Telefon itən zaman necə tapa bilərik?

Telefon itən zaman necə tapa bilərik?"Ümumiyyətlə texnologiya inkişaf etdikcə təlabatdan yaranan məsələlər insanları daha çox maraqlandırır və ön plana çıxır. Bunlardan biri də insanların şəxslərinə aid olan, itirilməsi və oğurlanması daha çox müşahidə olunan daşınabilən mobil avadanlıqlardır. Smartfon və planşeti olanlar bu tipli hadisələrlə daha sıx qarşılaşdıqları üçün, istehsalçı bu avadanlıqların itirilməsi halında müəyyən həllər təqdim edir".
Bu barədə Sonxeber.az-a olan açıqlamasında İnformasiya Texnologoyaları üzrə Mühəndis-Ekspert Bəhruz Əliyev deyib.

O qeyd edib ki, istifadəçilərin yaxşı tanıdığı Apple şirkətinin İOS əməliyyat sistemi, Google şirkətinin Andiroid əməliyyat sistemlərində belə imkanlar mövcuddur.

"Əgər şəxs müvafiq avadanlığı itirərsə, avadanlığı qeydiyyatdan keçirdiyi hesaba hər hansı digər komputer, planşet və smartfonla daxil olaraq, itirdiyi avadanlığı axtara bilər. Adətən istehsalçı bu halda müxtəlif həllər təklif edir".Bunun üçün:
1. Smartfon vəya planşetdə mütləq internet, GPS aktiv olmalıdır.
2. Bu halda itirilmiş avadanlığı tapmaq üçün, qeydiyyatdan keçdiyiniz hesaba daxil olursuz.
3. Müvafiq bölmədən, məsələn: Avadanlığımı tap(Find my Device) bölməsindən axtarışı işə salırıq
4. Avadanlıq söndürülmüş, enerjisi bitmiş, internetsiz deyilsə, GPS açıqsa və şəbəkəsi varsa, itirdiyiniz yeri sizə göstəriləcək.
5. Əlaqə yoxdursa, ən son aktiv olduğu yeri göstərəcək.
6. Əgər yaxında isə yüksək səsi aktivləşdirib itirdiyiniz avadanlığı gələn səs ilə tapa bilərsiniz.
7. Əgər uzaqdırsa və harda itdiyini xatirlamırsınızsa, məlumatlarınıza görə narahatsınızsa, avadanığı uzaqdan sıfırlaya bilərsiniz.
8. Ekrana şifrə və qeyd qoymaq mümkündür. Avadanlığı tapan şəxs daxil ola bilməsin amma qeydinizi oxusun. Məsələn həmin qeydə nömrənizi yazıb, "Telefonu tapan bu nömrəyə zəng eləsin" , yaza bilərsiniz.
9. Təhlükəsizliyiniz üçün, mobil qurğunuzu qeydiyyatdan keçirdiyiniz hesabı, şübhəli yerlərdə hesab kimi istifadə etməyin. Ona görə ki, sizin giriş məlumatları oğurlanarsa, oğurlayan şəxs sizin olduğunuz məkandan tutmuş, şəxsi məlumatlarınıza və əlaqədəki nömrələrinizə qədər geniş diapozonda məlumat ələ keçirə bilər.
10. Bəzən görə bilərsiniz ki, internetdə üçüncü tərəf sizə kiminsə yerini öyrənmək vəya kimisə təqib etmək üçün proqram təminatı reklamı etsin. Bu proqram təminatına məlumatlarınızı əlavə etmək, vəya istifadə etmək heç bir halda tövsiyyə edilmir.
11. Ümumiyyətlə çalışmaq lazımdır ki, əməliyyat sisteminin istehsalçısı olan şirkətin vəya etibarlı mənbələrin proqram təminatından istifadə edəsiniz.
12. Bu məsələlərdə hər zaman etibarlı mənbələrdən və İT mühəndislərdən tövsiyyə almaq mütləqdir.
Digər həllərdən biri isə smart saatlardır. Əsasən uşaqların təqibi üçün valideynlər tərəfindən istifadə olunur. Yaddan çıxarmamalıyıq ki, qeyri-qanunu və icazəsiz hər növ təqib mənəvi və hüquqi məsuliyyətdir".


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 911   Tarix: 30 sentyabr 2022  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Prezidentlər İlham Əliyev və Rəcəb Tayyib Ərdoğan Şuşa qalası önündə foto çəkdiriblər - Foto

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan noyabrın 8-də Şuşa qalası önündə foto çəkdiriblər. BİG.AZ xəbər verir ki, bu barədə AZƏRTAC məlumat yayıb

08.11.2026 178
.

Prezident Antalyada keçiriləcək COP31 Sammitinə qatılacaq

Azərbaycan Prezidenti İlham Əliyev Türkiyənin Antalya şəhərində keçiriləcək COP31 Sammitində iştirak edəcək. "Qafqazinfo" xəbər verir ki, bu haqda "TRT Haber" diplomatik mənbələrə istinadən məlumat yayıb. Qeyd edək ki, COP31 iqlim sammiti noyabrın 9-dan 20-nə qədər Türkiyənin Antaly

08.11.2026 173
.

ADY-nin kollektivi Zəfər abidəsini ziyarət edib

"Azərbaycan Dəmir Yolları" (ADY) QSC-nin kollektivi 8 Noyabr - Zəfər Günü münasibətilə Zəfər abidəsini ziyarət edib. "Report" xəbər verir ki, Vətən müharibəsində qazanılan tarixi qələbəmizin rəmzi olan Zəfər abidəsinin önünə gül dəstələri düzülüb, Azərbaycanın ərazi bütövlüyü və suverenliy

08.11.2026 159
.

Naxçıvanda Zəfər Günü münasibətilə konsert və atəşfəşanlıq olub

Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyi və Naxçıvan Şəhər İcra Hakimiyyətinin təşkilatçılığı ilə Naxçıvan şəhərində 8 Noyabr - Zəfər Gününə həsr olunmuş konsert proqramı və atəşfəşanlıq təşkil edilib. "Report"un yerli bürosu xəbər verir ki, Heydər Əliyev Muzeyinin qarşısında keçirilə

08.11.2026 149
.

Muxtar Babayev: Azərbaycan COP31-i dəstəkləmək üçün əməkdaşlığa hazırdır

Azərbaycan COP29-un irsini qorumağa və Bakıda qəbul edilmiş qərarların icrasını irəlilətməyə dair öhdəliyi COP31-də iştirakla təsdiqləyib. "Report" xəbər verir ki, bu barədə Azərbaycan Prezidentinin iqlim məsələləri üzrə nümayəndəsi Muxtar Babayev "X" sosial şəbəkə hesabında yazıb

08.11.2026 154
.

Zəfər Günü münasibətilə Bakıda bayram atəşfəşanlığı təşkil olunub - Video

8 Noyabr - Zəfər Günü münasibətilə Bakıda bayram atəşfəşanlığı təşkil olunub. xəbər verir ki, atəşfəşanlıq Dənizkənarı Bulvarda, Saat qülləsinin yaxınlığında baş tutub. Sözügedən görüntüləri təqdim edirik:

08.11.2026 187
.

İlham Əliyev, Rəcəb Tayyib Ərdoğan və ailə üzvləri Vətən Müharibəsi Qəhrəmanları ilə görüşdülər

Prezident İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və qızları Leyla Əliyeva Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və xanımı Əminə Ərdoğanla birlikdə hərbi qulluqçularla görüşüblər. xəbər verir ki, görüşdə Vətən Müharibəsi Qəhrəmanları, eləcə də "Qarabağ" və "Zəfər" ordenlər

08.11.2026 179
.

Azərbaycan və Türkiyə prezidentləri Xankəndidə Zəfər abidəsinin önünə əklillər qoyublar

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan noyabrın 8-də Xankəndi şəhərində Zəfər abidəsini ziyarət edərək önünə əklillər qoyublar. BİG.AZ xəbər verir ki, bu barədə AZƏRTAC məlumat yayıb

08.11.2026 188
.

Azərbaycan və Türkiyə liderlərinin Şuşada görüşünə dair videoçarx

Prezident İlham Əliyevin sosial media hesablarında onun Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla Şuşada baş tutan görüşünə dair videoçarx paylaşılıb. BİG.AZ həmin paylaşımı təqdim edir:

08.11.2026 187
.