Uşaqlara bu oyuncağı almayın: Avropada QADAĞAN OLUNDU
Uşaqların sevimlisi olan yumşaq "Huggy Wuggy" oyuncağının məktəbəqədər və ibtidai sinif uşaqlarının psixologiyasını pozduğu iddia olunub.
Lent.az xarici KİV-ə istinadən xəbər verir ki, son vaxtlar siniflərdə boğaz sıxma hallarının artması ilə bağlı valideynlər və müəllimlər tez-tez şikayət ediblər. Nəticədə mütəxəssislər buna səbəb "Huggy Wuggy" kimi oyunların olduğunu bildiriblər. Buna görə personajın bu oyuncağının məktəblərə gətirilməsinin qarşısını alınmasını tələb ediblər.
Bir müddət əvvəl "Momo" və "Mavi balina" oyunlarının uşaqlarda yaratdığı psixoloji pozuntular və onların təhlükələri gündəm olmuşdu. İndi isə bu siyahıya daha biri əlavə olunub.
"Huggy Wuggy" personajının oyuncağı uşaqlar arasında çox məşhurdur. Yalnız oyuncaqlar deyil, qələm qabı, bel çantası, həmçinin mahnı oxuyan və rəqs edən modeli ən çox satılan məhsullar arasındadır. Uşaqların asanlıqla daxil ola biləcəyi platformalarda bəzi fenomenlərin də oyunlarla bağlı videoları olması təhlükəni daha da artırır.
Türkiyəli psixoloq Ramazan Sayqı Şimşəyin sözlərinə görə, uşaqlar qorxulu personajlara inanır və çox vaxt onlar kimi davranmağa başlayır:
"Əsasən 12 yaşına qədər uşaqlar gördüyü ilə xəyal etdiyi arasındakı fərqi tuta bilmir. Uşaq qorxduğu zaman ya qaçır, ya da ona itaət edir. Bu da uşaqların itaətkar kimi davranmağa başlamasına gətirib çıxarır. Məktəblərdə uşaqlar arasında davaların baş verməsi və boğaz sıxma hallarının artmasının əsas səbəbi budur".
Psixoloqlar bu barədə ailələri diqqətli olmağa çağırıb. Valideynlər uşaqların oynadıqları oyunlarla yanaşı, oyuncaqlara da ciddi nəzarət edilməlidir.
Üç uşaq anası bir türkiyəli vətəndaş "Huggy Wuggy" oyuncağını ilk dəfə bu yaz trenddə gördüyünü deyib:
"Mənim qızlarım da yəqin ki, internetdə görüblər. Soruşdum nədir bu? Cavabında canavar kimi bir şey dedilər. Çox güman bu oyuncağı alan valideyn də normal deyil. Nəticədə uşaqlara yaxşı təsir etmir. Avropada qadağan olunduğunu eşitdik, inşallah bizim ölkədə də satışı dayandırılar".
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 1429 Tarix: 12 oktyabr 2022
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşZəfərdən altı il sonra: Qarabağda hansı proseslər gedir? - Video
Baku TV-nin "Yekunlaşdıraq" verilişinin yeni buraxılışı yayımlanıb. Zəfər Günündən altı il sonra Azərbaycanın qazandığı tarixi Qələbə və Böyük Qayıdış prosesi hansı mərhələdədir?. Qarabağ və Şərqi Zəngəzurda aparılan quruculuq işləri, yeni yaşayış məntəqələrinin salınması və iqtisadi layihələ
08.11.2026 115 Kədxudayi: Hörmüz boğazı İranın milli təhlükəsizliyi ilə bağlıdır
Hörmüz boğazı İranın milli təhlükəsizliyi ilə sıx bağlıdır. "Report" ISNA-ya istinadən xəbər verir ki, bu barədə İranın Nizamın Məsləhətini Müəyyənləşdirmə Şurası Katibliyinin rəhbəri Abbas Əli Kədxudayi bildirib. İranın Ali rəhbəri Müctəba Xameneinin adıçəkilən şura ilə əlaqələndiricisi ola
08.11.2026 156 Tramp: "ABŞ seçkiyə görə 3 trilyon dollar itirdi"
"Demokratların Konqresə nəzarəti ələ keçirməsi ilə nəticələnən aralıq seçkisinə görə ABŞ 3 trilyon dollar itirib". xəbər verir ki, bunu Floridadakı Con Kennedi adına Kosmik Mərkəzdə çıxış edərkən ABŞ Prezidenti Donald Tramp deyib. Ölkə başçısı oktyabr ayında iş yerlərinin sayının 165 min artdığın
08.11.2026 164 Zəfər Günü münasibətilə Bakıda bayram atəşfəşanlığı təşkil olunub - Video
8 Noyabr - Zəfər Günü münasibətilə Bakıda bayram atəşfəşanlığı təşkil olunub. xəbər verir ki, atəşfəşanlıq Dənizkənarı Bulvarda, Saat qülləsinin yaxınlığında baş tutub. Sözügedən görüntüləri təqdim edirik:
08.11.2026 185 Həmkarlar ittifaqlarının kollektivləri Zəfər abidəsini ziyarət ediblər - Foto
Həmkarlar ittifaqlarının kollektivləri Zəfər abidəsini ziyarət ediblər. 8 Noyabr - Zəfər Günü münasibətilə Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının, üzv və tabe təşkilatların kollektivləri Zəfər abidəsini ziyarət ediblər
08.11.2026 167 Ankarada əkiz qüllələr, İstanbulda körpü Azərbaycan bayrağının rənglərinə büründü - Foto
Azərbaycanın 8 Noyabr - Zəfər Günü münasibətilə Türkiyənin paytaxtı Ankarada yerləşən məşhur TOBB əkiz qüllələri dövlət bayrağımızın rəngləri ilə işıqlandırılıb. xəbər verir ki, İstanbulda yerləşən məşhur körpü də Azərbaycan bayrağının rəngləri ilə işıqlandırılıb. Həmin görüntüləri təqdim edirik:
08.11.2026 163 Binəli Yıldırım: "Azərbaycan-Türkiyə əlaqələrini zəhərləmək üçün göstərilən səylər puça çıxdı" - Video
"Azərbaycan və Türkiyə arasındakı əlaqələri zəhərləmək üçün göstərilən səylər bu gün Şuşada puça çıxdı". xəbər verir ki, bunu "Haber Global" telekanalına Türk Dövlətləri Təşkilatının (TDT) Ağsaqqallar Şurasının sədri Binəli Yıldırım deyib. Onun sözlərinə görə, Azərbaycan və Türkiy
08.11.2026 201 Azərbaycan və Türkiyə prezidentlərinin görüşü Gürcüstan mediasının diqqət mərkəzindədir
Gürcüstan mediası Azərbaycan-Türkiyə prezidentlərinin görüşünə geniş yer ayırıb. "Report"un Gürcüstan bürosu xəbər verir ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Azərbaycana rəsmi səfəri bu ölkə mediasının diqqət mərkəzində olub. Bu ölkənin aparıcı televiziya kanalları, xəbər agentliklər
08.11.2026 119 Ərdoğan Xocalı Soyqırımı Memorialının xatirə kitabına ürək sözlərini yazıb - Foto
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan noyabrın 8-də Xocalı şəhərində yerləşən Xocalı Soyqırımı Memorialını ziyarət ediblər. xəbər verir ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Memorialın xatirə kitabına ürək sözlərini yazıb
08.11.2026 155