Avtomobil qəzalarında 7 yaşa qədər 13 nəfər ölüb: "Yol terroru"nun səbəbləri - AÇIQLAMA

Avtomobil qəzalarında 7 yaşa qədər 13 nəfər ölüb: "Yol terroru"nun səbəbləri - AÇIQLAMA2021-də respublika üzrə yol-nəqliyyat hadisələrində 706 nəfər dünyasını dəyişib, 1 452 nəfər xəsarət alıb. Ölənlərdən 322 nəfər, yaralılardan isə 429 nəfər sırf piyada qismində hadisə iştirakçıları olub.

Dünyada hər il orta hesabla 1,3 milyon insan avtomobil qəzaları nəticəsində ölür. Məlumdur ki, bu qəzaların əksəriyyəti insan səhvlərindən, yəni daha çox sürücü məsuliyyətsizliyindən qaynaqlanır. Avtomobil istehsalçıları qəzaların qarşısını almaq üçün yeni texnologiyaların maşınlara tətbiqini davam edirlər. Qəzaların səbəbləri arasında bir çox fərqli səbəb var.

Qəzalar maddi ziyana, müvəqqəti və ya daimi əlilliyə və daha da pisi, ölümlə nəticələnə bilər. Yol-nəqliyyat hadisələri qəzaya səbəb olan amillər baxımından fərqlənir. Dünyada qəzaların əsas səbəbi sürət həddinin aşılması olaraq göstərilir. Nəqliyyat vasitəsi ilə təyinat yerinə çatmaq istəyərkən sürət nişanlarına əməl etməmək və sürət həddini aşmaq avtomobil qəzalarına səbəb olur.

İkinci məsələ ani diqqətsizlikdir. Sürücünün bir anlıq fikrinin yayınması özü və avtomobildə olan sərnişinlərin həyatına son qoya bilər. Yol-nəqliyyat hadisələri üzrə statistik rəqəmləri təhlil edəndə dəhşətli mənzərə alınır. Qəzalarda 7 yaşa qədər 13 nəfərin həlak olması nə deməkdir? Bu, sadəcə dəhşətdir.

Nə üçün insanlar ölümə doğru qaçırlar?

Məsələ ilə bağlı Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin baş inspektoru, polis mayoru Araz Əsgərli Oxu.Az-a açıqlamasında bildirib ki, yüksək sürət, diqqətsizlik, ümumilikdə yol hərəkəti qaydalarına riayət etməmək ölkədə ölüm faktlarının sayının artmasına səbəb olur:

"Ötən il ərzində yol-nəqliyyat hadisələrində 7 yaşa qədər 13 nəfər ölüb, 36 nəfər yaralanıb. 7-16 yaş aralığında 36 nəfər ölüb, 116 nəfər yaralanıb. 18-20 yaş arasında 17 nəfər ölüb, 72 nəfər yaralanıb. 21-24 yaş aralığında 38 nəfər ölüb, 140 nəfər yaralanıb. 25-64 yaş aralığında 510 nəfər ölüb, 983 nəfər yaralanıb. 65 yaşdan yuxarı 84 nəfər ölüb, 88 nəfər isə yaralanıb. Bu rəqəmlər hər il ictimaiyyətə açıqlanır, hər il hərəkət iştirakçılarını yollarda diqqətli olmağa çağırırıq. Lakin görünən mənzərə odur ki, bizim onların həyatını qorumaq üçün etdiyimiz cəhdləri onlar özləri üçün etmək istəmir. Bu dəhşətli rəqəmlərdən biri olmaq üçün can atmayın. Məktəblərin, universitetlərin yerləşdiyi ərazilərdə piyadavurma halları çoxluq təşkil edir.

Xüsusilə də piyada keçidlərinin 100 metr yaxınlığında hadisələrin baş verməsi bizi çox məyus edir. Axı insanlar həyatını 100 metr üçün hansı məqsədlə riskə atırlar? Bir qədər irəli gedib daha təhlükəsiz formada yola davam etmək mümkündür, nə üçün bu qədər səbrsizlik edib, nizam-intizamdan kənar hərəkətlər nümayiş etdiririk?"

Polis mayoru onu da qeyd edib ki, paytaxtın Həsən Əliyev, Azadlıq prospekti, Koroğlu Rəhimov küçəsində bu kimi hallar çoxalıb:

"Bu sadalanan ərazilərdə yanbayan məktəblər var, ali təhsil müəssisələri var. Eynilə Əhməd Rəcəbli küçəsində Azərbaycan Dövlət İqtisad Universitetinin qabağında, piyada keçidlərinin yaxınlığı, Azərbaycan Texniki Universitetin qarşısında piyada keçidi ola-ola pedaqoqlar, tələbələr yolun piyadalar üçün nəzərdə tutulmayan hissəsindən keçərək faciəyə səbəb olurlar. Bu siyahını uzada da bilərik. Ölkədə bu kimi hallar, bununla yanaşı şüursuzluq edən bəzi sürücülərin yol verdiyi nöqsanlar səbəbindən maddi ziyanla qarşılaşa bilərsiniz, müvəqqəti və ya daimi əlilliyə düçar ola bilərsiniz. Daha faciəlisi belə hadisələr ölümlə də nəticələnə bilər. Xüsusən piyadalarla bağlı vəziyyət Daxili İşlər Nazirliyinin rəhbərliyini, həmçinin Dövlət Yol Polisini ciddi şəkildə narahat edir, bunun üçün bütün imkanlarımızı səfərbər etmişik, lakin bu işdə cəmiyyət olaraq münasibəti dəyişmək önəmlidir. Hər bir vətəndaşımızdan aparılan təbliğat işlərində bizə dəstək olmağı xahiş edir yol polisi olaraq insanların yollarda diqqətli olmasını tövsiyə edirik".


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 593   Tarix: 01 oktyabr 2022  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

ADY-nin kollektivi Zəfər abidəsini ziyarət edib

"Azərbaycan Dəmir Yolları" (ADY) QSC-nin kollektivi 8 Noyabr - Zəfər Günü münasibətilə Zəfər abidəsini ziyarət edib. "Report" xəbər verir ki, Vətən müharibəsində qazanılan tarixi qələbəmizin rəmzi olan Zəfər abidəsinin önünə gül dəstələri düzülüb, Azərbaycanın ərazi bütövlüyü və suverenliy

08.11.2026 159
.

Azərbaycan və Türkiyə prezidentləri Xankəndidə Zəfər abidəsinin önünə əklillər qoyublar

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan noyabrın 8-də Xankəndi şəhərində Zəfər abidəsini ziyarət edərək önünə əklillər qoyublar. BİG.AZ xəbər verir ki, bu barədə AZƏRTAC məlumat yayıb

08.11.2026 188
.

Mətbuat və Media və Yayım Şurasının kollektivi Zəfər abidəsini ziyarət edib

Azərbaycan Mətbuat Şurasının və Media və Yayım Şurasının kollektivi 8 noyabr Zəfər Günü münasibəti ilə Zəfər Parkında olublar. "Report" xəbər verir ki, ziyarət zamanı 44 günlük Vətən müharibəsində torpaqlarımızın azadlığı uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsi dərin ehtiraml

08.11.2026 154
.

Prezident Antalyada keçiriləcək COP31 Sammitinə qatılacaq

Azərbaycan Prezidenti İlham Əliyev Türkiyənin Antalya şəhərində keçiriləcək COP31 Sammitində iştirak edəcək. "Qafqazinfo" xəbər verir ki, bu haqda "TRT Haber" diplomatik mənbələrə istinadən məlumat yayıb. Qeyd edək ki, COP31 iqlim sammiti noyabrın 9-dan 20-nə qədər Türkiyənin Antaly

08.11.2026 173
.

Qubernator ABŞ prezidentliyinə namizəd olur: Pul toplamağa başladı

ABŞ-nin Florida ştatının qubernatoru Ron Desantis 2028-ci ildə keçiriləcək növbəti prezident seçkisində öz namizədliyini irəli sürmək üçün hazırlıqlara başıayıb. xəbər verir ki, bu barədə "The Washington Post" məlumat yayıb. Məlumata görə, Desantis Respublikaçılar Partiyasından ABŞ prezidentliyin

08.11.2026 163
.

"Bülbülə bənzədiyi üçün "Xarıbülbül" deyirik" - Video

Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyev və Türkiyə Lideri Rəcəb Tayyib Ərdoğan Şuşa qalası önündə foto çəkdiriblər. "Qafqazinfo"nun məlumatına görə, bu zaman Prezidentlər arasında maraqlı söhbət baş tutub. Belə ki, Türkiyə Prezidenti "Xarıbülbül" çiçəyini "Orkide"ni

08.11.2026 203
.

Xankəndidə Prezidentin adından ziyafət verildi - Fotolar

Xankəndidə Prezident İlham Əliyevin və xanımı Mehriban Əliyevanın adından Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın və xanımı Əminə Ərdoğanın şərəfinə rəsmi ziyafət verilib. "Qafqazinfo" xəbər verir ki, ziyafətdə konsert proqramı təqdim olunub. Sonra Azərbaycan Prezidenti İlham Əliyev, birinc

08.11.2026 202
.

ABŞ Kanadanın İranla əlaqəli səkkiz qurumuna sanksiyalar tətbiq edib

ABŞ İranla əlaqəli sanksiyalar siyahısına Kanadada qeydiyyatdan keçmiş səkkiz qurumu əlavə edib. "Report" xəbər verir ki, müvafiq məlumat ABŞ Maliyyə Nazirliyinin Xarici Aktivlərə Nəzarət İdarəsinin (OFAC) saytında dərc edilib. Məlumata görə, məhdudiyyətlər valyuta mübadiləsi xidmətləri, pu

08.11.2026 167
.

Ərdoğan: "Qarabağda bərpa edilən tarixi irs Azərbaycan xalqının gələcəyə olan inamını göstərir" - Foto

"Qarabağ Zəfərinin 6-cı ildönümünü Azərbaycan Prezidenti, əziz qardaşım İlham Əliyevlə birlikdə tarix, təbiət və mədəniyyət şəhəri olan gözəl Şuşada qeyd etməkdən məmnunluq duydum". xəbər verir ki, bu sözləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan sosial şəbəkə hesabındakı paylaşımında bildirib

08.11.2026 181
.