Şakir Yaqubovun vəfatı ilə bağlı nekroloq

Şakir Yaqubovun vəfatı ilə bağlı nekroloqAzərbaycan Mətbuat Şurası ustad jurnalist Şakir Yaqubovun vəfatı ilə bağlı nekroloq yayıb.

Axşam.az xəbər verir ki, nekroloqda deyilir:

"Azərbaycan jurnalistikasına, bütövlükdə ziyalı mühitinə ağır itki üz verib. Tanınmış jurnalist, publisist, naşir və tərcüməçi, respublikamızın əməkdar mədəniyyət işçisi, müxtəlif nüfuzlu mükafatların sahibi Şakir Yaqubov 71 yaşında dünyasını dəyişib. Mərhumun doğmalarına və əzizlərinə dərin hüznlə başsağlığı veririk.

Şakir Hənifə oğlu Yaqubov 25 fevral 1951-ci ildə Astara rayonunun Bala Şahağac kəndində anadan olub. Bakı Dövlət Universitetinin kitabxanaçılıq fakültəsini, Azərbaycan Jurnalist Sənətkarlığı İnstitutunu fərqlənmə diplomu ilə bitirib. BDU-da təhsil aldığı illərdə o dövrün populyar mətbu nəşrləri - "Azərbaycan gəncləri", "Bakinski raboçi", "Molodyoj Azerbaydjana", "Bakı"-"Baku" qəzetləri ilə sıx əməkdaşlıq edib, universitetin qəzetində müxbir kimi çalışıb. Keçmiş Almaniya Demokratik Respublikasında keçdiyi hərbi xidmət illərində də jurnalistikadan ayrılmayıb, ordu ilə bağlı rusdilli qəzetdə müntəzəm yazılarla çıxış edib.

Çoxşaxəli yaradıcılıq diapazonuna malik Ş.Yaqubovun həyat yolu jurnalistikaya sonsuz sədaqət ruhuna köklənmişdi. Peşəkar jurnalist fəaliyyətinə 1974–cü ildən başlamış ustad qələm sahibi "Azərbaycan gəncləri", "Kommunist" (indiki "Xalq qəzeti"), "Həyat" (indiki "Azərbaycan"), "Sirdaş", "Səhər" və "AFFA news", "Panorama" qəzetlərində xüsusi müxbirlikdən tutmuş baş redaktoradək ən müxtəlif vəzifələrdə çalışıb. 2000-ci ildən 10 il ərzində Azərbaycan Respublikası Auditorlar Palatasının redaksiya-nəşriyyat şöbəsinin müdiri, "İqtisadiyyat və audit" elmi-praktik jurnalının məsul redaktoru olaraq fəaliyyət göstərib.

Ş.Yaqubov dövri mətbuatda işıq üzü görmüş onlarla sanballı yaradıcılıq nümunəsinin, çoxsaylı əsərlərin tərcüməçisi, publisistik kitabların və auditə həsr olunmuş 35-dən çox elmi-kütləvi nəşrin redaktoru olub. Jurnalistin müxtəlif janrlı, o cümlədən idmanla əlaqədar yazıları ayrı-ayrı toplulara, o cümlədən əxlaq mövzusunda "Sevirsə, qayıdacaq…" adlı oçerki IX siniflər üçün "Ailə həyatının etika və psixologiyası üzrə müntəxabat"a (Bakı, 1989-cu il) daxil edilib. Onun "Mən şahidəm ki...", "Qətiyyətin təntənəsi", "Hakim mərkəzi göstərir", "Bizim səfər haçandı?!", "Banişevski olduğu kimi", "Taleyimdən keçənlər" kitabları ictimai-mədəni, sosial həyatın ayrı-ayrı sahələrinə dair həm ciddi bilgi mənbəyi, həm həyat bələdçisi, həm də tarixdir. Ş.Yaqubov istedadı publisistik fikri tarixlə çulğalaşdırmaq, ona salnaməçilik gətirmək bacarığındadır.

Ş.Yaqubov adı jurnalistikamızda tələbkarlıq, təşəbbüskarlıq, prinsipiallıq simvoludur. Neçə-neçə gənc jurnalist onun dəst-xəttindən faydalanaraq, qayğısı ilə əhatə olunaraq peşəyə gəlib, ictimai həyatda tanınıb, populyarlıq qazanıb. Bu mənada ustad qələm sahibini həm də məktəb kimi xarakterizə etmək üçün kifayət qədər əsaslar mövcuddur.

Ş.Yaqubovun yoxluğu onu tanıyan hər kəs, doğmaları, əzizləri, həmkarları, yüksək dəyər verdiyi peşəsinin ona qazandırdığı saysız-hesabsız dostları üçün son dərəcə ağırdır. Azərbaycan Mətbuat Şurası olaraq onların hər birinin kədərlərini bölüşür, səbir diləyirik. Bir daha mərhumun doğmalarına və əzizlərinə dərin hüznlə başsağlığı veririk.

Allah rəhmət eləsin!".


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 1127   Tarix: 16 oktyabr 2022  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş
Ustalar.az ustalar sayti

Oxşar xəbərlər

.

Gəncədə avtomobillər toqquşdu: Ölən və yaralananlar var - FOTO

Gəncə şəhərində yol-nəqliyyat hadisəsi baş verib. Hadisə şəhərin Şah İsmayıl Xətai prospektində qeydə alınıb. Belə ki, hərəkətdə olan VAZ-21 015 markalı minik avtomobili ilə KİA markalı avtomobil toqquşub. Daha sonra avtomobillərdən biri yoldan keçən iki piyadanı vurub. Onlardan biri ölüb, digəri is

18.09.2021 789
.

Bu qidalar vitaminlə zəngindir - MÜTLƏQ YEYİN

Vitamin, mineral və antioksidantlarla zəngin qidalar az kalori ilə maksimum qida dəyərinə malik məhsullardır. Bu tip qida məhsullarına, həmçinin super qidalar da deyilir. -ın məlumatına görə, Azərbaycan Qida Təhlükəsizliyi İnstitutundan bildirilib ki, gündəlik qida rasionunda super qidaların istehlakın

18.09.2021 930
.

BMT-dən xəbərdarlıq: "Dünya fəlakətə doğru gedən bir yoldadır"

BMT İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasına dair yeni hesabatını təqdim edib. Sənəddə dünya ölkələrinin Paris anlaşmalarına uyğun olaraq, qlobal istiləşməni 2 dərəcədən aşağı səviyyədə saxlamaqdan çox uzaq olduğu bildirilib. Hesabatın açıqlanmasından sonra çıxış edən BMT sədri Antoniu Qutyerre

18.09.2021 672
.

Nəriman Abbasov Həbib Nurməhəmmədovun qohumuna nokautla qalib gəldi - VİDEO

Bu gecə Moskvada rusiyalı sabiq UFC çempionu Həbib Nurməhəmmədovun atası Əbdülmanaf Nurməhəmmədovun xatirəsinə həsr edilən turnir keçirilib. xəbər verir ki, yarış çərçivəsində azərbaycanlı döyüşçü Nəriman Abbasov rusiyalı Şamil Zavurovla qarşılaşıb. Abbasov rəqibini ilk raunddaca nokauta salıb. Qey

18.09.2021 831
.

Biləsuvarda buğa məktəb direktorunun qabırğasını sındırdı

Biləsuvar rayonunda 7 il bəslədiyi buğa direktor müavinini xəstəxanalıq edib. -a istinadən xəbər verir ki, hadisə rayonun Aşağı Cürəli kəndində məktəb direktoru Alim Hacıyevin yaşadığı ünvanda olub. Hacıyev həyətyanı sahədəki təssərrüfatında mal-qaraya qulluq edərkən buğa ona qəfil hücum edib. Nəticəd

18.09.2021 995
.

Maqsud Mahmudov Ukraynada tutularaq Azərbaycana gətirildi - RƏSMİ

2020-ci ilin yanvar ayının 10-dan Cinayət Məcəlləsinin 178.3.2 (dələduzluq külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə Daxili İşlər Nazirliyi tərəfindən beynəlxalq axtarışa verilmiş Mahmudov Maqsud Soltan oğlu bu il iyul ayında Ukrayna Respublikası ərazisində tutulub. Bu barədə Baş Prokurorlu

18.09.2021 2678
.

Kosmosa tarixi uçuşdan ilk görüntülər - FOTOLAR

Xəbər verdiyimiz kimi, hamısı mülki şəxslərdən ibarət olan dörd nəfəri daşıyan kosmik gəmi kosmosa göndərilib. "Qafqazinfo" xəbər verir ki, "SpaceX" kosmos turistlərinin ilk görüntülərini yayımlayıb. Həmin görüntüləri təqdim edirik:

18.09.2021 888
.

Azərbaycan polisindən ermənilərə süngülü dərs - VİDEO

Gorus-Qafan yolu üzərində xidmət göstərən Azərbaycan polisi yoldan keçmək istəyən ermənilərə dərs verib. "Qafqazinfo" xəbər verir ki, sosial şəbəkələrdə yayılan görüntülərdə üzərində qondarma respublikanın "bayrağ"ı olan avtomobilin postdan keçmək üçün yaxınlaşdığı görünür. Postd

18.09.2021 988
.

Şairdən Üzeyir Hacıbəyliyə qəribə təbrik: "Bunu sənə bağışlamaq olmur..."

"Xöşbəxt adamsan ki, Azərbaycan musiqisinin bu gününü görmədin". Qaynarinfo xəbər verir ki, bunu nəğməkar şair, Əməkdar İncəsənət Xadimi Baba Vəziroğlu dahi bəstəkar Üzeyir Hacıbəylini ad günü ilə əlaqədar təbrikdə yazıb. Şair bildirib ki, Üzeyir bəyin vaxtsız ölümü ilə Azərbaycan musiqis

18.09.2021 3544
.