70 yaşlı qadın yaşı qədər çəki atdı - 80/20 TEXNİKASI İLƏ

70 yaşlı qadın yaşı qədər çəki atdı - 80/20 TEXNİKASI İLƏABŞ-ın Vaşinqton ştatından olan 70 yaşlı Debbi Rouz sağlamlığına xatir 72 kiloqram arıqlayıb.

BiG.AZ xəbər verir ki, bu barədə "Today" yazır.

Belə ki, çəkisi 156 kiloqrama çatan qadın artıq nəfəs almaqda çətinlik çəkib və daim yüksək təzyiqdən, eşitməklə bağlı problemlərdən, dizlərindəki ağrılardan şikayətlənib. Həkimlər bütün bunların səbəbini artıq çəkidə görüblər.

Nəhayət, sağlam həyat yaşamaq istəyən Debbi mədə kiçiltmə əməliyyatı etdirib və daha az yeməyə başlayıb. Lakin bu, kifayət etmədiyi üçün qadın qida rasionunu dəyişərək idmanla məşğul olmağa başlayıb.

Hazırda Rouz aralıqlı oruc tutur və 80/20 prinsipi ilə pəhriz saxlayır.

"Zamanın 80 faizini mən sağlam qidalanıram, 20 faiz vaxt isə ürəyim istədiyini yeyirəm, lakin birdən-birə yox. Bu. həqiqətən, işə yarayır. Mən özümü məhrum olunmuş hiss etmirəm və bu, artıq mənim həyat tərzinə çevrilib", - deyə qadın etiraf edib.

O, gün ərzində iki dəfə qidalanır və qəbul etdiyi kalorilərə nəzarət edir.

Bir il öncə Rouzun bir diz oynağı əməliyyatla dəyşdirilib və həkim ona müəyyən məşqləri etməyi tapşırıb.

"Onları yerinə yetirməyə başladım və birinci dizim sağaldıqdan sonra daha da güclü oldum. Sonra məşqlərə bir neçə yoqa hərəkətləri də əlavə etdim, lakin ikinci dizimə görə hələ də gəzməkdə çətinlik çəkirdim", - deyə Rouz danışıb.

Təxminən bir il sonra onun ikinci diz oynağı da dəyişdirilib və hazırda qadın gün ərzində 6000-9000 addım atır, oturub-qalxır, lentlərlə güc hərəkətləri edir, uzanıq halda üçtəkərli velosiped sürür.

Bu yaxınlarda Rouz sosial şəbəkələrdən birində arıqlama qrupuna da üzv olub. O, uğurlarını məmnuniyyətlə başqalarıyla paylaşır və ona motivasiya verəcək insanlarla ünsiyyət qurur.

Natəvan Baxşiyeva


BiG.Az
Telegramda izləyin
Maraqlı   Baxılıb: 1398   Tarix: 29 sentyabr 2022  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş
Turlar.az

Oxşar xəbərlər

.

Milyonlarla dollarlıq maşınlar səhranın ortasında çürüyür

Bir vaxtlar sərvət və lüks simvolu olan milyonlarla dollarlıq avtomobillər indi toz və qumda çürüməyə məhkumdur. Ferrari, Lamborghini, Porsche və Bentley kimi dünyaca məşhur brendlərin avtomobillərə daha çox Dubaydakı dayanacaqlarda və tərk edilmiş ərazilərdə rast gəlmək mümkündür. Bu bahalı avtomobilləri

08.11.2026 209
.

14-cü mərtəbədən yıxılan kişi sağ qaldı

Rusiyanın paytaxtı Moskvada yaşayış binasının 14-cü mərtəbəsindən yıxılan kişi möcüzə nəticəsində sağ qalıb. yerli mediaya istinadla xəbər verir ki, hadisə bu gün səhər saat 8 radələrində Marşal Rokossovski bulvarında baş verib. Məlumata görə, kişi binanın 14-cü mərtəbəsindən yıxılaraq avtomobilin damın

01.11.2026 481
.

Xidmetler.az - Bütün Xidmətlər bir saytda

XİDMETLER.AZ saytinda sizi narahat edən hər məsələ ilə bağlı kömək almaq imkanınız var!. Gündəlik işlər üçün icraçı və ya daimi iş sifarişi axtaran, saytımızda tapar. Siz də qoşulun və lazım olan insanları tapın! Saytımız üzləşdiyiniz problemləri bir göz qırpımında həll edəcək. İstənilən usta axtarışın

07.11.2026 418
.

Satın aldığı qırıq çaydan ona sərvət qazandırdı

İngiltərədə bir kolleksiyaçının cəmi 15 sterlinqə aldığı sınıq və qapaqsız çaydanlığın ABŞ-da istehsal edilmiş ən qədim çini nümunələrindən biri olduğu üzə çıxıb. Təxminən 30 ildir keramika kolleksiyası toplayan alıcının diqqətini çəkən tarixi əşya hərracda 575 min sterlinqə satılıb. Çaydanlıq Nyu-Yorkdak

07.11.2026 230
.

Ofis mebeli seçərkən nələrə diqqət yetirilməlidir ?

Müasir dövrdə ən çox tələb olunan mebellər sırasında ofis mebelləri də var. Ofis mebelləri dedikdə bura müxtəlif mebellər daxildir. ofis kreslosu, ofis divanı, ofis masaları, qeydiyyat şöbəsi üçün masa, müdir kresloları, salon kreslosu, kompüter masası, sənəd dolabı və ofis stol-stulu aiddir. Ofis mebellər

05.11.2026 601
.

Kombi istifadəçilərinin bilməli olduqları vacib məqamlar açıqlandı

Payızın gəlişi ilə havalar tədricən soyumağa, evlərdə isə kombilər yenidən işə düşməyə hazırlaşır. Soyuq günlərdə istilik problemi ilə üzləşməmək və yüksək kommunal xərclərdən yayınmaq üçün kombinin mövsüm başlamazdan əvvəl yoxlanılması vacibdir. Bəs kombiləri payız-qış mövsümünə necə hazırlamalıyıq

08.11.2026 160
.

Turlar.az - Turizm elanları saytı

saytında bir-birindən maraqlı və sərfəli elanlar sizi gözləyir!. İstirahət etmək üçün yeni məkan axtarırsınız? Tez-tez getdiyiniz yerlər daha sizə darıxdırıcı gəlir? Gedəcəyiniz yeni məkanı müəyyənləşdirməkdə çətinlik çəkirsiniz? O zaman vaxt itirmədən pulsuz turizm elanları saytına daxil olun. Bu fürsə

03.11.2026 667
.

Şabalıd soyarkən çətinliyə son: Küçə satıcılarının gizli fəndı

Qış aylarının vazkeçilməz ləzzəti olan şabalıdı sobada və ya tavada bişirərkən qabığının ətinə yapışması və soyularkən parçalanması çətinlik yaradır. xəbər verir ki, şabalıdların lokum kimi yumşaq bişməsini və qabığının tək bir toxunuşla soyulmasını təmin edən əsas formul qənd imiş. Kəsilmiş şabalıdlar

07.11.2026 260
.

Kişilər və qadınlar üçün ən təhlükəli yaş dövrləri

Alimlər kişilərin və qadınların hansı yaş dövrlərində ciddi xəstəliklərə daha çox həssas ola biləcəyini araşdırıblar. Bildirilir ki, ürək-damar xəstəliklərinin yaranma riski yaşla birlikdə artır və bu proses kişilərlə qadınlarda fərqli xüsusiyyətlər göstərə bilər. xarici mediaya istinadla xəbər veri

01.11.2026 734
.