Sərxan indi də Rəqsanənin səsyazısını yaydı - VİDEO
Xəbər verdiyimiz kimi, müğənni Rəqsanə İsmayılovanın həyat yoldaşı Fazil Əmiraslanovla aparıcı Sərxan Kərəmoğlu arasında qalmaqal yaşanıb.
Axşam.az xəbər verir ki, bir neçə saat əvvəl Fazil Əmiraslanovun səsyazısını sosial şəbəkədə paylaşan aparıcı indi də müğənninin səsli ismarıcını instaqram səhifəsində yayıb.
"Mənim nə Moskvada, nə də ki Azərbaycanda heç kimdən qorxum yoxdur. Ayağımı yerə qoysam, bir kəlməmlə 5 min kişi ayağa durar. Rusiyada oğlanlar var ki, öldürürlər heç meyiti də tapılmır. Oğlumun tək canına and içmişəm, bunun heyfini səndən çıxacam. Özün də bunun şahidi olacaqsan. Sən özün yaxşı bilirsən ki, Rəqsanənin və Fazilin əli girməyən yer yoxdur. Sən Sərxanlığını göstərərsən, mən də Rəqsanəliyimi. Görək kim udacaq, kim qalib gələcək! Məni polislə qorxudursan? Polis mənə nə edəcək? Rusiyada şikayət ərizəsi yazmısan? Mənə nə edəcəklər? Heç kimdən qorxmuram", - deyə, Rəqsanə səsyazısında bildirib.
Sərxan Kərəmoğlu isə paylaşımına bunları qeyd edib:
"Heç kimin ailə işinə qarışmamışam. Aysun haqda sual verilib, mən də onu tərifləmişəm. Toyun saxta olmasını deməmişəm. TV-də jurnalist təxəyyülü deyilən bir şey var. Mən demişəm ki, inanmadım. O da Aysuna yox, bəy əfəndiyə ki, inam olmadı məndə. Çünkü sənət adamının əri olmaq çətindir. Rəqsanəni isə "Sənə inanmıram" kəlməsi qıcıqlandırıb. Sənin haqda, boşanan qızın barədə deyilən, yazılan fikirlərin qarşısında mənim fikrimin nə önəmi var idi? Hansı pozğun kəlməni istifadə etmişəm ki, qızın balkondan aşagı özünü atmaq istəyib?
Sən polisə söyürsən, 102 deyirsən, sonra dəyişib, Rusiya deyirsən. Məni öldürməklə hədələyirsən. Böyük qardaşların mənə dediklərinə də qulaq asıram. Geri çəkilsəm, deməli, mən elə sən deyənəm. Unutma, bu qədər təhqirlərinə və təhdidlərinə baxmayaraq, sənin xətrin mənə əzizdir. Əziz insan, Allah səni və ailəni qorusun, amma dava-dava oyunumuz davam edir".
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 2429 Tarix: 18 oktyabr 2022
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşBakıda 33 yaşlı kişi bıçaqlanıb
Bakıda 33 yaşlı kişi bıçaqlanıb. -ın əldə etdiyi məlumata görə, hadisə ötən gecə baş verib. Bakı sakini, 1993-cü il təvəllüdlü Nəcməddin Fəxrəddin oğlu Mehdiyev bıçaq xəsarətləri ilə xəstəxanaya çatdırılıb. O, dərhal əməliyyat olunub və Reanimasiya şöbəsinə yerləşdirilib. Faktla bağlı araşdırma aparılı
23:30 0 Ankarada əkiz qüllələr, İstanbulda körpü Azərbaycan bayrağının rənglərinə büründü - Foto
Azərbaycanın 8 Noyabr - Zəfər Günü münasibətilə Türkiyənin paytaxtı Ankarada yerləşən məşhur TOBB əkiz qüllələri dövlət bayrağımızın rəngləri ilə işıqlandırılıb. xəbər verir ki, İstanbulda yerləşən məşhur körpü də Azərbaycan bayrağının rəngləri ilə işıqlandırılıb. Həmin görüntüləri təqdim edirik:
21:06 139 Ərdoğanın səsləndirdiyi "Şuşa gözləyir bizi" şeirinin müəllifi kimdir? - Video
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycan Prezidenti İlham Əliyevlə görüşü zamanı "Şuşa gözləyir bizi" adlı şeiri səsləndirib. Türkiyə prezidentinin şeirin müəllifini qeyd etməməsi onun kimliyi ilə bağlı suallar yaradıb. -ın əldə etdiyi məlumata görə, şeirin müəllifi Əməkdar jurnalis
20:03 162 ABŞ Kanadanın İranla əlaqəli səkkiz qurumuna sanksiyalar tətbiq edib
ABŞ İranla əlaqəli sanksiyalar siyahısına Kanadada qeydiyyatdan keçmiş səkkiz qurumu əlavə edib. "Report" xəbər verir ki, müvafiq məlumat ABŞ Maliyyə Nazirliyinin Xarici Aktivlərə Nəzarət İdarəsinin (OFAC) saytında dərc edilib. Məlumata görə, məhdudiyyətlər valyuta mübadiləsi xidmətləri, pu
19:40 157 Paraqvayın sabiq prezidenti ev dustaqlığına məhkum edildi
Paraqvayın sabiq prezidenti Santyaqo Penya impiçment qərarından dərhal sonra Asunson şəhərindəki şəxsi iqamətgahında saxlanılıb. xəbər verir ki, bu barədə ABC məlumat yayıb. Bildirilib ki, Penyanın tutulması noyabrın 6-da axşam saatlarında - Senat tərəfindən vəzifədən uzaqlaşdırılmasından sonra onu əvə
18:30 174 Ağdam, Füzuli və Xocavənddə Zəfər Gününə həsr olunmuş tədbirlər keçirilib
Zəfər Günü münasibətilə Ağdam, Füzuli və Xocavənd rayonlarında Azərbaycan Respublikası Prezidentinin Xüsusi Nümayəndəliyi tərəfindən bir sıra silsilə tədbirlər təşkil olunub. "Report" xəbər verir ki, tədbirlərin əsas məqsədi tarixi Zəfərin əhəmiyyətini bir daha vurğulamaq, gənc nəsildə vətənpərvərli
21:29 130 Zəfərdən altı il sonra: Qarabağda hansı proseslər gedir? - Video
Baku TV-nin "Yekunlaşdıraq" verilişinin yeni buraxılışı yayımlanıb. Zəfər Günündən altı il sonra Azərbaycanın qazandığı tarixi Qələbə və Böyük Qayıdış prosesi hansı mərhələdədir?. Qarabağ və Şərqi Zəngəzurda aparılan quruculuq işləri, yeni yaşayış məntəqələrinin salınması və iqtisadi layihələ
23:17 0 Şahzadə Uilyam və Keytin formasında tort hazırladı
Birmingemdə keçirilən "Cake İnternational" şirniyyat sərgisində Britaniya kral ailəsinin üzvləri - şahzadə Uilyam və həyat yoldaşı Keyt Middltonun tam ölçüdə tort fiqurları nümayiş etdirilib. Axşam.az xəbər verir ki, müsabiqənin sosial şəbəkə hesablarında paylaşılan tort fiqurlarını şirniyya
23:00 0 Ərdoğan: "Qarabağda bərpa edilən tarixi irs Azərbaycan xalqının gələcəyə olan inamını göstərir" - Foto
"Qarabağ Zəfərinin 6-cı ildönümünü Azərbaycan Prezidenti, əziz qardaşım İlham Əliyevlə birlikdə tarix, təbiət və mədəniyyət şəhəri olan gözəl Şuşada qeyd etməkdən məmnunluq duydum". xəbər verir ki, bu sözləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan sosial şəbəkə hesabındakı paylaşımında bildirib
18:21 176