Almaniyadan sığınacaq istəyən Ukrayna vətəndaşlarının sayı məlum olub

Almaniyadan sığınacaq istəyən Ukrayna vətəndaşlarının sayı məlum olubUkrayna-Rusiya müharibəsi başlayandan indiyə kimi 965 337 Ukrayna vətəndaşı Almaniyaya gəlib.

Bu barədə "Report"un Avropa bürosuna Almaniya Miqrasiya və Qaçqınlarla iş üzrə Federal İdarənin (BAMF) Mətbuat Xidmətindən məlumat verilib.

Məlumatda qeyd olunur ki, Almaniyaya gələn Ukrayna vətəndaşları ölkənin 16 federal əyalətində otel, yataqxana və qoruyucu ailələrdə yerləşdiriliblər.

BAMF-dan bildirilib ki, Almaniyaya vizasız daxil olan Ukrayna vətəndaşları ölkədə 90 gündən artıq qalmaq üçün yaşayış icazəsi almalıdır: "Şəxsi məlumatların sübutu (məsələn, biometrik şəxsiyyət vəsiqəsi və ya pasport kimi şəxsi sənədlər vasitəsilə) və polis tərəfindən şəxsiyyətin təsdiqi Ukrayna vətəndaşlarına müvəqqəti müdafiə vermək üçün kifayətdir. Ukrayna müharibəsi qaçqınlarının qəbulu zamanı müvəqqəti sığınacaq səbəbləri ayrıca qeyd edilmir".

BAMF-ın Mətbuat Xidmətindən bildirilib ki, 2022-ci ilin yanvar-avqust aylarında müxtəlif mənşəli ölkələrdən ümumilikdə 132 618 nəfər Almaniyaya sığınacaq üçün müraciət edib (115 402 ilkin və 17 216 sonrakı müraciət).

Eyni dövrdə Ukraynadan 938 nəfər ölkə üzrə sığınacaq üçün müraciət edib (584 ilkin və 354 sonrakı müraciət).


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 637   Tarix: 01 oktyabr 2022  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş
Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Universitet xərcləri artır: Azərbaycan ailəsi övladının təhsilinə nə qədər pul xərcləyir?

"Yeni tədris ili yaxınlaşdıqca tələbə və valideynləri düşündürən əsas məsələlərdən biri də universitetlərdə təhsil haqlarının artmasıdır. Bir tərəfdən ali təhsil müəssisələri xərclərin, əməkhaqlarının və digər xidmətlərin bahalaşmasını əsas gətirirlər. Digər tərəfdən isə ailələr üçün əsas sual dəyişmir

12:14 136
.

Ən yaşlı və ən gənc tələbə onlar oldu

Ali təhsil müəssisələrinə builki qəbulun nəticələrinə əsasən, tələbə adını qazanan ən gənc abituriyentin 16 yaşı var. Məmmədli Gülşən Rəşad qızı 621,2 balla Naxçıvan Dövlət Universitetinin Stomatologiya ixtisasına əyani təhsil forması üzrə dövlət sifarişi əsasında qəbul olunub. "Qafqazinfo"nu

12:53 157
.

Polad Bülbüloğlu üçüncü dəfə evləndi - Fotolar

Uzun illər Azərbaycanın mədəniyyət naziri vəzifəsində çalışmış, ölkəmizin Rusiyadakı keçmiş səfiri, Milli Məclisin 81 yaşlı deputatı Polad Bülbüloğlunun ailə həyatı ilə bağlı yeni məlumat yayılıb. "Qafqazinfo" -ya istinadən xəbər verir ki, 81 yaşlı Polad Bülbüloğlu 1997-ci ildə nikaha girdiy

25.08.2026 648
.

Ələkbərli Zeyd İspaniyanın "Deportivo Peñas" klubuna keçdi

Azərbaycan futbolunun gənc istedadlarından olan, "Qarabağ" futbol klubunun U-16 komandasının əsas qapıçısı olan Ələkbərli Zeyd karyerasında mühüm mərhələyə qədəm qoyub. 2011-ci il təvəllüdlü futbolçu rəsmən İspaniyanın "Deportivo Peñas" klubunun heyətinə qoşulub. Gənc futbolçunu

25.08.2026 253
.

Rus ordusu Annovkanı işğal etdi

Rusiya ordusu Donetsk vilayətinin Annovka yaşayış məntəqəsini işğal edib. xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb

25.08.2026 211
.

Vladimir Putin Birinci vitse-prezident Mehriban Əliyevanı təbrik edib

Rusiya Federasiyasının Prezidenti Vladimir Putin Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevaya ad günü münasibətilə təbrik məktubu göndərib. AZƏRTAC-a istinadən xəbər verir ki, təbrikdə deyilir:. "Hörmətli Mehriban Arif qızı. Doğum gününüz münasibətilə ən səmimi təbriklərimi qəbul edin

25.08.2026 326
.

Azərbaycanda aktiv vergi ödəyicilərinin sayı 888 mini keçdi: sahibkarlıq genişlənir, yoxsa uçot şəffaflaşır?

Azərbaycanda aktiv vergi ödəyicilərinin sayında artım qeydə alınıb. 2026-cı il avqustun 1-nə ölkədə aktiv vergi ödəyicilərinin ümumi sayı ilin əvvəli ilə müqayisədə 3,4 faiz artaraq 88 320-yə çatıb. Eyni zamanda, aktiv ƏDV ödəyicilərinin sayı 5,8 faiz artaraq 61 805, aktiv təsərrüfat subyektlərinin say

11:51 158
.

Ermənistanda SİYASİ ÇAXNAŞMA: Serj Sarkisyan da saxlanıldı

Ermənistanın keçmiş prezidenti Serj Sarkisyan, ölkənin digər keçmiş prezidenti və müxalif "Ermənistan" blokunun lideri Robert Köçəryanın saxlanılması və onlara qarşı ittihamların irəli sürülməsi fonunda Antikorrupsiya Komitəsinə gəlib. xəbər verir ki, Sarkisyan binanın girişində jurnalistləri

25.08.2026 241
.

Bu gün Laçın Şəhəri Günüdür

Bu gün Azərbaycanda 26 avqust - Laçın Şəhəri günüdür. BİG.AZ-ın məlumatına görə, Laçın şəhəri, Zabux və Sus kəndləri 2022-ci avqustun 26-da Azərbaycanın nəzarəti altına keçib. Prezident İlham Əliyev 31 iyul 2022-ci ildə azad edilmiş ərazilər üzrə şəhər günlərinin təsis edilməsi ilə bağlı Sərəncam imzalayıb

10:26 133
.