Müəllimlər üçün "pul atışmaq" - Rüşvət, yoxsa TƏŞƏKKÜR?

Müəllimlər üçün "pul atışmaq" - Rüşvət, yoxsa TƏŞƏKKÜR?Bu gün 5 oktyabr - Beynəlxalq Müəllimlər Günüdür. Müəllim digər peşələri inşa edən insan hesab olunur. Ona görə də müəllimlik sənəti də digər peşələr kimi bacarıq və biliklə yanaşı, vicdan tələb edir. Təəsüflər olsun ki, müəllimlərin peşə bayramı gələndə ağıla ilk onlara şagirdləri tərəfindən verilən hədiyyələrin maddi dəyəri gəlir. Bununla yanaşı, müəyyən miqdarda pulun yığılması və bəzi müəllimlərin də, buna etiraz etmək əvəzinə, əksinə, valideynlərlə "pul davası" etmələri xoşagəlməz hala çevrilib.

Mövzu ilə bağlı BiG.AZ-a danışan təhsil eksperti Qoşqar Məhərrəmov bu vəziyyəti rüşvət kimi qiymətləndirib:

"Ümumiyyətlə rüşvət ikitərəfli olur. Bunun alanı da, verəni də məsuliyyət daşıyır. Ona görə də təhsil müəssisəsində rüşvətin adı belə tərif olunur: əgər hədiyyə müəyyən bir limiti aşırsa, bu, artıq rüşvətdir. Bunun başqa adı yoxdur. Müəllim başa düşməlidir ki, əgər insanlardan "hədiyyə" alırsa, fərqi yoxdur, 5 oktyabr, yaxud 8 mart münasibətilə, bu zaman minnətli vəziyyətə düşür. Minnətli vəziyyətə düşən müəllimin işinə valideynlər rahatlıqla müdaxilə edə bilir. Rahatlıqla "mənim övladımı qabaq (arxa) sırada otuzdur" kimi müdaxilələr edir. Müəllimin imici, xarizması zədələnir. Müəllim bunu birbaşa başa düşməlidir.

Müəllim, bəlkə də, özünə görə deyir ki, "bizim məvacibimiz nədir ki, 5 oktyabrda, yaxud başqa bayramlarda hədiyyə götürməyək?"

İnsanlar bunu istəyərək edirlər və bunun adı rüşvətdir. Müəllim də bunu əsla qəbul etməməlidir. Tələb edirsə, lap biabırçılıqdır və artıq cinayət məsuliyyətidir. Amma valideynlər istəyərək yığılışıb ona nəsə verirsə, bunu da qəbul etməməlidir.

Bəziləri məktəbdən kənarda qəbul edirlər. Məktəbin divarları xaricində alanda sanki bu, normal hal kimi qəbul edilir. Lakin bu, qətiyyən yerə-göyə sığası bir davranış deyil və müəllimin etik davranış qaydalarına uyğun gəlmir. Belə edən valideynlər əslində övladlarının beyninə, zehninə, idrakına rüşvətin toxumlarını səpirlər. Nəticədə, onların əkdikləri toxumlar böyüyüb rüşvət ağacı olacaq. Ona görə də əslində valideynlərin içərisində bir damcı şüuru olan varsa, buna qarşı çıxmalıdır. Valideyn qrupunda bu təkliflə çıxış edən valideynə demək lazımdır ki, "bu, sənin işin deyil, sən insanlara rüşvət öyrədirsən". Hədiyyə veriləcəksə, bunu hər bir valideyn özü müəyyənləşdirməlidir. O təşkilatçılığa qol qoymamaq lazımdır. Valideynlər rüşvəti alan şəxs qədər məsuliyyət daşıyırlar. Özləri bu rüşvət mühitinə şərait yaradırlar və sonradan şikayət edirlər. Valideyn, əksinə, buna qarşı çıxmalıdır. Kimsə "Whatsapp" qrupunda pul yığmağı təklif edirsə, bu zaman valideyn buna qarşı çıxmalıdır. Kim istəsə, könüllü sürətdə özü hədiyyə ala bilər, istəməsə, almaz.

Bu, könüllü olsa, insanlar bir-birindən müstəqil şəkildə təşkilatlanmadan etməlidirlər. Müəllimə hədiyyə almaq məsələsi insanların ürəyindən gəlsə, biri açıqca verəcək, digəri kitab, qələm və yaxud şeir yazıb məktub halında gətirəcək. Beləcə, bu iş təbii bir proses olacaq.

Verilən hər bir "hədiyyə" müəllimin biləklərinə, boynuna bağlanmış bir ipdir. Əmin olsun ki, o hədiyyəni kim veribsə, o ipi zamanı gələndə çəkib, müəllimə yön verməyə çalışacaq və müəllim ədalət prinsipini itirəcək.

Əgər müəllim valideynlər tərəfindən yığılıb ona verilən pula etiraz edib, daha artıq istəyirsə, bu, birbaşa cinayət məsuliyyətlidir. Onu Baş Prokurorluğun Korrupsiya İdarəsi tutsa, cinayət məsuliyyətinə cəlb edər".

Təhsil üzrə ekspert Kamran Əsədov isə bildirib ki, müəllimə təşəkkür etmək, hədiyyə almaq olar, amma bunun hansısa pulla ölçülməsi yaxud da hansısa pul müqabilində bunun təşkil edilməsi birmənalı şəkildə yolverilməzdir:

"Azərbaycanda 142 müəllim var. Bizim 142 müəllimimiz hər gün 1,6 milyon şagirdin təlim-tərbiyyəsi ilə məşğul olur. Etiraf edək ki, bütün peşələrdə olduğu kimi, müəllimlərin də peşə bayramı var. Təbii ki, xoşagəlməz hal odur ki, bu məqsədlə xüsusi məbləğlər müəyyənləşdirilir və bununla bağlı pul yığılır. Buna yol vermək olmaz!

Müəllim bizim üçün ən ali vəzifədir və eyni zamanda onların gənclərin milli vətənpərvərlik ruhunda böyüməsində, şəxsiyyət kimi formalaşmasında müstəsna rolları var. Əlbəttə, hər bir kəs əlamətdar gündə evində, ailəsində anasına, bacısına, yaxınlarına hədiyyələr alır. Bir müəllimə təşəkkür etmək, hədiyyə almaq olar. Amma bunun hansısa pulla ölçülməsi, yaxud da hansısa pul müqabilində bunun təşkil edilməsi birmənalı şəkildə yolverilməzdir. İnanıram ki, Azərbaycan müəllimi və məktəbi artıq bundan yaxa qurtaracaq.

Biz öz müəllimlərimizə təşəkkür etməliyik: kimin nəyə gücü çatırsa, amma pul müqabilində yox. Kimsə gül, kimsə açıqca, kitab yaxud müəllim haqqında çəkdiyi şəkli, əl işini təqdim edə bilər. Birmənalı şəkildə pulun yığılması olmaz.

Çox təəssüf ki, bir sıra məktəb direktorları, Elm və Təhsil Nazirliyinə arxayın olaraq, bu əməllərə yol verirlər. Bütün hallarda bu, yolverilməzdir. Heç bir halda pul yığımına şərait yaratmaq olmaz. 30, 50 və ya 80 manat kimi xüsusi bir məbləğ müəyyənləşdirmək olmaz. Kiminsə ürəyindən keçsə, məsələn, gül hədiyyə edə bilər.

Hər birimiz müəllimlərimizə minnətdarıq və onlara təşəkkür etməliyik. Amma bu gün müəllimlərimizin 81 faizi qadınlardır. Onlar anadırlar, bacıdırlar, yaxud kiminsə həyat yoldaşıdırlar və inanıram ki, o müəllimlər, xüsusən gənc müəllimlər onların adlarından pul yığılmasında, bununla da, onların adının, peşəsinin nüfuzdan düşməsində maraqlı olmazlar. Mən bunu birmənalı şəkildə pisləyirəm.

Hesab edirəm ki, şagirdə şərait yaratmaq və seçim vermək lazımdır ki, öz imkanları daxilində, istək və arzusuna uyğun təşəkkür etsin. Məsələn, bizə qonşu olan Gürcüstanda heç bir halda pul yığılmasına icazə verilmir. Eyni zamanda, Türkiyə və digər ölkələrdə də belədir. Azərbaycanda da bu qayda tətbiq edilməlidir. Hər kəs öz təşəkkürünü öz imkanları çərçivəsində etməlidir. Bu gün onsuz da bir çox insanların sosial vəziyyəti yaxşı deyil və bu halda hər hansı bir miqdarda pul tələb etmək sadəcə insanlığa sığmır".

Nuranə


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 1571   Tarix: 05 oktyabr 2022  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

ABŞ rəsmisi "The Jerusalem Post"a təsdiqlədi: Hörmüz boğazı Mərkəzi Komandanlıq tərəfindən minalardan təmizlənib

ABŞ rəsmisi çərşənbə axşamı "The Jerusalem Post" qəzetinə verdiyi açıqlamada Hörmüz boğazındakı həm daxil olan, həm də çıxan gəmiçilik yollarının ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) tərəfindən minalardan təmizləndiyini təsdiqləyib. BİG.AZ The Jerusalem Post-a istinadən xəbər verir ki, rəsm

09:52 101
.

"Yuventus"un ulduzunun ayağı sındı

"Yuventus"un hücumçusu Kenan Yıldız A Seriyasının 1-ci turunda "Frozinone"yə qarşı keçirilən və Turin klubunun 1:0 hesablı qələbəsi ilə başa çatan oyunda ciddi zədə alıb. xəbər verir ki, 21 yaşlı türkiyəli futbolçunun sol ayağının pəncə nahiyəsində sınıq aşkarlanıb. O, qarşılaşmanı

25.08.2026 229
.

Si Cinpindən Zelenskiyə Çin dilində məktub - diqqətçəkən mesaj

Çin Prezidenti Si Cinpin Ukrayna Prezidenti Vladimir Zelenskini ölkənin Müstəqillik Günü münasibətilə təbrik edib. xəbər verir ki, bu barədə " məlumat yayıb. Məlumata görə, Si Cinpin Zelenskiyə Çin dilində məktub göndərib. Zelenski məktubu sosial media hesabında paylaşıb. Çin lideri məktubunda ukraynal

10:44 38
.

Temperatur 8 dərəcə enəcək, 3 gün leysan yağacaq - Xəbərdarlıq

Azərbaycanın bəzi dağlıq və dağətəyi rayonlarında avqustun 26-dan 29-dək fasilələrlə yağış yağacağı gözlənilir. xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Belə ki, ayrı-ayrı yerlərdə yağışın qısamüddətli leysan xarakterli olacağı, şimşək çaxacağı və dolu düşəcəyi ehtimal

25.08.2026 386
.

Rubio beynəlxalq həmkarlarına ABŞ-ın İrana "hələlik" zərbə endirməyəcəyini bildirib

N12-nin çərşənbə günü səhər tezdən verdiyi məlumata görə, ABŞ dövlət katibi Marko Rubio bir sıra beynəlxalq həmkarlarına ABŞ-ın "indilik" İrana zərbə endirməkdən çəkinəcəyini bildirib. BİG.AZ The Jerusalem Post-a istinadən xəbər verir ki, hesabatda ABŞ-ın yüksək vəzifəli bir rəsmisinə və detallarl

09:31 142
.

Tramp Kanada ilə sərhəddəki Ontario gölünün adını dəyişib "Amerika" qoymaq istəyir

ABŞ Ontario gölünün adını dəyişməyi planlaşdırır. APA xəbər verir ki, bu barədə ABŞ Prezidenti Donald Tramp "Truth Social" hesabında yazıb. O bildirib ki, ABŞ Ontario gölünün adını "Amerika" ilə əvəz etməyi ciddi şəkildə düşünür. Tramp bu qərarını Kanadanın Ontario regionu ilə bunda

25.08.2026 212
.

SON DƏQİQƏ: ABŞ və İran atəşkəsə razılaşdılar

ABŞ və İran arasında atəşkəs razılaşdırılıb. xəbər verir ki, bu barədə "RİA Novosti"yə Pakistan hərbi mənbələri və İranın təhlükəsizlik strukturlarındakı mənbələr məlumat veriblər. "Atəşkəs razılaşdırılıb, bu, Hörmüz boğazında sərbəst gəmiçiliyi də əhatə edir", - deyə mənbələr bildiriblər

00:02 283
.

Mərhum Xalq artistinin bağ evi satılır - 1,15 milyon manat qiymət qoyuldu

Mərhum Xalq artisti, tanınmış qarmon ifaçısı Aftandil İsrafilovun Novxanı qəsəbəsində yerləşən bağ evi satışa çıxarılıb. BİG.AZ -a istinadla xəbər verir ki, 20 sot torpaq sahəsində yerləşən villanın ümumi sahəsi 650 kvadratmetrdir. 10 otaqdan ibarət olan bağ evinin satış qiyməti 1 milyon 150 min mana

10:18 84
.

Sabah hava necə olacaq?

Avqustun 26-da gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Arabir güclənən şimal küləyi əsəcək. Havanın temperaturu gecə 22-26 isti, gündü

25.08.2026 284
.