İlham Əliyev: "Azad edilən ərazilərdə Çin şirkətləri ilə birgə fəaliyyətimizin genişlənməsində maraqlıyıq"

İlham Əliyev: "Azad edilən ərazilərdə Çin şirkətləri ilə birgə fəaliyyətimizin genişlənməsində maraqlıyıq""Biz işğaldan azad edilmiş ərazilərimizdə aparılan yenidənqurma və bərpa işlərində Çin şirkətləri ilə birgə fəaliyyətimizin genişlənməsində maraqlıyıq".

Bu fikir Prezident İlham Əliyevin Çin Xalq Respublikasının Sədri Si Cinpinə ünvanladığı təbrik məktubunda yer alıb.

Dövlət başçısı iki ölkənin səmərəli əməkdaşlığı üçün yaxşı perspektivlərin olduğunu qeyd edib:

"Hazırda Azərbaycan ilə Çin arasında bütün sahələrdə, xüsusilə də iqtisadi-ticari, nəqliyyat-logistika, sərmayə qoyuluşu, enerji, kənd təsərrüfatı və humanitar sahələrdə səmərəli əməkdaşlığımızın yeni məzmunla zənginləşməsi üçün yaxşı perspektivlər var. Eyni zamanda, biz işğaldan azad edilmiş ərazilərimizdə aparılan yenidənqurma və bərpa işlərində Çin şirkətləri ilə birgə fəaliyyətimizin genişlənməsində maraqlıyıq. İnanıram ki, müxtəlif sahələrdəki, o cümlədən təşəbbüskarı olduğunuz "Kəmər və yol" layihəsi çərçivəsində mövcud potensialdan tam şəkildə istifadə etməklə qarşılıqlı faydalı əməkdaşlığımızı daha da möhkəmləndirə və dərinləşdirə bilərik. Bu yaxınlarda Şanxay Əməkdaşlıq Təşkilatının Səmərqənddə keçirilmiş Sammiti çərçivəsində Sizinlə keçirdiyimiz görüşü ən xoş təəssüratlarla xatırlayıram. Hesab edirəm ki, apardığımız ətraflı fikir mübadiləsi və müzakirələr qarşılıqlı etimad və dəstək üzərində qurulmuş dövlətlərarası əlaqələrimizin hərtərəfli inkişafına yeni təkan verəcəkdir. Əminəm ki, birgə səylərimizlə Azərbaycan-Çin dostluğu və strateji tərəfdaşlığı xalqlarımızın rifahı və ölkələrimizin maraqlarına uyğun olaraq bundan sonra da genişlənməkdə və möhkəmlənməkdə davam edəcəkdir".


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 758   Tarix: 01 oktyabr 2022  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş
Turlar.az

Oxşar xəbərlər

.

Çörək niyə 2-3 saata quruyur və ovulur? Çörəkdən sonra köp və ağırlıq niyə yaranır?

"Çörək qida rasionumuzun əsas hissələrindən biridir. Hətta bir çox insan yeməyi çörəksiz qəbul etdikdə kifayət qədər doymadığını düşünür. Lakin son vaxtlar süfrələrimizdə olan çörəyin keyfiyyəti, tez ovulması, quruması və bəzi insanlarda köp yaratması ilə bağlı narazılıqlar da artır". Bun

12:26 147
.

Tramp Kanada ilə sərhəddəki Ontario gölünün adını dəyişib "Amerika" qoymaq istəyir

ABŞ Ontario gölünün adını dəyişməyi planlaşdırır. APA xəbər verir ki, bu barədə ABŞ Prezidenti Donald Tramp "Truth Social" hesabında yazıb. O bildirib ki, ABŞ Ontario gölünün adını "Amerika" ilə əvəz etməyi ciddi şəkildə düşünür. Tramp bu qərarını Kanadanın Ontario regionu ilə bunda

25.08.2026 220
.

Alen Simonyan eyni gündə ABŞ və Rusiya diplomatları ilə görüşüb

Ermənistan Təhlükəsizlik Şurasının katibi Alen Simonyan bu gün ABŞ və Rusiyanın ölkəsindəki diplomatları ilə görüşüb. Ermənistan mediasının xəbərinə görə, Simonyan ABŞ-ın müvəqqəti işlər vəkili Devid Allen və Rusiya səfiri Sergey Kopırkinlə görüş keçirib. Təhlükəsizlik Şurasının katibi ABŞ və Rusiy

25.08.2026 225
.

200 minə yaxın əcnəbinin vizası ləğv edilir - ABŞ-dən yeni addım

ABŞ administrasiyasının ölkədə sığınacaq üçün müraciət etmiş və ya müraciət prosesi davam edən təxminən 200 min əcnəbinin iş və turizm vizalarını ləğv etməyə hazırlaşdığı bildirilir. Məlumatlı mənbələrə görə, 2016-2026-cı illər arasında verilmiş bəzi B1 və B2 vizaları nəzərdən keçirilir. Söhbət viz

25.08.2026 229
.

ABŞ Hərbi Hava Qüvvələrinin təyyarəsi Vnukovo aeroportuna eniş edib

ABŞ Hərbi Hava Qüvvələrinin təyyarəsi Vnukovo aeroportuna eniş edib. Rusiya mediasının xəbərinə görə, təyyarə Vaşinqton yaxınlığındakı Endryus hərbi bazasından havaya qalxıb. Bildirilib ki, təyyarə avqustun 23-də Riqada olub və bu gün oradan Moskvaya hərəkət edib

25.08.2026 232
.

Azərbaycanda bu ad cəmi 3 uşağa verilib

Bu il Azərbaycanda yeni doğulan 3 körpəyə Laçın adı verilib. BİG.AZ unikal-a istinadən xəbər verir ki, son beş ildə 48 uşağa Laçın adı qoyulub. Belə ki, 2022-ci ildə 5, 2023-cü ildə 9, 2024-cü ildə 10, 2025-ci ildə isə 9 uşağa Laçın adı verilib. Qeyd edək ki, bu gün Laçın Şəhəri Günüdür. Laçın şəhər

14:20 81
.

Polad Bülbüloğlunun xanımı Əməkdar artist imiş - Fotolar

Xəbər verdiyimiz kimi, Xalq artisti, tanınmış bəstəkar, müğənni və ictimai-siyasi xadim Polad Bülbüloğlu yenidən ailə həyatı qurub. "Qafqazinfo"nun "Publika"ya istinadən məlumatına görə, P.Bülbüloğlunun həyat yoldaşı Azərbaycanın Əməkdar artisti, tanınmış rəqqasə və pedaqoq Eter

11:27 261
.

Bakıda I sinfə qəbulda rekord rəqəm: məktəblərdə yer problemi yarana bilərmi? - TƏHSİL EKSPERTİNDƏN AÇIQLAMA

Yeni tədris ilinin başlamasına sayılı günlər qaldıqca Bakıda məktəblərin şagird sıxlığı məsələsi yenidən gündəmə gəlir. Belə ki, 19 avqust saat 11:00-a olan məlumata görə, paytaxt məktəblərinin I sinfinə qəbul üçün artıq 39 094 elektron sorğu yerləşdirilib. Bu isə on minlərlə uşağın sentyabrdan etibarə

14:24 97
.

Vladimir Putin Birinci vitse-prezident Mehriban Əliyevanı təbrik edib

Rusiya Federasiyasının Prezidenti Vladimir Putin Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevaya ad günü münasibətilə təbrik məktubu göndərib. AZƏRTAC-a istinadən xəbər verir ki, təbrikdə deyilir:. "Hörmətli Mehriban Arif qızı. Doğum gününüz münasibətilə ən səmimi təbriklərimi qəbul edin

25.08.2026 326
.