Müəllimlər Günü kimlərin bayramıdır? - Bir az FƏRQLİ YANAŞAQ

Müəllimlər Günü kimlərin bayramıdır? - Bir az FƏRQLİ YANAŞAQHər insan bir müəllimdir: kimsə yaxşını öyrədir, kimsə də pisi...
Kimsə sözlə yol göstərir, kimsə əməli...
Ən gözəl müəllim elə həyatın özü –
Hər kəslə fərdi məşğuldur... Böyüdür bizi...

Bu sətirləri bu günə həsr etdim. Beynəlxalq Müəllimlər Günüdür.

Bu peşə öz gözəlliyi və məsuliyyətilə digərlərindən seçilir. Bütün peşə sahiblərinin ilk təməlini qoyan, hətta müəllimi belə, MÜƏLLİM edən kəsdir müəllim. Bir sözlə, "adamı İNSAN edən varlıqdır" desəm, yanılmaram.

İnsanın kimliyi evdəki tərbiyədən formalaşmağa başlayır, sonra isə günün əksər hissəsini yanında keçirdiyi insanların təsiriylə yaxşıya ya pisə doğru dəyişir.

Həyatımız aldığımız qərarlardan asılıdır. Onları qəbul etməkdə müəllimlərimizin rolu az deyil.

Yəqin bu səbəbdən Həzrət Əli İbni Abu Talib "Mənə bir hərf öyrədənin qulu olaram" deyib. Gərək bizə gözəllikləri öyrədən hər kəsin qədrini bilək.

Hamımızın müəllimi var. Kimisi başqalarından dərs alır, kimisi hadisələrdən.... Demək, biz özümüz də kimlərçünsə bir müəllimik və bu gün HAMIMIZIN bayramıdır.

Hər kəs müəllim ola bilər, eyni zamanda da bu ada LAYİQ olmaq hər kəsin işi deyil.

Yaxşı müəllim yaxşı nəsil yetişdirə, yaxşı nəsil bəşəriyyətin gələcəyini gözəlləşdirə bilər. Deməli, bəşəriyyət elə müəllimlərin əlindədir... Necə dəyər verməyək?..

Bir az da bu günün tarixindən danışaq.

Beynəlxalq Müəllimlər Günü — YUNESKO tərəfindən təsis edilən və bir çox ölkələrdə ümumdünya səviyyəsində qeyd olunan bir gündür.

Belə ki, 5 oktyabr 1966-cı ildə YUNESKO və Beynəlxalq Əmək Təşkilatının birgə təşkilatçılığı ilə çağırılan konfransda müəllimlərin peşə fəaliyyətinin şərtlərini təyin edən "Müəllimlərin statusu haqqında" adlı ilk beynəlxalq sənəd imzalanmışdır.

1994-cü ildən isə həmin tarix YUNESKO tərəfindən Ümumdünya Müəllimlər Günü kimi təsis edilmişdir. Bu tarix həmçinin BMT-nin də beynəlxalq və ümumdünya günlər sisteminə daxildir.

Bu günün qeyd olunması müəllimlərin cəmiyyətdəki mövqeyi, təhsil və inkişafdakı roluna diqqət çəkməyi nəzərdə tutmuşdur.

Hazırda dünyanın 100-dən çox ölkəsində ümumdünya səviyyəsində qeyd olunduğu halda, bəzi ölkələrdə müxtəlif tarixlərdə ayrıca olaraq milli səviyyədə "Müəllimlər günü" qeyd edilir: məsələn, Albaniyada 8 mart, Cənubi Koreyada 15 may, Argentinada 11 sentyabr, Çində 28 sentyabr, Özbəkistanda 1 oktyabr, Türkiyədə isə 24 noyabr tarixlərində.

Müstəqil Azərbaycanda isə bu tarix 1993-cü il 5 oktyabrda rəsmiləşdirilib.

"Müəllim günü"nün 1965-ci ildə SSRİ Ali Sovetinin 29 sentyabr tarixli qərarından sonra keçirilməsinə baxmayaraq, təhsil sistemində çalışan insanların zehni əməkləri, onların xidmətləri indiki dövrdə də qiymətləndirilir.

Məhz Azərbaycan müstəqillik əldə etdikdən sonra da bu peşə bayramı hər il 5 oktyabrda ölkə ictimaiyyəti tərəfindən qeyd olunur. Xüsusilə, həmin bayram günü şagirdlər və tələbələr öz sevimli müəllimlərini təbrik edirlər.

Mən də müəllim olan, olmağa hazırlaşan, olmaq istəyib ola bilməyən, bir sözlə, özünü müəllim hiss edən hər kəsi TƏBRİK EDİRƏM!

Sonda isə Orxan Əlinin şeirini yad etmək istəyərdim:

Haqqında çox sözlər deyilib sənin.
Günəş tək ətrafa nur çiləyirsən.
Hər nurun böyüyən bir buğda sənin
Həyatda adın tək ucal, müəllim!

Əkdiyin hər toxum min bəhər verər.
Deyərdim, dünyada ən böyük SƏNsən.
Çox körpə qəlbləri rövnəqləndirən,
Böyük ürəklərdə od ol, müəllim!

Müəllim adına sığınıb ancaq
Sən necə varsansa, o cür qalasan,
Bir söz deyiləndə sənə toxuncaq,
İçində odlanıb alovlanarsan...

Deyirəm, olasan ucadan uca,
Yaşın çox olsa da, deyilsən qoca!
Böyük görünürsən həmişə yaşca.
Uca çinarlar tək ucal, müəllim!

Xoşbəxt və parlaq gələcəyə xatir öyrənək və öyrədək!

Natəvan Baxşiyeva


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 3166   Tarix: 05 oktyabr 2022  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş
Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Türkiyədə tarixi qüllə Azərbaycan bayrağının rəngləri ilə işıqlandırıldı - Foto

Türkiyənin Bursa şəhərinin Osmanqazi rayonunda, tarixi Tophane Parkında yerləşən Saat qülləsi Azərbaycan bayrağının rəngləri ilə işıqlandırılıb. xəbər verir ki, işıqlandırma Azərbaycanda qeyd olunan 8 Noyabr - Zəfər Günü münasibətilə təşkil edilib. Həmin görüntüləri təqdim edirik:

08.11.2026 136
.

Azərbaycan və Türkiyə prezidentləri Xocalı Soyqırımı Memorialını ziyarət ediblər - YENİLƏNİB+Foto

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan noyabrın 8-də Xocalı şəhərində Xocalı Soyqırımı Memorialını ziyarət ediblər. BİG.AZ AZƏRTAC-a istinadən xəbər verir ki, Azərbaycan və Türkiyə prezidentləri Memorialın önünə əklillər qoyublar

08.11.2026 223
.

ADY-nin kollektivi Zəfər abidəsini ziyarət edib

"Azərbaycan Dəmir Yolları" (ADY) QSC-nin kollektivi 8 Noyabr - Zəfər Günü münasibətilə Zəfər abidəsini ziyarət edib. "Report" xəbər verir ki, Vətən müharibəsində qazanılan tarixi qələbəmizin rəmzi olan Zəfər abidəsinin önünə gül dəstələri düzülüb, Azərbaycanın ərazi bütövlüyü və suverenliy

08.11.2026 159
.

Şuşada Zəfər Günü atəşfəşanlıqla qeyd olunub

Zəfər Günü və Şuşa Şəhər Günü münasibətilə Şuşada atəşfəşanlıq təşkil olunub. "Report"un Qarabağ bürosu xəbər verir ki, Şuşa səması al-əlvan rənglərə boyanaraq, sakinlərin bayram əhval-ruhiyyəsini daha da rövnəqləndirib

08.11.2026 134
.

Ağdam, Füzuli və Xocavənddə Zəfər Gününə həsr olunmuş tədbirlər keçirilib

Zəfər Günü münasibətilə Ağdam, Füzuli və Xocavənd rayonlarında Azərbaycan Respublikası Prezidentinin Xüsusi Nümayəndəliyi tərəfindən bir sıra silsilə tədbirlər təşkil olunub. "Report" xəbər verir ki, tədbirlərin əsas məqsədi tarixi Zəfərin əhəmiyyətini bir daha vurğulamaq, gənc nəsildə vətənpərvərli

08.11.2026 164
.

Kürşad Zorlu: "Azərbaycan və Türkiyə liderləri türk dünyasına çox güclü mesaj verdilər" - Video

"Türkiyə və Azərbaycan arasında əlaqələr gündəlik məsələ deyil, çox uzun əsrlərə söykənir və əbədi qardaşlıq, ortaq taledir". xəbər verir ki, bunu Türkiyənin Ədalət və İnkişaf Partiyasının İdarə Heyətinin üzvü, millət vəkili Kürşad Zorlu "Haber Global" telekanalına müsahibəsində deyib

08.11.2026 205
.

Tramp: "ABŞ seçkiyə görə 3 trilyon dollar itirdi"

"Demokratların Konqresə nəzarəti ələ keçirməsi ilə nəticələnən aralıq seçkisinə görə ABŞ 3 trilyon dollar itirib". xəbər verir ki, bunu Floridadakı Con Kennedi adına Kosmik Mərkəzdə çıxış edərkən ABŞ Prezidenti Donald Tramp deyib. Ölkə başçısı oktyabr ayında iş yerlərinin sayının 165 min artdığın

08.11.2026 165
.

Azərbaycan və Türkiyə prezidentləri Xankəndidə Zəfər abidəsinin önünə əklillər qoyublar

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan noyabrın 8-də Xankəndi şəhərində Zəfər abidəsini ziyarət edərək önünə əklillər qoyublar. BİG.AZ xəbər verir ki, bu barədə AZƏRTAC məlumat yayıb

08.11.2026 188
.

Binəli Yıldırım: "Azərbaycan-Türkiyə əlaqələrini zəhərləmək üçün göstərilən səylər puça çıxdı" - Video

"Azərbaycan və Türkiyə arasındakı əlaqələri zəhərləmək üçün göstərilən səylər bu gün Şuşada puça çıxdı". xəbər verir ki, bunu "Haber Global" telekanalına Türk Dövlətləri Təşkilatının (TDT) Ağsaqqallar Şurasının sədri Binəli Yıldırım deyib. Onun sözlərinə görə, Azərbaycan və Türkiy

08.11.2026 207
.