DİQQƏT! Bu şəxslər 200 manat cərimə olunacaq
Azərbaycanda torpaqdan təyinatı üzrə istifadə edənlər onun hər hektarına görə 6 manat vergi, istifadə etməyənlər isə 200 manat cərimə ödəyəcəklər.
Bunu "Report"a açıqlamasında Kənd Təsərrüfatı Nazirliyinin Torpaqdan istifadəyə nəzarət şöbəsinin müdiri Firudin Tağıyev deyib.
"Sentyabrın 19-da "Təyinatı üzrə istifadə edilən və ya təyinatı üzrə istifadəsi mümkün olmayan kənd təsərrüfatı təyinatlı torpaqların müəyyən edilməsi meyarları və Qaydası" təsdiq edilib və bu qaydada dediyim məsələlər öz əksini tapıb. Cərimə məsələsi 2016-cı ildə imzalanmış müvafiq fərmanda olsa da, bunun tətbiqi üçün lazımi meyarları yox idi. İndi isə həmin meyarlar var və onların əsasında "Kənd təsərrüfatı torpaqlarının istifadəsi" altsistemi yaradılacaq. Altsistem hazır olandan sonra cərimə tətbiq ediləcək", - deyə o qeyd edib.
Nazirlik rəsmisinin sözlərinə görə, yeni altsistem "Elektron Kənd Təsərrüfatı" İnformasiya Sisteminin (EKTİS) tərkibində olacaq, aidiyyəti dövlət qurumları torpaqdan istifadə və torpaqların kadastrı ilə bağlı məlumatları bu sistemə ötürəcək.
"Burada əsas məsələ kənd təsərrüfatı təyinatlı torpaqların məhdud olmasıdır. Odur ki, biz torpaqları qorumalı və təyinatı üzrə, dayanıqlı istifadə etməliyik. Bunun üçün torpaq qanunvericiliyimizdə tələblər var. Son qərar bu baxımdan xüsusi əhəmiyyət kəsb edir", - deyə o qeyd edib.
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 1400 Tarix: 08 oktyabr 2022
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşKeçmiş baş redaktor özünü öldürdü
"Exo Planet" ictimai-siyasi jurnalının keçmiş baş redaktoru Valentin Vasilets Moskvanın cənub-qərbində ölü tapılıb. İlkin məlumatlara görə, o, intihar edib. Rusiya KİV-nə istinadla bildirir ki, bu barədə hüquq-mühafizə orqanlarına istinadən məlumat yayılıb. Bildirildiyinə görə, aprelin sonlarınd
19:15 1 Hantavirus insandan insana nadir halda keçir - Rəsmi
"Ölkəmizdə epidemioloji vəziyyət sabitdir və narahatlıq üçün əsas yoxdur". "Qafqazinfo" xəbər verir ki, bu barədə Səhiyyə Nazirliyinin son günlər beynəlxalq informasiya məkanında yayılmış hantavirus infeksiyası ilə bağlı açıqlamasında bildirilib. "Ümumdünya Səhiyyə Təşkilatını
15:57 136 Fransanın Yeni Kaledoniyada seçici siyahısında dəyişiklik təşəbbüsü tənqidlə üzləşir
Mayın 8-də "Asia Pacific Report" saytında Kanakidə (Yeni Kaledoniya) 28 iyunda keçiriləcək əyalət seçkilərinə və Fransanın müstəmləkəçi siyasətinə həsr edilmiş məqalə dərc edilib. Bakı Təşəbbüs Qrupundan APA-ya verilən xəbərə görə, məqalədə BTQ-nin sosial media hesabında paylaşılmış posta istina
20:00 1 Prezident Bakı Olimpiya Stadionunda - Fotolar
Azərbaycan Prezidenti İlham Əliyev bu gün Bakı Olimpiya Stadionunun ərazisində mayın 17-22-də keçiriləcək "Hər kəs üçün yaşayış yerləri: təhlükəsiz və dayanıqlı şəhərlər və yaşayış məskənləri" mövzusuna həsr olunan Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyası (WUF13) ilə bağlı görülən işlərl
16:25 151 Azərbaycanda hantavirus yayılıb? (RƏSMİ)
Bir sıra Avropa ölkələrində hantavirus təhlükəsi ilə bağlı izolizasiya tədbirləri görülüb. Hətta qonşu ölkələrin bir neçə vətəndaşı da virus səbəbilə karantinə alınıb. Bəs görəsən, Azərbaycanda vəziyyət necədir? Virusa yoluxma faktları varmı?. Səhiyyə Nazirliyinin Xüsusi Təhlükəli İnfeksiyalara Nəzarə
14:09 272 Kalugin: Aİ-nin tələbləri Gürcüstan iqtisadiyyatına zərbə vura bilər
Avropa İttifaqının (Aİ) Gürcüstandan Rusiyaya qarşı sanksiyalara qoşulmağı və iki ölkə arasında birbaşa hava əlaqələrini məhdudlaşdırmağı tələb etdiyi iddia olunub. xəbər verir ki, TASS-ın məlumatına görə, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin MDB ölkələri üzrə Dördüncü Departamentinin rəhbəri Maykı
11:17 160 Üç günlük atəşkəs Rusiyanın Ukraynaya yeni hücum dalğası ilə başa çatdı
Brüsseldə bu gün keçirilən danışıqlar, prezident Donald Trampın ötən həftə elan etdiyi Rusiya və Ukrayna arasında üç günlük atəşkəsin Rusiyanın yeni hücum dalğası ilə başa çatdığı bir vaxta təsadüf edir. BİG.AZ The Guardian-a istinadən xəbər verir ki, AFP agentliyinin məlumatına görə, Moskva enerji obyektlərin
12:52 166 Müəllimini şam yeməyinə apardı - Video
Rusiya Prezidenti Vladimir Putin keçmiş sinif rəhbəri Vera Qureviçi Moskvaya bir neçə günlük səfərə dəvət edib. "Qafqazinfo" xəbər verir ki, bu barədə məlumatı Kremlin Mətbuat xidməti yayıb. Vera Qureviç üçün paytaxtda xüsusi mədəni proqram təşkil edilib. Bildirilib ki, Putin mayın 11-də "Aurus"
12:13 292 Polad Həşimovun QİSASINI almaq üçün cəbhəyə yollanan ŞƏHİDİN SON FOTOSU
"Vüsal bizi çox sevirdi, amma Vətən sevgisi onun üçün hər şeydən üstün idi". BİG.AZ xəbər verir ki, bu fikirləri -ın "Şəhiddən qalan son foto" rubrikasına şəhid Vüsal Zakir oğlu Musayevin anası Vüsalə Musayeva deyib. O bildirib ki, Vüsalın son şəkli atası və qardaşı ilə birgə çəkilib
16:42 151