"Tiktok" bağlansa da, hər kəs yenə oradadır: VPN-lər də bloklana bilərmi? - AÇIQLAMA
"Çoxsaylı VPN-lər var, bunların arxasıyca qaçmaq, bunları izləmək özü də müxtəlif resusrlar tələb edir. Ona görə də bu, problemli işdir. Burada daha çox maarifçilik istiqamətində işlər aparmaq daha doğru olar".
Bu sözləri AZXEBER.COM-a açıqlamasında Azərbaycan İnternet Formunun Prezidenti Osman Gündüz deyib.
O açıqlamasında VPN-lərin də bloklanması ilə bağlı məsələlərə münasibət bildirib.
Ətraflı
Osman Gündüz qeyd edib ki, VPN-ləri bloklamaq böyük resurslar tələb edir: "VPN-in ziyanları, VPN-də olan risklər, istifadəçi üçün yaratdığı təhlükələr və s. bununla bağlı işlərin aparılması daha məqsədəuyğun olar. Çünki 100 minlərlə VPN var, onların içərisində elələri var ki, daha təhlükəlidir. Məsələn, erməni şirkətləri tərəfindən hazırlanan VPN-lər var, orada risklər daha çoxdur. Amma texniki cəhətdən VPN-ləri də bloklamaq mümkündür, amma onları izləmək, monitorinqini aparmaq və s. kimi işlər çox böyük resurslar tələb edir. Düşünürəm ki, bu da effektiv olmaz. Yəni maarifçilik yönümlü işlərin aparılması daha doğru olar".
Osman Gündüz həmçinin bildirib ki, VPN-lər şəxsi məlumatlar cəhətdən təhlükəlidir: "VPN ortada bir aralıq mərhələdir. Yəni ortada bir şirkət var, siz internetdə harasa müraciət edirsinizsə, o müraciət birbaşa getmir, hansısa şirkətin yardımı ilə gedir. O yardımı götürən şirkət VPN-dir. Sizi o yönləndirir. Orada da artıq risklər var. Məsələn, o ötürə bilər ki, bu istifadəçi hər gün bununla maraqlanır, maili budur, ünvanı budur. Yəni sizin bütün fəaliyyətiniz onda var. İndi bilmək olarmı ki, o sizin fəaliyyətiniz haqqında məlumatı başqa tərəfə verir, yoxsa yox? Adətən VPN-lərin 99, 100 faizi deyir ki, biz vermirik. Amma kim inana bilər ona. Əgər burada belə məcburiyyət varsa, daha oturuşmuş daha tanınmış və pullu xidmət göstərən VPN-lərdən istifadə etmək daha az risk yaradır. Elə VPN-lər var ki, ödənişlidir və onlar digərlərindən daha dayanıqlı, təhlükəsiz hesab oluna bilər".
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 1533 Tarix: 24 sentyabr 2022
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşZəfər Günü münasibətilə Bakıda bayram atəşfəşanlığı təşkil olunub - Video
8 Noyabr - Zəfər Günü münasibətilə Bakıda bayram atəşfəşanlığı təşkil olunub. xəbər verir ki, atəşfəşanlıq Dənizkənarı Bulvarda, Saat qülləsinin yaxınlığında baş tutub. Sözügedən görüntüləri təqdim edirik:
08.11.2026 187 Ağ Evin yaxınlığında saxlanılan şəxs: "Başımdakı səslər Trampı öldürməyi əmr etdi"
ABŞ-nin Məxfi Xidmət agentləri Ağ Evin yaxınlığında ölkə Prezidenti Donald Trampı öldürməklə hədələyən venesuelalı qeyri-qanuni miqrantı saxlayıblar. xəbər verir ki, bu barədə "Fox News" telekanalı ABŞ-nin Daxili Təhlükəsizlik Nazirliyinə istinadla məlumat yayıb. Bildirilir ki, əməliyyat zaman
08.11.2026 171 Paraqvayın sabiq prezidenti ev dustaqlığına məhkum edildi
Paraqvayın sabiq prezidenti Santyaqo Penya impiçment qərarından dərhal sonra Asunson şəhərindəki şəxsi iqamətgahında saxlanılıb. xəbər verir ki, bu barədə ABC məlumat yayıb. Bildirilib ki, Penyanın tutulması noyabrın 6-da axşam saatlarında - Senat tərəfindən vəzifədən uzaqlaşdırılmasından sonra onu əvə
08.11.2026 180 Prezidentlər İlham Əliyev və Rəcəb Tayyib Ərdoğan Şuşa qalası önündə foto çəkdiriblər - Foto
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan noyabrın 8-də Şuşa qalası önündə foto çəkdiriblər. BİG.AZ xəbər verir ki, bu barədə AZƏRTAC məlumat yayıb
08.11.2026 178 Azərbaycan və Türkiyə prezidentlərinin görüşü Gürcüstan mediasının diqqət mərkəzindədir
Gürcüstan mediası Azərbaycan-Türkiyə prezidentlərinin görüşünə geniş yer ayırıb. "Report"un Gürcüstan bürosu xəbər verir ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Azərbaycana rəsmi səfəri bu ölkə mediasının diqqət mərkəzində olub. Bu ölkənin aparıcı televiziya kanalları, xəbər agentliklər
08.11.2026 136 Ərdoğanın Azərbaycan səfəri başa çatdı - Fotolar
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Azərbaycana rəsmi səfəri başa çatıb. "Qafqazinfo" xəbər verir ki, Füzuli Beynəlxalq Hava Limanında Türkiyə dövlətinin başçısının şərəfinə fəxri qarovul dəstəsi düzülüb. Prezident Rəcəb Tayyib Ərdoğanı və xanımı Əminə Ərdoğanı Azərbaycan Prezidenti İlha
08.11.2026 202 NYT: Ağ Evin yeni Aparat rəhbəri Trampı İranla müharibəyə son qoymağa çağırıb
Ağ Evin yeni Aparat rəhbəri Stiven Miller ABŞ Prezidenti Donald Trampa İranla hərbi münaqişəyə son qoymağı tövsiyə edib. "Report"un məlumatına görə, bu barədə "The New York Times" qəzeti mənbələrə istinadən xəbər verib. Məlumata görə, Miller Ağ Evin Aparat rəhbəri vəzifəsinə namizədliyin
08.11.2026 178 ADY-nin kollektivi Zəfər abidəsini ziyarət edib
"Azərbaycan Dəmir Yolları" (ADY) QSC-nin kollektivi 8 Noyabr - Zəfər Günü münasibətilə Zəfər abidəsini ziyarət edib. "Report" xəbər verir ki, Vətən müharibəsində qazanılan tarixi qələbəmizin rəmzi olan Zəfər abidəsinin önünə gül dəstələri düzülüb, Azərbaycanın ərazi bütövlüyü və suverenliy
08.11.2026 159 Azərbaycan və Türkiyə liderlərinin Şuşada görüşünə dair videoçarx
Prezident İlham Əliyevin sosial media hesablarında onun Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla Şuşada baş tutan görüşünə dair videoçarx paylaşılıb. BİG.AZ həmin paylaşımı təqdim edir:
08.11.2026 187