Telejurnalistlər üçün "Audiovizual media mühitində universal jurnalist" mövzusunda təlimlərə başlanılıb
Oktyabrın 10-da Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi və ADA Universitetinin birgə təşkilatçılığı ilə telejurnalistlər üçün "Audiovizual media mühitində universal jurnalist" mövzusunda təlimlərə başlanılıb.
Təlimin açılış mərasimində çıxış edən ADA Universitetinin prorektoru Fariz İsmayılzadə Medianın İnkişafı Agentliyi ilə əməkdaşlıq təcrübəsinin uğurunu məmnunluqla qeyd edib. Vurğulayıb ki, bu təlimlər media sahəsində yeni trendin başlanğıcına, keyfiyyətli kontent yaradılmasına, jurnalistlərin peşəkar inkişafına töhfə verəcək.
Sonra Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin İcraçı direktoru Əhməd İsmayılov televiziya mühitində çalışan jurnalistlərin yaradıcı-innovativ potensialını stimullaşdırmaq, xarici təcrübəyə əsaslanan nəzəri biliklərini artırmaq və yerli mediada tətbiqini reallaşdırmaq, bu istiqamətdə təcrübə mübadiləsini həyata keçirmək üçün xarici mütəxəssislərin cəlb edilməsiylə təlimlərin keçirilməsinin əhəmiyyətindən bəhs edib.
Beynəlxalq Avrasiya Mətbuat Fondunun prezidenti Umud Mirzəyev televiziya sahəsində jurnalistlərin ixtisaslaşmasının və belə təlimlərin keçirilməsinin vacibliyini vurğulayıb.
ADA Universitetinin İnkişaf və Diplomatiya İnstitutunun direktor müavini Aygün Hacıyeva belə təlimlərin media nümayəndələrinin biliklərinin artırılmasında və medianın ictimaiyyətə dolğun informasiya çatdırmasında əhəmiyyətini bildirib, ADA Universitetinin İxtisasartırma Proqramlarının rəhbəri Nərgiz İsmayılova isə medianın inkişafının cəmiyyətimizə müsbət təsir göstərməsindən və bu istiqamətdə jurnalistlərin təcrübələrinin artırılmasının əhəmiyyətindən danışıb.
Təlimlərdə "Əl-Cəzirə" Media Şəbəkəsinin telejurnalisti Mohamed Elatyeb "mobil jurnalistika", "video jurnalistika", "televiziya jurnalistikası" və s. mövzularda çıxış edəcək.
Oktyabrın 13-nə qədər davam edəcək təlimlərin məqsədi televiziyada xəbər istehsalının təkmilləşdirilməsi, rəqəmsallaşmanın stimullaşdırılması, audiovizual istiqamətdə xarici bilik və təcrübələrin tətbiqinin genişləndirilməsi və daha keyfiyyətli məzmunun yaradılmasına nail olmaqdır.



BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 651 Tarix: 10 oktyabr 2022
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşDənizkənarı Bulvar İdarəsi Qapalı Səhmdar Cəmiyyətinə çevrilir
Prezident İlham Əliyev "Dənizkənarı Bulvar İdarəsi" və "Azərbaycan Respublikasının Əqli Mülkiyyət Agentliyi" publik hüquqi şəxslərin fəaliyyəti ilə bağlı bəzi məsələlər haqqında Fərman imzalayıb. -a istinadən xəbər verir ki, fərmanla "Dənizkənarı Bulvar İdarəsi" publik hüquq
25.08.2026 235 İngilis dilinin qlobal hegemonluğu sona çata bilərmi?
"Çin dilinin gələcəkdə ingilis dilini tamamilə əvəz etməsi, qlobal geosiyasi balansdakı dəyişikliklərə baxmayaraq, real görünmür. Çin iqtisadi və texnoloji baxımdan nə qədər güclənsə də, dilin özünəməxsus strukturu, minlərlə heroqlifdən ibarət yazı sistemi və intonasiyaya əsaslanan tələffüz xüsusiyyətlər
25.08.2026 278 Rus ordusu Annovkanı işğal etdi
Rusiya ordusu Donetsk vilayətinin Annovka yaşayış məntəqəsini işğal edib. xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb
25.08.2026 186 Hollivud ulduzunun gizli eşqləri: Bred Pitt kimlərlə görüşüb?
Hollivud ulduzu Bred Pittin Ancelina Colidən ayrıldıqdan sonrakı şəxsi həyatı illərdir mətbuatın diqqət mərkəzindədir. Aktyorun adı bu müddətdə bir sıra məşhur aktrisalar, modellər və şou-biznesdən kənar qadınlarla hallandırılıb. xarici mediaya istinadən xəbər verir ki, boşanmadan sonra Pittin adı il
25.08.2026 251 Türkiyə Ukrayna danışıqları ilə bağlı tarix gözləyir
Türkiyə Ukraynadakı münaqişənin həlli ilə bağlı danışıqların 2026-cı ilin sonuna qədər bərpa olunacağını gözləyir. Lakin bununla bağlı konkret müddət hələ məlum deyil. xəbər verir ki, bu barədə RİA Novosti hökumət mənbəyinə istinadən məlumat yayıb. Hökumət mənbəyi bildirib ki, Ankara danışıqların bərpas
25.08.2026 222 Tovuzda qadın boğazından bıçaqlandı - Şübhəli əridir
Tovuzda bıçaqlanma hadisəsi olub. "Qafqazinfo" xəbər verir ki, 2006-cı il təvəllüdlü Rufanə Nəbiyeva boğaz nahiyəsindən bıçaqlanıb. O, ağır xəsarətlərlə Tovuz Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. İnsidenti törətməkdə onun həyat yoldaşı Nəbi Nəbiyev şübhəli bilinir. Hadisə yerinə polis əməkdaşlar
25.08.2026 283 ABŞ Hərbi Hava Qüvvələrinin təyyarəsi Vnukovo aeroportuna eniş edib
ABŞ Hərbi Hava Qüvvələrinin təyyarəsi Vnukovo aeroportuna eniş edib. Rusiya mediasının xəbərinə görə, təyyarə Vaşinqton yaxınlığındakı Endryus hərbi bazasından havaya qalxıb. Bildirilib ki, təyyarə avqustun 23-də Riqada olub və bu gün oradan Moskvaya hərəkət edib
25.08.2026 198 "Yuventus"un ulduzunun ayağı sındı
"Yuventus"un hücumçusu Kenan Yıldız A Seriyasının 1-ci turunda "Frozinone"yə qarşı keçirilən və Turin klubunun 1:0 hesablı qələbəsi ilə başa çatan oyunda ciddi zədə alıb. xəbər verir ki, 21 yaşlı türkiyəli futbolçunun sol ayağının pəncə nahiyəsində sınıq aşkarlanıb. O, qarşılaşmanı
25.08.2026 207 Polad Bülbüloğlu üçüncü dəfə evləndi - Fotolar
Uzun illər Azərbaycanın mədəniyyət naziri vəzifəsində çalışmış, ölkəmizin Rusiyadakı keçmiş səfiri, Milli Məclisin 81 yaşlı deputatı Polad Bülbüloğlunun ailə həyatı ilə bağlı yeni məlumat yayılıb. "Qafqazinfo" -ya istinadən xəbər verir ki, 81 yaşlı Polad Bülbüloğlu 1997-ci ildə nikaha girdiy
25.08.2026 482