Bakıda nəvənin nənəsini amansızlıqla öldürməsinin detalları
Bu il aprelin 11-də Suraxanı rayonu, Yeni Suraxanı qəsəbəsində nənəsi, 1953-cü il təvəllüdlü Natalya Popovanı amansızlıqla öldürən 1999-cu il təvəllüdlü Murad İmanovun məhkəməsi başa çatıb.
"Qafqazinfo" xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən prosesdə M.İmanov Cinayət Məcəlləsinin 120.2.4 və 120.2.5-ci (xüsusi amansızlıqla və tamah məqsədilə adam öldürmə) maddələri ilə ittiham edilib. 23 yaşlı təqsirləndirilən şəxs nənəsini qisas və tamah məqsədilə öldürdüyünü etiraf edib.
Məlum olub ki, hadisədən əvvəl Murad onunla birgə yaşayan anası və nənəsindən dəfələrlə Yeni Suraxanıdakı evdən çıxmalarını tələb edib və orada tək yaşamaq istədiyini deyib. O, anasına və nənəsinə ailəyə məxsus digər evdə yaşamalarını bildirib. Lakin onlar Muradın tələbləri ilə razılaşmayıblar. Həmçinin narkotik vasitə aludəçisi olan Murad İmanov hadisədən 5 gün əvvəl evdəki kondisioneri elan saytı vasitəsilə 250 manata sataraq pulu götürüb. Bundan sonra anası və nənəsi onu evə buraxmayıb və hadisə barədə polisə şikayət ediblər.
23 yaşlı şəxs baş verənlərdə nənəsini günahlandıraraq onu qətlə yetirib. Hadisə baş verən gün Muradın anası işdə olub. O, Yeni Suraxanıdakı mənzilə gələrək qapını döyüb, lakin nənəsi onu içəri buraxmayıb. Bu zaman Murad nənəsindən çay istəyib, Natalya Popova qapının arasından ona bir stəkan çay verib. Bir qədər sonra Murad ikinci dəfə nənəsindən çay alaraq həyətə düşüb. O, bir qədər sonra geri qayıdaraq nənəsini dilə tutub və söhbət etmək istədiyini bildirib. Mənzilə daxil olandan sonra Murad nənəsinə hücum edərək özü ilə gətirdiyi bıçaqla onun boğazına çoxsaylı xəsarətlər yetirib. Nənəsinin yalvarışlarına məhəl qoymayan Murad bıçağı əyildiyi üçün mətbəxdən daha bir bıçaq götürərək əməlinə davam edib. O, nənəsini qətlə yetirəndən sonra meyiti mələfələrə bükərək həyətə düşürüb və əl arabasına qoyaraq 2 kilometr uzaqlığa – boş əraziyə aparıb. Burada nənəsinin meyitini gizlədən və üstünü daşla örtən Murad daha sonra geri qayıdıb.
Evə qayıtdıqda xalası və xalasının əri həyətdə olub və onlar Muraddan nənəsini soruşublar. Murad isə qaçmağa çalışıb. Xalasının əri onu tutaraq vurub və qadının yerini soruşub. Murad isə heç nədən xəbərinin olmadığını bildirib və polisə zəng etməyi təklif edib. Bundan sonra polisə müraciət edilib və N.Popovanın itkin düşməsi bildirilib.
Aparılan araşdırmalardan və sorğu-sualdan sonra Murad İmanov nənəsini amansızlıqla öldürdüyün etiraf edib.
Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən proses bir neçə gün əvvəl başa çatıb və M.İmanova 18 il həbs cəzası verilib.
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 1102 Tarix: 28 sentyabr 2022
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşVladimir Putin Birinci vitse-prezident Mehriban Əliyevanı təbrik edib
Rusiya Federasiyasının Prezidenti Vladimir Putin Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevaya ad günü münasibətilə təbrik məktubu göndərib. AZƏRTAC-a istinadən xəbər verir ki, təbrikdə deyilir:. "Hörmətli Mehriban Arif qızı. Doğum gününüz münasibətilə ən səmimi təbriklərimi qəbul edin
25.08.2026 337 Bu ölkə süni intellekt mahnılarına qadağa qoydu
Avstraliya Səsyazma Sənayesi Assosiasiyası (ARİA) milli musiqi çartlarına düşmək istəyən mahnılar üçün yeni tələblər tətbiq edib. xəbər verir ki, "Röyters" məlumat yayıb. Məlumata görə, yenilənmiş qaydalara əsasən, musiqi əsərləri əsasən insan yaradıcılığının məhsulu olmalıdır. Süni intellek
25.08.2026 257 ABŞ rəsmisi "The Jerusalem Post"a təsdiqlədi: Hörmüz boğazı Mərkəzi Komandanlıq tərəfindən minalardan təmizlənib
ABŞ rəsmisi çərşənbə axşamı "The Jerusalem Post" qəzetinə verdiyi açıqlamada Hörmüz boğazındakı həm daxil olan, həm də çıxan gəmiçilik yollarının ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) tərəfindən minalardan təmizləndiyini təsdiqləyib. BİG.AZ The Jerusalem Post-a istinadən xəbər verir ki, rəsm
09:52 152 Universitet xərcləri artır: Azərbaycan ailəsi övladının təhsilinə nə qədər pul xərcləyir?
"Yeni tədris ili yaxınlaşdıqca tələbə və valideynləri düşündürən əsas məsələlərdən biri də universitetlərdə təhsil haqlarının artmasıdır. Bir tərəfdən ali təhsil müəssisələri xərclərin, əməkhaqlarının və digər xidmətlərin bahalaşmasını əsas gətirirlər. Digər tərəfdən isə ailələr üçün əsas sual dəyişmir
12:14 160 Polad Bülbüloğludan evlilik xəbərinə - Reaksiya
Millət vəkili, Xalq artisti Polad Bülbüloğlu üçüncü dəfə evləndiyi barədə yayılmış məlumatlara münasibət bildirib. "Qafqazinfo" xəbər verir ki, deputat "Novoye Vremya" qəzetinə açıqlamasında sözügedən informasiyanı təkzib edib. Sənətçi hazırda Türkiyədə tətildə olduğunu qeyd edib
14:56 283 Ekspert: Moskva-Yerevan münasibətlərinin normallaşması Paşinyandan asılıdır
Politoloq İvan Mezyuxonun sözlərinə görə, Ermənistanın Rusiyadakı səfirinin dəyişdirilməsi, Baş nazir Nikol Paşinyan Avrasiya İqtisadi Birliyi (AİB) ölkələri hesabına Avropaya inteqrasiya siyasətini dəyişmədiyi müddətdə, Moskva ilə Yerevan arasındakı münasibətlərə ciddi təsir göstərməyəcək. xəbər veri
11:47 149 Köçəryana qarşı açılan işdə Serj Sarkisyan da təqsirləndirilir
Ermənistanın keçmiş prezidenti Serj Sarkisyan digər keçmiş dövlət başçısı Robert Köçəryana qarşı açılmış cinayət işi üzrə təqsirləndirilən şəxsdir. xəbər verir ki, RİA Novosti-nin məlumatına görə, bu barədə Ermənistan Baş Prokurorluğu məlumat yayıb. Prokurorluğun bəyanatında bildirilir ki, Robert Köçəryanı
11:41 155 Küləkli hava ilə bağlı - Xəbərdarlıq
Avqustun 27-30-da Bakıda və Abşeron yarımadasında, eyni zamanda bəzi bölgələrdə gözlənilən küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib. xəbər verir ki, bununla bağlı Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bildirilib ki, Naxçıvan, Göygöl, Gəncə, Samux, Ağstafa, Qazax, Daşkəsən
16:23 78 Laçın Şəhəri Günü - Zəfərdən quruculuğa uzanan tarixi yol
Laçın Azərbaycanın zəngin tarixə, qədim mədəni irsə və misilsiz təbiət gözəlliklərinə malik şəhərlərindən biridir. Bu şəhərin adı Azərbaycan xalqının yaddaşında həm Qarabağımızın ayrılmaz parçası, həm də Vətən müharibəsində qazanılmış böyük Zəfərin rəmzlərindən biri kimi yaşayır. Laçın Şəhəri Günü b
10:50 161