Son zaman məktəblərdə baş verənlərlə bağlı AÇIQLAMA

Son zaman məktəblərdə baş verənlərlə bağlı AÇIQLAMASon günlər Bakı məktəblərində xoşagəlməz hallar yaşanır. Bir neçə gün öncə sosial şəbəkələrdə Bakının Sabunçu rayonu Kürdəxanı qəsəbəsində yerləşən 112 saylı orta məktəbdə şagirdin sinif otağında məktəbli yoldaşı tərəfindən döyülməsinin görüntüləri yayılıb. Kadrlarda bir məktəblinin digərinə qarşı fiziki təzyiq göstərdiyi, başqa birinin isə hadisəni videolentə aldığı görünür. Video yayıldıqdan sonra sözügedən məktəbin direktoru vəzifəsindən azad edilib. Yayılan digər videoda isə Bakının 48 saylı məktəbində şagirdlər sinif otağında yemək bişiriblər. Daha sonra məlum olub ki, bu görüntü ötən tədris ilində (16 may 2022-ci il) çəkilib.

Məktəblərdə qeydə alınan bu hallar barədə BiG.AZ-a danışan təhsil eksperti Qoşqar Məhərrəmov bildirib ki, şagirdlərin telefondan istifadəsi ilə bağlı müəyyən tədbirlər görülməlidir:

"Ümumiyyətlə, şagirdlərin təhlükəsizliyi və bununla bağlı Birləşmiş Millətlər Təşkilatının müəyyən nizamnamləri, uşaq hüquqları ilə əlaqədar qanunvericiliyi var. Bunlara əsasən, bizim Konstitusiyamızda da uşaq hüquqlarının müdafiəsi ilə bağlı maddələr mövcuddur. Məktəblər həmin qanunvericiliyə diqqət yetirərək məktəbin texniki imkanlarını, hüquqi vəzifələri, prosedurları yenidən nəzərdən keçirib hazırlamalıdırlar. Hazırlamaq işin bir tərəfidir. İkinci tərəfi isə bunun şagirdlərə, müəlimlərə, valideynlərə çatdırılması, kommunikasiya olunmasıdır. Sadəcə bu, bir təqdimat şəklində olmamalıdır. Məktəbin divarlarında, sinif otaqlarında hansı davranışların yolverilən, hansıların yolverilməz olduğu, yəni gözlənilən davranışların və qadağan olunan davranışların nə olduğu qeyd olunmalıdır ki, şagirdlərin gözünün qarşısında olsun və onlara tez-tez xatırladılsın. Əgər bu davranışla əlaqədar nizamnamə hazırlanarsa və insanlara yaxşı çatdırılarsa, düşünürəm ki, bu mənfi halların qarşısı nisbətən alınar.

Eyni zamanda, telefonun istifadəsi ilə bağlı bilirik ki, yetkinlik yaşına çatmayan şəxslərin telefon vasitəsilə bir-birilərini şantaj, bullinq etmə ehtimalları var. Bu səbəbdən məktəblərdə səhər saatlarında şagirdlərdən telefonların yığılmağı və məktəbdən çıxanda geri verilməyi tövsiyə olunur. Əgər belə olmasa, yenə də mənfi halların olma ehtimalı çoxdur. Məsələn, ehtimal ki, o yemək bişirilmə görüntüləri texnologiya dərsində olub. Bu, şagirdlərin təhlükəsizliyinə mənfi hal yaşatmırsa, ola bilər. Amma bir alov yandırılırsa, bu, artıq təhlükədir. Lakin kimya laboratoriyasında eksperimentin aparılması üçün alovdan istifadə oluna bilər. Əgər təhlükəsizlik qaydaları təmin olunursa, yəni şagirdlərin əlcəyi, eynəyi, ağ xalatı varsa, bu, təhlükəsizlik qaydalarına riayət olunması mənasına gəlir. Laboratoriyalarda bunlar təmin olunubsa, deməli, yemək bişirmə də, eksperiment də edilə bilər. Amma müəllimin, yaxud şagirdin digər şagirdə fiziki şiddəti isə artıq adı üstündə zoraklıqdır, qısnamadır, bullinqdir. Ona görə də bunun cinayət məcəlləsində yeri var. Bu, artıq birbaşa hüquqi bir məsələdir və buna hüquqi status verilməli, lazımi cəza tədbiri görülməlidir. Şagirdin şagirdə, eyni zamanda müəllimin şagirdə qarşı bullinqi cinayət məsuliyyətlidir".

Ekspert qeyd edib ki, məktəbdə baş verənlər multifaktorial hadisələr olduğuna görə, burada təqsir və məsuliyyət təkcə bir nəfərin üzərinə düşmür:

"Vətəndaş məsuliyyəti olaraq, biz başa düşməliyik ki, hansısa mənfi hal varsa, onu yaymaqla digərlərini həmin əmələ təşviq edə bilərik. Ona görə də o videoda baş verənlərlə bağlı günahkar axtarmağın mənası yoxdur, çünki burada bir yox, bir neçə günahkar var. Yəni hadisənin baş verməsində şagirdin ailəsindən qaynaqlanan səbəblər ola bilər. Məktəb rəhbərliyi və ya müəllim də günahkar ola bilər. Bu bir çox multifaktorial hadisədir deyə burada bir nəfəri günahkar elan etmək asan məsələdir. İctimai tədbir görülməlidir. Həm valideyn maarifləndirilməli, həm də məktəb psixoloqu güclü işləməlidir, tərbiyəvi-maarifləndirici işlər görməlidir. Amma bunlara rəğmən, hər şey qaydasında olsa belə, bu hallar yaşana bilər. Bu zaman hüquq öz işini görməlidir. Yəni hər bir halda, hər şey qaydasında olsa belə, bu hallar ola bilər. Bu hallara qarşı da adekvtat tədbirlər görülməlidir".

Nuranə


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 1172   Tarix: 07 oktyabr 2022  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş
Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

"Bülbülə bənzədiyi üçün "Xarıbülbül" deyirik" - Video

Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyev və Türkiyə Lideri Rəcəb Tayyib Ərdoğan Şuşa qalası önündə foto çəkdiriblər. "Qafqazinfo"nun məlumatına görə, bu zaman Prezidentlər arasında maraqlı söhbət baş tutub. Belə ki, Türkiyə Prezidenti "Xarıbülbül" çiçəyini "Orkide"ni

08.11.2026 203
.

İraqda "Kətaib Hizbullah" liderinin oğlunun həbsinə order verilib

İraqın məhkəmə orqanları "Kətaib Hizbullah" qruplaşmasının baş katibi Əbu Hüseyn əl-Həmidavinin oğlunun həbsinə order verib. "Report" "Al Hadath"a istinadən xəbər verir ki, order Bağdadın Əl-Bələdiyyat rayonunda yaşayan, 1994-cü il təvəllüdlü Əl-Hüseyn Möhsün Əhməd Fərə

08.11.2026 141
.

Ərdoğan: "Qarabağda bərpa edilən tarixi irs Azərbaycan xalqının gələcəyə olan inamını göstərir" - Foto

"Qarabağ Zəfərinin 6-cı ildönümünü Azərbaycan Prezidenti, əziz qardaşım İlham Əliyevlə birlikdə tarix, təbiət və mədəniyyət şəhəri olan gözəl Şuşada qeyd etməkdən məmnunluq duydum". xəbər verir ki, bu sözləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan sosial şəbəkə hesabındakı paylaşımında bildirib

08.11.2026 181
.

Mətbuat və Media və Yayım Şurasının kollektivi Zəfər abidəsini ziyarət edib

Azərbaycan Mətbuat Şurasının və Media və Yayım Şurasının kollektivi 8 noyabr Zəfər Günü münasibəti ilə Zəfər Parkında olublar. "Report" xəbər verir ki, ziyarət zamanı 44 günlük Vətən müharibəsində torpaqlarımızın azadlığı uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsi dərin ehtiraml

08.11.2026 154
.

Şahzadə Uilyam və Keytin formasında tort hazırladı

Birmingemdə keçirilən "Cake İnternational" şirniyyat sərgisində Britaniya kral ailəsinin üzvləri - şahzadə Uilyam və həyat yoldaşı Keyt Middltonun tam ölçüdə tort fiqurları nümayiş etdirilib. Axşam.az xəbər verir ki, müsabiqənin sosial şəbəkə hesablarında paylaşılan tort fiqurlarını şirniyya

08.11.2026 158
.

Türkiyədə tarixi qüllə Azərbaycan bayrağının rəngləri ilə işıqlandırıldı - Foto

Türkiyənin Bursa şəhərinin Osmanqazi rayonunda, tarixi Tophane Parkında yerləşən Saat qülləsi Azərbaycan bayrağının rəngləri ilə işıqlandırılıb. xəbər verir ki, işıqlandırma Azərbaycanda qeyd olunan 8 Noyabr - Zəfər Günü münasibətilə təşkil edilib. Həmin görüntüləri təqdim edirik:

08.11.2026 136
.

Ceyhun Bayramov və Hakan Fidan ayaqüstü söhbətləşdilər - Video

8 Noyabr - Zəfər Günü münasibətilə Şuşada Azərbaycan və Türkiyə prezidentlərinin birgə bəyanatından əvvəl son hazırlıq işləri görülüb. Baku TV-nin məlumatına görə, tədbir ərəfəsində məkanda azərbaycanlı və türkiyəli jurnalistlər bir araya gələrək həmkarları ilə söhbətləşiblər. Azərbaycanın xarici işlə

08.11.2026 176
.

Rəcəb Tayyib Ərdoğan: "Azərbaycanla qardaşlığımızı zəiflətməyə çalışanlar məqsədlərinə nail ola bilməyəcəklər" - Video

"Azərbaycanın 44 günlük müharibədə qazandığı şanlı Qələbə bütün Türk dünyasında sevinc doğurmaqda davam edir və tarixi ədalətin bərpasının göstəricisidir". BİG.AZ AZƏRTAC-a istinadən xəbər verir ki, bu sözlər Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Şuşada Azərbaycan Prezidenti İlham Əliyevl

08.11.2026 160
.

Bakıda 33 yaşlı kişi bıçaqlanıb

Bakıda 33 yaşlı kişi bıçaqlanıb. -ın əldə etdiyi məlumata görə, hadisə ötən gecə baş verib. Bakı sakini, 1993-cü il təvəllüdlü Nəcməddin Fəxrəddin oğlu Mehdiyev bıçaq xəsarətləri ilə xəstəxanaya çatdırılıb. O, dərhal əməliyyat olunub və Reanimasiya şöbəsinə yerləşdirilib. Faktla bağlı araşdırma aparılı

08.11.2026 136
.