Bakıda iki müğənni gecə otelə gedib və... - "Başıma oyun açdı..." - Təfərrüat

Bakıda iki müğənni gecə otelə gedib və... - "Başıma oyun açdı..." - TəfərrüatBakının Binəqədi rayonunda 1995-ci il təvəllüdlü Camal tanışı Nərminə (adlar şərtidir - red.) xəsarət yetirib.

BiG.AZ Teleqraf.com-a istinadən bildirir ki, hadisə martın 7-də, gecə saat 03.00-da baş verib.

Camal Nərminlə "Vulkan" adlı oteldə qarşılıqlı razılıq əsasında cinsi əlaqədə olduqdan sonra qadın onu yaşadığı evə aparmağı tələb edib. Bu zəmində onların arasında mübahisə yaranıb. Mübahisə zamanı Camal Nərmini döyüb.

Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Camal bildirib ki, Nərmini Dərnəgül yolunda yerləşən "Həkəri" kafesindən tanıyıb: "Martın 6-da saat 20 radələrində həmin kafedə müğənni kimi oxuduğum zaman Nərminlə tanış oldum. O da müğənni kimi həmin kafedə oxuyurdu. Birlikdə bir neçə mahnı oxuduqdan sonra saat 21.00-da oxumaq üçün Nizami rayonu ərazisində yerləşən "X-Lady" kluba dəvət edildim. Bu barədə Nərminə bildirdim. Onun da kluba getməsini istədim. Nərmin razılaşdı. Birlikdə "X-Lady" kluba getdik".

Təqsirləndirilən şəxsin sözlərinə görə, saat 21.30-da "X-Lady" kluba çatıblar və həmin klubda gecə saat 12-yə qədər oxuyublar: "Klub bağlandıqda oradan çıxmalı olduq. Klubda Elmir adlı bir şəxslə tanış olduq. O, içkili olduğu üçün avtomobilini idarə etməyi mənə təklif etdi, mən isə başqa yerdə yeyib-içmək arzumu bildirdim. Həmin vaxtı Elmirin yanında Validə adlı qız tanışı da vardı. Yeyib-içmək barədə Nərminə də təklif etdim, razılaşdı. Amma hara gedəcəyimizi bilmədik".

Təqsirləndirilən şəxs deyib ki, bundan sonra Elmirin "Land Rover" markalı avtomobilinə əyləşiblər və "Vulkan" adlı otelin qarşısına gəliblər: "Elmir dedi ki, hər yer bağlıdır, burada yeyib-içəcək. Birlikdə otelə daxil olduq, iki nömrə otaq götürdük. Amma dördümüz bir otaqda əyləşdik, birlikdə yeyib-içdik".

Camal deyib ki, içki məclisi bitəndən sonra istirahət üçün Nərminlə birlikdə digər otağa keçiblər: "Birlikdə qaldıqda Nərminə ondan xoşum gəldiyini dedim, onunla cinsi əlaqədə olmaq istədiyimi bildirdim. Öz razılığı ilə onunla cinsi əlaqədə oldum. Sonra Nərmin onu evlərinə aparmağımı təklif etdi. Dedim ki, yuxum gəlir, həm də avtomobil Elmirindir, o da öz otağında yatır. Bu gün oteldə qalaq, səhər birlikdə oteldən çıxarıq. Nərmin isə təkidlə evə getməli olduğunu bildirdi. Buna görə aramızda mübahisə yarandı. Nərmini şillə ilə qol və baldır hissələrinə iki-üç dəfə vurdum".

Təqsirləndirilən şəxs qeyd edib ki, səhəri günü saat 09.00-da birlikdə oteldən çıxıblar və Nərmini yaşadığı Masazır qəsəbəsində yerləşən "Qurtuluş 93" ünvanına aparıb: "Nərmini maşından düşürərək evimə getdim. Nərminin məndən şikayət etdiyini sonra bildim".

Cinayət işi üzrə zərərçəkmiş Nərminin sözlərinə görə, işlədiyi kafedə Məlahət adlı müğənni qadının vasitəsilə Camalla tanış olub: "Həmin günü Camalla bir neçə mahnı oxuduqdan sonra onunla iş yoldaşı kimi münasibətlərimiz yarandı".

Nərmin daha sonra Camalın təklifi ilə "X-lady" adlanan klubda ifa etmələrindən, daha sonra "Vulkan" otelində olan söhbətlərindən danışıb: "Oteldə yemək yedik, spirtli içki qəbul etdik. Orada bir qədər canlı bir neçə Azərbaycan xalq mahnılarını ifa etdim".

Nərmin deyib ki, Camalla könüllü olaraq iki dəfə cinsi əlaqədə olub. Cinsi əlaqədə olduqdan sonra evə getmək istədiyini deyib, Camal isə buna etiraz edərək onu döyüb.

Nərmin qeyd edib ki, ertəsi gün evinə gəlib və evdə bədəninə baxdıqda üzərində xəsarətlər görüb: "Bunu görəndə özümü bağışlamadım. Camalın başıma oyun açdığını fikirləşdim. Bnəqədi rayon Polis İdarəsinin 6-cı polis bölməsinə ərizə ilə müraciət etdim. Ərizə verərkən hirsli olduğum üçün Camal tərəfindən oteldə zorlandığımı bildirdim. Amma hazırda bildirirəm ki, Camalla öz razılığımla cinsi əlaqədə olmuşam. Camal cinsi əlaqədə olarkən heç bir zor tətbiq etməyib".

Bu cinayət işinə Binəqədi rayon Məhkəməsində baxılıb. Məhkəmə hökm çıxaran zamanı təqsirləndirilən şəxsin zərərçəkmişlə barışmasını, zərərçəkmişə dəymiş ziyanın ödənilməsini nəzərə alıb. Bu səbəbdən cinayət təqibinə xitam verib. Camal cinayət məsuliyyətindən azad edilib.


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 1471   Tarix: 09 oktyabr 2022  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Ərdoğan: "Gələn il Ağdamda İlham qardaşımla birlikdə məktəbin açılışını edəcəyik" - Video

"Ən son Cəbrayılda "Azərbaycan-Türkiyə Beynəlxalq Meşə Təlim Mərkəzi" və "Ağıllı Tingçilik" Müəssisəsini yaratmağın qürurunu yaşadıq. Kənd təsərrüfatı və Meşəçilik Nazirliyimizin töhfələri ilə qurulan bu müəssisə Türkiyə-Azərbaycan əməkdaşlığının yeni bir göstəricisi olmuşdur"

08.11.2026 176
.

Ərdoğanın sevdiyi mahnı Xankəndidə - Video

Xankəndi Konqres Mərkəzində 8 Noyabr - Zəfər Gününə həsr olunmuş təntənəli konsert proqramı təşkil edilib. "Qafqazinfo" xəbər verir ki, konsert zamanı rəngarəng musiqi nömrələri ilə yanaşı, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın ən çox sevdiyi mahnılardan biri olan "Bərabər yürüdü

08.11.2026 221
.

İlham Əliyev, Rəcəb Tayyib Ərdoğan və ailə üzvləri Vətən Müharibəsi Qəhrəmanları ilə görüşdülər

Prezident İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və qızları Leyla Əliyeva Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və xanımı Əminə Ərdoğanla birlikdə hərbi qulluqçularla görüşüblər. xəbər verir ki, görüşdə Vətən Müharibəsi Qəhrəmanları, eləcə də "Qarabağ" və "Zəfər" ordenlər

08.11.2026 179
.

Xankəndidə Prezidentin adından ziyafət verildi - Fotolar

Xankəndidə Prezident İlham Əliyevin və xanımı Mehriban Əliyevanın adından Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın və xanımı Əminə Ərdoğanın şərəfinə rəsmi ziyafət verilib. "Qafqazinfo" xəbər verir ki, ziyafətdə konsert proqramı təqdim olunub. Sonra Azərbaycan Prezidenti İlham Əliyev, birinc

08.11.2026 202
.

Ərdoğan Xocalı Soyqırımı Memorialının xatirə kitabına ürək sözlərini yazıb - Foto

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan noyabrın 8-də Xocalı şəhərində yerləşən Xocalı Soyqırımı Memorialını ziyarət ediblər. xəbər verir ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Memorialın xatirə kitabına ürək sözlərini yazıb

08.11.2026 163
.

Ankarada əkiz qüllələr, İstanbulda körpü Azərbaycan bayrağının rənglərinə büründü - Foto

Azərbaycanın 8 Noyabr - Zəfər Günü münasibətilə Türkiyənin paytaxtı Ankarada yerləşən məşhur TOBB əkiz qüllələri dövlət bayrağımızın rəngləri ilə işıqlandırılıb. xəbər verir ki, İstanbulda yerləşən məşhur körpü də Azərbaycan bayrağının rəngləri ilə işıqlandırılıb. Həmin görüntüləri təqdim edirik:

08.11.2026 169
.

Finlandiyada yanğın toxumluq kartof ehtiyatlarının beşdə birini məhv edib

Finlandiyanın şimalında baş vermiş böyük yanğın nəticəsində milli toxumluq kartof fondunun beşdə biri məhv olub. "Report" "Yle" teleradio şirkətinə istinadən xəbər verir ki, yanğın cümə günü axşam Şimali Ostrobotniya əyalətinin Türnyavya şəhərindəki anbar kompleksində qeydə alınıb

08.11.2026 167
.

Azərbaycan və Türkiyə liderlərinin Şuşada görüşünə dair videoçarx

Prezident İlham Əliyevin sosial media hesablarında onun Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla Şuşada baş tutan görüşünə dair videoçarx paylaşılıb. BİG.AZ həmin paylaşımı təqdim edir:

08.11.2026 187
.

İraqda "Kətaib Hizbullah" liderinin oğlunun həbsinə order verilib

İraqın məhkəmə orqanları "Kətaib Hizbullah" qruplaşmasının baş katibi Əbu Hüseyn əl-Həmidavinin oğlunun həbsinə order verib. "Report" "Al Hadath"a istinadən xəbər verir ki, order Bağdadın Əl-Bələdiyyat rayonunda yaşayan, 1994-cü il təvəllüdlü Əl-Hüseyn Möhsün Əhməd Fərə

08.11.2026 141
.