"Nə qədər təqlid etsələr də, Vaqif Mustafazadə olmayacaqlar"

"Nə qədər təqlid etsələr də, Vaqif Mustafazadə olmayacaqlar""Almaniyada yaşayıram, amma ürəyim, ruhum hələ də İçərişəhərdədir. Orada doğulmuşam və böyümüşəm. Onu dəyişdirmək olmaz. Bakıya gələndə hisslərim çox qarışıq olur: Bu, nostalji, sonsuz sevgi, ağrı, xatirələrdir. Oğlum Bakını dəli kimi sevir. Maynzda doğulub, amma deyir ki, Bakıda doğulmuşam. Ona söyləyirəm ki, oğul, mən və atan Bakıda doğulub. Amma sən Maynzdansan. Mənə cavab verir ki, bəli, Maynzda anadan olmuşam, amma mən də Bakıda doğulmuşam".

Axşam.az xəbər verir ki, bu sözləri əfsanəvi caz ifaçısı Vaqif Mustafazadənin qızı, Xalq artisti Əzizə Mustafazadə deyib. Caz ifaçısı "Nargiz" dərgisinə müsahibə verib. O, jurnalın baş redaktoru Ülviyyə Mahmudovanın suallarını cavablandırıb.

Ə.Mustafazadə "Atanız deyirdi ki, dünya musiqi ilə xilas olacaq" sözlərinə belə cavab verib:

"Düzdür, mübahisəedilməzdir. Musiqi yumor hissidir. Yumor sağlam və əyləncəli olmalıdır, pozitiv olmalıdır. Mənim devizim budur. Dostlara hər zaman vaxt tapmaq lazımdır. Hər şeyi atıb, onların yanına gedə bilərsən. Gecə saat 3-də də onların köməyinə qaçmalısan. Vaxtımı dostlarıma, ailəmə sərf etməyi sevirəm".

Atasının ölümündən danışan ifaçı həmin anlar yaşadığı çətinlikləri belə dilə gətirib:

"Fəlakət idi... Mən də, Elza xanım da (anası - red.) depressiyaya düşdük. Belə günəşli bir insanın olmaması... Vaxt sağaltmır, hələ də acı çəkirik. Bu, qətiyyən doğru deyil. Ruhdan axan qan heç vaxt laxtalanmaz. Həmişə qanaxır. Mən bununla bağlı heç nə edə bilmərəm. Evə getdim və ilk işim atamın köynəyini axtarmaq oldu. Üç gündən sonra on yaşım tamam oldu. Bu, Daşkənddə baş verib. Mənə dəqiq məlumatı Elza xanım dedi. Bu, Corc Gerşvenin "Sevdiyim adam" pyesi idi. Bu atamın məktəbli ikən doqquz yaşında ifa etdiyi ilk caz parçası idi. Atam Gerşveni çox sevirdi. Anam mənə hər şeyin necə baş verdiyini ətraflı izah etdi. İndiki kimi yadımdadır, ayın 15-də atamla danışdım. Soruşdum ki, qayıdacaqsan? Cavab verdi ki, ad gününə kimi mütləq qayıdacam".

Vaqif Mustafazadənin yaradıcılığından danışan caz ifaçısı bunları əlavə edib:

"Vaqifdən bir daha olmayacaq. Vaqif təkdir. O, böyük insandır. Özümdən razı deyiləm. Biz daha çox işləməliyik. Nə qədər təqlid etməyə və onun kimi olmağa çalışsalarda da, onun kimi olmayacaqlar. Atam həmişə deyirdi ki, öz esseni yazıb üç almaq daha yaxşıdır, nəyinki başqasından beş almaq. Bir şeyin fərqindəyəm ki, ikinci Vaqif olmayacaq. Atamın "Bakı gecələri" musiqisini dinləmək mənim üçün çox çətindir. Xüsusilə, atamın ifasında xalq musiqisini dinləmək mənə daha da çətindir və ağrılıdır. Məndə dəhşətli nostalji hisslər oyadı".

Oğlundan danışan Ə.Mustafazadə "Oğlum pianoda 5 dəqiqə ifa edir. Onu buna məcbur etmirəm. Uşağı məcbur edən valideynlərə qarşıyam. Uşaqdır, istəyər ifa edər, istəyər oynayar. Mənimlə birlikdə ifa etməyi sevir" sözlərini söyləyib.


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 1010   Tarix: 11 oktyabr 2022  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş
Kurslar.az kurslar

Oxşar xəbərlər

.

Azərbaycan və Türkiyə prezidentləri mətbuata birgə bəyanatlarla çıxış ediblər - Foto/Video+YENİLƏNİB

Noyabrın 8-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan Şuşada mətbuata bəyanatlarla çıxış ediblər. BİG.AZ AZƏRTAC-a istinadla xəbər verir ki, əvvəlcə Azərbaycan Prezidenti bəyanatla çıxış edib. Prezident İlham Əliyevin bəyanatı. - Hörmətl

08.11.2026 222
.

Azərbaycan 9 ayda təxminən 33 milyon dollarlıq xurma ixrac edib

Bu ilin yanvar-sentyabr aylarında Azərbaycan 41 min 414,5 ton xurma ixrac edib. "Report" Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu həcmdə xurmanın dəyəri 32,7 milyon ABŞ dolları olub. Bu isə ötən ilin müvafiq dövrü ilə müqayisədə həcm baxımından 6 min 311,9 ton (13,2 , dəyər baxımında

08.11.2026 172
.

İraqda "Kətaib Hizbullah" liderinin oğlunun həbsinə order verilib

İraqın məhkəmə orqanları "Kətaib Hizbullah" qruplaşmasının baş katibi Əbu Hüseyn əl-Həmidavinin oğlunun həbsinə order verib. "Report" "Al Hadath"a istinadən xəbər verir ki, order Bağdadın Əl-Bələdiyyat rayonunda yaşayan, 1994-cü il təvəllüdlü Əl-Hüseyn Möhsün Əhməd Fərə

08.11.2026 125
.

Xankəndidə Prezidentin adından ziyafət verildi - Fotolar

Xankəndidə Prezident İlham Əliyevin və xanımı Mehriban Əliyevanın adından Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın və xanımı Əminə Ərdoğanın şərəfinə rəsmi ziyafət verilib. "Qafqazinfo" xəbər verir ki, ziyafətdə konsert proqramı təqdim olunub. Sonra Azərbaycan Prezidenti İlham Əliyev, birinc

08.11.2026 190
.

Binəli Yıldırım: "Azərbaycan-Türkiyə əlaqələrini zəhərləmək üçün göstərilən səylər puça çıxdı" - Video

"Azərbaycan və Türkiyə arasındakı əlaqələri zəhərləmək üçün göstərilən səylər bu gün Şuşada puça çıxdı". xəbər verir ki, bunu "Haber Global" telekanalına Türk Dövlətləri Təşkilatının (TDT) Ağsaqqallar Şurasının sədri Binəli Yıldırım deyib. Onun sözlərinə görə, Azərbaycan və Türkiy

08.11.2026 201
.

Kürşad Zorlu: "Azərbaycan və Türkiyə liderləri türk dünyasına çox güclü mesaj verdilər" - Video

"Türkiyə və Azərbaycan arasında əlaqələr gündəlik məsələ deyil, çox uzun əsrlərə söykənir və əbədi qardaşlıq, ortaq taledir". xəbər verir ki, bunu Türkiyənin Ədalət və İnkişaf Partiyasının İdarə Heyətinin üzvü, millət vəkili Kürşad Zorlu "Haber Global" telekanalına müsahibəsində deyib

08.11.2026 198
.

Ərdoğanın sevdiyi mahnı Xankəndidə - Video

Xankəndi Konqres Mərkəzində 8 Noyabr - Zəfər Gününə həsr olunmuş təntənəli konsert proqramı təşkil edilib. "Qafqazinfo" xəbər verir ki, konsert zamanı rəngarəng musiqi nömrələri ilə yanaşı, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın ən çox sevdiyi mahnılardan biri olan "Bərabər yürüdü

08.11.2026 208
.

Naxçıvanda Zəfər Günü münasibətilə konsert və atəşfəşanlıq olub

Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyi və Naxçıvan Şəhər İcra Hakimiyyətinin təşkilatçılığı ilə Naxçıvan şəhərində 8 Noyabr - Zəfər Gününə həsr olunmuş konsert proqramı və atəşfəşanlıq təşkil edilib. "Report"un yerli bürosu xəbər verir ki, Heydər Əliyev Muzeyinin qarşısında keçirilə

08.11.2026 137
.

Paraqvayın sabiq prezidenti ev dustaqlığına məhkum edildi

Paraqvayın sabiq prezidenti Santyaqo Penya impiçment qərarından dərhal sonra Asunson şəhərindəki şəxsi iqamətgahında saxlanılıb. xəbər verir ki, bu barədə ABC məlumat yayıb. Bildirilib ki, Penyanın tutulması noyabrın 6-da axşam saatlarında - Senat tərəfindən vəzifədən uzaqlaşdırılmasından sonra onu əvə

08.11.2026 178
.