ƏDV qaytaran xidmət və məhsullar - Araşdırma

ƏDV qaytaran xidmət və məhsullar - AraşdırmaSon bir neçə ildə əhalinin böyük marağına səbəb olmuş layihələrdən biri də alınmış mallara və xidmətlərə görə ödənilmiş əlavə dəyər vergisinin (ƏDV) bir hissəsinin geri alınmasıdır.

Təsadüfi deyil ki, ən son məlumata görə, ƏDV-nin bir hissəsinin qaytarılması üçün "www.edvgerial.az" portalında 1,9 milyona yaxın istifadəçi qeydə alınıb. İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin yaydığı axırıncı məlumata görə, "ƏDV geri al" layihəsinin tətbiq edildiyi vaxtdan 2022-ci ilin sentyabrınadək portalda qeydiyyatdan keçmiş istehlakçılara ümumilikdə 732 milyon 105 min 401 kassa çeki üzrə 305,5 milyon manatdan çox, təkcə bu ilin yanvar-avqust ayları ərzində isə 303 milyon 851 min 384 çek üzrə 133,6 milyon manatdan çox ƏDV məbləği geri qaytarılıb.

Bəs ƏDV-ni harada və hansı məhsullar üzrə geri almaq olur?

Bu barədə Dövlət Vergi Xidməti tərəfindən xeyli maarifləndirici məlumatlar paylaşılsa da, əhalinin müəyyən hissəsində sual yaradan məqamlar var.

APA bu barədə araşdırma edərək ƏDV-ni geri qaytaran xidmət və məhsullara bir daha aydınlıq gətirib.

Qeyd edək ki, ƏDV-nin müəyyən hissəsinin qaytarılması üçün alış-veriş edən və ya xidmətlərdən yararlanan tərəf fiziki şəxs, satıcı və ya xidmət göstərən tərəf isə ƏDV ödəyicisi olmalıdır. Eyni zamanda, alınan mal və ya xidmətlər də bu vergi növünün ödəyicisi olmalıdır. O da əlavə edilməlidir ki, ƏDV-nin bir hissəsinin qaytarılması yalnız yeni nəsil kassa aparatlarının tətbiq olunduğu obyektlərdə mümkündür.

Məlumdur ki, buğda ununun və çörəyin, heyvan və quş ətinin satışı 2024-cü ilədək ƏDV-dən azad edilib. Həmçinin bu ildən kitabların satışına da ƏDV tətbiqi aradan qaldırılıb.

Eyni zamanda, cari ildən üç il müddətində kənd təsərrüfatı məhsullarının pərakəndə satışı zamanı ƏDV malın bütöv məbləğindən deyil, ticarət əlavəsindən hesablanan verginin məbləği hesab edilir. Bu da o deməkdir ki, həmin məhsullara hesablanan ƏDV məbləği də digər məhsullarla müqayisədə azdır.

Ancaq burada bir məqam da var ki, ƏDV-nin bir hissəsinin qaytarılması bu vergi tətbiq edilən heç də bütün məhsullara şamil edilmir. Vergi Məcəlləsinin 165.5-ci maddəsində ƏDV-nin bir hissəsinin qaytarılmadığı məhsullar müəyyən edilib. Buraya neft və qaz məhsulları, avtomobillər, alkoqollu içkilər və tütün məmulatları aiddir.

Lakin o da vurğulanmalıdır ki, Vergi Məcəlləsinin 1 yanvar 2022-ci il tarixdən qüvvəyə minmiş müddəalarına əsasən, həmin tarixdən fiziki şəxs olan istehlakçılara göstərilmiş tibbi xidmətlərə görə ödənilmiş ƏDV-nin də bir hissəsinin geri qaytarılması həyata keçirilir.

Hazırda qaytarılan məbləğ nağdsız qaydada ödənilmiş ƏDV-nin 15 faizini, nağd qaydada ödənilmiş ƏDV-nin 10 faizini təşkil edir. 2023-cü ildən isə nağdsız qaydada ödənilmiş ƏDV-nin 20 faizinin, nağd qaydada ödənilmiş ƏDV-nin isə 10 faizinin geri qaytarılacağı gözlənilir.

Lakin burada da istisna var. Belə ki, cari ildən fiziki şəxs olan istehlakçılar tərəfindən ölkə ərazisində bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərdən nağdsız qaydada alınmış yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənilmiş ƏDV-nin geri qaytarılan hissəsi onun 30 faizini təşkil edir. Vergi Məcəlləsinin 165.6-cı maddəsinə görə, bu, fiziki şəxs olan istehlakçılar eyni binadan bir və ya bir neçə yaşayış və (və ya) qeyri-yaşayış sahələrini aldıqda, ƏDV-nin qaytarılması alınmış yaşayış sahəsinin 500 kvadratmetr və qeyri-yaşayış sahəsinin 500 kvadratmetrdən çox olmayan hissəsinə mütənasib ödənilmiş ƏDV-yə tətbiq edilir.


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 965   Tarix: 06 oktyabr 2022  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Üzeyir Hacıbəylinin doğum günü Şuşada qeyd olunacaq

Bu gün Azərbaycan xalqının dahi oğlu, musiqi mədəniyyətimizin korifeyi Üzeyir Hacıbəylinin doğum günüdür. xəbər verir ki, 1995-ci ildə isə ümummilli lider Heydər Əliyevin fərmanı ilə dahi bəstəkarın anadan olmasının 110 illik yubileyi ərəfəsində 18 sentyabrın Milli Musiqi Günü kimi qeyd olunması qərar

18.09.2021 381
.

Ronaldo qoyunlara görə 14 milyonluq evindən köçdü - FOTO

Dünya futbolunun ulduzu Kriştiano Ronaldo 6 milyon funt-sterlinq (təxminən 14 milyon AZN) dəyərindəki malikanəsindən köçmək məcburiyyətində qalıb. xəbər verir ki, buna səbəb futbolçunun həyat yoldaşı Corcino Rodriqez və 4 övladı ilə birlikdə yaşadığı villanın ətrafında qoyun sürüsünün olmasıdır. Ronald

18.09.2021 1949
.

Lətafət 14 yaşlı qızından danışdı: "Atası ilə görüşmək istəmir" - VİDEO

ARB TV-nin "YouTube" layihəsi olan "Özümüz danışaq" verilişinin növbəti qonağı aparıcı Lətafət Ələkbərova olub. Tanınmış aparıcı tək övlad böyütməyin çətin olduğunu deyib:. "Qızım artıq məni başa düşür. Çox yaxşı dost olmuşuq. Musiqini çox sevir. Vokal dərsi alır. Qızımın 1

18.09.2021 3133
.

"Pişikdən qorxubsa, "bismillah" desin" deyən tibb işçisi cəzalandırıldı - RƏSMİ

Sosial şəbəkələrdə səs yazısında vətəndaş pişikdən qorxduğu üçün ürəyi tutan qayınanasına təcili yardım əməkdaşının laqeyd yanaşdığı və ona "bismillah" deyərək yatmasını məsləhət görən şəxs cəzalandırılıb. " "a istinadən xəbər verir ki, Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyində

17.09.2021 2788
.

Hulusi Akar: "Azərbaycanla hərbi təlimlər fasiləsiz olaraq davam edir"

"Türkiyə Silahlı Qüvvələri tarixi məsuliyyət hissi ilə dost və qardaş ölkələrin yanındadır". "Report"un xəbərinə görə, bunu Türkiyənin milli müdafiə naziri Hulusi Akar deyib. Onun sözlərinə görə, bu çərçivədə Azərbaycan və Liviyada hərbi təlim, yardım və məsləhətçilik fəaliyyətlər

18.09.2021 278
.

Türkiyəli professor: "Yoluxma azalmasa, qapanmaya getməli olacağıq"

"Tam qapanma yoluxma sayındakı artımdan sonra yenidən gündəmə gələ bilər". "Report" "Posta"ya istinadən xəbər verir ki, bunu türkiyəli professor Faruk Aydın deyib. "Qış çox ağır keçəcək. Qapanmaya getməmək üçün mübarizə aparırıq. Amma yoluxma sayını azalda bilməsək

18.09.2021 1281
.

Milli Musiqi Günüdür

Sentyabrın 18-də Üzeyir Hacıbəylinin doğum günüdür. Bəstəkarın ad gününün bayram kimi qeyd edilməsi ənənəsinin əsasını maestro Niyazi qoyub. BİG.AZ xəbər verir ki, görkəmli bəstəkar və dirijor Niyazi Üzeyir bəyin vəfatından sonra hər il bu günü qeyd edərmiş. 1995-ci ildə isə Prezident Heydər Əliyevi

18.09.2021 304
.

Vəfat edən atasından yazdı: "Yarım qaldı hər şey"

Bir neçə gün öncə atası vəfat edən müğənni Koray Avcı sosial şəbəkə paylaşımı ilə gündəmə gəlib. Axşam.az-a istinadən xəbər verir ki, atasının fotosunu paylaşan sənətçi hisslərini belə ifadə edib:. "Mənə belə baxdığının heç fərqində olmamışam. Heç oturub içki də içmədik səninlə. Aşiq olduğumu d

17.09.2021 1693
.

Azərbaycan polisindən ermənilərə süngülü dərs - VİDEO

Gorus-Qafan yolu üzərində xidmət göstərən Azərbaycan polisi yoldan keçmək istəyən ermənilərə dərs verib. "Qafqazinfo" xəbər verir ki, sosial şəbəkələrdə yayılan görüntülərdə üzərində qondarma respublikanın "bayrağ"ı olan avtomobilin postdan keçmək üçün yaxınlaşdığı görünür. Postd

18.09.2021 988
.