Putin nüvəni işə salsa, III Dünya müharibəsi başlayacaq? - REALLIQ, YOXSA MİF?
"Putin düşünmür ki, o, nüvə silahına əl atana qədər onu vurub sıradan çıxaracaqlar. Rusiyanın nüvə təhdidi reallıqları əks etdirmir. Putin təhdiddə israrlıdırsa, görünən odur ki, o, taktiki nüvə silahlarını yox, ballistik nüvə raketlərini işə salmaq istəyir. Amma istənilən halda Putin bu silahları işə salana qədər qabaqlayıcı nüvə zərbəsi ilə onun ölkəsi sıradan çıxarılacaq. Ona görə nüvə təhdidləri indiki zamanda real səslənmir və bu təhdidlər Rusiyanı hədəfə çevirir".
Bu sözləri BiG.AZ-a açıqlamasında siyasi şərhçi Qabil Hüseynli deyib.
Ekspert bildirib ki, Qərb ölkələri, NATO dövlətləri Putinin nüvə təhdidlərini doğru qarşılasalar da, ona cavab verəcək tədbirləri də indidən hazırlayıblar:
"İndi söhbət ondan gedir ki, Putin "nüvə düyməsini" basana qədər artıq onun özünə və ölkəsinə qarşı da önləyici, qabaqlayıcı nüvə zərbələri endiriləcək. Beləliklə, onun dünyaya nüvə silahı ilə hücum etmək imkanları sıfra yaxın olacaq. Bu nöqteyi-nəzərdən, hesab edirəm ki, Putinin nüvə təhdidləri indiki şəraitdə real görünmür, əksinə, Rusiya dövlətçiliyini, Rusiyanın özünü və xalqını ciddi sınaqlara çəkə bilər. İmkan verilməyəcək ki, Putin və onun dövləti nüvə zərbəsi endirsin".
Politoloq Üçncü Dünya müharibəsi proqnozlarına da münasibət bildirib:
"Üçüncü Dünya müharibəsi real görünmür. Söhbət Qərbin Rusiyanın beynəlxalq təhlükəsizlik üçün törətdiyi riskləri önləmək niyyəti ilə Rusiyanın nüvə potensialını da, hərbi potensialını da sıradan çıxara biləcək qabaqlayıcı tədbirlərin görlməsindən gedir. Nüvə silahının böyük ehtiyatları Amerika və Rusiyadadır. Böyük Britaniya, Fransa və Çində də var. NATO dövlətlərinin nüvə potensialının böyük hissəsi elə NATO dövlətlərinə aiddir. Üstəlik, onlar daha modern, yeni texnologiyalarla təchiz edilmiş silahlara malikdirlər. Ona görə də Rusiyanın nüvə müharibəsində başqa ölkələrə qalib gələcəyi haqqında səsləndirdiyi fikirlər, zənnimcə, reallığa uyğun deyil.
Nüvə təhdidi, ilk növbədə, Ukraynaya tuşlanıb. Amma Putinin təhdidlərindən belə görünür ki, o, NATO ölkələrini də (yəni ABŞ və Böyük Britaniyanı da, Avropa ölkələrini də) hədəfə ala bilər. Amma bunun baş tutacağı barədə suala birmənalı "hə" cavabını vermək çətindir".
Nuranə
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 2000 Tarix: 01 oktyabr 2022
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşADY-nin kollektivi Zəfər abidəsini ziyarət edib
"Azərbaycan Dəmir Yolları" (ADY) QSC-nin kollektivi 8 Noyabr - Zəfər Günü münasibətilə Zəfər abidəsini ziyarət edib. "Report" xəbər verir ki, Vətən müharibəsində qazanılan tarixi qələbəmizin rəmzi olan Zəfər abidəsinin önünə gül dəstələri düzülüb, Azərbaycanın ərazi bütövlüyü və suverenliy
08.11.2026 159 Azərbaycan və Türkiyə prezidentləri Xankəndidə Zəfər abidəsinin önünə əklillər qoyublar
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan noyabrın 8-də Xankəndi şəhərində Zəfər abidəsini ziyarət edərək önünə əklillər qoyublar. BİG.AZ xəbər verir ki, bu barədə AZƏRTAC məlumat yayıb
08.11.2026 188 Mətbuat və Media və Yayım Şurasının kollektivi Zəfər abidəsini ziyarət edib
Azərbaycan Mətbuat Şurasının və Media və Yayım Şurasının kollektivi 8 noyabr Zəfər Günü münasibəti ilə Zəfər Parkında olublar. "Report" xəbər verir ki, ziyarət zamanı 44 günlük Vətən müharibəsində torpaqlarımızın azadlığı uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsi dərin ehtiraml
08.11.2026 154 Prezident Antalyada keçiriləcək COP31 Sammitinə qatılacaq
Azərbaycan Prezidenti İlham Əliyev Türkiyənin Antalya şəhərində keçiriləcək COP31 Sammitində iştirak edəcək. "Qafqazinfo" xəbər verir ki, bu haqda "TRT Haber" diplomatik mənbələrə istinadən məlumat yayıb. Qeyd edək ki, COP31 iqlim sammiti noyabrın 9-dan 20-nə qədər Türkiyənin Antaly
08.11.2026 173 Qubernator ABŞ prezidentliyinə namizəd olur: Pul toplamağa başladı
ABŞ-nin Florida ştatının qubernatoru Ron Desantis 2028-ci ildə keçiriləcək növbəti prezident seçkisində öz namizədliyini irəli sürmək üçün hazırlıqlara başıayıb. xəbər verir ki, bu barədə "The Washington Post" məlumat yayıb. Məlumata görə, Desantis Respublikaçılar Partiyasından ABŞ prezidentliyin
08.11.2026 163 "Bülbülə bənzədiyi üçün "Xarıbülbül" deyirik" - Video
Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyev və Türkiyə Lideri Rəcəb Tayyib Ərdoğan Şuşa qalası önündə foto çəkdiriblər. "Qafqazinfo"nun məlumatına görə, bu zaman Prezidentlər arasında maraqlı söhbət baş tutub. Belə ki, Türkiyə Prezidenti "Xarıbülbül" çiçəyini "Orkide"ni
08.11.2026 203 Xankəndidə Prezidentin adından ziyafət verildi - Fotolar
Xankəndidə Prezident İlham Əliyevin və xanımı Mehriban Əliyevanın adından Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın və xanımı Əminə Ərdoğanın şərəfinə rəsmi ziyafət verilib. "Qafqazinfo" xəbər verir ki, ziyafətdə konsert proqramı təqdim olunub. Sonra Azərbaycan Prezidenti İlham Əliyev, birinc
08.11.2026 202 ABŞ Kanadanın İranla əlaqəli səkkiz qurumuna sanksiyalar tətbiq edib
ABŞ İranla əlaqəli sanksiyalar siyahısına Kanadada qeydiyyatdan keçmiş səkkiz qurumu əlavə edib. "Report" xəbər verir ki, müvafiq məlumat ABŞ Maliyyə Nazirliyinin Xarici Aktivlərə Nəzarət İdarəsinin (OFAC) saytında dərc edilib. Məlumata görə, məhdudiyyətlər valyuta mübadiləsi xidmətləri, pu
08.11.2026 167 Ərdoğan: "Qarabağda bərpa edilən tarixi irs Azərbaycan xalqının gələcəyə olan inamını göstərir" - Foto
"Qarabağ Zəfərinin 6-cı ildönümünü Azərbaycan Prezidenti, əziz qardaşım İlham Əliyevlə birlikdə tarix, təbiət və mədəniyyət şəhəri olan gözəl Şuşada qeyd etməkdən məmnunluq duydum". xəbər verir ki, bu sözləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan sosial şəbəkə hesabındakı paylaşımında bildirib
08.11.2026 181