Rusiyadan Azərbaycana axın evləri bahalaşdıracaq? - AÇIQLAMA

Rusiyadan Azərbaycana axın evləri bahalaşdıracaq? - AÇIQLAMABakıda kirayə mənzil sahəsində son zamanlar sıxlıq müşahidə olunur. Xüsusilə bundan tələbələr əziyyət çəkirlər. Tədris ilinin başlaması ilə əlaqədar Bakıda ucuz kirayə ev tapmaq müşkül məsələyə çevrilib. Bunun ardınca Rusiyada səfərbərlik rejimindən sonra orada yaşayan soydaşlarımız Azərbaycana geri qayıdıblar. Bu vəziyyət paytaxtda olan sıxlığı daha da artırıb. Rusiyadan gələn azərbaycanlıların əksəriyyəti Bakıdakı evlərini kirayə veriblər.

Əmlak məsələləri üzrə ekspert Elnur Fərzəliyev mövzu ilə bağlı BiG.AZ-a bildirib ki, paytaxt binalarının söküntü işləri kirayə mənzil bazarında sıxlığa səbəb olub:

"Mənzil bazarı müəyyən kateqoriyalara bölünür. Yəni tələbələr, iş üçün gələnlər və evləri pilot layihələr üzrə sökülənlər. Daha çox bu 3 kateqoriyada olan insanlar kirayə ev axtarırlar. Təbii ki, gənc ailələr, evi olmayan sakinlər yaxud bölgələrdən gələnlər də var. Burada daha çox tələbələr üstünlük təşkil edir.

Belə ki, hər il bölgələrdən təhsil almaq üçün minlərlə tələbə Bakıya üz tutur. Bu da artıq minlərlə mənzilin sırf tələbələr tərəfindən kirayələnməsi deməkdir. Artıq hər il bu proseslər baş verir. Şəhər yüklənir və tikintilərin sayı çox olsa da, axının da sayı çox olur.

Başqa bir tərəfdən, tələbələrin qaldıqları mənzillər daha çox Nərimanov, Yasamal rayonu ərazisində köhnə tikili binalar və fərdi həyət evləri olub. Artıq 2016-cı ildən başlayaraq, Nazirlər Kabinetinin sərəncamı ilə istismar müddətini bitirmiş binaların söküntüsünə start verilib. Çox sayda köhnə beşmərtəbəli, dördmərtəbəli, üçmərtəbəli binalar sökülüb və yeni tikili binalarla əvəzlənib. Söküntü zamanı, demək olar ki, əksər binalarda müəyyən faiz mənzillər sırf kirayə məqsədilə alınır. Artıq söküləndə həmin mənzil kirayə bazarından çıxır. Evləri sökülən sakinlər onlara ev tikilib təhvil verilənə qədər kirayəyə çıxmağa məcbur olurlar. Bu proses də təxminən iki il yarım çəkir. Daha sonra, həmin köhnə tikili binanın yerində yeni tikili bina ucalanda kirayə və satış qiymətləri avtomatik olaraq iki dəfəyədək artır.

Yəni tutaq ki, 1 otaqlı "Xruşovka" yaxud alman, fransız layihəli binalarda kirayə qiyməti 250-300 manat idisə, artıq burada söhbət 500 manatdan gedir və əlavə kommunal xərclər üstünə gəlsə, qiymət daha da artır. Tələbələr və digər gənc ailələr üçün bu cür bahalı evləri kirayələmək əlçatan olmur. Əvvəllər istər Yasamal, istərsə də "Sovetski" adlanan ərazi, Nərimanov rayonu Təbriz küçəsində çox sayda böyük həyət evləri var idi. Həmin ərazidə olan evlərin böyük hissəsi söküldü. Bəziləri parklar, bəziləri yeni tikili binalarla əvəzləndi. Yəni artıq ucuz kirayə mənzillər bazardan çıxır".

Ekspert bildirib ki, tələbələrin ev probleminin əsas səbəblərindən biri universitet yataqxanalarının çatışmazlığıdır:

"Digər tərəfdən, pilot layihələr üzərindən söküntülər də davam edir. Bu onu deməyə əsas verir ki, yaxın 10-15 ildə artıq paytaxtda ucuz kirayə lüks mənzil tapmaq çox çətin olacaq. Burada ümid qalacaq yalnız köhnə tikili, 9-mərtəbəli binalara yaxud Sovet dövrünün sonlarında tikilmiş beşmərtəbəli binalara.

Bunun da çıxış yolları var. Belə ki, tələbə yataqxanaları bərpa olunmalıdır. Təbii ki, indiyədək tələbə yataqxanalarında daha çox məcburi köçkünlər yaşayırdı. Lakin onlar da zamanla artıq dövlət tərəfindən evlə təmin olundular. Məcburi köçkünlər üçün şəhərciklər tikildi. Yəni onlar oradan köçürüldülər. Amma həmin yataqxanalar hazırda boş olsa da, onların böyük əksəriyyəti yaşayış üçün yararlı deyil, qəzalı vəziyyətdədir.

Bu gün paytaxtda tikililərin qiymətini şişirdən əsas amil torpaqdır. Torpaqların qiyməti çox bahadır. Həmin yataqxanaların özləri bərbad vəziyyətdə olsa da, onların hər birinin ali təhsil müəssisələrinə yaxın şəhərcikləri var. Köhnə yataqxanalar sökülüb yeni, daha hündürmərtəbəli geniş yataqxanalar tikilərsə, bu, həm tələbələri kirayələrdən qurtarmış olar, həm də Bakının kirayə bazarında müəyyən formada yüngülləşmə baş verər. Bununla da evlərin bir qismi tələbələrdən azad olar".

E.Fərzəliyev qeyd edib ki, Rusiyada baş verənlərdən sonra orada yaşayan azərbaycanlılarla yanaşı, digər xalqların, hətta rusların da Bakıya üz tutması kirayə bazarında hələlik ciddi bir dəyişiklik yaratmayıb:

"Son olaylara görə Rusiyadan gələnlər də var. Azərbaycanın daşınmaz əmlak bazarında alıcı qismində əsas öndə gedən kütlənin böyük hissəsi Rusiyada yaşayan azərbaycanlılardır. Çünki onlar illərlə orada işləyib qazandıqlarını Azərbaycana sərmayə ediblər. Yəni buradakı böyük ticarət obyektləri, qeyri-yaşayış obyektləri, eləcə də evlərin böyük bir hissəsi onlara məxsusdur. Bu səbəbdən onların gəlişi kirayə bazarında hələlik elə bir ciddi dəyişiklik yaratmayıb. Digər tərəfdən, onların böyük əksəriyyətinin ya Bakıda evi var, ya da bölgələrdən gedənlərin hər birinin özünün, yaxud qohum-qardaşının evi var. Amma Rusiyadan Azərbaycana başqa vətəndaşlar da gəlir. Yəni azərbaycanlılarla yanaşı, ruslar və digər xalqlar gəlirlər və kirayə ev tuturlar. Onların da götürdüyü kirayə evlər nisbətən bahalı, təxminən 500 manatdan yuxarı qiymətə olan mənzillərdir.

Orta, yaxud minimal əməkhaqqı ilə yaşayan bir azərbaycanlı ailəsi 600-700 manata kirayə ev götürüb yaşaya bilmir. Bu səbəbdən uzun müddətdir ki, həmin mənzillərin çox hissəsi boş vəziyyətdə qalmışdı. Hazırda onların bir qismini Rusiyadan gələnlər, müvəqqəti də olsa, kirayələyiblər.

Proses uzun çəkərsə, təbii ki, Azərbaycana axın çox olar. Çünki ruslar üçün də Azərbaycan əlverişlidir. Burada rusdilli orta məktəblər daha çoxdur, ali təhsil müəssisələrinin hamısında rus bölməsi var və paytaxt sakinlərinin böyük əksəriyyəti rus dilini bilir. Yəni yaşamaq üçün onlara münbit şərait var. Amma ruslar Azərbaycana elə də çox gəlmirlər. Ruslar daha çox Türkiyəyə, Qazaxıstana və bəzi ərəb ölkələrinə gedirlər. Bu da onunla əlaqədardır ki, zamanında o şəxslər həmin ölkələrə turist qismində gedib-gəliblər. Daha çox Türkiyəyə gediblər. Çünki Türkiyənin turizm sektoru çox inkişaf edib. Sırf Rusiya-Ukrayna müharibəsi başlayandan sonra Türkiyənin daşınmaz əmlak bazarında ruslar milyardlarla pul qoyublar, minlərlə daşınmaz əmlak alıblar. Hələ ki, bizdə daxildə gedən təbii proseslərə görə qiymətlər artır".

Nuranə


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 1253   Tarix: 12 oktyabr 2022  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş
Kurslar.az kurslar

Oxşar xəbərlər

.

Uitkoff ABŞ-nin İranla danışıqlarda "qırmızı xətt"ini açıqladı

"ABŞ İranın uranı zənginləşdirməkdən imtina etməsində israr edir, bu, Vaşinqtonun danışıqlardakı "qırmızı xətt"idir". xəbər verir ki, bunu ABŞ liderinin xüsusi nümayəndəsi Stiven Uitkoff "Fox News" telekanalına müsahibəsində bildirib. "Biz İranla danışıqlara getməzdə

22.02.2026 173
.

İran XİN Avropa ölkələrinin qoşunlarını terrorçu təşkilat kimi tanıdı

İran Xarici İşlər Nazirliyi (XİN) Avropa İttifaqı (Aİ) ölkələrinin hərbi dəniz və hərbi hava qüvvələrini terrorçu təşkilat kimi tanıyıb. xəbər verir ki, bu qərar Aİ-nin İran İnqilabı Keşikçiləri Korpusunu (SEPAH) terrorçu təşkilatlar siyahısına salmasına cavab olaraq verilib. İran XİN-in açıqlamasınd

22.02.2026 168
.

Makron Trampdan Avropa vətəndaşlarına qarşı sanksiyaların ləğv olunmasını xahiş edib

Fransa Prezidenti Emmanuel Makron ötən həftə ABŞ Prezidenti Donald Trampa bir neçə Avropa vətəndaşına qarşı sanksiyaları ləğvini xahiş edən məktub göndərib. "Report" xəbər verir ki, bu barədə "La Tribune Dimanche" qəzeti məlumat yayıb. Söhbət xüsusən Avropanın daxili bazar məsələlər

22.02.2026 109
.

Gürcüstanda bəzi sahələrdə əcnəbilərin işləməsi qadağan edilir

Gürcüstan hökumətinin xüsusi qərarı ilə 2026-cı il martın 1-dən etibarən ölkədə xarici vətəndaşların bir sıra sahələrdə işləməsi tam şəkildə məhdudlaşdırılacaq. xəbər verir ki, məlumatı "Sputnik Gürcüstan" yayıb. Yeni qaydalara əsasən, əcnəbilərin kuryerlikdə, sərnişin daşımalarında, o cümlədə

22.02.2026 138
.

KİV: ABŞ-nin İrana hücumu uzunmüddətli münaqişəyə çevrilə bilər

ABŞ-nin İrana mümkün hərbi müdaxiləsi uzunmüddətli və mürəkkəb münaqişəyə çevrilə bilər və bu, ABŞ-nin Venesuelanın keçmiş prezidenti Nikolas Maduronu ələ keçirməsi əməliyyatından daha çətin olacaq. xəbər verir ki, məlumatı "New York Times" ekspertlərə istinadən yayıb. Qeyd olunub ki, ABŞ Prezident

22.02.2026 149
.

Bakıda yeni marşrut xətti istifadəyə verildi - 55 qəpik

Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi tərəfindən mövcud 214 nömrəli marşrutun sərnişin tələbatı təhlil edilib. Agentlikdən -a verilən məlumata görə, çoxsaylı müraciətlər nəzərə alınaraq fevralın 22-dən əlavə 214A nömrəli marşrut xətti istifadəyə verilib. Marşrut xətti Ramana qəsəbəsini (F.Qayıbov küçəsi

22.02.2026 231
.

Uitkoff: Yeni Rusiya-Ukrayna danışıqları üç həftə ərzində baş tuta bilər

ABŞ Prezidentinin xüsusi nümayəndəsi Stiven Uitkoff Ukrayna ilə bağlı yeni danışıqlar raundunun yaxın üç həftə ərzində baş tutacağına ümid etdiyini bildirib. "Report"un məlumatına görə, o, bunu "Fox News"a müsahibəsində bildirib. Uitkoffun sözlərinə görə, hər iki tərəfə təqdim edilə

22.02.2026 180
.

Pezeşkian: "İran nüvə proqramı üzrə danışıqlarda xarici təzyiqlərə boyun əyməyəcək"

İran Prezidenti Məsud Pezeşkian bildirib ki, ölkə nüvə proqramı üzrə danışıqlar zamanı dünya dövlətlərinin təzyiqinə boyun əyməyəcək. xəbər verir ki, məlumatı "Azad İran" "Telegram" kanalı yayıb. İran prezidenti qeyd edib ki, dünya dövlətləri sıraya düzülüb bizi baş əyməyə məcbu

22.02.2026 167
.

Salsa janrının yaradıcılarından biri Villi kolon vəfat edib

Salsa janrının yaradıcılarından biri, Puerto-Riko əsilli bəstəkar Villi Kolon 75 yaşında vəfat edib. "Report"un məlumatına görə, bu barədə "NBC News" telekanalı musiqiçinin ailəsinin açılamasıns istinadən xəbər verib. "Dərin kədərlə sevimli ərimiz, atamız və məşhur musiqiçi Vill

22.02.2026 162
.

TOP MP3