Füzuli Beynəlxalq Hava Limanında Türkiyə dövlətinin başçısının şərəfinə fəxri qarovul dəstəsi düzülüb. Prezident Rəcəb Tayyib Ərdoğanı və xanımı Əminə Ərdoğanı Azərbaycan Prezidenti İlha

08.11.2026 202
.

NYT: Ağ Evin yeni Aparat rəhbəri Trampı İranla müharibəyə son qoymağa çağırıb

Ağ Evin yeni Aparat rəhbəri Stiven Miller ABŞ Prezidenti Donald Trampa İranla hərbi münaqişəyə son qoymağı tövsiyə edib. "Report"un məlumatına görə, bu barədə "The New York Times" qəzeti mənbələrə istinadən xəbər verib. Məlumata görə, Miller Ağ Evin Aparat rəhbəri vəzifəsinə namizədliyin

08.11.2026 178
.

ADY-nin kollektivi Zəfər abidəsini ziyarət edib

"Azərbaycan Dəmir Yolları" (ADY) QSC-nin kollektivi 8 Noyabr - Zəfər Günü münasibətilə Zəfər abidəsini ziyarət edib. "Report" xəbər verir ki, Vətən müharibəsində qazanılan tarixi qələbəmizin rəmzi olan Zəfər abidəsinin önünə gül dəstələri düzülüb, Azərbaycanın ərazi bütövlüyü və suverenliy

08.11.2026 159
.

Azərbaycan və Türkiyə liderlərinin Şuşada görüşünə dair videoçarx

Prezident İlham Əliyevin sosial media hesablarında onun Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla Şuşada baş tutan görüşünə dair videoçarx paylaşılıb. BİG.AZ həmin paylaşımı təqdim edir:

08.11.2026 187
.