Zəmanəmizin uşaqları daha nankordur, yoxsa biz onlarla bacarmırıq?
"Bizim dövrümüzdə belə deyildi", "indiki uşaqlar anlamaz", "yeni nəslin uşaqları nankordur", "90-cı illərin uşaqları harada, necə böyüdü, bilinmədi, amma indikilər fərqlidirlər"...
Bu fikirləri indi əksər böyüklərdən eşidirik. Bir çox valideyn zəmanə müqayisəsi edərək indiki uşaqların tərbiyəsini və davranışlarını bəyənmirlər. Bəziləri bunu texnologiyanın inkişafı ilə əlaqələndirirlər. Lakin burada fərqli amillər var və yanaşma da müxtəlifdir.
Müasir Psixologiya Mərkəzinin psixoloqu Nərgiz Süleymanlı BiG.AZ-a açıqlamasında bildirib ki, hazırkı dövrdə məsələyə təsir edən amillər çoxdur, lakin uşağı qorumaq yolları və məsuliyyət böyüklərin üzərinə düşür:
"Bu narazılıqlar, yəni öz dövrü ilə yeni dövrün uşaqlarını müqayisə edərək bəyənməmək əslində hər əsrdə olub. Hətta məndə belə bir bilgi var ki, neçə əsrlər əvvəl tapılan salnamələrdə yaşlı nəslin nümayəndələrinin gənclərdən şikayət etdiyi barədə yazılar olub. Yəni bu, hər dövrdə mümkündür.
Amma ümumilikdə belə bir fikir də var ki, uşaqlar öz zəmanələrinə bənzəyirlər. Buna görə də yetkinlərlə onlar arasında istər-istəməz fikir ayrılıqları mütləq dərəcədə yaşanır. Fərqi yoxdur ki, 2022 və ya 1992-ci ildir. İstər-istəməz bu fikir ayrılıqları mümkündür. Burada əsas məsələ budur ki, uşaqlar müəyyən qədər tamam fərqli ortamda, çox sürətli ikişaf edən texnologiya dövründə yaşayıb böyüyürlər. Onların gördükləri ortamla valideynlərinin gördükləri ortam fərqlidir. Sadəcə olaraq, onları böyüdən nəsil də tamam fərqli bir nəsildir və bunu nəzərə almaq lazımdır.
Mən əslində bu fikirlə razı deyiləm ki, indiki uşaqlar sözə baxmırlar, tərbiyəsizdirlər və s. Bu sözləri qəbul etmək istəmirəm. Burada tamamilə fərqli amillər ortaya çıxır. Deyə bilərsiniz ki, çoxluq-azlıq məsələsidir. Amma əsas məsələ burada fərdidir.
Məsələn, biz deyirik ki, uşaqlar müəyyən qədər filmlərlə, oyunlarla və sair yollarla təkmilləşirlər. Amma təbii ki, bu qaydaları gözləyən, onları kənar təsirlərdən qorumağa çalışan valideynlərimiz, təhsil ocaqlarımız da var. Buna görə də onları ümumiləşdirərək "böyüklərə qarşı hörmətsizdirlər" kimi sözləri işlətməyi düzgün hesab etmirəm. Məncə, hər şeydən qabaq biz özümüz onlara yaxşı mənada sahib çıxmalıyıq.
Şəxsən özüm bununla bağlı mövzularda zəmanənin, uşaqların müqayisəsini sevmirəm və bunu düzgün hesab etmirəm. Biz deyə bilərik ki, hazırkı dövrdə təsir edən amillər çoxdur, amma uşağı qorumaq yolları da bizim əlimizdədir. Bu isə, ilk növbədə, maarifləndirmədən keçir. Hər şeydən başqa, böyüklərin üzərinə düşən məsuliiyətlər var ki, hər kəs onlara əməl etsə, bu çoxalmış, xoşagəlməz halların da qarşısını ala bilərik".
Nuranə
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 1048 Tarix: 17 oktyabr 2022
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşBakıda 33 yaşlı kişi bıçaqlanıb
Bakıda 33 yaşlı kişi bıçaqlanıb. -ın əldə etdiyi məlumata görə, hadisə ötən gecə baş verib. Bakı sakini, 1993-cü il təvəllüdlü Nəcməddin Fəxrəddin oğlu Mehdiyev bıçaq xəsarətləri ilə xəstəxanaya çatdırılıb. O, dərhal əməliyyat olunub və Reanimasiya şöbəsinə yerləşdirilib. Faktla bağlı araşdırma aparılı
23:30 0 Ankarada əkiz qüllələr, İstanbulda körpü Azərbaycan bayrağının rənglərinə büründü - Foto
Azərbaycanın 8 Noyabr - Zəfər Günü münasibətilə Türkiyənin paytaxtı Ankarada yerləşən məşhur TOBB əkiz qüllələri dövlət bayrağımızın rəngləri ilə işıqlandırılıb. xəbər verir ki, İstanbulda yerləşən məşhur körpü də Azərbaycan bayrağının rəngləri ilə işıqlandırılıb. Həmin görüntüləri təqdim edirik:
21:06 139 Ərdoğanın səsləndirdiyi "Şuşa gözləyir bizi" şeirinin müəllifi kimdir? - Video
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycan Prezidenti İlham Əliyevlə görüşü zamanı "Şuşa gözləyir bizi" adlı şeiri səsləndirib. Türkiyə prezidentinin şeirin müəllifini qeyd etməməsi onun kimliyi ilə bağlı suallar yaradıb. -ın əldə etdiyi məlumata görə, şeirin müəllifi Əməkdar jurnalis
20:03 162 ABŞ Kanadanın İranla əlaqəli səkkiz qurumuna sanksiyalar tətbiq edib
ABŞ İranla əlaqəli sanksiyalar siyahısına Kanadada qeydiyyatdan keçmiş səkkiz qurumu əlavə edib. "Report" xəbər verir ki, müvafiq məlumat ABŞ Maliyyə Nazirliyinin Xarici Aktivlərə Nəzarət İdarəsinin (OFAC) saytında dərc edilib. Məlumata görə, məhdudiyyətlər valyuta mübadiləsi xidmətləri, pu
19:40 157 Paraqvayın sabiq prezidenti ev dustaqlığına məhkum edildi
Paraqvayın sabiq prezidenti Santyaqo Penya impiçment qərarından dərhal sonra Asunson şəhərindəki şəxsi iqamətgahında saxlanılıb. xəbər verir ki, bu barədə ABC məlumat yayıb. Bildirilib ki, Penyanın tutulması noyabrın 6-da axşam saatlarında - Senat tərəfindən vəzifədən uzaqlaşdırılmasından sonra onu əvə
18:30 174 Ağdam, Füzuli və Xocavənddə Zəfər Gününə həsr olunmuş tədbirlər keçirilib
Zəfər Günü münasibətilə Ağdam, Füzuli və Xocavənd rayonlarında Azərbaycan Respublikası Prezidentinin Xüsusi Nümayəndəliyi tərəfindən bir sıra silsilə tədbirlər təşkil olunub. "Report" xəbər verir ki, tədbirlərin əsas məqsədi tarixi Zəfərin əhəmiyyətini bir daha vurğulamaq, gənc nəsildə vətənpərvərli
21:29 130 Zəfərdən altı il sonra: Qarabağda hansı proseslər gedir? - Video
Baku TV-nin "Yekunlaşdıraq" verilişinin yeni buraxılışı yayımlanıb. Zəfər Günündən altı il sonra Azərbaycanın qazandığı tarixi Qələbə və Böyük Qayıdış prosesi hansı mərhələdədir?. Qarabağ və Şərqi Zəngəzurda aparılan quruculuq işləri, yeni yaşayış məntəqələrinin salınması və iqtisadi layihələ
23:17 0 Şahzadə Uilyam və Keytin formasında tort hazırladı
Birmingemdə keçirilən "Cake İnternational" şirniyyat sərgisində Britaniya kral ailəsinin üzvləri - şahzadə Uilyam və həyat yoldaşı Keyt Middltonun tam ölçüdə tort fiqurları nümayiş etdirilib. Axşam.az xəbər verir ki, müsabiqənin sosial şəbəkə hesablarında paylaşılan tort fiqurlarını şirniyya
23:00 0 Ərdoğan: "Qarabağda bərpa edilən tarixi irs Azərbaycan xalqının gələcəyə olan inamını göstərir" - Foto
"Qarabağ Zəfərinin 6-cı ildönümünü Azərbaycan Prezidenti, əziz qardaşım İlham Əliyevlə birlikdə tarix, təbiət və mədəniyyət şəhəri olan gözəl Şuşada qeyd etməkdən məmnunluq duydum". xəbər verir ki, bu sözləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan sosial şəbəkə hesabındakı paylaşımında bildirib
18:21 176