Ukrayna müharibədə BU SƏBƏBLƏRDƏN uğur qazanır - ŞOK DETALLAR
Ukrayna ordusu son bir ayda Rusiya işğalına qarşı mübarizədə dünyanı heyrətləndirən uğurlara imza atıb. Ölkənin şimal-şərqində yerləşən Xarkov vilayətində, demək olar ki, 9600 kv.km ərazi işğalçılardan təmizlənib. Müharibə Rusiyanın ilhaq etdiyi Luqanska keçib. Ukrayna, həmçinin cənubdakı Xerson vilayətində 1170 kv.km ərazini geri alıb.
BiG.AZ Musavat.com-a istinadən xəbər verir ki, Ukraynanın dünyanın ikinci güclü ordusu kimi tanınan Rusiya ordusuna qarşı uğurunun arxasında bir neçə amil dayanır. Birincisi, ukraynalı əsgərin rus əsgərindən fərqli olaraq, vətəni uğrunda vuruşmasıdır. İkinci amil isə Ukraynanın Qərbin tipli müasir döyüş taktikalarından, eləcə də modern silahlardan istifadə etməsidir.
1. 2008-ci ildə Rusiyanın Gürcüstana hərbi müdaxiləsi nəhəng ordunun xarakterini ortaya qoyub. Gürcüstan müharibəsi zamanı baş nazir kürsüsündə oturan və ölkəni idarə etməyə davam edən Vladimir Putin çevik hərəkət edəcək peşəkar ordu qurmaq qərarına gəlib. 350 min əvəzinə 150 min zabit ordusu hazırlanıb. 2021-ci ilin sonuna qədər Rusiyada silah altında olan əsgərlərin sayı 1 milyon 15 minə çatıb. Ancaq müharibəyə hazır olan əsgərlərin sayı 400 minlə məhdudlaşıb.
2. Ukraynanın müdaxiləsinin ən çox bir həftə çəkəcəyini düşünən Putin döyüşə hazır əsgərlərin üçdə birini Ukraynaya göndərib. Lakin aprel ayında peşəkar ordunun kifayət etmədiyi anlaşıldı. Kreml "xoş niyyət" adı ilə qoşunlarını paytaxt Kiyev ətrafından çıxarıb, müharibəni cənub-şərq və cənuba keçirib.
Ətraflı
3. İyul ayından Ukrayna cəbhədə Rusiyaya öz gücünü göstərməyə başlayıb. ABŞ-ın verdiyi HIMARS və M777 haubitsaları işə salındıqda, Ukrayna ordusu Rusiya artilleriyasından 5-7 km irəlini vurmaq imkanına çatıb. Rusiya müdafiəsinin dərinliklərinə hücum edən Ukrayna Rusiyanın döyüş sursatı, yanacaq və tədarük zəncirini bir-bir sıradan çıxarıb.
4. Son mərhələdə Qərb tipli taktika işə düşüb. Belə bir təəssürat yaranmışdı ki, Ukraynanın əsas hücumu cənubdan başlayacaq, lakin əks-hücum şimal-şərqdəki Xarkov bölgəsində başlanıb. Xarkovda Ukrayna ordusu partizan taktikasından istifadə edib. 50-80 əsgərdən ibarət çevik dəstələr yaradılıb və Rusiya müdafiə xəttinin arxasına hücumlar edilib. İzyum və Liman bölgələrində hər gün 20 fərqli nöqtədən Ukrayna əsgərlərini görməyə başlayan Rusiya komandanlığı hansının kəşfiyyat, hansının əsas qüvvə olduğunu ayırd edə bilməyib, təşviş içində geri çəkilməyə üstünlük verib.
5. Rusiya döyüş meydanında geri çəkilmək məcburiyyətində qalanda Putin qismən səfərbərlik elan etməklə ordunu gücləndirəcəyini düşünüb. Ancaq Rusiyanın qeyri-peşəkar əsgərlərinin sayını artırması daha çox insan itkisi ilə nəticələnə bilər. Şərh edilir ki, vəziyyət pisləşərsə, Putin kütləvi qırğın silahlarına əl ata bilər.
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 1103 Tarix: 09 oktyabr 2022
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşƏrdoğan: "Gələn il Ağdamda İlham qardaşımla birlikdə məktəbin açılışını edəcəyik" - Video
"Ən son Cəbrayılda "Azərbaycan-Türkiyə Beynəlxalq Meşə Təlim Mərkəzi" və "Ağıllı Tingçilik" Müəssisəsini yaratmağın qürurunu yaşadıq. Kənd təsərrüfatı və Meşəçilik Nazirliyimizin töhfələri ilə qurulan bu müəssisə Türkiyə-Azərbaycan əməkdaşlığının yeni bir göstəricisi olmuşdur"
08.11.2026 176 Ərdoğanın sevdiyi mahnı Xankəndidə - Video
Xankəndi Konqres Mərkəzində 8 Noyabr - Zəfər Gününə həsr olunmuş təntənəli konsert proqramı təşkil edilib. "Qafqazinfo" xəbər verir ki, konsert zamanı rəngarəng musiqi nömrələri ilə yanaşı, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın ən çox sevdiyi mahnılardan biri olan "Bərabər yürüdü
08.11.2026 221 İlham Əliyev, Rəcəb Tayyib Ərdoğan və ailə üzvləri Vətən Müharibəsi Qəhrəmanları ilə görüşdülər
Prezident İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və qızları Leyla Əliyeva Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və xanımı Əminə Ərdoğanla birlikdə hərbi qulluqçularla görüşüblər. xəbər verir ki, görüşdə Vətən Müharibəsi Qəhrəmanları, eləcə də "Qarabağ" və "Zəfər" ordenlər
08.11.2026 179 Xankəndidə Prezidentin adından ziyafət verildi - Fotolar
Xankəndidə Prezident İlham Əliyevin və xanımı Mehriban Əliyevanın adından Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın və xanımı Əminə Ərdoğanın şərəfinə rəsmi ziyafət verilib. "Qafqazinfo" xəbər verir ki, ziyafətdə konsert proqramı təqdim olunub. Sonra Azərbaycan Prezidenti İlham Əliyev, birinc
08.11.2026 202 Ərdoğan Xocalı Soyqırımı Memorialının xatirə kitabına ürək sözlərini yazıb - Foto
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan noyabrın 8-də Xocalı şəhərində yerləşən Xocalı Soyqırımı Memorialını ziyarət ediblər. xəbər verir ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Memorialın xatirə kitabına ürək sözlərini yazıb
08.11.2026 163 Ankarada əkiz qüllələr, İstanbulda körpü Azərbaycan bayrağının rənglərinə büründü - Foto
Azərbaycanın 8 Noyabr - Zəfər Günü münasibətilə Türkiyənin paytaxtı Ankarada yerləşən məşhur TOBB əkiz qüllələri dövlət bayrağımızın rəngləri ilə işıqlandırılıb. xəbər verir ki, İstanbulda yerləşən məşhur körpü də Azərbaycan bayrağının rəngləri ilə işıqlandırılıb. Həmin görüntüləri təqdim edirik:
08.11.2026 169 Finlandiyada yanğın toxumluq kartof ehtiyatlarının beşdə birini məhv edib
Finlandiyanın şimalında baş vermiş böyük yanğın nəticəsində milli toxumluq kartof fondunun beşdə biri məhv olub. "Report" "Yle" teleradio şirkətinə istinadən xəbər verir ki, yanğın cümə günü axşam Şimali Ostrobotniya əyalətinin Türnyavya şəhərindəki anbar kompleksində qeydə alınıb
08.11.2026 167 Azərbaycan və Türkiyə liderlərinin Şuşada görüşünə dair videoçarx
Prezident İlham Əliyevin sosial media hesablarında onun Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla Şuşada baş tutan görüşünə dair videoçarx paylaşılıb. BİG.AZ həmin paylaşımı təqdim edir:
08.11.2026 187 İraqda "Kətaib Hizbullah" liderinin oğlunun həbsinə order verilib
İraqın məhkəmə orqanları "Kətaib Hizbullah" qruplaşmasının baş katibi Əbu Hüseyn əl-Həmidavinin oğlunun həbsinə order verib. "Report" "Al Hadath"a istinadən xəbər verir ki, order Bağdadın Əl-Bələdiyyat rayonunda yaşayan, 1994-cü il təvəllüdlü Əl-Hüseyn Möhsün Əhməd Fərə
08.11.2026 141