Media Reyestrinin olmasının jurnalistlər üçün hansı üstünlükləri var? - AÇIQLAMA
""Media haqqında" Qanunun qəbulundan sonra Media Reyestri bu günlərdə fəaliyyətə başlayacaq. Bu, bəzən jurnalistləri qorxudur, bəzən yanlış başa düşülür. Amma ümumilikdə demək lazımdır ki, Media Reyestrinin olması jurnalistlər üçün, ciddi redaksiyalar üçün çox böyük dividend gətirir. Media Reyestrinə qeydiyyata düşmək subyekt kimi artıq tanınmaq deməkdir. Yəni bir media vasitəsi artıq media subyekti kimi tanınacaq".
Bu sözləri Sonxeber.az-a açıqlamasında Səs İnformasiya Agentliyinin (SİA) baş direktoru Bəhruz Quliyev Media Reyestrinin fəaliyyətə başlaması ilə bağlı danışıb.
B.Quliyev bildirib ki, Media Reyestrinin olması ciddi resurslar üçün yalnız müsbət haldır:
"Ənənəvi olaraq media subyekti kimi tanınan redaksiyanın jurnalistləri qeydiyyatdan keçəcək. Ümumiyyətlə, jurnalistlərin media reyestrindən qeydiyyatdan keçməsi jurnalist üçün yalnız müsbət haldır. Belə ki, burada jurnalistlər dövlətin imtiyazlarından istifadə edə bilir. Eyni zamanda, ona verilən vəsiqə artıq legal sayılır və bütün dövlət qurumları tərəfindən tanınır. Bu, digər jurnalistləri qorxutmasın. Yəni bura jurnalistlərin qeydiyyatdan keçməsi könüllüdür, onlar keçməyə də bilərlər. Belə ki, jurnalistin işlədiyi redaksiyanın vəsiqəsi də kifayyət edir.
Ümumiyyətlə, burada məhdudlaşdırma yoxdur ki, redaksiya öz əməkdaşına vəsiqə verməsini qadağan etsin və s. Redaksiya öz əməkdaşına vəsiqələrin verilməsində heç bir problem yaratmamalıdır və bu vəsiqə də etibarlıdır. Lakin hesab edirəm ki, reyestrdən keçən jurnalistlərə verilən vəsiqələr rəsmi qurum tərəfindən verilən vəsiqə kimi daha etibarlıdır. Burada uduşumuz odur ki, bu, medianın sağlamlaşmasına doğru atılmış bir addımdır. Təəssüf ki, artıq mediada qeyri-sağlam jurnalist adını qoyub fəaliyyət göstərən bəzi ünsürlər də var. Jurnalist adlandırmaq istəmədiyim bu tip jurnalistlərin qeydiyyat məsələsində bəzi davranışların qarşısı alınacaq. Bu məsələdə pis bir şey yoxdur. Hesab edirəm ki, medianın reyestrdən keçməsi ciddi resurslar üçün yalnız üstünlük olacaq, irəliyə doğru atılmış bir addım kimi dəyərləndiriləcək və biz onun real nəticəsini görəcəyik".
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 967 Tarix: 27 sentyabr 2022
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşXankəndidə Prezidentin adından ziyafət verildi - Fotolar
Xankəndidə Prezident İlham Əliyevin və xanımı Mehriban Əliyevanın adından Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın və xanımı Əminə Ərdoğanın şərəfinə rəsmi ziyafət verilib. "Qafqazinfo" xəbər verir ki, ziyafətdə konsert proqramı təqdim olunub. Sonra Azərbaycan Prezidenti İlham Əliyev, birinc
08.11.2026 202 Ankarada əkiz qüllələr, İstanbulda körpü Azərbaycan bayrağının rənglərinə büründü - Foto
Azərbaycanın 8 Noyabr - Zəfər Günü münasibətilə Türkiyənin paytaxtı Ankarada yerləşən məşhur TOBB əkiz qüllələri dövlət bayrağımızın rəngləri ilə işıqlandırılıb. xəbər verir ki, İstanbulda yerləşən məşhur körpü də Azərbaycan bayrağının rəngləri ilə işıqlandırılıb. Həmin görüntüləri təqdim edirik:
08.11.2026 169 Ceyhun Bayramov və Hakan Fidan ayaqüstü söhbətləşdilər - Video
8 Noyabr - Zəfər Günü münasibətilə Şuşada Azərbaycan və Türkiyə prezidentlərinin birgə bəyanatından əvvəl son hazırlıq işləri görülüb. Baku TV-nin məlumatına görə, tədbir ərəfəsində məkanda azərbaycanlı və türkiyəli jurnalistlər bir araya gələrək həmkarları ilə söhbətləşiblər. Azərbaycanın xarici işlə
08.11.2026 176 Ərdoğanın Azərbaycan səfəri başa çatdı - Fotolar
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Azərbaycana rəsmi səfəri başa çatıb. "Qafqazinfo" xəbər verir ki, Füzuli Beynəlxalq Hava Limanında Türkiyə dövlətinin başçısının şərəfinə fəxri qarovul dəstəsi düzülüb. Prezident Rəcəb Tayyib Ərdoğanı və xanımı Əminə Ərdoğanı Azərbaycan Prezidenti İlha
08.11.2026 202 Azərbaycan və Türkiyə prezidentlərinin görüşü Gürcüstan mediasının diqqət mərkəzindədir
Gürcüstan mediası Azərbaycan-Türkiyə prezidentlərinin görüşünə geniş yer ayırıb. "Report"un Gürcüstan bürosu xəbər verir ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Azərbaycana rəsmi səfəri bu ölkə mediasının diqqət mərkəzində olub. Bu ölkənin aparıcı televiziya kanalları, xəbər agentliklər
08.11.2026 136 Həmkarlar ittifaqlarının kollektivləri Zəfər abidəsini ziyarət ediblər - Foto
Həmkarlar ittifaqlarının kollektivləri Zəfər abidəsini ziyarət ediblər. 8 Noyabr - Zəfər Günü münasibətilə Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının, üzv və tabe təşkilatların kollektivləri Zəfər abidəsini ziyarət ediblər
08.11.2026 174 ABŞ Kanadanın İranla əlaqəli səkkiz qurumuna sanksiyalar tətbiq edib
ABŞ İranla əlaqəli sanksiyalar siyahısına Kanadada qeydiyyatdan keçmiş səkkiz qurumu əlavə edib. "Report" xəbər verir ki, müvafiq məlumat ABŞ Maliyyə Nazirliyinin Xarici Aktivlərə Nəzarət İdarəsinin (OFAC) saytında dərc edilib. Məlumata görə, məhdudiyyətlər valyuta mübadiləsi xidmətləri, pu
08.11.2026 167 Ərdoğanın səsləndirdiyi "Şuşa gözləyir bizi" şeirinin müəllifi kimdir? - Video
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycan Prezidenti İlham Əliyevlə görüşü zamanı "Şuşa gözləyir bizi" adlı şeiri səsləndirib. Türkiyə prezidentinin şeirin müəllifini qeyd etməməsi onun kimliyi ilə bağlı suallar yaradıb. -ın əldə etdiyi məlumata görə, şeirin müəllifi Əməkdar jurnalis
08.11.2026 184 Kədxudayi: Hörmüz boğazı İranın milli təhlükəsizliyi ilə bağlıdır
Hörmüz boğazı İranın milli təhlükəsizliyi ilə sıx bağlıdır. "Report" ISNA-ya istinadən xəbər verir ki, bu barədə İranın Nizamın Məsləhətini Müəyyənləşdirmə Şurası Katibliyinin rəhbəri Abbas Əli Kədxudayi bildirib. İranın Ali rəhbəri Müctəba Xameneinin adıçəkilən şura ilə əlaqələndiricisi ola
08.11.2026 163