Ağdamın Xıdırlı kəndinin təməli qoyulub

Ağdamın Xıdırlı kəndinin təməli qoyulubAzərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva oktyabrın 4-də Ağdam rayonunun Xıdırlı kəndinin təməlqoyma mərasimində iştirak ediblər.

AZƏRTAC xəbər verir ki, Qarabağ iqtisadi rayonuna daxil olan işğaldan azad edilmiş ərazilərdə (Şuşa rayonu istisna olmaqla) Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Emin Hüseynov dövlətimizin başçısına və birinci xanıma kənddə görüləcək işlərlə bağlı məlumat verdi.

Sonra kəndin tikintisi və inkişaf planı barədə videoçarx nümayiş olundu.

Bildirildi ki, Ağdam şəhərinin mərkəzindən 3 kilometr məsafədə yerləşən Xıdırlı kəndində 5990 nəfərin (1500 ailə) məskunlaşması planlaşdırılıb. Layihələndirilən ümumi ərazi 418 hektardır. Burada məskunlaşacaq əhalinin yaşayış yükünü nəzərə alaraq, məhəllələrin salınmasının birinci mərhələsi üçün 160 hektar torpaq sahəsi ayrılıb. Birinci mərhələdə kəndə 2951 nəfərin köçürülməsi üçün 719 fərdi evin tikilməsi planlaşdırılır.

Vurğulandı ki, kənddə əhalinin məşğulluğunun təmin edilməsi üçün də hər cür şərait yaradılacaq. Burada mədəniyyət və əyləncə mərkəzləri, dini, xidmət, kommersiya müəssisələri, iqtisadi inkişaf obyektləri, təhsil, idarəetmə və kənd təsərrüfatı sahələri üzrə ümumilikdə 2595 nəfərin işlə təmin olunması planlaşdırılır.

Qeyd edilib ki, Xıdırlıda tikinti işlərinə bu il oktyabrın 10-da başlanılacaq. Kənddə tikinti işlərinin 2024-cü il aprelin 10-da tamamlanması nəzərdə tutulur.


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 725   Tarix: 04 oktyabr 2022  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş
Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Turistlər üçün soyğunçuluq riskinin yüksək olduğu 10 şəhər

Hesabatda turistlər üçün xırda oğurluq riski yüksək olan şəhərlər müəyyən edilib. Diqqətli olmaq və əşyalarınızı bədəninizə yaxın saxlamaq səyahətinizdən təhlükəsiz şəkildə zövq almağınıza kömək edəcək. -ın xarici mediaya istinadən verdiyi xəbərə görə, yeni hesabatda turistlərin xüsusilə cüzdanların

22.02.2026 385
.

Nazirlikdən xəbərdarlıq: İki ərazidə partlayışlar olacaq

Pirəkəşkül və Ağdərədə 23-27 fevral tarixlərində müddəti başa çatmış və istifadəyə yararsız döyüş sursatları məhv ediləcək. BİG.AZ xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi (MN) məlumat yayıb. Qeyd edilib ki, istismara yararsız sursatların təhlükəsizlik qaydalarına riayət olunmaqla Pirəkəşkül qəsəbəs

10:24 182
.

Makron Trampdan Avropa vətəndaşlarına qarşı sanksiyaların ləğv olunmasını xahiş edib

Fransa Prezidenti Emmanuel Makron ötən həftə ABŞ Prezidenti Donald Trampa bir neçə Avropa vətəndaşına qarşı sanksiyaları ləğvini xahiş edən məktub göndərib. "Report" xəbər verir ki, bu barədə "La Tribune Dimanche" qəzeti məlumat yayıb. Söhbət xüsusən Avropanın daxili bazar məsələlər

22.02.2026 338
.

​Taliban qadın və uşaqların döyülməsini qanuni elan etdi

Əfqanıstanda hakimiyyətdə olan Taliban qadın və uşaqlara qarşı zorakılıqla bağlı yeni cinayət məcəlləsi qəbul edib. "Daily Mail"ə istinadənxəbər verib ki, yeni qanun məişət zorakılığını müəyyən hallarda "cəza tədbiri" kimi təsnif edir və kişilərə arvadlarını və uşaqlarını döyməy

22.02.2026 446
.

Finlandiyalı siyasətçi Zelenskinin açıqlamasını "heyrətamiz" adlandırıb

Ukrayna Prezidenti Volodymyr Zelenskyy-nin Rusiya Prezidenti Vladimir Putin-in dünya müharibəsi başlatmaq niyyətində olması ilə bağlı açıqlamasına Finlandiyadan reaksiya gəlib. xarici mediaya istinadən xəbər verir ki, Finlandiya Azadlıq Alyansı partiyasının üzvü Armando Memu bu barədə "X" sosia

12:27 188
.

İsrail ABŞ-İran danışıqlarına şübhəli yanaşır: Tramp diplomatiyaya şans verir, amma İran güzəşt etməyəcək

ABŞ ilə İran arasında nüvə proqramı üzrə davam edən danışıqlar İsrail rəsmilərinin diqqət mərkəzindədir. Nyu-Yorkdakı İsrail baş konsulu Ofir Akunis ABŞ-ın Cenevrədə növbəti danışıqlar turuna start verməsini diplomatik səy kimi qiymətləndirir, lakin razılaşmanın mümkünlüyünə şübhə ilə yanaşır. BİG.A

15:53 126
.

Rusiyanın Ukraynanın Odessa bölgəsinə hücumu nəticəsində iki nəfər ölüb, üç nəfər yaralanıb

Ukraynanın təcili yardım xidməti və hökumət rəsmisi bildirib ki, Rusiyanın Ukraynanın cənubundakı Odessa bölgəsinə hücumu nəticəsində iki nəfər ölüb, üç nəfər yaralanıb. BİG.AZ Reuters-ə istinadən xəbər verir ki, xidmətin Telegram messencerində verdiyi məlumata görə, Rusiya pilotsuz təyyarəsinin yü

14:33 146
.

İncəsənət əsərlərinə görə ƏDV alınmayacaq

İncəsənət əsərlərinin ölkəyə idxalı əlavə dəyər vergisindən (ƏDV) azad edilib. Axşam.az xəbər verir ki, bu, Prezident İlham Əliyevin imzaladığı Vergi Məcəlləsinə dəyişiklikdə öz əksini tapıb. Qanuna əsasən, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiqedici sənədi əsasınd

14:43 124
.

Məşhur narkokartel lideri xüsusi əməliyyat zamanı öldürülüb

Meksikada Xalisko Yeni Nəsil narkotik kartelinin liderlərindən biri Nemesio Oseguera Servantes yerli hərbi qüvvələrin keçirdiyi xüsusi əməliyyat zamanı öldürülüb. xarici mediaya istinadən xəbər verir ki, bu barədə Milenio nəşri respublika hökumətindəki mənbəyə istinadla məlumat yayıb. Məlumata görə

11:22 176
.

TOP MP3