2023-cü il "Heydər Əliyev İli" elan edildi

2023-cü il "Heydər Əliyev İli" elan edildiAzərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 29-da 2023-cü ilin ölkəmizdə "Heydər Əliyev İli" elan edilməsi haqqında Sərəncam imzalayıb.

BiG.AZ xəbər verir ki, Sərəncamda 2023-cü il mayın 10-da Azərbaycan xalqının Ümummilli Lideri, müstəqil Azərbaycan dövlətinin qurucusu, görkəmli siyasi və dövlət xadimi Heydər Əliyevin anadan olmasının 100 ili tamam olduğu qeyd edilir.

Vurğulanır ki, Heydər Əliyev öz xalqını zamanın mürəkkəb tarixi-siyasi sınaqlarından uğurla çıxarmış və ardıcıl mübarizə apararaq onu müstəqilliyə qovuşdurmuş qüdrətli şəxsiyyətdir. Azərbaycan xalqı yeni əsrə və yeni minilliyə məhz Heydər Əliyev zəkasının işığında qədəm qoymuşdur. Davamlı yüksəliş yolunda inamla irəliləyən müasir Azərbaycan Heydər Əliyevin həyat amalının təntənəsidir.

Azərbaycana rəhbərliyinin birinci dövründə Heydər Əliyev özünün qeyri-adi idarəçilik bacarığı, polad iradəsi və yüksək vətənpərvərliyi sayəsində, uzaqgörən və məqsədyönlü qərarları ilə çox qısa müddətdə respublikamızda sosial-iqtisadi, elmi-texniki və mədəni sahələrin inkişafında böyük sıçrayışa nail olmuşdur. Tariximizin gedişatının və həyatımızın ahənginin köklü surətdə dəyişdiyi, azadlıq və müstəqillik duyğularının milli düşüncəmizdə üstünlük təşkil etməyə başladığı bu illər Azərbaycanın quruculuq salnaməsinin ən parlaq səhifələridir. Ulu Öndərin xalqın yaradıcılıq enerjisini bir məqsədə yönəltməklə tarixi yaddaşın bərpası istiqamətindә atdığı qətiyyətli addımlar o dövrdə milli ruhun canlanmasına xidmət göstərmiş, özünüdərki və soy-kökə qayıdışı təmin etmiş, müstəqil dövlət quruculuğuna aparan yolun təməl daşına çevrilmişdir.

Bildirilir ki, böyük siyasi iradəyə, sarsılmaz əqidəyə malik olan Heydər Əliyevin tükənməz dövlət idarəçiliyi istedadı onun SSRİ-nin rəhbərlərindən biri kimi çalışdığı və irimiqyaslı layihələr həyata keçirdiyi illərdə özünü bir daha parlaq surətdə təzahür etdirmişdir. Heydər Əliyev bütün varlığı ilə sevdiyi və canından əziz bildiyi doğma xalqının mənafelərini daim önə çəkmiş və respublikamızın inkişafı üçün malik olduğu bütün imkanlardan istifadə etmişdir.

Qeyd olunur ki, zamanın hökmü ilə ötən əsrin 90-cı illərində dövlət müstəqilliyini bərpa edən Azərbaycan Ermənistanın təcavüzü, xarici təzyiqlər və daxili çəkişmələr üzündən dünyanın siyasi xəritəsindən silinmək və dövlətçiliyini itirmək təhlükəsi ilə qarşılaşmışdır. Taleyimizin həll olunduğu ağır bir zamanda xalqın təkidli tələbinə səs verərək yenidən hakimiyyətə qayıdan Heydər Əliyev doğma Vətənin xilası naminə misilsiz fədakarlıq nümayiş etdirmiş, ölkəmizi ictimai-siyasi pərakəndəliyin və anarxiyanın məngənəsindən qurtarmış, bütün sahələrdə müşahidə olunan dərin tənəzzülün qarşısını almış, yenidən qurduğu və hər cür qəsdlərdən qoruduğu dövlətin dayanıqlı inkişaf yolunu müəyyən etmişdir. Heydər Əliyevin ölkəmizə rəhbərliyi illəri xalqımızın nadir tarixi imkandan faydalanaraq, böyük əziyyətlər bahasına öz müstəqilliyini əbədi və dönməz etdiyi taleyüklü mərhələdir.

"Heydər Əliyevin zəngin həyat yolu və müstəsna fəaliyyətinin bütün mərhələləri bir-birini tamamlamış, öz xalqına sıx bağlılığın, milli dövlәtçilik məfkurəsinə sadiqliyin canlı təcəssümü olmuşdur. Geniş bilik və dərin təfəkkür sahibi olan Heydər Əliyev düşünülmüş və cəsarətli qərarları ilə təkcə müstəqillik dövründə deyil, bütün dövrlərdə Azərbaycan ictimaiyyətini ən ciddi şəkildə düşündürən məsələləri uğurla həll etmişdir. Ulu Öndər cəmiyyət həyatının müxtəlif sahələri arasında üzvi bağlılığı aydın görərək, müəllifi olduğu milli inkişaf strategiyasında ictimai, siyasi, sosial, iqtisadi, mədəni və digər sahələrdə qarşıda duran vəzifələri düzgün müəyyənləşdirmiş və məharətlə həyata keçirmişdir. Heydər Əliyevin milli neft strategiyasının uğurla reallaşdırılması nəticəsində xalqımız öz təbii sərvətlərinin tam sahibinə çevrilmiş və qısa müddətdə ölkəmizin inkişafına güclü təkan verən resurslar əldə edilmişdir. Azərbaycan Respublikasının ilk Konstitusiyasının qəbul olunması və bütün sferaları əhatə edən köklü islahatların həyata keçirilməsi, demokratik, hüquqi dövlət quruculuğu, nizami ordunun yaradılması Heydər Əliyevin Azərbaycan xalqı qarşısında müstəsna xidmətləridir. Xalqımızı vahid amal ətrafında birləşdirən azərbaycançılıq ideologiyasının formalaşdırılması, ana dilinin dövlət qayğısı ilə əhatə olunması, ictimai-siyasi, elmi və mədəni fikir tariximizin əlamətdar hadisələrinin müntəzəm qeyd edilməsi ənənəsinin yaradılması, Azərbaycanın çoxəsrlik mənəvi-mədəni irsə sahib qədim diyar və sivilizasiyaların qovşağında yerləşən tolerantlıq məkanı kimi geniş şöhrət qazanması Heydər Əliyevin mükəmməl quruculuq proqramının tərkib hissələri olmuşdur.

Dövrünün ən nüfuzlu siyasətçiləri ilə bir sırada duran Heydər Əliyev Azərbaycanın müasir simasının, xalqımızın zəngin dəyərlərinin tanıdılması və ölkəmizin beynəlxalq münasibətlər sistemində layiqli mövqe qazanmasında müstəsna rol oynamışdır. Ermənistan–Azərbaycan münaqişəsinin beynəlxalq hüququn norma və prinsipləri əsasında həlli Ulu Öndərin qarşıya qoyduğu başlıca vəzifə olmuş, ölkəmizin bütün resursları, xalqımızın potensialı tarixi ədalətin bərpası üçün səfərbər edilmişdir. Ulu Öndərin şah əsəri olan güclü Azərbaycan dövləti öz suverenliyini, müstəqilliyini qorumağa qadir olduğunu 44 günlük Vətən müharibəsində şanlı Zəfər qazanmaqla sübuta yetirmişdir.

Dövlətçilik salnaməmizdə silinməz izlər qoymuş, azərbaycanlı olması ilə ömür boyu fəxr etmiş, milli qürur və iftixar mənbəyimiz olan Heydər Əliyev bütün dünyada Azərbaycanın rəmzi kimi qəbul edilir. Xalqımız onun əziz xatirəsini həmişə uca tutur və minnətdarlıqla anır, yenidən hakimiyyətə gəldiyi günü Azərbaycan Respublikasının dövlət bayramı – Milli Qurtuluş Günü kimi qeyd edir.

Müstəqil Azərbaycan Ulu Öndərin indiki və gələcək nəsillərə əmanəti, onun zəngin və çoxşaxəli irsi isə xalqımızın milli sərvətidir. Bu müqəddəs mirası qoruyub saxlamaq hər bir azərbaycanlının şərəfli vəzifəsidir", - deyə Sərəncamda bildirilir.

Sərəncama əsasən, Azərbaycan Respublikası Prezidentinin Administrasiyasına Azərbaycan Respublikasında 2023-cü ilin "Heydər Əliyev İli" elan edilməsi ilə bağlı tədbirlər planına dair təkliflərini iki ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etmək tapşırılıb.


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 1270   Tarix: 29 sentyabr 2022  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Ekspert: Gələcəyin rəqabəti AI istifadəçiləri deyil, istehsalçıları arasında olacaq

Bu gün Azərbaycanda süni intellekt sahəsində mühüm addımlar atılır və bu istiqamətdə müsbət irəliləyişləri müşahidə etmək mümkündür. Lakin etiraf etməliyik ki, biz hələ daha çox süni intellektdən istifadə edən ölkələr sırasındayıq, onu inkişaf etdirən və qlobal bazara çıxaran ölkələr sırasında deyilik

14:34 127
.

Laçın Şəhəri Günü - Zəfərdən quruculuğa uzanan tarixi yol

Laçın Azərbaycanın zəngin tarixə, qədim mədəni irsə və misilsiz təbiət gözəlliklərinə malik şəhərlərindən biridir. Bu şəhərin adı Azərbaycan xalqının yaddaşında həm Qarabağımızın ayrılmaz parçası, həm də Vətən müharibəsində qazanılmış böyük Zəfərin rəmzlərindən biri kimi yaşayır. Laçın Şəhəri Günü b

10:50 155
.

SON DƏQİQƏ: ABŞ və İran atəşkəsə razılaşdılar

ABŞ və İran arasında atəşkəs razılaşdırılıb. xəbər verir ki, bu barədə "RİA Novosti"yə Pakistan hərbi mənbələri və İranın təhlükəsizlik strukturlarındakı mənbələr məlumat veriblər. "Atəşkəs razılaşdırılıb, bu, Hörmüz boğazında sərbəst gəmiçiliyi də əhatə edir", - deyə mənbələr bildiriblər

00:02 336
.

Si Cinpindən Zelenskiyə Çin dilində məktub - diqqətçəkən mesaj

Çin Prezidenti Si Cinpin Ukrayna Prezidenti Vladimir Zelenskini ölkənin Müstəqillik Günü münasibətilə təbrik edib. xəbər verir ki, bu barədə " məlumat yayıb. Məlumata görə, Si Cinpin Zelenskiyə Çin dilində məktub göndərib. Zelenski məktubu sosial media hesabında paylaşıb. Çin lideri məktubunda ukraynal

10:44 159
.

Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın doğum günüdür

Avqustun 26-da Azərbaycanın Birinci vitse-prezidenti, ölkənin birinci xanımı Mehriban Əliyevanın doğum günüdür. xatırladır ki, Prezident İlham Əliyevin xanımı, Mehriban Arif qızı Əliyeva 1964-cü il avqustun 26-da Bakı şəhərində anadan olub. 1981-ci ildə Bakı şəhər 23 №-li orta məktəbi qızıl medalla bitirərə

00:00 138
.

Universitet xərcləri artır: Azərbaycan ailəsi övladının təhsilinə nə qədər pul xərcləyir?

"Yeni tədris ili yaxınlaşdıqca tələbə və valideynləri düşündürən əsas məsələlərdən biri də universitetlərdə təhsil haqlarının artmasıdır. Bir tərəfdən ali təhsil müəssisələri xərclərin, əməkhaqlarının və digər xidmətlərin bahalaşmasını əsas gətirirlər. Digər tərəfdən isə ailələr üçün əsas sual dəyişmir

12:14 154
.

200 minə yaxın əcnəbinin vizası ləğv edilir - ABŞ-dən yeni addım

ABŞ administrasiyasının ölkədə sığınacaq üçün müraciət etmiş və ya müraciət prosesi davam edən təxminən 200 min əcnəbinin iş və turizm vizalarını ləğv etməyə hazırlaşdığı bildirilir. Məlumatlı mənbələrə görə, 2016-2026-cı illər arasında verilmiş bəzi B1 və B2 vizaları nəzərdən keçirilir. Söhbət viz

25.08.2026 232
.

Bakıda I sinfə qəbulda rekord rəqəm: məktəblərdə yer problemi yarana bilərmi? - TƏHSİL EKSPERTİNDƏN AÇIQLAMA

Yeni tədris ilinin başlamasına sayılı günlər qaldıqca Bakıda məktəblərin şagird sıxlığı məsələsi yenidən gündəmə gəlir. Belə ki, 19 avqust saat 11:00-a olan məlumata görə, paytaxt məktəblərinin I sinfinə qəbul üçün artıq 39 094 elektron sorğu yerləşdirilib. Bu isə on minlərlə uşağın sentyabrdan etibarə

14:24 181
.

"ABŞ-da ara seçkilər prezident üçün həmişə bir növ referendum xarakteri daşıyır" - BƏHRUZ QULİYEV

"ABŞ-da təxminən iki ay sonra keçiriləcək ara seçkilər artıq təkcə Konqres uğrunda mübarizə deyil, eyni zamanda Donald Tramp administrasiyasının fəaliyyətinə veriləcək siyasi qiymət kimi qəbul olunur. Hazırkı mənzərə göstərir ki, Demokratlar müəyyən üstünlük əldə ediblər və bu, Tramp üçün cidd

13:55 154
.