Səhərə qədər toylarda oxudu, övladını itirdi, nişanlısı onu aldatdı - Məleykə Əsədova haqqında maraqlı faktlar
BiG.AZ Kulis.az-a istinadən aktrisa, Xalq artisti Məleykə Əsədova haqqında maraqlı faktları təqdim edir.
Məleykə Əlifağa qızı Əsədova 23 aprel 1966-cı ildə Neftçala rayonunda anadan olub. Uşaqlıq illərindən musiqiyə marağı olduğundan balaca vaxtı rəfiqələrini başına yığar, onlar üçün səhnəciklər düzəldər, mahnılar oxuyarmış.
***
O, 1983-cü ildə Mirzağa Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutuna daxil olur. İkinci kursda oxuyanda, atası 50 yaşında infarktdan dünyasını dəyişir. Həmin gündən sonra ailənin yükü Məleykənin və bacısının çiyinlərinə düşür. O, bacısı ilə birgə toylara getməyə, pul qazanıb ailəsini dolandırmağa başlayır. Bu barədə aktrisa müsahibələrinin birində deyir:
"Atalı-analı illərim həyatımın ən xoşbəxt illəridir. Universitet və gündəlik xərclərimi təmin etmək üçün toylara getməyə başladım. İlk evimi də toydan qazandığım pulla aldım. Əvvəl bir, sonra iki otaq... Hamısını əziyyətimlə əldə etmişəm. 17 yaşında şəhərdə tək-tənha idim. Ayaqda qalmağa çalışırdım. Özümə söz verdim ki, anamı gözü yaşlı qoymayacağam. O zamanlar anam da, bacım da işləyirdilər. Öz gücümlə təhsilimi başa vurdum. Yenə də hamıdan gözəl geyinib, yaxşı evdə kirayədə qalırdım. Amma heç kimin xəbəri yox idi ki, necə zəhmət və əziyyət çəkirəm. Hamı kinoteatra, gəzintilərə gedəndə, mən səhərə kimi Neftçalada ansamblla qız toyunda çıxış edirdim".
***
Aktrisa 1989-cu ildə Dövlət Gənclər Teatrının truppasına daxil olur. Bu kollektivdə çalışan aktrisa teatrın beş tamaşasında rol oynayır. Teatrda ilk tamaşası "Aydın" olur. Müəllimi Lütfi Məmmədbəyovun təklifi ilə Gənc Tamaşaçılar teatrına üz tutur, orada Həsən Əblucla rastlaşır. Həsən Əbluc ona "Aydın" tamaşasında Gültəkin rolunu həvalə edir. Bu tamaşa ona böyük uğur gətirir.
Elə həmin dövrlərdə Lütfi Məmmədbəyov Orxan Kamalın "Yad qızı" əsəri əsasında televiziya tamaşası hazırlayır. 21 yaşı olan Məleykə bu tamaşada Jalə obrazını canlandırır. Aktrisa həmin tamaşa haqqında deyir:
"Mənim onda 20-21 yaşım vardı. Amma "Yad qızı"nda olan Jalə obrazı 30 yaşında olan bir qız idi. Hər şeyə rəğmən, ona da çəkildim. Televiziya tamaşası idi. Özümə söz vermişdim ki, əgər tamaşaçı məni qəbul etməsə, başqa bir işlə məşğul olacağam. Gecə tamaşanı oynadıq, səhər piyada getdim "Aktyorlar evi"nə. Bilə-bilə piyada gəldim ki, görüm tamaşaçı məni görüb tanıyacaq, qəbul edəcək, yoxsa yox? İnandırım sizi, yolda gedəndə hamı deyirdi ki, aa, Jaləyə baxın, Jaləyə baxın. "Yad qızı" mənə böyük şöhrət gətirdi, ondan sonra neçə-neçə filmlərdən təklif gəldi. Obrazlar, baş rollar və sair və ilaxır".
***
Bir çox tamaşalarda Məleykəni izləyən Həsən Turabov 1993-cü ildə onu şəxsən "Azdrama"ya işə dəvət edir.
Elə həmin dövrlərdə Əlibala Hacızadənin "İtkin gəlin" tamaşası əsasında Lütfi Məmmədbəyov serial çəkir. Baş rol üçün bir çox aktrisalar sınaqdan keçsə də, Əlibala müəllim Məleykəni görən kimi deyir:
"Mənim aktrisam Məleykədir. O, Əfqanıstanda gördüyüm qıza bənzəyir".
***
Bu serial aktrisaya inanılmaz uğur gətirir. Serialdan sonra nə qədər valideyn öz övladlarına Jalə, Əfsanə, Gültəkin adını qoyurlar.
BiG.Az
Telegramda izləyin
Maraqlı Baxılıb: 2044 Tarix: 02 oktyabr 2022
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş"WhatsApp"da yenilik: profillər BELƏ GÖRÜNƏCƏK - FOTO
"WhatsApp" istifadəçiləri şəxsi profillərinə üz qabığı fotosu əlavə edə biləcəklər. xarici mediaya istinadən xəbər verir ki, yeni funksiya əvvəlcə "Android"in beta versiyasında sınaqdan keçirilib, indi isə "iOS" istifadəçiləri üçün də əlçatan olmağa başlayıb. Yenilik sayəsind
08.11.2026 408 Kişilər və qadınlar üçün ən təhlükəli yaş dövrləri
Alimlər kişilərin və qadınların hansı yaş dövrlərində ciddi xəstəliklərə daha çox həssas ola biləcəyini araşdırıblar. Bildirilir ki, ürək-damar xəstəliklərinin yaranma riski yaşla birlikdə artır və bu proses kişilərlə qadınlarda fərqli xüsusiyyətlər göstərə bilər. xarici mediaya istinadla xəbər veri
01.11.2026 734 12 yaşlı uşaq qızıl külçəsi tapdı
1799-cu ildə ABŞ-də 12 yaşlı Konrad Ridin dərədə tapdığı daşın əslində 7,7 kiloqramlıq qızıl külçəsi olduğu məlum olub. Ailə qiymətli metalın dəyərindən xəbərsiz olduğu üçün onu üç il ərzində qapı tutacağı kimi istifadə edib. Şimali Karolina ştatında yaşayan Konrad Rid Litl Medou Krik dərəsində oynayarkə
08.11.2026 180 Sankt-Peterburqda mənzildə üç il əvvəl ölən şəxsin cəsədi aşkarlanıb
Rusiyanın Sankt-Peterburq şəhərində mənzillərdən birində mumiyalanmış kişi cəsədi tapılıb. bildirir ki, bu barədə REN TV-yə mənbə məlumat verib. Mənbənin sözlərinə görə, Veteranlar prospektində yerləşən mənzillərdən birində bir neçə il əvvəl intihar etmiş ev sahibinin cəsədi aşkarlanıb. Məlumata əsasən
01.11.2026 453 "ChatGPT"nin dərmanlarla bağlı tövsiyəsi daha bir nəfərin həyatına son qoydu
ABŞ-nin Vaşinqton ştatında yaşayan 31 yaşlı Bouen Vanın ailəsi "ChatGPT"nin verdiyi tibbi məsləhətlərin onun ölümünə səbəb olduğu iddiası ilə "OpenAI" şirkətinə qarşı məhkəmə iddiası qaldırıb. xəbər verir ki, iddialara görə, epilepsiyadan əziyyət çəkən Van işini itirdikdən sonra yen
01.11.2026 677 Dezinfeksiya xidməti
Dezinfeksiya xidməti göstərən şirkət gəmiricilərə, parazitlərə , virus və infeksiyaların patogenlərinə qarşı uğurla mübarizə aparır. Dezinfeksiya şirkətləri minlərlə obyektin təhlükəsizliyini təmin edir, Bakı və Azərbaycan üzrə yüz minlərlə sakin üçün rahat iş və yaşayış şəraiti yaradır. Dezinfeksiy
02.11.2026 1605 Gizli toy və atılmış qız: Müslüm Maqomayevin həyatından az adamın bildiyi faktlar
Güclü alqışların və ümumxalq şöhrətinin arxasında məşhur sənətçinin ictimaiyyət qarşısında müzakirə etməməyi üstün tutduğu hadisələr qalıb. Müslüm Maqomayev böyük şöhrətin mənasını erkən yaşlarından öyrənib. 20 yaşında bütün ölkə onun adını bilirdi və pərəstişkarları konsertlərdən sonra saatlarla on
01.11.2026 463 Satın aldığı qırıq çaydan ona sərvət qazandırdı
İngiltərədə bir kolleksiyaçının cəmi 15 sterlinqə aldığı sınıq və qapaqsız çaydanlığın ABŞ-da istehsal edilmiş ən qədim çini nümunələrindən biri olduğu üzə çıxıb. Təxminən 30 ildir keramika kolleksiyası toplayan alıcının diqqətini çəkən tarixi əşya hərracda 575 min sterlinqə satılıb. Çaydanlıq Nyu-Yorkdak
07.11.2026 230 Payızda yatmazdan əvvəl bunları edin - Səhərə gümrah oyanmağın yolları
Payız aylarında havaların soyuması, günlərin qısalması və temperaturun dəyişməsi insan orqanizminə təsirsiz ötüşmür. Bu dövrdə yuxu rejiminə diqqət yetirmək, səhərlər yorğun oyanmamaq və sağlamlığı qorumaq üçün yatmazdan əvvəl bəzi sadə qaydalara əməl etmək tövsiyə olunur. xəbər verir ki, yuxudan əvvə
07.11.2026 208