Bahalaşma şadlıq saraylarına da təsir edib: Qiymətlər 45 manatdan başlayır - SORĞU
Məhərrəm və Səfər ayları başa çatdıqdan sonra ölkəmizdə sentyabrın 27-dən etibarən toy məclislərinin keçirilməsinə başlanıldı. Ölkəmizdə davam edən bahalaşma şadlıq sarayları və restoranlardan da yan keçməyib. Menyu qiymətlərinin əvvəlki illərə nisbətən kəskin şəkildə yüksək olduğu, bu səbəbdən də müraciət edənlərin sayında azalma müşahidə edildiyi bildirilib.
Mövcud durumla maraqlanmaq üçün Oxu.Az-ın əməkdaşı restoranlar arasında sorğu keçirir.
Şadlıq saraylarından birinin səlahiyyətlisi standart menyu tətbiq etmədiklərini bildirib:
"Ölkəmizdə davam edən bahalaşma, əlbəttə ki, şadlıq saraylarına da öz təsirini göstərir. Lakin biz menyunu əvvəlki kimi tərtib etmişik. Qiymət qaldırmırıq. Menyunu yerində danışırıq. Standart qiymət yoxdur. Ortalama 40-45 manatdır. Qiymət ev sahibinə görə müəyyən edilir".
Səlahiyyətli gediş-gəlişin azlığından şikayətlənib:
"Müraciət edənlərin sayında kəskin azalma müşahidə olunur. Son aylarda gediş-gəliş çox azalıb".
Digər bir şadlıq sarayı isə minimum menyularının 45 manatdan başladığını söyləyib:
"Qiymətlər çox qalxıb. Biz menyu qiymətlərini artırmamışıq. Müştəri gələndə endirim istəyir. Endirim edəndə də ziyana gedirik. Minimum qiymət 45-dən başlayır. Müəyyən endirimlər olur. Müraciət edənlərin sayında da get-gedə azalma müşahidə olunur. Oktyabr, noyabr və digər aylar çox zəifdir. Halbuki əvvəllər noyabr və dekabrda müraciət edənlər çox olurdu".
Başqa bir restoran səlahiyyətlisi isə menyunun fərdə görə dəyişdiyini qeyd edib:
"İnsanların müraciəti azalıb. Bu, şübhəsiz ki, belədir. Qiymət artımı yoxdur. Sadəcə olaraq incəliklər var. Biz bir nəfərlik üçün qiyməti 35-40 manat edə bilirik. Amma gərək qonaq sayı 300-350 nəfər olsun ki, biz o toyu edə bilək. Standart menyu qiyməti tətbiq etməmişik. Müştəri ilə danışıb yerindəcə tərtib edirik. Kimsə menyuda fərqli təam istəyirsə, o təamın qiymətini iştirak edən insan sayına görə hesablayıb menyunun üzərinə əlavə edirik. Menyunun tərkibinə görə, qiymətlər müəyyənləşir. Bir qiymət siyasəti aparmırıq. İnsanlara uyğunlaşmağa çalışırıq.
Müraciətlərdə qonaq sayları azalıb. 300 əvəzi 100-150 nəfər gəlir. Bunu da etmək bizə sərf etmir. Çünki işçilərin maaşlarını ödəmək lazımdır. Bizdə qiymətlərdə bahalaşma yoxdur. Çox münasib qiymətlərdir. Minimum 45 manatdır. Noyabr ayı üçün zəiflik var. O da başa düşüləndir. Oktyabr ayında toylar çox olub deyə zəifləyib. Gözləniləndir".
Restoranlardan biri başlanğıc menyunun 120 manat olduğunu bildirib:
"Bahalaşma menyu qiymətlərinə də öz təsirini göstərir. Standart menyu 120 manatdır. Müraciətlər bir qədər azalıb. Amma müraciət edənlər o qədər də az deyil".
Digər bir şadlıq sarayında isə minimum menyu 70-75 manatdır:
"Menyu qiymətlərinin dəyişməsi gözləniləndir. Təbii prosesdir. Standart menyumuz 70 manatdan başlayır. Lakin müştəri sayı da az deyil".
Müşahidələrdən aydın oldu ki, ən aşağı menyu 45 manatdır. 30-35 manata demək olar rast gəlinmədi.
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 729 Tarix: 15 oktyabr 2022
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşMətbuat və Media və Yayım Şurasının kollektivi Zəfər abidəsini ziyarət edib
Azərbaycan Mətbuat Şurasının və Media və Yayım Şurasının kollektivi 8 noyabr Zəfər Günü münasibəti ilə Zəfər Parkında olublar. "Report" xəbər verir ki, ziyarət zamanı 44 günlük Vətən müharibəsində torpaqlarımızın azadlığı uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsi dərin ehtiraml
22:26 119 Ərdoğan Xocalı Soyqırımı Memorialının xatirə kitabına ürək sözlərini yazıb - Foto
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan noyabrın 8-də Xocalı şəhərində yerləşən Xocalı Soyqırımı Memorialını ziyarət ediblər. xəbər verir ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Memorialın xatirə kitabına ürək sözlərini yazıb
21:00 148 Paraqvayın sabiq prezidenti ev dustaqlığına məhkum edildi
Paraqvayın sabiq prezidenti Santyaqo Penya impiçment qərarından dərhal sonra Asunson şəhərindəki şəxsi iqamətgahında saxlanılıb. xəbər verir ki, bu barədə ABC məlumat yayıb. Bildirilib ki, Penyanın tutulması noyabrın 6-da axşam saatlarında - Senat tərəfindən vəzifədən uzaqlaşdırılmasından sonra onu əvə
18:30 177 Bakıda 33 yaşlı kişi bıçaqlanıb
Bakıda 33 yaşlı kişi bıçaqlanıb. -ın əldə etdiyi məlumata görə, hadisə ötən gecə baş verib. Bakı sakini, 1993-cü il təvəllüdlü Nəcməddin Fəxrəddin oğlu Mehdiyev bıçaq xəsarətləri ilə xəstəxanaya çatdırılıb. O, dərhal əməliyyat olunub və Reanimasiya şöbəsinə yerləşdirilib. Faktla bağlı araşdırma aparılı
23:30 47 İraqda "Kətaib Hizbullah" liderinin oğlunun həbsinə order verilib
İraqın məhkəmə orqanları "Kətaib Hizbullah" qruplaşmasının baş katibi Əbu Hüseyn əl-Həmidavinin oğlunun həbsinə order verib. "Report" "Al Hadath"a istinadən xəbər verir ki, order Bağdadın Əl-Bələdiyyat rayonunda yaşayan, 1994-cü il təvəllüdlü Əl-Hüseyn Möhsün Əhməd Fərə
22:45 99 ABŞ Kanadanın İranla əlaqəli səkkiz qurumuna sanksiyalar tətbiq edib
ABŞ İranla əlaqəli sanksiyalar siyahısına Kanadada qeydiyyatdan keçmiş səkkiz qurumu əlavə edib. "Report" xəbər verir ki, müvafiq məlumat ABŞ Maliyyə Nazirliyinin Xarici Aktivlərə Nəzarət İdarəsinin (OFAC) saytında dərc edilib. Məlumata görə, məhdudiyyətlər valyuta mübadiləsi xidmətləri, pu
19:40 163 Qubernator ABŞ prezidentliyinə namizəd olur: Pul toplamağa başladı
ABŞ-nin Florida ştatının qubernatoru Ron Desantis 2028-ci ildə keçiriləcək növbəti prezident seçkisində öz namizədliyini irəli sürmək üçün hazırlıqlara başıayıb. xəbər verir ki, bu barədə "The Washington Post" məlumat yayıb. Məlumata görə, Desantis Respublikaçılar Partiyasından ABŞ prezidentliyin
19:20 160 Azərbaycan və Türkiyə prezidentlərinin görüşü Gürcüstan mediasının diqqət mərkəzindədir
Gürcüstan mediası Azərbaycan-Türkiyə prezidentlərinin görüşünə geniş yer ayırıb. "Report"un Gürcüstan bürosu xəbər verir ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Azərbaycana rəsmi səfəri bu ölkə mediasının diqqət mərkəzində olub. Bu ölkənin aparıcı televiziya kanalları, xəbər agentliklər
23:03 84 Kədxudayi: Hörmüz boğazı İranın milli təhlükəsizliyi ilə bağlıdır
Hörmüz boğazı İranın milli təhlükəsizliyi ilə sıx bağlıdır. "Report" ISNA-ya istinadən xəbər verir ki, bu barədə İranın Nizamın Məsləhətini Müəyyənləşdirmə Şurası Katibliyinin rəhbəri Abbas Əli Kədxudayi bildirib. İranın Ali rəhbəri Müctəba Xameneinin adıçəkilən şura ilə əlaqələndiricisi ola
21:15 149