Övladının gözləri önündə arvadını öldürdü: Qandonduran qətlin TƏFƏRRÜATI

Övladının gözləri önündə arvadını öldürdü: Qandonduran qətlin TƏFƏRRÜATIBakının Binəqədi rayonunda, Binəqədi şossesi, 1 ünvanında 2021-ci il iyulun 30-u 1975-ci il təvəllüdlü Nailə Əliyevanın bıçaqlanması barədə polisə məlumat daxil olur. Qadın xəstəxanaya aparılarkən yolda dünyasını dəyişir. Cinayəti törədən şəxs hadisə yerindən qaçmaq istəyərkən Yol Patrul Xidməti əməkdaşları tərəfindən saxlanılaraq, Binəqədi RPİ-nin 6-cı Polis Bölməsinə təhvil verilir. Məlum olur ki, hadisəni törədən 1980-ci il təvəllüdlü Elçin Ələkbərov mərhumun həyat yoldaşıdır.

Məlumatla əlaqədar prokurorluq əməkdaşları hadisə yerinə baxış keçirir. Cinayətin olduğu hasarın yanında, otluqda sellofan paket, dəstəyi ağ və qara rəngli bıçaqlar, daşların üzərində qan ləkələri, üzərində qanabənzər ləkələr olan qoruyucu maska aşkar edilir.

Faktla bağlı Binəqədi rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanılır.

Lent.az sözügedən qətllə bağlı istintaq materiallarını əldə edib.

İstintaqla müəyyən edilib ki, birgə yaşadıqları dövrdə aralarında mütəmadi baş verən mübahisələrlə bağlı Nailə Əliyevanın polisə və məhkəmələrə şikayət etməsi nəticəsində Elçin Ələkbərov inzibati və cinayət məsuliyyətinə cəlb edilib. E. Ələkbərov 2021-ci il iyulun 30-da Nailə Əliyevanın yenidən, barəsində Abşeron rayon Polis İdarəsinə şikayət etdiyini eşidib. Bundan sonra ona qarşı olan nifrət hissi son nöqtəyə çatıb və arvadını öldürmək qərarına gəlib. Niyyətini həyata keçirmək üçün saat 18 radələrində Gəncədən Bakıya gəlib. Binəqədi şossesində yerləşən supermarketdən bir ədəd dəstəyi ağ, bir ədəd də dəstəyi qara olan bıçaqlar alıb, sellofan paketə bükərək Xırdalan dairəsində yerləşən kafeyə gedib. Saat 19 radələrində Nailə Əliyevanın 2011-ci il təvəllüdlü oğlu Aydın Ələkbərli ilə birlikdə kafenin qarşısından keçib evlərinə getdiklərini görüb onları təqib edib. Elçin Binəqədi şossesi 1 ünvanında yerləşən ərazidə Nailə Əliyevanın saçlarından tutub, başını yerdə olan daşa çırpıb. Bıçaqlardan birini sağ əlinə götürəndə, oğlu hadisənin qarşısını almaq üçün atasına mane olmaq istəyib. Ancaq Elçin uşağı itələyərək, yerə yıxıb və oğlunun gözləri qarşısında Nailə Əliyevaya çoxsaylı xəsarətlər yetirib.

İş üzrə dindirilmiş Elçin Ələkbərov bildirib ki, doğma xalası qızı Nailə Əliyeva ilə 2003-cü ildə ailə həyatı qurub, lakin rəsmi nikaha daxil olmayıbar. Nailə ilə valideynlərin təkidi ilə evlənmiş, nikahdan 4 övladları dünyaya gəlib:

"Arvadım Özbəkistan vətəndaşı idi, evləndikdən sonra təxminən 5 il orda yaşamışıq. Həmin müddət ərzində aramızda mütəmadi mübahisələr baş verirdi. Valideynlərimə və uşaqlarıma görə Nailə ilə birlikdə ailə kimi yaşamağa məcbur olmuşam. Azərbaycana qayıdandan sonra, əvvəl Göygöldə yaşadıq. Rayon məhkəməsinin 2006-cı il tarixli hökmü ilə Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa yüngül zərər vurma) və 132-ci (döymə) maddələri ilə şərti maliyyə vahidinin 300 misli miqdarında cərimə cəzasına məhkum olunmuşam. Həmçinin Nailə həmin məhkəməyə ərizə ilə müraciət edəndən sonra məndən aliment tutulması haqqında qətnamə qəbul olunub. Həmin il Bakı şəhərində, Binəqədi rayon Məhkəməsinin Cinayət Məcəlləsinin 228.4-cü (qanunsuz olaraq soyuq silahı əldə etmə, satma və ya gəzdirmə) maddəsi ilə 6 ay cəza almışam. Sonra Gəncə şəhərinə köçərək, orda yaşamışıq. Nailə dəfələrlə barəmdə polisə şikayət edib. 2017-ci ildən etibarən Şəmkirdə "N" saylı hərbi hissədə sürücü işləmişəm, kiçik çavuş rütbəsində idim. 2018-ci ildə yoldaşım məndən Gəncə hərbi prokurorluğuna şikayət etdi. Hərbi məhkəmənin hökmü ilə Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə 800 manat miqdarında cərimə cəzasına məhkum olundum. 2021-ci il iyulun 27-də Gəncədən Bakıya gəldim və Nailəyə zəng edərək, görüşmək istədiyimi dedim. Arvadım məşğul olduğunu, işlərini qurtarıb, saat 11:00-da zəng edəcəyini söylədi. "20 Yanvar" dairəsi yaxınlığında gözləsəm də, Nailə zəng etmədi. Günorta yoldaşıma dəfələrlə zəng etsəm də, cavab vermədi.

Bundan sonra Nailənin yaşadığı qardaşına məxsus evə yollandım və orda uşaqlarımla görüşdüm. Ayın 30-da səhər Abşeron rayon Polis İdarəsinin təhqiqatçısı zəng edərək, Nailə Əliyevanın şikayət ərizəsi təqdim etdiyini bildirdi və məni idarəyə izahat verməyə dəvət etdi. Qadının yenidən, məndən səbəbsiz polisə şikayət etməsindən əsəbiləşdim. Saat 18 radələrində taksi ilə Bakıya gəldim. Nailədən məndən nə istədiyini öyrənib məsələyə aydınlıq gətirmək istəyirdim. "Xırdalan dairəsi"ndə fəaliyyət göstərən marketdən 2 ədəd bıçaq aldım. Həmin ərazidə yerləşən kafedə əyləşərək, kofe içdim. Bir müddətdən sonra Nailənin oğlum Aydınla yoldan keçdiyini gördüm. Yoldan arxa küçəyə dönən kimi, yoldaşımı səsləyəndə, azyaşlı arxaya çönərək məni gördü. Çatıb qolundan tutanda, arvadım çevrilib, qolumdan vurdu. Əlimdəki bıçaqlar paketdən yerə düşdü. Əyilib bıçaqları yerdən götürmək istəyəndə uşaq anasının əlindən çıxıb, qışqıra-qışqıra evlərinə tərəf qaçdı. Saçından tutub, Nailəni neçə dəfə vurduğumu xatırlamıram. Meyitin üzərində 17 ədəd bıçaq xəsarəti olmasını sonradan müstəntiqdən eşitmişəm. Sonra Nailəni divarın küncünə oturtdum. Qadını vurduğum bıçağı otluğa ataraq, magistral yola tərəf qaçdım. Yoldan keçən VAZ-21011 markalı taksini saxlayıb, sürücüyə məni Xırdalan şəhərinə aparmasını bildirdim. Hadisəni görən bir qız "cinayətkar taksiyə minib gedir" deyərək, qışqırdı. Qızın səsini eşitən YPX-nin əməkdaşları taksini saxlayaraq, məni düşürdülər və xidməti avtomaşınla 6-cı PB-nə apardılar. Oğlum Aydının hadisə yerində olması, hadisənin onun gözləri qarşısında baş verməsi barədə ifadəsində göstərdikləri doğru deyil. Övladımın bədənindəki xəsarətin harda və necə əmələ gəlməsini bilmirəm, hadisə zamanı uşağıma əl vurmamışam. Nailə dəfələrlə barəmdə polisə və məhkəməyə şikayət edib. Artıq bu vəziyyətdən bezmişdim və belə yaşamaq istəmirdim. Heç vaxt qərəzli şəkildə aliment ödəməkdən imtina etməmişəm və arvadımı buna görə hədələməmişəm".

Zərərçəkmiş şəxsin hüquqi varisi Məcid Əliyev ifadəsində göstərib ki, bacısı Nailə Əliyeva Özbəkistan Respublikasında 24 il yaşadıqdan sonra 2000-ci il noyabrın 24-də Azərbaycana qayıdıb:

"2003-cü ildə Nailə xalam oğlu Elçin Ələkbərovla ailə həyatı qurdu. Özbəkistanda yaşadıqları müddət ərzində Elçin bacımı incidirdi. Bacım bizə zəng edərək əri tərəfindən döyüldüyünü bildirib. Azərbaycana qayıtdıqdan sonra təxminən 2005-ci ildə Elçin, qızım Sevilin ad günündə evimizə xəncərlə gələrək, ailə üzvlərimə hücum edib. Buna görə hadisə yerinə polis əməkdaşları gələrək Ələkbərovu saxlayıblar. Binəqədi rayon məhkəməsinin hökmü ilə o, 6 ay müddətinə azadlıqdan məhrum olunub. 2021-ci il iyulun 30-u saat 19:30-da şəhərdə olduğu vaxt mobil telefonuma zəng edən bacım oğlu Aydın "dayı, Elçin anamı mənim yanımda bıçaqlayaraq öldürdü" dedi. Yolda qardaşıma zəng edəndə o, xəstəxanaya çatanda artıq Nailənin keçindiyini söylədi".

Məcid Əliyev qeyd edib ki, Elçin Ələkbərov arvadının ondan ayrı yaşamasını qəbul etmirdi. Boşanmaqlarına baxmayaraq, Nailəyə sanki öz şəxsi mülkü kimi baxırdı. Ayrıldıqdan sonra hər dəfə onu geriyə qaytarmağa çalışıb, artıq bunu bacarmayacağını anladıqda onu öldürməyi qərarlaşdırıb. Onların mübahisələri adətən ailə-məişət zəmnində baş verirdi. Elçin hirsini Nailədən və uşaqlarından çıxdı. M. Əliyev deyib ki, bacısının kənar şəxslərlə münasibəti olması haqda təqsirləndirilən şəxsin söylədikləri yalandır. Nailə yalnız icra məmurları, habelə Elçinin hərbi hissədə işlədiyi dövr ərzində onun rəhbərliyi ilə danışaraq alimentin ödənilməsində kömək istəyib.

Şahid Aydın Ələkbərli ifadəsində göstərib ki, orta məktəbin 5-ci sinif şagirdidir. Atası Elçin Ələkbərov mütəmadi olaraq anası Nailə Əliyevanı incidib, döyüb, həmçinin dəfələrlə öldürməklə hədələyib:

"2020-ci ilin yay aylarında atam bizi incitməyəcəyinə söz verdiyi üçün anam inanaraq onunla barışdı. Amma Gəncə şəhərinə qayıdandan sonra atam anama yenə əzab verdi. Baş vermiş hadisədən 3-4 ay əvvəl anamla birlikdə yığışaraq birdəfəlik Bakıya qayıtdıq və nənəmin evində yaşamağa başladıq. Böyük qardaşım atamla Gəncədə qaldı. Anam Xırdalan şəhərində yerləşən Tədris Mərkəzində rus dili üzrə müəllimə işləyirdi. Hazırlıq kurslarına getdikdə həmişə məni özü ilə götürürdü. Həmçinin mənə bu yolla rus dilini öyrədib. 2021-ci il iyulun 30-u 19 radələrində "Xırdalan dairəsi"ndə avtobusdan düşdükdən sonra anamla evə doğru gedirdik. Arxaya çevriləndə, atamın əlində paketlə arxamızca qaçaraq, gəldiyini gördüm. Anamı, atamın gəlməsi barədə xəbərdar edəndə, artıq atam çatıb anamın qolundan tutdu. Əlindəki mobil telefon yerə düşdüyündən, anam yerə əyilərək, onu götürmək istədi. Bu zaman atam saçlarından tutub, onun başını daşa vurmağa başladı.

Ardınca paketdən düşən bıçaqlardan birini götürdü. Mane olmaq istəyərkən, atam məni itələyərək yerə yıxdı. Buna görə belimdən xəsarət aldım. Atamın anamı bıçaqla vurmasını gördükdə, çox qorxduğum üçün hərəkətsiz qaldım. Bir neçə saniyədən sonra, özümə gəldikdə qışqırmağa başladım. Qan içində olan anama yaxınlaşaraq, ona su içirtdim. Nəfəsinin kəsik-kəsik gəldiyini və ayağının digər ayağının üstünə düşdüyünü gördüm, kömək üçün nənəmgilin evinə qaçdım. Dayım və nənəmə atamın anamı bıçaqladığını xəbər verdim. Onlar hadisə yerinə getdilər, mən, isə evdə qaldım.

Anamı Respublika Klinik Xəstəxanasına aparsalar da, həyatını xilas etmək mümkün olmadı".

Şahid Şahin Niftullayev ifadəsində göstərib ki, küçədə uşağın qışqırdığını, qadının yerdə qana bulaşmış vəziyyətdə uzandığını və bir kişinin onlara tərəf qaçdığını görüb. Nə baş verdiyini soruşanda həmin şəxs ona "arvadımdır, vurmuşam, əcəb eləmişəm, gedirəm polisə təslim olmağa" deyib. Bıçaqlanan qadının yanına yaxınlaşanda azyaşlı, "anamı vurdu, kömək eləyin" söyləyərək, qışqırıb.

Şahid Elvin Abdinov bildirib ki, Baş Dövlət Yol Polisi İdarəsində Yol-Patrul Xidmətində baş inspektor işləyir:

"İyulun 30-da xidmətdə olarkən yetklinlik yaşına çatmayan oğlan yaxınlaşaraq "Xırdalan dairəsi" ətrafında, ara küçələrin birində bir kişinin qadını bıçaqlaması və taksiyə minərək, hadisə yerindən uzaqlaşmaq istəməsi barədə məlumat verdi. Oğlanın göstərdiyi istiqamətdə avtomobili sürərək, orda yaşıl rəngli VAZ markalı taksi avtomobilin qarşısını kəsib, saxladım. Avtomobilə əyləşmiş şəxsi düşürdüb, sorğu-sual etdikdə sağ əlində qan ləkəsi gördüm. O, arvadını bıçaqla vurduğunu dedi. Onu saxlayaraq, xidmət etdiyim Ekologiya postuna apardım. Şəxsiyyətini müəyyənləşdirdikdən sonra onu 6-cı PB-nə təhvil verdik".

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Elçin Ələkbərov 18 il müddətinə azadlıqdan məhrum olunub.


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 1127   Tarix: 08 oktyabr 2022  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş
Turlar.az

Oxşar xəbərlər

.

Ərdoğan: "Gələn il Ağdamda İlham qardaşımla birlikdə məktəbin açılışını edəcəyik" - Video

"Ən son Cəbrayılda "Azərbaycan-Türkiyə Beynəlxalq Meşə Təlim Mərkəzi" və "Ağıllı Tingçilik" Müəssisəsini yaratmağın qürurunu yaşadıq. Kənd təsərrüfatı və Meşəçilik Nazirliyimizin töhfələri ilə qurulan bu müəssisə Türkiyə-Azərbaycan əməkdaşlığının yeni bir göstəricisi olmuşdur"

08.11.2026 176
.

Ərdoğanın sevdiyi mahnı Xankəndidə - Video

Xankəndi Konqres Mərkəzində 8 Noyabr - Zəfər Gününə həsr olunmuş təntənəli konsert proqramı təşkil edilib. "Qafqazinfo" xəbər verir ki, konsert zamanı rəngarəng musiqi nömrələri ilə yanaşı, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın ən çox sevdiyi mahnılardan biri olan "Bərabər yürüdü

08.11.2026 221
.

İlham Əliyev, Rəcəb Tayyib Ərdoğan və ailə üzvləri Vətən Müharibəsi Qəhrəmanları ilə görüşdülər

Prezident İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və qızları Leyla Əliyeva Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və xanımı Əminə Ərdoğanla birlikdə hərbi qulluqçularla görüşüblər. xəbər verir ki, görüşdə Vətən Müharibəsi Qəhrəmanları, eləcə də "Qarabağ" və "Zəfər" ordenlər

08.11.2026 179
.

Xankəndidə Prezidentin adından ziyafət verildi - Fotolar

Xankəndidə Prezident İlham Əliyevin və xanımı Mehriban Əliyevanın adından Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın və xanımı Əminə Ərdoğanın şərəfinə rəsmi ziyafət verilib. "Qafqazinfo" xəbər verir ki, ziyafətdə konsert proqramı təqdim olunub. Sonra Azərbaycan Prezidenti İlham Əliyev, birinc

08.11.2026 202
.

Ərdoğan Xocalı Soyqırımı Memorialının xatirə kitabına ürək sözlərini yazıb - Foto

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan noyabrın 8-də Xocalı şəhərində yerləşən Xocalı Soyqırımı Memorialını ziyarət ediblər. xəbər verir ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Memorialın xatirə kitabına ürək sözlərini yazıb

08.11.2026 163
.

Ankarada əkiz qüllələr, İstanbulda körpü Azərbaycan bayrağının rənglərinə büründü - Foto

Azərbaycanın 8 Noyabr - Zəfər Günü münasibətilə Türkiyənin paytaxtı Ankarada yerləşən məşhur TOBB əkiz qüllələri dövlət bayrağımızın rəngləri ilə işıqlandırılıb. xəbər verir ki, İstanbulda yerləşən məşhur körpü də Azərbaycan bayrağının rəngləri ilə işıqlandırılıb. Həmin görüntüləri təqdim edirik:

08.11.2026 169
.

Finlandiyada yanğın toxumluq kartof ehtiyatlarının beşdə birini məhv edib

Finlandiyanın şimalında baş vermiş böyük yanğın nəticəsində milli toxumluq kartof fondunun beşdə biri məhv olub. "Report" "Yle" teleradio şirkətinə istinadən xəbər verir ki, yanğın cümə günü axşam Şimali Ostrobotniya əyalətinin Türnyavya şəhərindəki anbar kompleksində qeydə alınıb

08.11.2026 167
.

Azərbaycan və Türkiyə liderlərinin Şuşada görüşünə dair videoçarx

Prezident İlham Əliyevin sosial media hesablarında onun Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla Şuşada baş tutan görüşünə dair videoçarx paylaşılıb. BİG.AZ həmin paylaşımı təqdim edir:

08.11.2026 187
.

İraqda "Kətaib Hizbullah" liderinin oğlunun həbsinə order verilib

İraqın məhkəmə orqanları "Kətaib Hizbullah" qruplaşmasının baş katibi Əbu Hüseyn əl-Həmidavinin oğlunun həbsinə order verib. "Report" "Al Hadath"a istinadən xəbər verir ki, order Bağdadın Əl-Bələdiyyat rayonunda yaşayan, 1994-cü il təvəllüdlü Əl-Hüseyn Möhsün Əhməd Fərə

08.11.2026 141
.