Milli Məclisdən Vətən müharibəsinin ildönümü ilə əlaqədar BƏYANAT

Milli Məclisdən Vətən müharibəsinin ildönümü ilə əlaqədar BƏYANATMilli Məclis Azərbaycan xalqının Vətən müharibəsinin başlanmasının ildönümü ilə əlaqədar Bəyanat qəbul edib.

BiG.AZ bəyanatı təqdim edir:

"Azərbaycanın əzəli tarixi torpaqlarını qəsb etməyi şovinist milli ideologiyasının əsas hədəflərindən birinə çevirmiş erməni faşizminin ağır məğlubiyyəti ilə nəticələnən Vətən müharibəsinin başlanmasının iki ili tamam olmuşdur. Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə 44 günlük Vətən müharibəsində əldə edilən möhtəşəm Zəfər Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpasını təmin etmiş, son iki yüz ilə yaxın dövrdə xalqımızın məruz qaldığı torpaq itkiləri və etnik təmizləmələr silsiləsinə son qoymuş, tarixi düşmənə qarşı çoxəsrlik mübarizədə məğlubiyyət sindromunu aradan qaldırıb. Qarabağın və Şərqi Zəngəzurun 30 illik işğaldan azad edilməsi Azərbaycanın müstəqillik tarixində yeni dövr açıb.

Azərbaycan dövləti BMT Təhlükəsizlik Şurasının 1993-cü ildə qəbul etdiyi 822, 853, 874 və 884 nömrəli qətnamələrin, eləcə də BMT Baş Məclisinin 2008-ci ildə qəbul etdiyi 62/243 nömrəli qətnamənin, bir sıra digər nüfuzlu beynəlxalq təşkilatların aktlarının icrasını öz gücü ilə təmin etmişdir. Vətən müharibəsi nəticəsində yaranan yeni reallıq Azərbaycan, Ermənistan və Rusiya liderlərinin 2020-ci il noyabrın 10-da imzaladıqları Üçtərəfli Bəyanatda təsbit olunub.

Ermənistan üçün faktiki kapitulyasiya aktı olan bu beynəlxalq sənədlə tərəflər üzərlərinə müəyyən öhdəliklər götürmüşlər. Müharibədən sonrakı dövrdə bu öhdəliklərin bir qismi yerinə yetirilsə də, erməni silahlı qüvvələrinin Qarabağdan tamamilə çıxarılması, bölgədə bütün iqtisadi və nəqliyyat əlaqələrinin bərpa edilməsi, Azərbaycanın qərb rayonları ilə Naxçıvan Muxtar Respublikası arasında nəqliyyat əlaqəsinin təhlükəsizliyinə zəmanət verilməsi və yeni nəqliyyat kommunikasiyalarının inşası ilə bağlı öhdəliklər Ermənistanın təqsiri ucbatından indiyədək yerinə yetirilməyib.

Bütün bunlara baxmayaraq, Azərbaycan tərəfi postmünaqişə dövrünün reallıqlarını, bölgədə uzunmüddətli və dayanıqlı sülh və sabitlik yaradılması zərurətini nəzərə alaraq, Ermənistan Respublikası ilə münasibətlərin normallaşması və sülh sazişinin hazırlanması üçün 5 təməl prinsip təklif etmişdir. Ermənistan tərəfi bu prinsipləri sözdə qəbul etsə də, aparılan danışıqlarda əldə edilən razılaşmaları pozmaq üçün müxtəlif əməllərə əl atıb.

Bu il sentyabr ayının 13-də Ermənistan silahlı qüvvələri dövlət sərhədinin delimitasiya və demarkasiya olunmamasından istifadə edərək Azərbaycanın Laçın, Kəlbəcər, Daşkəsən, Gədəbəy və Zəngilan rayonları istiqamətində geniş miqyaslı silahlı təxribat törətmişlər. Azərbaycan Ordusunun bölmələri tərəfindən görülən tədbirlər nəticəsində bu təxribatın qarşısı qətiyyətlə alınmış, Ermənistan silahlı qüvvələrinə növbəti ağır zərbə endirilmişdir. Aydın məsələdir ki, Ermənistanın revanşizm niyyətindən irəli gələn bu hərəkəti iki dövlət arasında sivil münasibətlər qurulması üçün göstərilən səyləri pozmağa, azad edilmiş ərazilərdə aparılan bərpa və quruculuq işlərinə maneçilik törətməyə yönəlib.

Ermənistanın törətdiyi təxribat barəsində bəzi yüksək səviyyəli xarici dövlət rəsmilərinin obyektivlikdən uzaq, qərəzli, hətta təhrikedici fikirlər səsləndirməsi təəssüf doğurur. Belə açıqlamaların erməni təbliğatının təsiri altında və ya siyasi dividentlər əldə etmək niyyəti ilə verildiyinə şübhə yoxdur.

Bu gün Azərbaycanın 30 illik işğal dövründə vandalcasına viran qoyulmuş torpaqlarında yaşayış məntəqələrinin bərpası layihələri həyata keçirilir, infrastruktur obyektləri qurulur, hava limanları, yollar, körpülər, tunellər, digər obyektlər inşa olunur, elektrik, su xətləri çəkilir. Məcburi köçkünlərin mümkün qədər tez müddətdə doğma yurdlarına qayıtması üçün şərait yaradılır. Artıq onların bir hissəsinin yurd həsrətinə son qoyulub.

Təəssüf ki, Ermənistan tərəfinin işğal dövründə və müharibədən sonra Azərbaycan ərazilərində basdırdığı yüz minlərcə tank və piyada əleyhinə minalar bərpa və quruculuq işlərinin sürətlə aparılmasına imkan vermir. Hərbi əməliyyatların başa çatmasından sonrakı dövrdə 200 nəfərdən çox mülki şəxs və hərbçi minaların partlaması nəticəsində həlak olmuş və ya yaralanıblar.

Lakin heç kəsin şübhəsi olmasın ki, törədilən bütün maneələrə baxmayaraq, Azərbaycan xalqı ərazi bütövlüyünün keşiyində ayıq-sayıq dayanmışdır, şəhidlərinin həyatı bahasına işğaldan azad edilmiş ərazilərin yenidən qurulmasına, yerlə bir edilmiş şəhər və kəndlərin tam bərpasına nail olacaq, Qarabağı və Şərqi Zəngəzuru çiçəklənən diyarlara çevirəcəkdir.

Azərbaycan Respublikasının Milli Məclisi ümid etdiyini bildirir ki, Ermənistan Respublikası öz məsuliyyətini dərk edərək, XXI əsrə yaraşmayan davranış və hərəkətlərdən əl çəkəcək, Azərbaycanla sivil dövlətlərarası münasibətlər qurulması, bölgə xalqlarının əmin-amanlığa qovuşdurulması üçün yaranmış tarixi imkanı bir daha nəzərdən keçirəcəkdir. Azərbaycan Respublikası Cənubi Qafqazın münaqişə və müharibələrdən azad olan, bütün xalqların nümayəndələrinin qarşılıqlı iş birliyi şəraitində dinamik inkişaf edən bir məkana çevrilməsi üçün özündən asılı olan bütün tədbirləri görməyə hazırdır.

(Bəyanat Azərbaycan Respublikası Milli Məclisinin 2022-ci il 30 sentyabr tarixli iclasında qəbul edilib.)"


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 697   Tarix: 30 sentyabr 2022  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Prezidentlər İlham Əliyev və Rəcəb Tayyib Ərdoğan Şuşa qalası önündə foto çəkdiriblər - Foto

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan noyabrın 8-də Şuşa qalası önündə foto çəkdiriblər. BİG.AZ xəbər verir ki, bu barədə AZƏRTAC məlumat yayıb

08.11.2026 178
.

Prezident Antalyada keçiriləcək COP31 Sammitinə qatılacaq

Azərbaycan Prezidenti İlham Əliyev Türkiyənin Antalya şəhərində keçiriləcək COP31 Sammitində iştirak edəcək. "Qafqazinfo" xəbər verir ki, bu haqda "TRT Haber" diplomatik mənbələrə istinadən məlumat yayıb. Qeyd edək ki, COP31 iqlim sammiti noyabrın 9-dan 20-nə qədər Türkiyənin Antaly

08.11.2026 173
.

ADY-nin kollektivi Zəfər abidəsini ziyarət edib

"Azərbaycan Dəmir Yolları" (ADY) QSC-nin kollektivi 8 Noyabr - Zəfər Günü münasibətilə Zəfər abidəsini ziyarət edib. "Report" xəbər verir ki, Vətən müharibəsində qazanılan tarixi qələbəmizin rəmzi olan Zəfər abidəsinin önünə gül dəstələri düzülüb, Azərbaycanın ərazi bütövlüyü və suverenliy

08.11.2026 159
.

Naxçıvanda Zəfər Günü münasibətilə konsert və atəşfəşanlıq olub

Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyi və Naxçıvan Şəhər İcra Hakimiyyətinin təşkilatçılığı ilə Naxçıvan şəhərində 8 Noyabr - Zəfər Gününə həsr olunmuş konsert proqramı və atəşfəşanlıq təşkil edilib. "Report"un yerli bürosu xəbər verir ki, Heydər Əliyev Muzeyinin qarşısında keçirilə

08.11.2026 149
.

Muxtar Babayev: Azərbaycan COP31-i dəstəkləmək üçün əməkdaşlığa hazırdır

Azərbaycan COP29-un irsini qorumağa və Bakıda qəbul edilmiş qərarların icrasını irəlilətməyə dair öhdəliyi COP31-də iştirakla təsdiqləyib. "Report" xəbər verir ki, bu barədə Azərbaycan Prezidentinin iqlim məsələləri üzrə nümayəndəsi Muxtar Babayev "X" sosial şəbəkə hesabında yazıb

08.11.2026 154
.

Zəfər Günü münasibətilə Bakıda bayram atəşfəşanlığı təşkil olunub - Video

8 Noyabr - Zəfər Günü münasibətilə Bakıda bayram atəşfəşanlığı təşkil olunub. xəbər verir ki, atəşfəşanlıq Dənizkənarı Bulvarda, Saat qülləsinin yaxınlığında baş tutub. Sözügedən görüntüləri təqdim edirik:

08.11.2026 187
.

İlham Əliyev, Rəcəb Tayyib Ərdoğan və ailə üzvləri Vətən Müharibəsi Qəhrəmanları ilə görüşdülər

Prezident İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və qızları Leyla Əliyeva Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və xanımı Əminə Ərdoğanla birlikdə hərbi qulluqçularla görüşüblər. xəbər verir ki, görüşdə Vətən Müharibəsi Qəhrəmanları, eləcə də "Qarabağ" və "Zəfər" ordenlər

08.11.2026 179
.

Azərbaycan və Türkiyə prezidentləri Xankəndidə Zəfər abidəsinin önünə əklillər qoyublar

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan noyabrın 8-də Xankəndi şəhərində Zəfər abidəsini ziyarət edərək önünə əklillər qoyublar. BİG.AZ xəbər verir ki, bu barədə AZƏRTAC məlumat yayıb

08.11.2026 188
.

Azərbaycan və Türkiyə liderlərinin Şuşada görüşünə dair videoçarx

Prezident İlham Əliyevin sosial media hesablarında onun Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla Şuşada baş tutan görüşünə dair videoçarx paylaşılıb. BİG.AZ həmin paylaşımı təqdim edir:

08.11.2026 187
.