Burkina-Faso Prezidenti istefa verərək ölkəni tərk edib

Burkina-Faso Prezidenti istefa verərək ölkəni tərk edibSentyabrın 30-da üsyançı hərbi qüvvələr tərəfindən hakimiyyətdən uzaqlaşdırılan Burkina-Faso Prezidenti, polkovnik-leytenant Pol-Anri Sandaoqo Damiba bazar günü dövlət başçısı vəzifəsindən istefa verməyə razılaşıb.

"Report" xəbər verir ki, bu barədə "Radio France internationale" radiostansiyası məlumat yayıb.

Radiostansiya bildirib ki, Damiba qiyamçıların istefa tələbi ilə razılaşıb. Məlumata görə, Damiba oktyabrın 2-də Burkina-Fasonu tərk edərək qonşu ölkə Toqoya yollanıb. "Radio France internationale" vurğulayıb ki, Damiba ilə qiyamçılar arasında aparılan danışıqlarda iştirak edən Toqo Prezidenti For Qnassinqbe Burkina-Fasonun keçmiş prezidentinin gəlişinə razılıq verib.

Sentyabrın 30-da Burkina-Fasoda dövlət çevrilişi edən hərbi qrup Damibanı ölkə prezidentliyindən uzaqlaşdırdığını bəyan edib. Kapitan İbrahim Traore Burkina-Fasonun yeni lideri olub. Hakimiyyəti ələ keçirən hərbçilər hökumətin buraxıldığını, konstitusiyanın və istənilən siyasi fəaliyyətin dayandırıldığını elan ediblər.


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 950   Tarix: 02 oktyabr 2022  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş
Turlar.az

Oxşar xəbərlər

.

Aleksandr Lukaşenko Birinci vitse-prezident Mehriban Əliyevanı təbrik edib

Belarus Respublikasının Prezidenti Aleksandr Lukaşenko Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevaya ad günü münasibətilə təbrik məktubu göndərib. AZƏRTAC-a istinadən xəbər verir ki, təbrikdə deyilir:. "Hörmətli Mehriban Arif qızı. Doğum gününüz münasibətilə səmimi təbriklərimi qəbu

25.08.2026 251
.

Laçın Şəhəri Günü: Zəfərimizin, Böyük Qayıdışımızın və dirçəlişimizin ünvanı

Laçın - tariximizin, milli yaddaşımızın və Böyük Qayıdışımızın simvollarından biri. Azərbaycanın dilbər guşələrindən olan Laçın şəhəri özünəməxsus təbiəti, zəngin tarixi, qədim mədəni irsi və strateji coğrafi mövqeyi ilə ölkəmizin tarixində xüsusi yer tutur. Bu gün Laçın təkcə gözəl dağ şəhəri kimi deyil

10:53 145
.

"Yuventus"un ulduzunun ayağı sındı

"Yuventus"un hücumçusu Kenan Yıldız A Seriyasının 1-ci turunda "Frozinone"yə qarşı keçirilən və Turin klubunun 1:0 hesablı qələbəsi ilə başa çatan oyunda ciddi zədə alıb. xəbər verir ki, 21 yaşlı türkiyəli futbolçunun sol ayağının pəncə nahiyəsində sınıq aşkarlanıb. O, qarşılaşmanı

25.08.2026 234
.

Paşinyan Köçəryan və Sərkisyana qarşı hərəkətə keçdi - proses hara gedir?

"Ermənistanda sabiq prezident Robert Köçəryan ətrafında yeni və ciddi hüquqi proses başlayıb. Belə ki, o, əvvəlcə Milli Təhlükəsizlik Xidmətinə, daha sonra isə Korrupsiyaya Qarşı Mübarizə Komitəsinə aparılıb. Bundan başqa, Köçəryanın və ailə üzvlərinin əmlaklarında da axtarışlar keçirilib"

12:41 57
.

Ekspert: Moskva-Yerevan münasibətlərinin normallaşması Paşinyandan asılıdır

Politoloq İvan Mezyuxonun sözlərinə görə, Ermənistanın Rusiyadakı səfirinin dəyişdirilməsi, Baş nazir Nikol Paşinyan Avrasiya İqtisadi Birliyi (AİB) ölkələri hesabına Avropaya inteqrasiya siyasətini dəyişmədiyi müddətdə, Moskva ilə Yerevan arasındakı münasibətlərə ciddi təsir göstərməyəcək. xəbər veri

11:47 98
.

Rusiya hücumlarında qadın və qızı həlak olub

Bir rəsminin verdiyi məlumata görə, Rusiyanın Ukraynaya son hücumlarından sonra 39 yaşlı bir qadın və dörd yaşlı qızı ölüb. BİG.AZ Sky News-a istinadən xəbər verir ki, Ukraynanın şimalındakı Çerniqov vilayətinin qubernatoru Vyaçeslav Çaus səhər tezdən bölgədəki "insan məskənlərinə" dronları

12:34 72
.

Rus ordusu Annovkanı işğal etdi

Rusiya ordusu Donetsk vilayətinin Annovka yaşayış məntəqəsini işğal edib. xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb

25.08.2026 206
.

Bu ölkə süni intellekt mahnılarına qadağa qoydu

Avstraliya Səsyazma Sənayesi Assosiasiyası (ARİA) milli musiqi çartlarına düşmək istəyən mahnılar üçün yeni tələblər tətbiq edib. xəbər verir ki, "Röyters" məlumat yayıb. Məlumata görə, yenilənmiş qaydalara əsasən, musiqi əsərləri əsasən insan yaradıcılığının məhsulu olmalıdır. Süni intellek

25.08.2026 248
.

İsrail ordusu Livanın cənubuna dəfələrlə hücum edib

N12-nin Livan mediasına istinadən verdiyi məlumata görə, İsrail Müdafiə Qüvvələri çərşənbə axşamı gecəsi Livanın cənubundakı Əli Taher silsiləsi, Əl-Mənsuri və Əl-Qantara da daxil olmaqla ərazilərə zərbələr endirib. BİG.AZ The Jerusalem Post-a istinadən xəbər verir ki, İsrail ordusu Hizbullah terro

09:24 127
.