Əhməd İsmayılov: "Vətən müharibəsi dövründə çoxsaylı kiberhücumların qarşısı müvəffəqiyyətlə alınıb"

Əhməd İsmayılov: "Vətən müharibəsi dövründə çoxsaylı kiberhücumların qarşısı müvəffəqiyyətlə alınıb""Vətən müharibəsi dövründə dövlətimizin informasiya resurslarına çoxsaylı kiberhücumlar təşkil edilib, bu hücumların qarşısı müvəffəqiyyətlə alınıb".

"Report"un xəbərinə görə, bu fikirləri Medianın İnkişafı Agentliyinin İcraçı direktoru Əhməd İsmayılov bu gün Bakıda keçirilən "Qlobal hibrid müharibə və kibertəhlükəsizlik" sammitində çıxışı zamanı deyib.

Onun sözlərinə görə, İKT hər gün həyatımıza daha geniş daxil olur, müxtəlif sferalarda qarşılıqlı əlaqəni asanlaşdırır:

"Bununla yanaşı, "virtual reallıq" eyni zamanda real həyatda mövcud olan mənfi elementlər: dələduzluq, cinayətkarlıq, zorakılıq halları virtual dünyaya da proyeksiyalanır və spamlar, viruslar, fərdi məlumatların ələ keçirilməsi, şantaj, kibercinayətkarlıq, kiberterrorizm kimi bütün dünyanın birgə mübarizə aparmaqla minimallaşdırılması mümkün olan təhdidlər yaranır. Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə dövlətimizin 44 günlük Vətən müharibəsində möhtəşəm qələbəyə imza atması bütün sahələrdə olduğu kimi medianın da fəaliyyətində ruh yüksəkliyi yaradıb. 44 günlük Vətən müharibəsində Azərbaycan Prezidentinin ölkəmiz haqqında həqiqətlərin dünyaya çatdırılması istiqamətində sosial şəbəkələrin və medianın potensialından peşəkarcasına istifadə etməsi düşmənin ölkəmiz ətrafında informasiya vakumu yaratmasına imkan vermədi. Bu jurnalistlər, ümumiyyətlə isə hər bir Azərbaycan vətəndaşı üçün dəyərli nümunədir".

Ə.İsmayılov qeyd edib ki, kiberfəzada sərhədlər və məhdudiyyətlər yoxdur, kibertəhdidlər istənilən yerdə baş verə və qısa müddət ərzində böyük ziyan vura bilərlər:

"Buna görə də İKT-nin istifadəsi zamanı inamın və təhlükəsizliyin yüksəldilməsi dünya ictimaiyyəti üçün ən aktual məsələlərdən birinə çevrilir.
Beynəlxalq informasiya təhlükəsizliyinin təmin edilməsi problemlərinə baxıldıqda bir-biri ilə qarşılıqlı əlaqəli hərbi-siyasi, kriminal və terror xarakterli üç növ təhdidin olmasından çıxış etmək lazımdır. İKT-ni təkcə hər hansı qanun pozucusu, cinayətkar qruplar, terrorçu və ekstremist təşkilatlar deyil, hətta dövlətlər də siyasi, iqtisadi və hərbi məqsədlərlə istifadə edə bilərlər. Bu yolla örtülü təcavüz həyata keçirərək milli, regional və qlobal səviyyədə təhlükəsizlik təhdidləri yaradırlar. 44 gün davam etmiş Vətən müharibəsi zamanı informasiyanın nə qədər böyük önəm daşıdığının bir daha şahidi olduq. 2020-ci il sentyabrın 27-də başlanmış hərbi əməliyyatlar Ermənistanın kapitulyasiyası ilə başa çatdı və Azərbaycan Silahlı Qüvvələri işğal edilmiş əzəli torpaqlarımızı düşməndən azad etdi.
İşğalçı üzərində qazanılmış Zəfər xalqımızın hərb tarixinə qızıl hərflərlə yazılmış ən parlaq səhifələrdən biri kimi bizim və sonrakı nəsillərin iftixar mənbəyi olaraq qalacaq".

MEDİA-nın İcraçı direktoru vurğulayıb ki, informasiya müharibəsi, psixoloji qarşıdurma, hibrid müharibə kimi yeni termin və anlayışlar ənənəvi müharibə barədə təsəvvürləri xeyli dəyişdirib:

"Bu gün xüsusi texnologiyaların köməyi ilə dövlətlərin ordusuna və əhalisinə təsir göstərmək imkanları mövcuddur. Eləcə də öz məlumat qaynaqlarını, əhalini düşmənin psixoloji təsirindən etibarlı qorumaq informasiya müharibəsində önəmli vəzifə sayılır. Hərbi əməliyyatlar zamanı ən vacib məqamlardan biri öz məlumat mənbələrini düşmən təsirindən qorumaq idi və Azərbaycan tərəfi bu işin öhdəsindən gəlməyi bacardı. Müharibə dövründə dövlətimizin informasiya resurslarına çoxsaylı kiberhücumlar təşkil edilib, bu hücumların qarşısı müvəffəqiyyətlə alınıb. Ümumiyyətlə, Ermənistan tərəfi, onları himayə edən xarici media mənsubları və sosial şəbəkə istifadəçiləri Vətən müharibəsi günlərində yüzlərlə belə saxta xəbərlər yaysa da, bunların çoxu məharətlə təkzib edilirdi. Bütün bunlar bir daha göstərir ki, informasiya müasir münaqişələr və müharibələr dövründə yetərincə böyük rol oynayır və dövlətin informasiya təhlükəsizliyinin təmin edilməsi baxımından müstəsna əhəmiyyət kəsb edir".


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 602   Tarix: 03 oktyabr 2022  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

"Məni bağışla, gözəl anam" - anasına və dostlarına məktub yazıb intihar etdi

Şırnakın Uludere mahalının Andaç kəndində anasına və dostlarına iki vida mesajı göndərdikdən sonra 20 yaşlı bir gənc 35 metr yüksəklikdəki uçurumdan tullanaraq intihar edib. Anasına göndərdiyi mesajda gəncin "Məni bağışla, gözəl anam. Qardaşlarıma və dostlarıma vaxt ayırmadan köçüb getdim"

18.09.2021 3137
.

Azərbaycanda milli dronlar hazırlanıb - VİDEO

Milli Elmlər Akademiyasının Yüksək Texnologiyalar Parkında xüsusi təyinatlı dronlar hazırlanıb. -ın məlumatına görə, pilotsuz uçuş aparatları sifarişlər əsasında yerli mütəxəssislər tərəfindən hazırlanıb. Dronlari uçuş vaxtları, yükdaşıma və küləyə davamlılığı ilə fərqlənir. Həmçinin uçuş trayektoriyasını

18.09.2021 428
.

Nazirdən məktəblərdə şagird sıxlığı ilə bağlı AÇIQLAMA - VİDEO

Təhsil naziri Emin Əmrullayev bəzi məktəblərdə sıxlığın yaranmasına aydınlıq gətirib. Nazir Baku TV-yə eksklüziv müsahibəsində bildirib ki, Azərbaycanda valideynə övladı üçün həm məktəb, həm də müəllim seçmək hüququ verilib:. "Valideyn elektron qeydiyyatdan keçdikdən sonra bütün sinifləri sistemd

18.09.2021 1643
.

Kosmosa tarixi uçuşdan ilk görüntülər - FOTOLAR

Xəbər verdiyimiz kimi, hamısı mülki şəxslərdən ibarət olan dörd nəfəri daşıyan kosmik gəmi kosmosa göndərilib. "Qafqazinfo" xəbər verir ki, "SpaceX" kosmos turistlərinin ilk görüntülərini yayımlayıb. Həmin görüntüləri təqdim edirik:

18.09.2021 888
.

Cənub bölgəsi ilə bağlı "12-dən sonra işləmir" deyimi haradan yaranıb?

Niyə bəziləri talışlar haqqında "saat 12-dən sonra işləmir" ifadəsini istifadə edirlər?. xəbər verir ki, bu barədə aparıcı, nitq təlimçisi Cəlalə Nəzəroğlu sosial şəbəkədə paylaşım edib. O bildirib ki, bu deyim talışların fiziki işlərinə görə yaranıb:. "Çox təəssüf ki, bizdə bəziləri insanlar

18.09.2021 1826
.

Telefonu niyə yastığın altına qoyub yatmaq olmaz?

"Yaşayış sahəsinin ekologiyası" laboratoriyasının müdiri Anton Yastrebçevin sözlərinə görə, smartfonları yastığın altına qoyub yatmaq olmaz. -a istinadən xəbər verir ki, ekspert səbəb kimi telefonlardan gələn radiasiyanın bəzən artdığını bildirib. "Nəzərə almaq lazımdır ki, telefonları

18.09.2021 862
.

Üzeyir Hacıbəylinin doğum günü Şuşada qeyd olunacaq

Bu gün Azərbaycan xalqının dahi oğlu, musiqi mədəniyyətimizin korifeyi Üzeyir Hacıbəylinin doğum günüdür. xəbər verir ki, 1995-ci ildə isə ümummilli lider Heydər Əliyevin fərmanı ilə dahi bəstəkarın anadan olmasının 110 illik yubileyi ərəfəsində 18 sentyabrın Milli Musiqi Günü kimi qeyd olunması qərar

18.09.2021 381
.

"Pişikdən qorxubsa, "bismillah" desin" deyən tibb işçisi cəzalandırıldı - RƏSMİ

Sosial şəbəkələrdə səs yazısında vətəndaş pişikdən qorxduğu üçün ürəyi tutan qayınanasına təcili yardım əməkdaşının laqeyd yanaşdığı və ona "bismillah" deyərək yatmasını məsləhət görən şəxs cəzalandırılıb. " "a istinadən xəbər verir ki, Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyində

17.09.2021 2788
.

Paşinyan Batumidə "yoxa çıxdı"

Bir neçə gün əvvəl Ermənistanın baş naziri Nikol Paşinyan Gürcüstana rəsmi səfər edib. Onun səfəri Batumi şəhərində başa çatıb. Rəsmi məlumata görə, onunla Gürcüstanın baş naziri arasında qeyri-rəsmi görüş olub. Batumiyə səfər Ermənistan cəmiyyətinin əhəmiyyətli bir hissəsi və xüsusən də bəzi Rusiy

18.09.2021 774
.