""Tonqal"ın icarədarı oğlumu həbs etdirmək istəyir"

""Tonqal"ın icarədarı oğlumu həbs etdirmək istəyir"Füzuli rayon sakini Rafiq Mehdiyev oğlu Radiq Mehdiyev barəsində qanunsuz olaraq cinayət işi başlandığını iddia edir.

"Qafqazinfo"ya müraciət edən vətəndaş bildirib ki, Nərimanov rayonunda yerləşən "Tonqal" restoranının icarədarı Şəmsəddin Hüseynov şəxsi əlaqələri sayəsində oğlunu həbs etdirməyə çalışır.

Onun sözlərinə görə, Ş.Hüseynovun oğlu Samir də dövlət strukturunda vəzifəli şəxs kimi çalışır və bu məsələdə onun da əli var: "Oğlum Faqət adlı şəxsin yanında kuryer kimi çalışır. Faqətin satdığı ətləri gündəlik olaraq "Tonqal" restoranına aparır. Oktyabrın 5-də Radiq Nərimanov polisi tərəfindən şübhəli şəxs kimi saxlanılıb ki, bəs sən 11 aydır Şəmsəddin Hüseynovun restoranına aparılan ətdən hər gün 20 kilo oğurluq etmisən. Halbuki hər gün ət təhvil-təslimlə restorana verilir. Kababçıya da yalançı izahat yazdırıblar ki, guya həftəlik 2000 manatlıq ət oğurlanıb.

Görünür, Samirin Nərimanov Rayon Prokurorluğuna etdiyi təsir vasitəsilə oğlum barəsində cinayət işi başladıblar. Məqsədləri də odur ki, Şəmsəddinin Faqətə olan borcunu bu yolla sildirsin. Çünki Şəmsəddinin Faqətə 40 min manat borcu var. Şəmsəddin özü də dedi ki, əti göndərən Faqətə 40 min manat borcum var, belə əvəzləşdirirəm. Həmin pulu qaytarmaq istəmədiyi üçün oğlumun üstünə atıb söhbəti bağlamaq istəyir".

Şikayətçi qeyd edib ki, oktyabrın 7-də Nərimanov Rayon Məhkəməsində oğlunun həbs olunması ilə bağlı verilmiş təqdimata baxılıb: "Radiq barəsində əsassız şəkildə ev dustaqlığı qətimkan tədbiri seçildi. Nərimanov rayon prokuroru niyə əsassız təqdimatla sifarişli həbsə təqdimat verir? Yəni bir restoran sahibi istədiyi adamı həbs etdirə bilər? Məhkəmənin qərarından şikayət verəcəyik. Ümid edirik ki, Bakı Apellyasiya Məhkəməsində işə ədalətli baxılacaq. Biz ev dustaqlığından da narazıyıq.

Onu da deyim ki, "Tonqal" restoranı sabiq Baş prokuror, hazırda həbsdə olan Eldar Həsənova məxsusdur. Restoranı işlədən Şəmsəddin Hacıyev də onun tanışı, həmyerlisidir. Sonradan öyrəndik ki, oğlu Samir əvvəllər Bakı Şəhər Prokurorluğunda işləyib. Hazırda isə Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyində çalışır".

Məsələ ilə bağlı Daxili İşlər Nazirliyinə sorğu ünvanladıq. DİN-in Mətbuat Xidmətinin əməkdaşı Nurlan Əliyev müraciətimizə cavab olaraq bildirdi ki, vətəndaş Ş.Hüseynovun icarədarı olduğu "Tonqal" restoranından oğurluq edilməsilə bağlı etdiyi müraciəti əsasında Nərimanov Rayon Polis İdarəsində araşdırma aparılıb: "Polis əməkdaşları tərəfindən keçirilən istintaq hərəkətləri ilə restorana ət gətirən Radiq Mehdiyevin orada aşpaz kimi çalışan digər bir şəxslə əlbir olaraq 8 ay ərzində həmin restorana gətirdiyi ətin çəkisini qəsdən həqiqi çəkisindən artıq göstərməklə obyektə külli miqdarda ziyan vurduqları məlum olub.

Faktla bağlı Nərimanov RPİ-də Cinayət Məcəlləsinin 177.3.2-ci (Oğurluq, külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsilə cinayət işi açılıb. İstintaq hərəkətləri davam etdirilir".

Baş Prokurorluğun Mətbuat xidmətindən isə sorğumuza cavab olaraq bildirildi ki, Nərimanov Rayon Polis İdarəsinə daxil olmuş müraciət üzrə araşdırma aparılıb: "Aparılan araşdırma ilə Radiq Mehdiyevin özgəsinin əmlakını ələ keçirmək məqsədilə 1 oktyabr 2021-ci ildən 13 avqust 2022-ci ilədək müddətdə Şəmsəddin Hüseynovun icarəyə götürərək işlətdiyi "Tonqal" restoranında kababçı işləyən tanışı Natiq Qardaşov ilə qabaqcadan əlbir olaraq həmin restorana gətirib təhvil verdiyi ətin çəkisini qəsdən artıq qeyd etdirməklə restoranın xəzinəsindən həmin çəkiyə uyğun pul vəsaitini təhvil alıb Şəmsəddin Hüseynova 85 min 980 manat məbləğində külli miqdarda ziyan vurmaqla oğurluq etməsinə əsaslı şübhələr müəyyən edilib.

Radiq Mehdiyev və Natiq Qardaşov Cinayət Məcəlləsinin 177.3.2-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək barələrində məhkəmənin qərarları ilə müvafiq qətimkan tədbiri seçilib.

Hazırda istintaq davam edir. Bundan əlavə bildiririk ki, Samir Hüseynov adlı şəxs prokurorluq orqanlarında xidmət etmir".


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 828   Tarix: 12 oktyabr 2022  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş
Xidmetler

Oxşar xəbərlər

.

Zəfərdən altı il sonra: Qarabağda hansı proseslər gedir? - Video

Baku TV-nin "Yekunlaşdıraq" verilişinin yeni buraxılışı yayımlanıb. Zəfər Günündən altı il sonra Azərbaycanın qazandığı tarixi Qələbə və Böyük Qayıdış prosesi hansı mərhələdədir?. Qarabağ və Şərqi Zəngəzurda aparılan quruculuq işləri, yeni yaşayış məntəqələrinin salınması və iqtisadi layihələ

08.11.2026 115
.

Kədxudayi: Hörmüz boğazı İranın milli təhlükəsizliyi ilə bağlıdır

Hörmüz boğazı İranın milli təhlükəsizliyi ilə sıx bağlıdır. "Report" ISNA-ya istinadən xəbər verir ki, bu barədə İranın Nizamın Məsləhətini Müəyyənləşdirmə Şurası Katibliyinin rəhbəri Abbas Əli Kədxudayi bildirib. İranın Ali rəhbəri Müctəba Xameneinin adıçəkilən şura ilə əlaqələndiricisi ola

08.11.2026 156
.

Tramp: "ABŞ seçkiyə görə 3 trilyon dollar itirdi"

"Demokratların Konqresə nəzarəti ələ keçirməsi ilə nəticələnən aralıq seçkisinə görə ABŞ 3 trilyon dollar itirib". xəbər verir ki, bunu Floridadakı Con Kennedi adına Kosmik Mərkəzdə çıxış edərkən ABŞ Prezidenti Donald Tramp deyib. Ölkə başçısı oktyabr ayında iş yerlərinin sayının 165 min artdığın

08.11.2026 164
.

Zəfər Günü münasibətilə Bakıda bayram atəşfəşanlığı təşkil olunub - Video

8 Noyabr - Zəfər Günü münasibətilə Bakıda bayram atəşfəşanlığı təşkil olunub. xəbər verir ki, atəşfəşanlıq Dənizkənarı Bulvarda, Saat qülləsinin yaxınlığında baş tutub. Sözügedən görüntüləri təqdim edirik:

08.11.2026 185
.

Həmkarlar ittifaqlarının kollektivləri Zəfər abidəsini ziyarət ediblər - Foto

Həmkarlar ittifaqlarının kollektivləri Zəfər abidəsini ziyarət ediblər. 8 Noyabr - Zəfər Günü münasibətilə Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının, üzv və tabe təşkilatların kollektivləri Zəfər abidəsini ziyarət ediblər

08.11.2026 167
.

Ankarada əkiz qüllələr, İstanbulda körpü Azərbaycan bayrağının rənglərinə büründü - Foto

Azərbaycanın 8 Noyabr - Zəfər Günü münasibətilə Türkiyənin paytaxtı Ankarada yerləşən məşhur TOBB əkiz qüllələri dövlət bayrağımızın rəngləri ilə işıqlandırılıb. xəbər verir ki, İstanbulda yerləşən məşhur körpü də Azərbaycan bayrağının rəngləri ilə işıqlandırılıb. Həmin görüntüləri təqdim edirik:

08.11.2026 163
.

Binəli Yıldırım: "Azərbaycan-Türkiyə əlaqələrini zəhərləmək üçün göstərilən səylər puça çıxdı" - Video

"Azərbaycan və Türkiyə arasındakı əlaqələri zəhərləmək üçün göstərilən səylər bu gün Şuşada puça çıxdı". xəbər verir ki, bunu "Haber Global" telekanalına Türk Dövlətləri Təşkilatının (TDT) Ağsaqqallar Şurasının sədri Binəli Yıldırım deyib. Onun sözlərinə görə, Azərbaycan və Türkiy

08.11.2026 201
.

Azərbaycan və Türkiyə prezidentlərinin görüşü Gürcüstan mediasının diqqət mərkəzindədir

Gürcüstan mediası Azərbaycan-Türkiyə prezidentlərinin görüşünə geniş yer ayırıb. "Report"un Gürcüstan bürosu xəbər verir ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Azərbaycana rəsmi səfəri bu ölkə mediasının diqqət mərkəzində olub. Bu ölkənin aparıcı televiziya kanalları, xəbər agentliklər

08.11.2026 119
.

Ərdoğan Xocalı Soyqırımı Memorialının xatirə kitabına ürək sözlərini yazıb - Foto

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan noyabrın 8-də Xocalı şəhərində yerləşən Xocalı Soyqırımı Memorialını ziyarət ediblər. xəbər verir ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Memorialın xatirə kitabına ürək sözlərini yazıb

08.11.2026 155
.