Yəhudi alimdən ŞOK PROQNOZ: "məhv olarıq..."

Yəhudi alimdən ŞOK PROQNOZ: "məhv olarıq...""Bizi kosmosun təsirindən qoruyan atmosferi deşib yox etdikcə, çox böyük təhlükə ilə üz-üzə qalacağıq". BiG.AZ xəbər verir ki, bu sözləri publika.az-a müsahibəsində yəhudi filosof, Dünya Müdrikləri Birliyinin fəxri üzvü Mixail Laytman bildirib.

- Doktor, adətən itkilərimiz bizim cəsarətimizi də zədələyir. Getdikcə daha qorxaq oluruq. Ümumiyyətlə, bu duyğu ilə necə mübarizə aparaq?

- Hadisələrin gedişatına mane olmamaq... Növbəti saniyə nə baş verəcəyini düşünməmək... Çünki nə baş verəcəyini bilmədiyimiz təqdirdə həll yolu axtarmaq da ağılsızlıqdır. Diqqətinizi bir səmtə yönəltməyin. Düşünməyin ki, bu, mümkünsüzdür. Əsas odur ki, sizin sağlamlığınız üçün ən önəmli seçimdir.

- Bütün ehtimal etdiyimiz təhlükələri heç saymaq?

- Hər gün özünüzə müsbət şeylər təlqin edin. Məsələn deyin ki, hər şeyin yaxşı olacağına inanıram. Əminəm ki, hər şey ürəyimcə olacaq. Çünki mən buna inanıram. Əslində yaxşı və pis proqnozlar verməkdən ümumilikdə imtina etsəniz, daha yaxşı olar. Belə deyim, hadisələri idarə etmək istəyinizi minimuma endirsəniz, qorxu və xof da yaranmaz. Siz durumu idarəniz altına almaq istəyirsiniz, amma bacarmırsınız. Bütün problem də buradan yaranır.

- Bu özü də bir idarə sistemi deyilmi?

- Əslində elədir. Düşün ki, istənilən halda həyatın bir nöqtədə bitəcək. Axı sən dünyanı dəyişəndə qapını kilidləyib, hər şeyi möhürləyib getmirsən. Bu qeyri-müəyyənliyin içində yaxın gələcəyi necə idarə edə bilərsən?! Bunu qəbul et, razılaş və barış! Əslində qorxu hissinin bir müsbət tərəfi var. Səhvlərimizi düzəltmək üçün zaman qazanırıq. Həyat və ölüm məfhumuna münasibətimiz dəyişir.

- Bəs özümüzə nəyi təlqin edək?

- Yaradanın iradəsinin hər şeydən üstün olduğuna inanaq. O, bizim üçün nəyin doğru, nəyin yanlış olduğunu daha yaxşı bilir və bizim düşünməyə sərf etdiyimiz zamanda daha gerçək işlər görür. Sakitləşin, etməli olduğunuz əsas şey də budur. Unutmayın, yaradan hüzur içindədir, siz də daxilinizdə o sakitliyi tapın. Bu dünyada bizi narahat etməyən yeganə şey rahatlıq və sakitlikdir. Bu zirvəyə çatmaq lazımdır. Bu anla yaşamalıyıq. Var olduğunun detallarına varmadan yaşa. Çayın axını ilə gedin, axına qarşı yox.

- Amma qalaktika da, bəşər də sakit və rahat deyil. Göy cisimləri yaxınlaşır, orbitlər dəyişir. Daha nələr, nələr...

- Təbii ki! Bu, bizə fiziki cəhətdən çox təsir edir. Hər cür problem, günəşin odu, yerin maqnit sahəsi, qütbün dəyişməsi və s. Heç kim nə baş verəcəyini bilmir. Biz ondan çox asılıyıq. Əsasən də bədənimiz. Sanki vücudumuz elektrolit torbasıdır, içərisində hər cür cərəyanlar gəzir, ona görə də təzyiq düşür, qum hissəcikləri bir-birinə sürtündükdə bir az toz fırtınası baş verir və elektrik yaranır - insanlar dəli olurlar! Bununla da bir qütbün tərsinə çevrilməsi baş verərsə və ya günəş birdən "asqırar"sa hər şey sona çatar.

Birdən elə bir enerji ilə qarşılaşa bilərik ki, özümüz məhv olarıq, qalan hər şey təhlükəsiz qalar. Yəni elektromaqnit dalğası bizim orqanizmimizdən başqa hər kəsi və hər şey yeri olduğu kimi saxlayar. Bizi kosmosun təsirindən qoruyan atmosferi dşeib yox etdikcə, çox böyük təhlükə ilə üz-üzə qalacağıq. Çünki bioloji sistemimiz ətraf mühitə o qədər bağlıdır ki.. Bizsə sadəcə asılı olduğu nəsnələrlə davranmağı bacarmayan axmaq məxluqlarıq!


BiG.Az
Telegramda izləyin
Maraqlı   Baxılıb: 2160   Tarix: 02 oktyabr 2022  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş
Kurslar.az kurslar

Oxşar xəbərlər

.

Telefon işığı beynimizi aldadırmış - Yuxusuz gecələrin səbəbi...

Smartfon və digər rəqəmsal cihazlardan yayılan mavi işıq insan sağlamlığına və yuxu rejiminə ciddi zərər vurur. "Qafqazinfo"nun xəbərinə görə, Harvard Tibb Məktəbinin tədqiqatçıları müəyyən ediblər ki, mobil telefon ekranlarının şüalanması yuxuya getməyi təmin edən melatonin hormonunun ifrazın

04.11.2026 501
.

Velosipedi yenidən kəşf etmək də olurmuş... - Fotolar

Nigeriyanın Kebbi əyalətində yaşayan 19 yaşlı Bello Məhəmməd müstəqil şəkildə dizayn edib hazırladığı fövqəladə nəqliyyat vasitəsi ilə dünya rekorduna imza atıb. "Qafqazinfo" xəbər verir ki, peşəkar kömək almadan 2.9 metr hündürlüyündə velosiped quraşdıran gənc "Ginnesin Rekordlar Kitabı"n

06.11.2026 329
.

Süni intellekt heyvanların sayımında alimlərə kömək etdi

Süni intellekt təbiətin və heyvanların qorunması sahəsində yeni imkanlar yaradıb. xəbər verir ki, "Reuters"in araşdırmasına görə, texnologiya 200 min vəhşi təbiət fotosunu cəmi bir neçə saata təhlil edərək alimlərə heyvanların sayını müəyyənləşdirməyə kömək edib. Süni intellekt həmçinin meş

08.11.2026 142
.

Yay fəsli uzanır... 6 ay davam edəcək

Uzunmüddətli müşahidələr göstərir ki, yay hər il bir gün uzanır. Qlobal istiləşmə səbəbindən Avropa tədricən ənənəvi mövsümi dövrünü itirir. Yay uzanır, yaz və payız isə qısalır. xarici mediaya istinadən bildirir ki, bu barədə İspaniya Milli Meteorologiya Agentliyi (AEMET) məlumat yayıb. 1980-ci illərdə

08.11.2026 180
.

Kişilər və qadınlar üçün ən təhlükəli yaş dövrləri

Alimlər kişilərin və qadınların hansı yaş dövrlərində ciddi xəstəliklərə daha çox həssas ola biləcəyini araşdırıblar. Bildirilir ki, ürək-damar xəstəliklərinin yaranma riski yaşla birlikdə artır və bu proses kişilərlə qadınlarda fərqli xüsusiyyətlər göstərə bilər. xarici mediaya istinadla xəbər veri

01.11.2026 734
.

Payızda yatmazdan əvvəl bunları edin - Səhərə gümrah oyanmağın yolları

Payız aylarında havaların soyuması, günlərin qısalması və temperaturun dəyişməsi insan orqanizminə təsirsiz ötüşmür. Bu dövrdə yuxu rejiminə diqqət yetirmək, səhərlər yorğun oyanmamaq və sağlamlığı qorumaq üçün yatmazdan əvvəl bəzi sadə qaydalara əməl etmək tövsiyə olunur. xəbər verir ki, yuxudan əvvə

07.11.2026 208
.

Klozetin içinə 1 ədəd su şüşəsi qoyun, fərqi görün

Evdə su sərfiyyatını azaltmaq məqsədilə klozet rezervuarlarına plastik şüşə qoyulması üsulu yenidən gündəmə gəlib. Mütəxəssislər düzgün quraşdırmanın vacibliyinə diqqət çəkiblər. xəbər verir ki, ev şəraitində su istehlakını azaltmaq üçün köhnə bir praktika olan rezervuara plastik şüşə yerləşdirmə üsul

07.11.2026 259
.

Sahiblərinin əhvali-ruhiyyəsi itlərə necə təsir edir?

İtlər sahiblərinin davranışlarına və emosional vəziyyətinə müxtəlif cür reaksiya verirlər. İnsanların keçirdiyi hər bir emosiya heyvanlar üçün fərqli məna daşıya bilər. xəbər verir ki, itlər insanların üz ifadələrini alimlərin əvvəllər düşündüyündən daha yaxşı tanıya bilirlər. Üstəlik, sahibinin emosiona

08.11.2026 122
.

Evdə Wi-Fi-ınızı necə pulsuz artırmaq olar?

Evin bəzi otaqlarında internet zəif işləyirsə və ya bağlantı tez-tez kəsilirsə, dərhal yeni cihaz almağa ehtiyac olmaya bilər. İstifadə etmədiyiniz köhnə router düzgün qurulduqda Wi-Fi şəbəkəsinin əhatəsini genişləndirə bilər. xarici mediaya istinadla xəbər verir ki, mütəxəssislər routerdən əlavə giri

01.11.2026 637
.