Anası ərini yatan vaxtı tərk etdi, əməliyyatı üçün pul tapılmadı, vəsiyyətinə əməl etmədilər

Anası ərini yatan vaxtı tərk etdi, əməliyyatı üçün pul tapılmadı, vəsiyyətinə əməl etmədilərBiG.AZ Kulis.az-a istinadən kino və teatr sənətinin ən məşhur simalarından biri, böyük aktyor Hamlet Qurbanov haqqında maraqlı faktları təqdim edir.

Hamlet Qurbanov 13 oktyabr 1938-ci ildə aktyor Ağadadaş Qurbanov və Opera müğənnisi Gülxar Həsənovanın ailəsində anadan olub.

***

Hamletin bir yaşı olanda onun valideynləri ayrılır. Anası Gülxar xanım ərini xəyanətdə ittiham edərək bir yaşlı oğlunu götürüb evdən çıxır. Həmin məqamda Hamletin atası evdə yatılı olur.

Hamlet Qurbanov 1961-ci ildə Azərbaycan Dövlət İncəsənət İnstitutunu rejissor Mehdi Məmmədovun kursunu bitirir. Ali məktəbi bitirəndən sonra Azərbaycan Milli Dram Teatrında işə başlayır. Mehdi Məmmədovun quruluşunda Cəlil Məmmədquluzadənin "Dəli yığıncağı" pyesi əsasında hazırlanan doktor Lalbyüz rolu ona çox böyük müvəffəqiyyət gətirir

***

Oynadığı ilk rollardan biri haqqında maraqlı epizod danışırlar:

Hamlet Qurbanov teatra gəldiyi vaxtlarda Səməd Vurğunun "Vaqif" pyesində Əsgər rolunu oynayır. Axşam tamaşalarının birində üzünün bir hissəsini qrim edərək səhnəyə çıxır. Teatrın direktoru Əliheydər Əkbərov gənc aktyoru kabinetinə çağırır.

- Hamlet, niyə üzünün bir hissəsini qrim edib tamaşaya çıxmısan?

- Əliheydər müəllim, tamaşada mənim bir yerim var, orada da tamaşaçılar üzümün bir hissəsini görürlər. Mən də ancaq görünən hissəsini qrim elədim.

Ağadadaş Qurbanovla oğlu Hamlet eyni teatrda çalışsalar da bir-birləri ilə küsülü olublar. Amma bu küsülülük ailə məsələlərinə görə yox, teatrdakı problemlərlə bağlı olub.

***

Atası rəhmətə gedən ərəfədə isə Hamlet Qurbanov anası ilə birgə Moskvaya gedir. Hamlet rejissorluq ixtisasından imtahan verir. İkinci imtahanı verən zaman Gülxar xanıma Ağadadaş Qurbanovun ölüm xəbərini çatdırırlar. Xəbəri eşidən aktrisa ağlayır, Hamlet anasının səsini eşidib gələndə, o, ərinin ölümünü ondan gizlədir. Ölənin başqa aktyor olduğunu deyir, özü isə ertəsi gün Bakıya qayıdır. Lakin, elə ertəsi gün rejissor Eldar Quliyev bu xəbəri Hamletə çatdırır. Hamlet anasına zəng vurub ağlaya-ağlaya deyir: "Ana, axı sən niyə belə elə elədin? İndi mən atamla həmişəlik küsülü qaldım. Heç olmasa son dəfə gəlib onu yola salardım".

***

Hamlet Qurbanov ana tərəfdən qohumu olan Cəmilə adlı xanımla evlənir. Bu evlilikdən onların Səlim adlı oğlu olur. Lakin, ailə bir müddət sonra uğursuzluq yaşayır, 33 yaşlı Hamlet xanımından ayrılıb tək yaşamağı seçir. Lakin, sonralar xəstəliyinin şiddətlənən dövrlərində aktyora Cəmilə xanım qulluq göstərir.

Sənət yoldaşlarının və yaxınlarının dediyinə görə Hamlet
Qurbanov olduqca qapalı, ünsiyyətə o qədər də meylli deyilmiş. Hamletlə birgə çalışmış iş yoldaşları onu belə xarakterizə edirlər: Onun öz dünyası var idi, həmişə xəyallarda olar, həmişə fikirli görünərdi. Hətta küçədə gəzəndə belə onu gözləyə bilən təhlükənin fərqində olmurdu. Kollektivlə qastrol səfərlərinə gedəndə, kino çəkilişləri ilə bağlı rayonlarda olanda təkliyə qapanar, heç kimlə deyib-gülməzdi."

***

Xalq artisti Rafiq Əzimov hələ institut illərindən tanıdığı Hamlet Qurbanovu belə xatırlayır: "Çox qəribə insan idi. Deyib gülməklə, söz-söhbətlə heç arası yox idi, daha çox tənhalığı sevirdi. Həmişə oturub xəyala dalırdı, biz də belə anlarda ona mane olmazdıq. Çünki bilirdik ki, ürəyindən keçənləri heç kimlə bölüşən deyil. Tənhalıqda onu nə cəlb edirdi, heç birimiz bilmədik..."

Hamlet Qurbanov səhnədə xoşbəxt aktyor olmasına baxmayaraq, şəxsi həyatında xoşbəxt deyildi. Ailəsindən ayrılan Hamlet hər zaman qovuşa bilmədiyi sevgisinə sadiq qalmışdı. Aktyor məşhur bir aktrisa ilə eşq yaşasa da, həmin aktrisa ona xəyanət edərək başqası ilə evlənmişdi. Anası Gülxar xanım müsahibələrinin birində deyir ki, həmin aktrisa oğlu Hamletə saysız-hesabsız sevgi məktubları yazıbmış. Amma aktrisa ərə gedən gün Hamlet bütün məktubları yandırıb.

***

Deyilənə görə çoxdan xalq artisti adına layiq olan aktyorun əməkdar artist adını almasına günlər qalmış adı siyahıdan silinir. Bu da azmış kimi səhhətində müəyyən narahatlıqlar hiss edən aktyor bir gün həkim müayinəsindən keçən zaman öyrənir ki, illərlə onu narahat edən mədə xorası xəstəliyi xərçəngə çevrilib. İlk cərrahiyyə əməliyyatından sonra yaşayacağına ümid edir. Xəstə yatdığı günlərdə əhvalını soruşan həkimlərlə mehriban cavablar verir. Qocalıq haqqında söz düşəndə isə "ölüm gələr, ölərik" cavabını verir.

Aktyorluqdan başqa heç bir gəlir yeri olmayan Hamlet və onun anası Gülxar xanım ikinci dəfə müəyyən adamların qayğısıyla Moskvaya müalicəyə gedirlər. Üçüncü dəfə isə əməliyyat üçün pul tapılmır. Bu müddət ərzində anası neçə idarəni ayaqdan salsa da, yeganə övladının müalicəsi üçün lazım olan məbləği tapa bilmir. Bir müddət sonra isə həkimlər ona daha gecdir cavabını verirlər.

***

Heç bir fəxri adı olmayan Hamlet Qurbanovun vəziyyəti günü-gündən pisləşir. Ömrünün son günlərində onu görənlər gözlərinə inanmırlar. Xəstəliyin şiddətindən tanınmaz hala düşən Hamlet Qurbanov 16 noyabr 1995-ci ildə xərçəng xəstəliyindən vəfat edir. Yasamal qəbiristanlığında basdırılır.

Hamlet öləndə anasına iki şeyi vəsiyyət edir. Bir heç vaxt ağlamamağı, bir də onu atasının yanında dəfn etməsini. Bəzi rəsmi məsələlər isə Hamletin vəsiyyətinə mane olur. Bu səbəbdən Gülxar Ağadadaş Qurbanovun məzarını ziyarət etməyə gedə bilmirmiş. Hər dəfə ora gedəndə oğlunun yerinə yetirə bilmədiyi vəsiyyəti yadına düşürmüş.


BiG.Az
Telegramda izləyin
Maraqlı   Baxılıb: 1102   Tarix: 15 oktyabr 2022  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş
Xidmetler

Oxşar xəbərlər

.

Zibil deyib atmayın, kilosu SƏRVƏT DƏYƏRİNDƏDİR

Trüfel göbələyi dünyada lüks restoranların böyük maraq göstərdiyi ən qiymətli qida məhsullarından biridir. BİG.AZ -a istinadən bildirir ki, torpağın bir neçə santimetr dərinliyində yetişən və xüsusi təlim keçmiş itlərin köməyi ilə axtarılan bu göbələk "qara almaz" adıyla tanınır. Bəzi növlərini

23.08.2026 489
.

Süni intellektlə eşq şousu çəkiləcək

Cənubi Koreyada insanlarla süni intellekt arasındakı romantik münasibətləri araşdıran yeni realiti-şou yayımlanacaq. Axşam.az xəbər verir ki, "My AI Partner: A Strange Romance" adlı layihədə virtual tərəfdaşla münasibət qurmaq istəyən insanlar iştirak edəcək. Şouda aktrisa Li Yu Bi və komediy

22.08.2026 196
.

Kleopatranın məzarı haradadır? - 2 min ildir axtarılan hökmdarın sirri

Misirin sonuncu Ptolemey hökmdarı Kleopatra VII tarixdə adı ən çox əfsanələrlə əhatə olunan qadınlardan biridir. Onun həyatı, Yuli Sezar və Mark Antoni ilə münasibətləri, Roma ilə mübarizəsi haqqında çox şey məlum olsa da, bir sual iki min ildən artıqdır cavabsız qalır: Kleopatra harada dəfn edilib?

17.08.2026 374
.

Turizm Xidmətləri Turlar.AZ saytında

saytında turizm xidmətləri ilə bağlı bütün faydalı məlumatlar toplanıb! Saytın bu bölməsinə daxil olmaqla, sizi turizmlə bağlı maraqlandıran bütün suallara cavab tapa bilərsiniz!. Turizm xidmətlərinə bunlar aiddir: aviabiletlərin satışı, viza dəstəyi, Azərbaycanda və dünyann istənilən nöqtəsində otelləri

17.08.2026 228
.

Çilingər ustası qapını zədələmədən necə açır?

Çilingər qapını açmazdan əvvəl kilidin vəziyyətini yoxlayır və problemin səbəbini müəyyən edir. Açarın itməsi, içəridə qalması, sınması və ya kilidin işləməməsi fərqli yanaşma tələb edə bilər. Məqsəd qapını mümkün qədər zədələmədən açmaq və əlavə təmirə ehtiyac yaratmamaqdır. Çilingər qapını zədələmədə

24.08.2026 172
.

Yağışlar gecikəcək - Amma daha dağıdıcı olacaq

Qlobal istiləşmə tropik bölgələrdə güclü fırtınaların vaxtını dəyişməklə yanaşı, onların daha dağıdıcı olmasına da səbəb ola bilər. "Qafqazinfo" xəbər verir ki, "Nature Geoscience" jurnalında dərc olunan yeni araşdırmaya görə, iqlim dəyişikliyi tropik bölgələrdə yağışlı mövsümün başlanmasın

20.08.2026 524
.

Evliliyi möhkəmləndirən üsul

Birlikdə idmanla məşğul olmaq evlilik münasibətlərini möhkəmləndirməyə kömək edir. Axşam.az xəbər verir ki, bu qənaətə "Briqham Yanq Universitetinin alimləri gəlib. Tədqiqat zamanı təxminən 1,7 min gənc evli cütlüyün məlumatları araşdırılıb. Alimlər fərdi məşqlərlə həyat yoldaşlarının birlikdə etdiy

20.08.2026 395
.

Təmir ustası xidməti

Usta xidmeti ilə bağlı ən son xidmətləri saytında tapacaqsınız. Sıradan çıxan texnikanızı münasib qiymətə düzəltdirmək istəyirsinizsə, həmçinin peşəkar usta xidmətindən faydalanmaq fikrindəsinizsə, onda vaxt itirmədən bizə müraciət etməlisiniz. Ətrafınızda usta çox olsa da, işindən razı qalacağınız ust

22.08.2026 5781
.

Evinə duş qoydu, hökumət sökdürdü: Berlində qəribə qadağa

Berlində yerli hakimiyyət orqanlarının özəl mənzildə quraşdırılmış duş kabinəsinin sökülməsi barədə qərarı müzakirələrə səbəb olub. xarici mediaya istinadən xəbər verir ki, hadisə Berlinin Kreuzberg rayonunda, sosial mənzillərin qorunması üçün xüsusi hüquqi rejimin tətbiq edildiyi ərazidə baş verib

23.08.2026 310
.