Məşhurlar Rəhimdən yazır...
Xəbər verdiyimiz kimi, ötən gecə müğənni Rəhim Rəhimli vəfat edib. 46 yaşlı müğənninin qəfil ürəktutmasından vəfat etdiyi bildirilir.
"Qafqazinfo"nun məlumatına görə, bir çox məşhur öz sosial şəbəkə hesablarında R. Rəhimlinin vəfatından kədərləndiklərini, onunla bağlı xoş xatirələrini paylaşıblar.
Müğənni Elnarə Xəlilova onunla cəmi bir həftə əvvəl danışdığını qeyd edib: "Can ay Rəhim… Bir həftə öncə danışmışdıq səninlə. Planlar, xəyallar qurduq, əcəl imkan vermədi… Heyif səndən. Yerin çox görünəcək…"
Müğənni Elnur Məmmədov onun gözəl ürəyə sahib olduğunu yazıb: "Rəhim Rəhimli, ən son gördüyümdə kövrəltdin məni. Mənə çox xoş sözlər dedin. Səni çox gözəl ürəyə sahib bir insan, dürüst, düzgün biri kimi tanıdım və elə də xatırlayacam. Allah sənə rəhmət eləsin! Bu xəbərin məni sarsıltdı".
Müğənni Xatun Əliyeva onun vaxtsız vəfatından kədərləndiyini bildirib: "Gecə-gecə bu qara xəbər məni məhv etdi. Bütün bədənim əsir, donub qalmışam, çox pisəm. Ay Rəhim, sən elə yaxşı adam idin. Sənin vaxtsız gedişin, bu acı taleyin inan ki, dərdimi təzələdi. Bir təsəllim odur ki, cümə günündə vəfat edənlər sorğu-sualsız olarmış. İnşallah, Rəbbim sənin o dünyanı versin!"
Modelyer Şəlalə Maqsudova da onunla bağlı xatirələrini bölüşüb: "İlahi, səhərimi necə pis xəbərlə açdım. Bir neçə gün öncə gəldin yanıma. Deyirdin ki, bacım, yeni lahiyələrim var, klipim var. Sevindim, çünki sən yaradıcı, səhnəni sevən, əsl şou yaradan bir insan idin. Sənin o qədər gözəl, təmiz bir ürəyin vardı kı... Səni bir doğma qardaş kimi o qədər cox istəyirdim… Heyif, çox üzüldüm. Rəhim, sən mənim yaddaşımda cox gözəl xatirələrlə qaldın və hər zaman ardınca rəhmət diləyəcəm…"
Aparıcı Lamiyə Ələkbərova da onunla tələbəlik illərindən dostluq etdiklərini qeyd edib: "Mənim tələbə yoldaşım, mənim qəşəng dostum, sənətkar dostum, istedadlı bəstəkar dostum, bu nə gediş? Bu nə yarımçıq qalan arzular, qismət, tale? Heyif səndən, ay Rəhim. 1994 cu ildən səninlə Konservatoriyadan - ilk dərsdən, tələbəlik illərindən dostluq edirdik. Sən cox yaxşı insan idin. Allah sənə rəhmət eləsin, ömrü qısa, sənəti zəngin olan sənətkar dostum!
Aparıcı Murad Arif də R. Rəhimli ilə bağlı son yazışmasını paylaşıb: "Gecən xeyir. Bu gün görüşə bilmədik. Görə bilmədim səni, dostum".
"Basdalama damarımı" mahnısını birlikdə ifa etdiyi musiqiçi Ramil Nabran Rəhimlə bağlı bu sözləri qeyd edib: "Kimindir ki bu dünya? Nə sənin, nə mənim, nə də başqasının... Səhəri bu xəbərlə oyanmaq və bu xəbərin real olduğuna inanmaq çox çətindir. Azərbaycanda musiqi və estrada sahəsində böyük işlər görmüş, bir zamanlar isə MTV kanalını brend hala gətirən, dahi sənətçi və dostum Rəhim, Allah sənə rəhmət eləsin! Fanidir bu dünya. Nə dostundu, nə də düşmənin..."
Xalq artisti Faiq Ağayev isə R. Rəhimlinin bəstəsi olan və bir yerdə ifa etdikləri "Zəhər" mahnısını paylaşıb. Həmçinin "heyif səndən, Rəhim... Allah yerini rahat eləsin!" sözlərini yazıb.
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 2199 Tarix: 30 sentyabr 2022
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşPrezidentlər İlham Əliyev və Rəcəb Tayyib Ərdoğan Şuşa qalası önündə foto çəkdiriblər - Foto
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan noyabrın 8-də Şuşa qalası önündə foto çəkdiriblər. BİG.AZ xəbər verir ki, bu barədə AZƏRTAC məlumat yayıb
08.11.2026 178 Prezident Antalyada keçiriləcək COP31 Sammitinə qatılacaq
Azərbaycan Prezidenti İlham Əliyev Türkiyənin Antalya şəhərində keçiriləcək COP31 Sammitində iştirak edəcək. "Qafqazinfo" xəbər verir ki, bu haqda "TRT Haber" diplomatik mənbələrə istinadən məlumat yayıb. Qeyd edək ki, COP31 iqlim sammiti noyabrın 9-dan 20-nə qədər Türkiyənin Antaly
08.11.2026 173 ADY-nin kollektivi Zəfər abidəsini ziyarət edib
"Azərbaycan Dəmir Yolları" (ADY) QSC-nin kollektivi 8 Noyabr - Zəfər Günü münasibətilə Zəfər abidəsini ziyarət edib. "Report" xəbər verir ki, Vətən müharibəsində qazanılan tarixi qələbəmizin rəmzi olan Zəfər abidəsinin önünə gül dəstələri düzülüb, Azərbaycanın ərazi bütövlüyü və suverenliy
08.11.2026 159 Naxçıvanda Zəfər Günü münasibətilə konsert və atəşfəşanlıq olub
Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyi və Naxçıvan Şəhər İcra Hakimiyyətinin təşkilatçılığı ilə Naxçıvan şəhərində 8 Noyabr - Zəfər Gününə həsr olunmuş konsert proqramı və atəşfəşanlıq təşkil edilib. "Report"un yerli bürosu xəbər verir ki, Heydər Əliyev Muzeyinin qarşısında keçirilə
08.11.2026 149 Muxtar Babayev: Azərbaycan COP31-i dəstəkləmək üçün əməkdaşlığa hazırdır
Azərbaycan COP29-un irsini qorumağa və Bakıda qəbul edilmiş qərarların icrasını irəlilətməyə dair öhdəliyi COP31-də iştirakla təsdiqləyib. "Report" xəbər verir ki, bu barədə Azərbaycan Prezidentinin iqlim məsələləri üzrə nümayəndəsi Muxtar Babayev "X" sosial şəbəkə hesabında yazıb
08.11.2026 154 Zəfər Günü münasibətilə Bakıda bayram atəşfəşanlığı təşkil olunub - Video
8 Noyabr - Zəfər Günü münasibətilə Bakıda bayram atəşfəşanlığı təşkil olunub. xəbər verir ki, atəşfəşanlıq Dənizkənarı Bulvarda, Saat qülləsinin yaxınlığında baş tutub. Sözügedən görüntüləri təqdim edirik:
08.11.2026 187 İlham Əliyev, Rəcəb Tayyib Ərdoğan və ailə üzvləri Vətən Müharibəsi Qəhrəmanları ilə görüşdülər
Prezident İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və qızları Leyla Əliyeva Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və xanımı Əminə Ərdoğanla birlikdə hərbi qulluqçularla görüşüblər. xəbər verir ki, görüşdə Vətən Müharibəsi Qəhrəmanları, eləcə də "Qarabağ" və "Zəfər" ordenlər
08.11.2026 179 Azərbaycan və Türkiyə prezidentləri Xankəndidə Zəfər abidəsinin önünə əklillər qoyublar
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan noyabrın 8-də Xankəndi şəhərində Zəfər abidəsini ziyarət edərək önünə əklillər qoyublar. BİG.AZ xəbər verir ki, bu barədə AZƏRTAC məlumat yayıb
08.11.2026 188 Azərbaycan və Türkiyə liderlərinin Şuşada görüşünə dair videoçarx
Prezident İlham Əliyevin sosial media hesablarında onun Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla Şuşada baş tutan görüşünə dair videoçarx paylaşılıb. BİG.AZ həmin paylaşımı təqdim edir:
08.11.2026 187