Narkotik cinayətləri ilə bağlı polisin keçirdiyi əməliyyatla 60 nəfər saxlanıldı: Dördü qadındır

Narkotik cinayətləri ilə bağlı polisin keçirdiyi əməliyyatla 60 nəfər saxlanıldı: Dördü qadındırŞirvan Şəhər Polis Şöbəsinin əməkdaşları tərəfindən avqust-sentyabr ayları ərzində şəhər ərazisində keçirilən əməliyyatlar zamanı narkotiklərin qanunsuz dövriyyəsi, eləcə də kultivasiyası ilə məşğul olan, silsilə oğurluq, soyğunçuluq, xuliqanlıq cinayətləri edən və üzərində qanunsuz olaraq odlu silah saxlayan ümumilikdə 84 nəfər saxlanılıb.

Bu barədə Oxu.Az-a Daxili İşlər Nazirliyi mətbuat xidmətinin Şirvan regional qrupundan məlumat verilib.

Bildirilib ki, həmin şəxslərdən 4-ü qadın olmaqla 60-ı narkotik cinayətləri ilə bağlı polisin keçirdiyi əməliyyat nəticəsində tutulub. Onlardan 50-si barəsində məhkəmə tərəfindən həbs, 10-u haqqında isə polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilib. Qanunsuz dövriyyədən müxtəlif çəkidə narkotik vasitə və psixotrop maddələr, eləcə də yüzlərlə narkotik tərkibli həblər çıxarılıb.

Qeyd edilən dövr ərzində Şəhər Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyatlar zamanı şəhər ərazisində yerləşən evlərdən, mağazalardan və avtomobillərdən oğurluqlar edən 8 nəfər saxlanılaraq istintaqa təhvil verilib. Bundan əlavə Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə axtarışda olan 11, vətəndaşlara qarşı soyğunçuluq və xuliqanlıq edən 2 və qanunsuz olaraq odlu silah saxlayan 2 nəfər tutularaq cinayət məsuliyyətinə cəlb olunub.

Həmçinin şöbə əməkdaşları tərəfindən şəhər ərazisində yerləşən kafelərin birində qumar oynayan şəxslər də müəyyən edilərək məsuliyyətə cəlb olunublar. Həmin kafeni icarə əsasında işlədən şəxs barəsində isə araşdırmalara başlanılıb.

Bu müddət ərzində Nazirliyin Baş Cinayət Axtarış İdarəsinin əməkdaşları ilə birgə keçirilən tədbirlərlə 2016-ci ildən bağlı qalmış bir oğurluq hadisəsinin üstü də açılıb.

Aşkar edilən bütün faktlarla əlaqədar Şirvan Şəhər Polis Şöbəsinin İstintaq Bölməsində araşdırmalar davam etdirilir.


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 795   Tarix: 01 oktyabr 2022  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Azərbaycanda 877 yeniyetmə ana oldu

18 yaşadək uşaq dünyaya gətirən qadınların sayı azalıb. xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsinin nəşrində məlumat verilib. Bildirilib ki, 2025-ci ildə 877 nəfər 18 yaşı olmayan qadın ana olub. Bu rəqəm 2024-cü ildə 1279 nəfər olub

25.08.2026 259
.

Çörək niyə 2-3 saata quruyur və ovulur? Çörəkdən sonra köp və ağırlıq niyə yaranır?

"Çörək qida rasionumuzun əsas hissələrindən biridir. Hətta bir çox insan yeməyi çörəksiz qəbul etdikdə kifayət qədər doymadığını düşünür. Lakin son vaxtlar süfrələrimizdə olan çörəyin keyfiyyəti, tez ovulması, quruması və bəzi insanlarda köp yaratması ilə bağlı narazılıqlar da artır". Bun

12:26 138
.

Trampın Səudiyyə Ərəbistanı ilə nüvə sazişi tənqidlərə səbəb oldu

ABŞ Prezidenti Donald Tramp Səudiyyə Ərəbistanı ilə nüvə əməkdaşlığına dair müqaviləni nəzərdən keçirilməsi üçün Konqresə təqdim edib. xəbər verir ki, "The Wall Street Journal" (WSJ) qəzetinin məlumatına görə, Amerika liderinin bu qərarı tənqidlərə səbəb olub. Demokratiyaların Müdafiəsi Fondunu

10:25 132
.

Tramp Kanada ilə sərhəddəki Ontario gölünün adını dəyişib "Amerika" qoymaq istəyir

ABŞ Ontario gölünün adını dəyişməyi planlaşdırır. APA xəbər verir ki, bu barədə ABŞ Prezidenti Donald Tramp "Truth Social" hesabında yazıb. O bildirib ki, ABŞ Ontario gölünün adını "Amerika" ilə əvəz etməyi ciddi şəkildə düşünür. Tramp bu qərarını Kanadanın Ontario regionu ilə bunda

25.08.2026 219
.

Alen Simonyan eyni gündə ABŞ və Rusiya diplomatları ilə görüşüb

Ermənistan Təhlükəsizlik Şurasının katibi Alen Simonyan bu gün ABŞ və Rusiyanın ölkəsindəki diplomatları ilə görüşüb. Ermənistan mediasının xəbərinə görə, Simonyan ABŞ-ın müvəqqəti işlər vəkili Devid Allen və Rusiya səfiri Sergey Kopırkinlə görüş keçirib. Təhlükəsizlik Şurasının katibi ABŞ və Rusiy

25.08.2026 224
.

İsrail ordusu Livanın cənubuna dəfələrlə hücum edib

N12-nin Livan mediasına istinadən verdiyi məlumata görə, İsrail Müdafiə Qüvvələri çərşənbə axşamı gecəsi Livanın cənubundakı Əli Taher silsiləsi, Əl-Mənsuri və Əl-Qantara da daxil olmaqla ərazilərə zərbələr endirib. BİG.AZ The Jerusalem Post-a istinadən xəbər verir ki, İsrail ordusu Hizbullah terro

09:24 135
.

Ermənistanda SİYASİ ÇAXNAŞMA: Serj Sarkisyan da saxlanıldı

Ermənistanın keçmiş prezidenti Serj Sarkisyan, ölkənin digər keçmiş prezidenti və müxalif "Ermənistan" blokunun lideri Robert Köçəryanın saxlanılması və onlara qarşı ittihamların irəli sürülməsi fonunda Antikorrupsiya Komitəsinə gəlib. xəbər verir ki, Sarkisyan binanın girişində jurnalistləri

25.08.2026 240
.

Ekspert: Moskva-Yerevan münasibətlərinin normallaşması Paşinyandan asılıdır

Politoloq İvan Mezyuxonun sözlərinə görə, Ermənistanın Rusiyadakı səfirinin dəyişdirilməsi, Baş nazir Nikol Paşinyan Avrasiya İqtisadi Birliyi (AİB) ölkələri hesabına Avropaya inteqrasiya siyasətini dəyişmədiyi müddətdə, Moskva ilə Yerevan arasındakı münasibətlərə ciddi təsir göstərməyəcək. xəbər veri

11:47 123
.

Laçın Şəhəri Günü - Zəfərdən quruculuğa uzanan tarixi yol

Laçın Azərbaycanın zəngin tarixə, qədim mədəni irsə və misilsiz təbiət gözəlliklərinə malik şəhərlərindən biridir. Bu şəhərin adı Azərbaycan xalqının yaddaşında həm Qarabağımızın ayrılmaz parçası, həm də Vətən müharibəsində qazanılmış böyük Zəfərin rəmzlərindən biri kimi yaşayır. Laçın Şəhəri Günü b

10:50 140
.