Bakıda beşmərtəbəli binada baş verən yanğınla bağlı təhqiqat aparılır - YENİLƏNİB

Bakıda beşmərtəbəli binada baş verən yanğınla bağlı təhqiqat aparılır - YENİLƏNİBÖtən gecə Bakı şəhəri, Nizami rayonu,Əlif Hacıyev küçəsi, 19 ünvanında yerləşən binada yanğınla nəticələnən partlayışla bağlı təhqiqat aparılır.

Bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb.

Bildirilib ki, hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən yanğınla nəticələnən partlayışın beşmərtəbəli yaşayış binasının dördüncü mərtəbəsində baş verdiyi və yanğının hər an genişlənərək digər mənzillərə keçmə riskinin yüksək olduğu müəyyən edilib.
Yanğınsöndürənlərin operativ müdaxiləsi sayəsində yanğın qısa müddətdə söndürülərək genişlənməsinə və digər mənzillərə keçməsinə imkan verilməyib.

Partlayışın təsirindən ümumi sahəsi 36 kvadratmetr olan ikiotaqlı mənzilin bir otağının arakəsmə divarı və eyvanı dağılıb, yanğın nəticəsində bir otağın yanar konstruksiyaları və ev əşyaları 13 kvadratmetr sahədə yanıb. Mənzilin qalan hissəsi və digər mənzillər yanğından mühafizə olunub.

Hadisə zamanı mənzildə kirayəçi yaşayan 2001-ci il təvəllüdlü Əliyev Toğrul Əfqan oğlu müxtəlif dərəcəli yanıq xəsarətləri alıb.

Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır.

10:20

Bakının Nizami rayonundakı yaşayış binasında baş verən partlayışda xəsarət alan kişinin vəziyyəti ağırdır.

Bu barədə APA-ya TƏBİB-dən bildirilib.

Qeyd edilib ki, xəsarət alan 21 yaşlı şəxsin (kişi) bütün bədənin və tənəffüs yollarının III- IV dərəcəli yanığı ilə vəziyyəti ağır olaraq qiymətləndirilir.

Hadisə yerindəki həkim briqadaları tərəfindən 2 nəfərə (qadın olmaqla) hipertenziya və stressə qarşı kəskin reaksiya diaqnozu ilə yerində zəruri ilkin tibbi yardım göstərilib.

Qeyd edək ki, ötən gün Nizami rayonu, Qara Qarayev prospekti, Əlif Hacıyev küçəsində 5 mərtəbəli binanın 4-cü mərtəbəsində yerləşən 11 saylı 36 kv metr 2 otaqlı mənzildə partlayış baş verib.


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 711   Tarix: 09 oktyabr 2022  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş
Kurslar.az kurslar

Oxşar xəbərlər

.

Ələkbərli Zeyd İspaniyanın "Deportivo Peñas" klubuna keçdi

Azərbaycan futbolunun gənc istedadlarından olan, "Qarabağ" futbol klubunun U-16 komandasının əsas qapıçısı olan Ələkbərli Zeyd karyerasında mühüm mərhələyə qədəm qoyub. 2011-ci il təvəllüdlü futbolçu rəsmən İspaniyanın "Deportivo Peñas" klubunun heyətinə qoşulub. Gənc futbolçunu

25.08.2026 218
.

Laçından Ermənistana elektrik enerjisi verilə bilər

Avqustun 25-də Laçın şəhərində Azərbaycanın Energetika Nazirliyinin və "Azərenerji" ASC-nin, Ermənistanın Ərazi İdarəetmə və İnfrastruktur Nazirliyinin və "Elektrik Enerjisi Sisteminin Operatoru" şirkətinin nümayəndələrinin işgüzar görüşü keçirilib. Nazirlər Kabinetindən -a bildirili

25.08.2026 224
.

Macarıstan Ukraynanın AB-yə sürətli üzvlüyünə qarşıdır - POLİTOLOQDAN AÇIQLAMA

Macarıstan Ukraynanın Avropa Birliyinə üzvlük prosesinin sürətləndirilməsinə qarşı çıxır. Budapest formal üzvlük danışıqlarının davam etdirilməsinə maneə yaratmasa da, Kiyevin AB-yə "sürətləndirilmiş" qaydada qəbul edilməsini dəstəkləmir. Macarıstanın mövqeyi Ukraynanın AB-yə inteqrasiyasını

25.08.2026 283
.

Hollivud ulduzunun gizli eşqləri: Bred Pitt kimlərlə görüşüb?

Hollivud ulduzu Bred Pittin Ancelina Colidən ayrıldıqdan sonrakı şəxsi həyatı illərdir mətbuatın diqqət mərkəzindədir. Aktyorun adı bu müddətdə bir sıra məşhur aktrisalar, modellər və şou-biznesdən kənar qadınlarla hallandırılıb. xarici mediaya istinadən xəbər verir ki, boşanmadan sonra Pittin adı il

25.08.2026 251
.

Fransada tornado evlərin damlarını uçurub

Bazar ertəsi axşamı Fransada bir kənddə baş verən qasırğa, ölkəni bürüyən şiddətli fırtınalar nəticəsində evlərin damlarını uçurub. Agence France-Press-in verdiyi məlumata görə, şiddətli hava şəraitində ən azı 41 nəfər xəsarət alıb. BİG.AZ The Telegraph-a istinadən xəbər verir ki, yaralılar arasınd

25.08.2026 248
.

Alen Simonyan eyni gündə ABŞ və Rusiya diplomatları ilə görüşüb

Ermənistan Təhlükəsizlik Şurasının katibi Alen Simonyan bu gün ABŞ və Rusiyanın ölkəsindəki diplomatları ilə görüşüb. Ermənistan mediasının xəbərinə görə, Simonyan ABŞ-ın müvəqqəti işlər vəkili Devid Allen və Rusiya səfiri Sergey Kopırkinlə görüş keçirib. Təhlükəsizlik Şurasının katibi ABŞ və Rusiy

25.08.2026 194
.

Temperatur 8 dərəcə enəcək, 3 gün leysan yağacaq - Xəbərdarlıq

Azərbaycanın bəzi dağlıq və dağətəyi rayonlarında avqustun 26-dan 29-dək fasilələrlə yağış yağacağı gözlənilir. xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Belə ki, ayrı-ayrı yerlərdə yağışın qısamüddətli leysan xarakterli olacağı, şimşək çaxacağı və dolu düşəcəyi ehtimal

25.08.2026 366
.

Sabah hava necə olacaq?

Avqustun 26-da gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Arabir güclənən şimal küləyi əsəcək. Havanın temperaturu gecə 22-26 isti, gündü

25.08.2026 280
.

Verilişə kor etdiyi arvadı ilə çıxan Eldəniz qayınatasının qətlinə görə saxlanıldı

Ağdamda baş verən qətlin təfərrüatı məlum olub. "Qafqazinfo"ya istinadən xəbər verir ki, hadisəyə Eldəniz Qənbərovun həyat yoldaşının ər evindən küsərək ata evinə getməsi səbəb olub. Belə ki, E.Qənbərov həyat yoldaşını geri aparmaq üçün qayınatasının evinə gəlib. Lakin qadın onunla getməkdə

25.08.2026 417
.