"Jurnalist üçün sadəcə bir dil bilmək və xarici dilləri bilməmək faciədir"

"Jurnalist üçün sadəcə bir dil bilmək və xarici dilləri bilməmək faciədir"Xəbər verdiyimiz kimi, Milli Məclis tərəfindən "Media haqqında" yeni qanunun qəbul olunub. Bu qanunla ölkədə jurnalistlər üçün Media Reyestri yaradılıb. Bu, ölkədə media subyektlərinə, o cümlədən onların redaksiyalarına, habelə jurnalistlərə dair məlumatların sistemləşdirilməsi məqsədinə xidmət edir.

Media Reyestri ilə bağlı BiG.AZ-a danışan media üzrə ekspert, jurnalist Aynur Kərimova bildirib ki, jurnalistlərə olunan güzəştlərlə peşakar fəaliyyət bir-birini tamamlamalıdır:

""Media haqqında" qanun qəbul edilməmişdən də öncə bir sıra imtiyazlar və güzəştlər barədə söhbətlər gedirdi. Bildiyimiz kimi, Azərbaycanda jurnalistlər arasında gənclərin sayı kifayət qədər çoxdur. Düşünürəm ki, onların mənzil problemi ilə bağlı hansısa müəyyən imtiyazlar, yaxud sosial mənzillərlə təmin olunması gündəmə gələ bilər. Bunların olması çox yaxşıdır, çünki jurnalistlər əslində az müdafiə olunan təbəqədir. Çünki gənc jurnalistlərin mənzil almaq imkanları və s. kifayət qədər azdır. Amma bütün bunlar onların peşə fəaliyyətinə yansımamalıdır. Yəni jurnalistlərin sosial müdafiəsi və peşə fəaliyyəti bir-birinə qarışmamalıdır.

Gənc mütəxəssis olaraq, hamımız razıyıq ki, jurnalistlərin ödənişi normal olmalıdır. Mediada çıxışlarımda həmişə bildirmişəm ki, jurnalistlər yaxşı ödənişlər olunan təbəqə olmalıdırlar, çünki onların işləri kifayət qədər çətin və təhlükəlidir. Buna görə də onların hansısa maddi ehtiyac və sıxıntıları olmamalıdır.

Digər tərəfdən, onların sərf etdiyi əmək individual, intellektual əməkdir. Bunu da Avropada, Amerikada və bütün dünyada yaxşı qiymətləndirirlər. İstəyərdim ki, bizim jurnalistlərimizin də əməyinə belə qiymət verilsin. Belə olsa, normal təhsil imkanları yarandıqda jurnalistlər dünya standartlarına uyğun jurnalistikanın nə olduğunu biləcəklər. Çünki adətən jurnalistika ortamında xeyli insanlar birdilli olurlar. Bildiyimiz kimi, jurnalist üçün sadəcə bir dil bilmək və xarici dilləri bilməmək peşəkar baxımdan faciədir. Ən azından onun müqayisə etmək imkanı olmalıdır və bunun üçün heç olmasa ingilis dilini bilməlidir. Amma Media Reyestrində əsas açar nöqtəsi olmalıdır ki, bütün bu imtiyazlar və peşəkar fəaliyyət bir-birinə mane olmasın".

Nuranə


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 1060   Tarix: 30 sentyabr 2022  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Prezidentlər İlham Əliyev və Rəcəb Tayyib Ərdoğan Şuşa qalası önündə foto çəkdiriblər - Foto

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan noyabrın 8-də Şuşa qalası önündə foto çəkdiriblər. BİG.AZ xəbər verir ki, bu barədə AZƏRTAC məlumat yayıb

08.11.2026 178
.

Prezident Antalyada keçiriləcək COP31 Sammitinə qatılacaq

Azərbaycan Prezidenti İlham Əliyev Türkiyənin Antalya şəhərində keçiriləcək COP31 Sammitində iştirak edəcək. "Qafqazinfo" xəbər verir ki, bu haqda "TRT Haber" diplomatik mənbələrə istinadən məlumat yayıb. Qeyd edək ki, COP31 iqlim sammiti noyabrın 9-dan 20-nə qədər Türkiyənin Antaly

08.11.2026 173
.

ADY-nin kollektivi Zəfər abidəsini ziyarət edib

"Azərbaycan Dəmir Yolları" (ADY) QSC-nin kollektivi 8 Noyabr - Zəfər Günü münasibətilə Zəfər abidəsini ziyarət edib. "Report" xəbər verir ki, Vətən müharibəsində qazanılan tarixi qələbəmizin rəmzi olan Zəfər abidəsinin önünə gül dəstələri düzülüb, Azərbaycanın ərazi bütövlüyü və suverenliy

08.11.2026 159
.

Naxçıvanda Zəfər Günü münasibətilə konsert və atəşfəşanlıq olub

Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyi və Naxçıvan Şəhər İcra Hakimiyyətinin təşkilatçılığı ilə Naxçıvan şəhərində 8 Noyabr - Zəfər Gününə həsr olunmuş konsert proqramı və atəşfəşanlıq təşkil edilib. "Report"un yerli bürosu xəbər verir ki, Heydər Əliyev Muzeyinin qarşısında keçirilə

08.11.2026 149
.

Muxtar Babayev: Azərbaycan COP31-i dəstəkləmək üçün əməkdaşlığa hazırdır

Azərbaycan COP29-un irsini qorumağa və Bakıda qəbul edilmiş qərarların icrasını irəlilətməyə dair öhdəliyi COP31-də iştirakla təsdiqləyib. "Report" xəbər verir ki, bu barədə Azərbaycan Prezidentinin iqlim məsələləri üzrə nümayəndəsi Muxtar Babayev "X" sosial şəbəkə hesabında yazıb

08.11.2026 154
.

Zəfər Günü münasibətilə Bakıda bayram atəşfəşanlığı təşkil olunub - Video

8 Noyabr - Zəfər Günü münasibətilə Bakıda bayram atəşfəşanlığı təşkil olunub. xəbər verir ki, atəşfəşanlıq Dənizkənarı Bulvarda, Saat qülləsinin yaxınlığında baş tutub. Sözügedən görüntüləri təqdim edirik:

08.11.2026 187
.

İlham Əliyev, Rəcəb Tayyib Ərdoğan və ailə üzvləri Vətən Müharibəsi Qəhrəmanları ilə görüşdülər

Prezident İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və qızları Leyla Əliyeva Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və xanımı Əminə Ərdoğanla birlikdə hərbi qulluqçularla görüşüblər. xəbər verir ki, görüşdə Vətən Müharibəsi Qəhrəmanları, eləcə də "Qarabağ" və "Zəfər" ordenlər

08.11.2026 179
.

Azərbaycan və Türkiyə prezidentləri Xankəndidə Zəfər abidəsinin önünə əklillər qoyublar

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan noyabrın 8-də Xankəndi şəhərində Zəfər abidəsini ziyarət edərək önünə əklillər qoyublar. BİG.AZ xəbər verir ki, bu barədə AZƏRTAC məlumat yayıb

08.11.2026 188
.

Azərbaycan və Türkiyə liderlərinin Şuşada görüşünə dair videoçarx

Prezident İlham Əliyevin sosial media hesablarında onun Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla Şuşada baş tutan görüşünə dair videoçarx paylaşılıb. BİG.AZ həmin paylaşımı təqdim edir:

08.11.2026 187
.