Azərbaycanın növbəti diplomatik qələbəsi

Azərbaycanın növbəti diplomatik qələbəsiAvropa siyasi birliyi Praqada keçirilən toplantı çərçivəsində Azərbaycan Prezidenti İlham Əliyev, Fransa Prezidenti Emmanuel Makron, Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel və Ermənistanın Baş naziri Nikol Paşinyan gün ərzində iki dəfə ortaq görüş keçiriblər.
Yelisey sarayının yaydığı bəyanata görə, görüş Azərbaycanvə Ermənistanın bir-birinin ərazi bütövlüyünü tanıması ilə yekunlaşıb.
Bildirilib ki, Ermənistan və Azərbaycan Birləşmiş Millətlər Təşkilatının Nizamnaməsinə və hər iki tərəfin bir-birinin ərazi bütövlüyünü və suverenliyini tanıdığı 1991-ci il Alma-Ata Bəyannaməsinə sadiqliklərini təsdiqləyiblər.
"Eyni zamanda, tərəflər razılaşıblar ki, sərhədlərin delimitasiyası komissiyalarının işi üçün əsas olacaq və oktyabrın sonunadək sərhəd komissiyalarının növbəti iclası Brüsseldə baş tutacaq" – deyə bəyanatda qeyd olunub. Bundan əlavə, Ermənistan Azərbaycanla sərhəddə Avropa İttifaqının mülki missiyasına yardım göstərməyə razılaşıb.
Bəyanatdakı "Azərbaycan missiya ilə özünə aid olacaq dərəcədə əməkdaşlıq edəcək" cümləsinin mənası odur ki, rəsmi Bakı missiya ilə əməkdaşlıq etsə də, avropalı məsləhətçilərin təkliflərini nəzərə almaya da bilər. Missiya işini oktyabrda başlayıb, 2 ay müddətinə başa çatdıracaq.
"Ermənistan 2020-ci ilin 10 noyabr Bəyannaməsi ilə üzərinə bir sıra öhdəliklər götürsə də, sonrakı dönəmdə bu öhdəlikləri yerinə yetirməkdə imtina edərək sülh sazişinin imzalanmasını süni şəkildə uzatmağa çalışırdı. Lakin müharibədən sonra Azərbaycan tərəfinin ortaya qoyduğu hərbi-siyasi qətiyyət, Ermənistanın üzləşdiyi ümidsiz vəziyyət onu rəsmi Bakının şərtlərini qəbul etmək məcburiyyəti ilə üz-üzə qoydu. Nəhayət, Ermənistan hakimiyyəti anladı ki, Azərbaycanın sülh çağırışlarını qəbul etmədən heç bir uğura, heç bir tərəqqiyə nail ola bilməyəcək".
İlham Əliyev Praqada Avropa siyasi birliyi Toplantısı çərçivəsində Avropa qitəsində sülh və təhlükəsizlik" mövzusunda keçirilən dəyirmi masada Cənubi Qafqazda sülh və sabitliyin təmin olunması baxımından Azərbaycan-Gürcüstan-Ermənistan, yəni, üçlü formatda vahid müzakirə platformasının yaradılmasının vacibliyini qeyd edib: Dövlət başçısı deyib ki, 3 ölkə enerji, kommunikasiya və qarşılıqlı maraq doğuran digər məsələləri müzakirə edə bilər. Bu Ermənistan hakimiyyətinə və cəmiyyətinə mesajdır ki, siyasətinizi və baxışlarınızıdəyişəcəyiniz halda regonal əməkdaşlıqdan faydalacaqsınız. İlham Əliyev Türkiyə-Ermənistan dialoqunu da dəstəklədiyini və bu prosesin Azərbaycan-Ermənistan dialoqu ilə paralel getdiyini bildirib. Bu isə o deməkdir ki, Ermənistan-Türkiyə münasibətlərinin normallaşması üçün Ermənistan-Azərbaycan münasibətlərinin normallaşması əsas şərtdir.

Aysel Mənsimova - politoloq


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 656   Tarix: 08 oktyabr 2022  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Soyuq havalara hazırlıq: Payızda düzgün qidalanmağın yolları

"Payız mövsümünün başlaması ilə havaların tədricən sərinləşməsi orqanizmin qidalanma ehtiyaclarına da təsir göstərir. Bu dövrdə əsas məqsəd immun sistemini dəstəkləmək, mövsümi xəstəliklərə qarşı müqaviməti artırmaq və balanslı qidalanmanı qorumaqdır". Bunu BİG.AZ-a açıqlamasında qida ekspert

25.08.2026 253
.

Sabah hava necə olacaq?

Avqustun 26-da gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Arabir güclənən şimal küləyi əsəcək. Havanın temperaturu gecə 22-26 isti, gündü

25.08.2026 282
.

Rus ordusu Annovkanı işğal etdi

Rusiya ordusu Donetsk vilayətinin Annovka yaşayış məntəqəsini işğal edib. xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb

25.08.2026 201
.

ABŞ olmasaydı, bu ölkə işğal edilərdi - Vens

Kanada illərdir öz təhlükəsizliyinin böyük hissəsini ABŞ-ın üzərinə qoyub. xəbər verir ki, bunu ABŞ vitse-prezidenti Ceyms Devid Vens deyib. "Kanada müdafiəsinə kifayət qədər sərmayə qoymur. ABŞ-ın qoruyucu çətiri olmasaydı, başqa bir ölkənin işğalına məruz qala bilərdi. Kanada Amerikadan istifad

25.08.2026 221
.

Tovuzda qadın boğazından bıçaqlandı - Şübhəli əridir

Tovuzda bıçaqlanma hadisəsi olub. "Qafqazinfo" xəbər verir ki, 2006-cı il təvəllüdlü Rufanə Nəbiyeva boğaz nahiyəsindən bıçaqlanıb. O, ağır xəsarətlərlə Tovuz Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. İnsidenti törətməkdə onun həyat yoldaşı Nəbi Nəbiyev şübhəli bilinir. Hadisə yerinə polis əməkdaşlar

25.08.2026 290
.

Çətin anlarda bir dosta dəstək olmaq: Bu sözləri deməyin!

Çətin günlər insanların dostluğunda həlledici məqamlardan biridir. Məhz belə vəziyyətlər münasibətlərin ehtiyac anından sonra da davam edib-etməyəcəyini müəyyən edə bilər. Qaynarinfo xəbər verir ki, psixoloq və insanlararası münasibətlər üzrə ekspert Marisa H. Franko CNBC üçün hazırladığı məqalədə dostun

25.08.2026 239
.

Macarıstan Ukraynanın AB-yə sürətli üzvlüyünə qarşıdır - POLİTOLOQDAN AÇIQLAMA

Macarıstan Ukraynanın Avropa Birliyinə üzvlük prosesinin sürətləndirilməsinə qarşı çıxır. Budapest formal üzvlük danışıqlarının davam etdirilməsinə maneə yaratmasa da, Kiyevin AB-yə "sürətləndirilmiş" qaydada qəbul edilməsini dəstəkləmir. Macarıstanın mövqeyi Ukraynanın AB-yə inteqrasiyasını

25.08.2026 287
.

"Azəripək" "Azərxalça"ya birləşdirildi - Fərman

Prezident İlham Əliyev Azərbaycanda ipəkçiliyin və xalçaçılığın inkişafı, milli sənətkarlıq irsinin qorunması və təbliği üzrə əlavə tədbirlər haqqında Fərman imzalayıb. "Qafqazinfo" xəbər verir ki, sözügedən Fərmana əsasən, "Azərxalça" ASC (bundan sonra - Cəmiyyət) "Azəripək"

25.08.2026 243
.

Ermənistanda SİYASİ ÇAXNAŞMA: Serj Sarkisyan da saxlanıldı

Ermənistanın keçmiş prezidenti Serj Sarkisyan, ölkənin digər keçmiş prezidenti və müxalif "Ermənistan" blokunun lideri Robert Köçəryanın saxlanılması və onlara qarşı ittihamların irəli sürülməsi fonunda Antikorrupsiya Komitəsinə gəlib. xəbər verir ki, Sarkisyan binanın girişində jurnalistləri

25.08.2026 229
.