Azərbaycanda bahalaşmanın dayanacağı vaxt yaxındadırmı? - ARAŞDIRMA

Azərbaycanda bahalaşmanın dayanacağı vaxt yaxındadırmı? - ARAŞDIRMAAzərbaycanda 2022-ci ilin avqust ayında ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə istehlak qiymətləri indeksi əvvəlki aya nisbətən 101,2 faiz, əvvəlki ilin avqust ayına nisbətən 120,8 faiz təşkil edib. Cari illə müqayisədə daha çox bahalaşma müşahidə olunub.

Cari ilin avqust ayında əvvəlki aya nisbətən ayrı-ayrı ərzaq məhsullarından daha çox bahalaşma çörəyin, un məmulatlarının, mal, qoyun və toyuq ətinin, kolbasa məmulatlarının və s., ucuzlaşma isə əsasən təzə balığın, almanın, armudun, gavalının, şaftalının, qarpızın, yemişin, üzümün, pomidorun, soğanın, kələmin, bibərin, badımcanın qiymətlərində müşahidə olunub. Ancaq digər ərzaq məhsullarının qiymətlərində ciddi dəyişikliklər baş verməyib.

Sentyabr ayına nəzər yetirsək, ərzaq məhsullarının qiymətindəki artım tendensiyası davam edib. Daha çox bahalaşma ət və ət məhsullarında müşahidə olunub. Sümüksüz ətin kiloqramı 16-17 manata, sümüklünün isə 14-15 manata satılır. İçkilər və tütün məmulatları 18,9 faiz bahalaşıb. Bununla yanaşı, çörək, un, peçenye, makaron məmulatları, toyuq əti, kolbasa məmulatları, süd və süd məhsulları, pendir, kəsmik, şəkərli süd, quru meyvələr, içki, şirə, su - bir sözlə, mağazalardakı həyat üçün önəmli olan əksər məhsulların qiymətində qiymət artımı müşahidə olunur.

Qiymət artımları oktyabr ayı üçün də eynilik təşkil edir. Ümumiyyətlə, 2022-ci il "bahalaşma ili" kimi yadda qalacaq.

Bəs görəsən, bahalaşmanın "stop" deyəcəyi vaxt yaxındadırmı? Bu tendensiya nə zamanadək davam edəcək?

Mövzu ilə bağlı Oxu.Az-a açıqlama verən iqtisadçı-ekspert Fuad İbrahimov bahalaşmanın bir istiqamət üzrə getmədiyini deyib:

"Problem kompleks təsirlər nəticəsində yaranıb. Son 10 il elə təkcə BMT-nin ərzaq təhlükəsizliyi ilə bağlı verilən bülletenlərə diqqət yetirsək, görərik ki, mütəmadi olaraq dünyada əsas ərzaq drayverlərinin qiymətlərində, indekslərində bahalaşma mərhələli gedir. Üç-dörd ay ardıcıl artım olur, sonra növbəti ay hər hansı bir məhsulun qiyməti azalırsa, bu o demək deyil ki, qiymət bahalaşması stoklandı. Əsas səbəb pandemiya oldu. Pandemiya bəşəriyyəti, ümumiyyətlə dünya iqtisadiyyatını ağlagəlməz problemlərlə üzləşdirdi. Makroiqtisadi zəncirlərin hamısı pozuldu. Bunun da nəticəsi olaraq qiymət bahalaşması problemi davam etdi".

Ekspertin sözlərinə görə, bahalaşmanın digər bir səbəbi isə Ukrayna və Rusiya arasında başlanan münaqişə oldu:

"Bu il fevral ayının sonundan Ukrayna ilə Rusiyanın arasında gedən münaqişə nəticəsində hər ikisi bir neçə parametr üzrə dünya birinciliyinə daxil olur. Buğda, bitki yağları və digər məhsullar üzərində zəncirvari bahalaşma prosesi getdi. İndi ən təhlükəli vəziyyətdəyik. Panika dəhlizindəyik. Belə bir vəziyyətdə bəzi ölkələr əsası oldu-olmadı istehsal etdikləri məhsulların ixracına məhdudiyyətlər, kvotalar qoyurlar".

F.İbrahimov qeyd edib ki, bahalaşma panika dəhlizi üzrə gedəcək:

"Kvotalar qoyulduğu halda bazarlarda panika yaranır. İmpulsiv olaraq qiymət artımına şərait yaranır. Bahalaşma prosesi davam edəcək. Bunu ancaq izləmək lazım olacaq. Bahalaşma ilə bağlı proqnoz vermək çətindir".

Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü, deputat Aydın Hüseynov isə əlavə edib ki, bahalaşmada əsasən iki amil özünü büruzə verir:

"Ərzaq məhsullarının bahalaşması özünü bazarlarda büruzə verir. Bahalaşmada əsasən iki amil mövcuddur. İdxal olunan bəzi məhsullar var ki, onların bahalaşması təbiidir. Çünki onu ixrac edən, satan ölkə hansı qiyməti təklif edirsə, həmin qiymət çərçivəsində də bazara daxil olur. Bu özünü taxıl məhsullarında daha çox büruzə verir".

Deputatın sözlərinə görə, idxal olunan məhsulların qiymətlərinin daxili bazarda artması təbiidir:

"Əkin sahələrinin genişləndirilməsi, subsidiyaların və güzəştli kreditlərin verilməsi kimi tədbirlər nəticəsində ərzaq bolluğunun yaradılması istiqamətində xeyli işlər görülür. Dövlət tərəfindən qiymət artımının süni yollarla qarşısının alınması üçün tədbirlər həyata keçirilir. Payız kənd təsərrüfatı məhsullarının yığılma dövrüdür. Çox bahalaşma getmir. Bütövlükdə idxal olunan məhsullar istisna olmaqla digər ərzaq məhsullarının qiymətlərinin artmasında, hesab edirəm ki, hər hansı bir narahatlıq yoxdur".


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 710   Tarix: 09 oktyabr 2022  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş
Ustalar.az ustalar sayti

Oxşar xəbərlər

.

Ərdoğan: "Gələn il Ağdamda İlham qardaşımla birlikdə məktəbin açılışını edəcəyik" - Video

"Ən son Cəbrayılda "Azərbaycan-Türkiyə Beynəlxalq Meşə Təlim Mərkəzi" və "Ağıllı Tingçilik" Müəssisəsini yaratmağın qürurunu yaşadıq. Kənd təsərrüfatı və Meşəçilik Nazirliyimizin töhfələri ilə qurulan bu müəssisə Türkiyə-Azərbaycan əməkdaşlığının yeni bir göstəricisi olmuşdur"

08.11.2026 176
.

Ərdoğanın sevdiyi mahnı Xankəndidə - Video

Xankəndi Konqres Mərkəzində 8 Noyabr - Zəfər Gününə həsr olunmuş təntənəli konsert proqramı təşkil edilib. "Qafqazinfo" xəbər verir ki, konsert zamanı rəngarəng musiqi nömrələri ilə yanaşı, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın ən çox sevdiyi mahnılardan biri olan "Bərabər yürüdü

08.11.2026 221
.

İlham Əliyev, Rəcəb Tayyib Ərdoğan və ailə üzvləri Vətən Müharibəsi Qəhrəmanları ilə görüşdülər

Prezident İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və qızları Leyla Əliyeva Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və xanımı Əminə Ərdoğanla birlikdə hərbi qulluqçularla görüşüblər. xəbər verir ki, görüşdə Vətən Müharibəsi Qəhrəmanları, eləcə də "Qarabağ" və "Zəfər" ordenlər

08.11.2026 179
.

Xankəndidə Prezidentin adından ziyafət verildi - Fotolar

Xankəndidə Prezident İlham Əliyevin və xanımı Mehriban Əliyevanın adından Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın və xanımı Əminə Ərdoğanın şərəfinə rəsmi ziyafət verilib. "Qafqazinfo" xəbər verir ki, ziyafətdə konsert proqramı təqdim olunub. Sonra Azərbaycan Prezidenti İlham Əliyev, birinc

08.11.2026 202
.

Ərdoğan Xocalı Soyqırımı Memorialının xatirə kitabına ürək sözlərini yazıb - Foto

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan noyabrın 8-də Xocalı şəhərində yerləşən Xocalı Soyqırımı Memorialını ziyarət ediblər. xəbər verir ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Memorialın xatirə kitabına ürək sözlərini yazıb

08.11.2026 163
.

Ankarada əkiz qüllələr, İstanbulda körpü Azərbaycan bayrağının rənglərinə büründü - Foto

Azərbaycanın 8 Noyabr - Zəfər Günü münasibətilə Türkiyənin paytaxtı Ankarada yerləşən məşhur TOBB əkiz qüllələri dövlət bayrağımızın rəngləri ilə işıqlandırılıb. xəbər verir ki, İstanbulda yerləşən məşhur körpü də Azərbaycan bayrağının rəngləri ilə işıqlandırılıb. Həmin görüntüləri təqdim edirik:

08.11.2026 169
.

Finlandiyada yanğın toxumluq kartof ehtiyatlarının beşdə birini məhv edib

Finlandiyanın şimalında baş vermiş böyük yanğın nəticəsində milli toxumluq kartof fondunun beşdə biri məhv olub. "Report" "Yle" teleradio şirkətinə istinadən xəbər verir ki, yanğın cümə günü axşam Şimali Ostrobotniya əyalətinin Türnyavya şəhərindəki anbar kompleksində qeydə alınıb

08.11.2026 167
.

Azərbaycan və Türkiyə liderlərinin Şuşada görüşünə dair videoçarx

Prezident İlham Əliyevin sosial media hesablarında onun Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla Şuşada baş tutan görüşünə dair videoçarx paylaşılıb. BİG.AZ həmin paylaşımı təqdim edir:

08.11.2026 187
.

İraqda "Kətaib Hizbullah" liderinin oğlunun həbsinə order verilib

İraqın məhkəmə orqanları "Kətaib Hizbullah" qruplaşmasının baş katibi Əbu Hüseyn əl-Həmidavinin oğlunun həbsinə order verib. "Report" "Al Hadath"a istinadən xəbər verir ki, order Bağdadın Əl-Bələdiyyat rayonunda yaşayan, 1994-cü il təvəllüdlü Əl-Hüseyn Möhsün Əhməd Fərə

08.11.2026 141
.