Bakıda yaşayış binasında yanğın zamanı iki nəfər xəsarət alıb - YENİLƏNİB
Bakıda yaşayış binasında yanğın zamanı 2 nəfər xəsarət alıb.
"Report"un xəbərinə görə, bu barədə Fövqəladə Hallar Nazirliyinin (FHN) Dövlət Yanğından Mühafizə Xidmətinin əməliyyat növbətçisi, polkovnik-leytenant İlqar Nəsibov bildirib.
"Hadisə Əlif Hacıyev küçəsi 19 ünvanında, beşmərtəbəli yaşayış binasının 4-cü mərtəbəsində, 11 saylı 2 otaqlı mənzildə baş verib. Otaqların arakəsməsi gipsoletdən olduğundan partlayış zamanı yüngül dağılıb. Həmçinin eyvandakı şüşələr sınıb. Yanğın 13 kvadratmetr ərazini əhatə edib", - FHN rəsmisi qeyd edib.
"Deyilənə görə, mənzildə kirayənişinlər qalırmış. Hadisə zamanı yaşayış binasında heç bir xəsarət qeydə alınmayıb. Eyvanda deformasiyaya uğramış daşlar zamanı 2 nəfər kəllə-beyin travması alıb. İlkin məlumata görə, onlar 16-17 yaşlı yeniyetmələrdir. Onlara ilkin tibbi yardım göstərilib, xəstəxanaya aparılıb", - İ.Nəsibov vurğulayıb.
O qeyd edib ki, yanğın saat 23:12-də baş verib: "Fövqəladə Hallar Nazirliyinin (FHN) çevik dəstəsi, həmçinin yanğınsöndürənləri 4 dəqiqə sonra hadisə yerinə cəlb olunub. Yanğın 16 dəqiqə ərzində söndürülüb. Alovun digər mənzillərə keçməsinin qarşısı alınıb".
Hadisənin başvermə səbəbi araşdırılır.
00:23
Bakı şəhəri, Nizami rayonu, Əlif Hacıyev küçəsində beşmərtəbəli yaşayış binasında baş vermiş yanğında 1 nəfər yüngül xəsarət alıb, ölən yoxdur.
Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən bildirilib.
Ərazidə DİN və Fövqəladə Hallar Nazirliyinin əməkdaşları tərəfindən zəruri tədbirlər görülür. Sakinlərin təhlükəsizliyi təmin edilib.
Yanğın Fövqəladə Hallar Nazirliyinin yanğından mühafizə bölmələrinin çevik müdaxiləsi nəticəsində qısa müddət ərzində məhdudlaşdırılıb.
Əldə etdiyimiz məlumata görə, hadisə zamanı 2001-ci il təvəllüdlü Əliyev Toğrul Əfqan oğlu yanıq xəsarətləri alıb.
00:06
Bakının Nizami rayonundakı yaşayış binasında baş verən yanğın söndürülüb.
FHN-dən Oxu.Az-a bildirib ki, ilkin ehtimala görə, hadisə qaz sızması səbəbindən baş verib.
Partlayış nəticəsində ölən olmayıb.
Bir nəfər yanıq xəsarətləri ilə Respublika Yanıq Mərkəzinə aparılıb.
23:38
Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Bakı şəhəri, Nizami rayonu, Əlif Hacıyev küçəsində yerləşən beşmərtəbəli yaşayış binasında yanğınla nəticələnən partlayış hadisəsinin baş verməsi barədə məlumat daxil olub.
Bu barədə FHN-dən məlumat verilib. Məlumat qəbul ediləndən dərhal sonra FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri və Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri çağırış üzrə cəlb olunub.
Hazırda yanğınsöndürmə işləri davam etdirilir.
Əlavə məlumat veriləcək.
23:27
Bakıda yaşayış binasında qaz sızması nəticəsində baş verən partlayış yanğına səbəb olub.
Hadisə bu gün axşam saatlarında Nizami rayonunda, Qara Qarayev metro stansiyasının yaxınlığında yerləşən binada qeydə alınıb.
Partlayış nəticəsində evlərin pəncərələri sınıb.(oxu.az)
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 1212 Tarix: 09 oktyabr 2022
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşƏrdoğan: "Gələn il Ağdamda İlham qardaşımla birlikdə məktəbin açılışını edəcəyik" - Video
"Ən son Cəbrayılda "Azərbaycan-Türkiyə Beynəlxalq Meşə Təlim Mərkəzi" və "Ağıllı Tingçilik" Müəssisəsini yaratmağın qürurunu yaşadıq. Kənd təsərrüfatı və Meşəçilik Nazirliyimizin töhfələri ilə qurulan bu müəssisə Türkiyə-Azərbaycan əməkdaşlığının yeni bir göstəricisi olmuşdur"
08.11.2026 176 Ərdoğanın sevdiyi mahnı Xankəndidə - Video
Xankəndi Konqres Mərkəzində 8 Noyabr - Zəfər Gününə həsr olunmuş təntənəli konsert proqramı təşkil edilib. "Qafqazinfo" xəbər verir ki, konsert zamanı rəngarəng musiqi nömrələri ilə yanaşı, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın ən çox sevdiyi mahnılardan biri olan "Bərabər yürüdü
08.11.2026 221 İlham Əliyev, Rəcəb Tayyib Ərdoğan və ailə üzvləri Vətən Müharibəsi Qəhrəmanları ilə görüşdülər
Prezident İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və qızları Leyla Əliyeva Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və xanımı Əminə Ərdoğanla birlikdə hərbi qulluqçularla görüşüblər. xəbər verir ki, görüşdə Vətən Müharibəsi Qəhrəmanları, eləcə də "Qarabağ" və "Zəfər" ordenlər
08.11.2026 179 Xankəndidə Prezidentin adından ziyafət verildi - Fotolar
Xankəndidə Prezident İlham Əliyevin və xanımı Mehriban Əliyevanın adından Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın və xanımı Əminə Ərdoğanın şərəfinə rəsmi ziyafət verilib. "Qafqazinfo" xəbər verir ki, ziyafətdə konsert proqramı təqdim olunub. Sonra Azərbaycan Prezidenti İlham Əliyev, birinc
08.11.2026 202 Ərdoğan Xocalı Soyqırımı Memorialının xatirə kitabına ürək sözlərini yazıb - Foto
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan noyabrın 8-də Xocalı şəhərində yerləşən Xocalı Soyqırımı Memorialını ziyarət ediblər. xəbər verir ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Memorialın xatirə kitabına ürək sözlərini yazıb
08.11.2026 163 Ankarada əkiz qüllələr, İstanbulda körpü Azərbaycan bayrağının rənglərinə büründü - Foto
Azərbaycanın 8 Noyabr - Zəfər Günü münasibətilə Türkiyənin paytaxtı Ankarada yerləşən məşhur TOBB əkiz qüllələri dövlət bayrağımızın rəngləri ilə işıqlandırılıb. xəbər verir ki, İstanbulda yerləşən məşhur körpü də Azərbaycan bayrağının rəngləri ilə işıqlandırılıb. Həmin görüntüləri təqdim edirik:
08.11.2026 169 Finlandiyada yanğın toxumluq kartof ehtiyatlarının beşdə birini məhv edib
Finlandiyanın şimalında baş vermiş böyük yanğın nəticəsində milli toxumluq kartof fondunun beşdə biri məhv olub. "Report" "Yle" teleradio şirkətinə istinadən xəbər verir ki, yanğın cümə günü axşam Şimali Ostrobotniya əyalətinin Türnyavya şəhərindəki anbar kompleksində qeydə alınıb
08.11.2026 167 Azərbaycan və Türkiyə liderlərinin Şuşada görüşünə dair videoçarx
Prezident İlham Əliyevin sosial media hesablarında onun Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla Şuşada baş tutan görüşünə dair videoçarx paylaşılıb. BİG.AZ həmin paylaşımı təqdim edir:
08.11.2026 187 İraqda "Kətaib Hizbullah" liderinin oğlunun həbsinə order verilib
İraqın məhkəmə orqanları "Kətaib Hizbullah" qruplaşmasının baş katibi Əbu Hüseyn əl-Həmidavinin oğlunun həbsinə order verib. "Report" "Al Hadath"a istinadən xəbər verir ki, order Bağdadın Əl-Bələdiyyat rayonunda yaşayan, 1994-cü il təvəllüdlü Əl-Hüseyn Möhsün Əhməd Fərə
08.11.2026 141