Maldiv adalarında fərqli Yeni il - Ruhun və bədənin dəyişimi - FOTOLAR

Maldiv adalarında fərqli Yeni il - Ruhun və bədənin dəyişimi - FOTOLARDünyanın ən məşhur, yüksək səviyyəli, haqqında əfsanələr dolaşan, turistlərin, xüsusən Azərbaycan insanlarının arzusu, xəyalı Maldiv adalarında, okeanın mavi lacivərd suları əhatəsində "Niyama" və "Anantara" hotelləri qonaqlarına bu dəfə sağlam istirahət üçün xüsusi Yeni il tətili proqramı vəd edir.

İstirahət edərək fiziki və ruhi şəfalanmaq istəyənlər, Maldivin məşhur kurortları sizə fərqli hisslər yaşadacaq.

Maldiv adalarında fərqli Yeni il - Ruhun və bədənin dəyişimi - FOTOLARYeni ili bəyaz çimərliklərdə ailənlə qarşıla

Hind okeanı sahilində Mavi laqun, qar kimi ağappaq, amma isti sahillər, okean və dağlar, yaşıllıq, fərqli hava - "Anantara Dhigu" kurortunda Maldivlərin bütün iqlim və komfrot üstünlükləri cəmlənib.

Maldiv adalarında fərqli Yeni il - Ruhun və bədənin dəyişimi - FOTOLAR

Yeni ili soyuq, qarlı, çiskinli yerdə yox, adada, isti günəşli okean sahilində keçirmək xəyalın varsa, onu"Anantara Dhigu" reallaşdıracaq.

Ənənəvi üslubda bayramları sevənləri geniş seçimdə ləzzətli bayram yeməkləri və şirniyyatlar sevindirəcək. Laquna, həmçinin, bir torba hədiyyələrilə birlikdə Santa-Klaus gələcək.

O, qonaqları hidrosikldə gəzdirə və gənc dalğıclarla (8 yaşdan yuxarı uşaqlarla) sualtı hədiyyə ovuna çıxa bilər.

Maldiv adalarında fərqli Yeni il - Ruhun və bədənin dəyişimi - FOTOLAR1001 ləzzət yarmarkası

Həmişə olduğu kimi, bu il də kulinariya proqramı, ən kiçik detallaradək düşünülüb - hər axşam qonaqları dadlı yenilik gözləyir.

Buraya həm romantik şam yeməkləri, həm şən ailəvi süfrələr, həm də dünyanın müxtəlif yerlərindən olan yemək və şərabların yarmarkası daxildir.

Yarmarkada Maldiv, Tayland və Yapon mətbəxinin ləziz delikateslərindən dadmaq olar.

Qonaqları, həmçinin, Yeni ilin şam ağacının işıqlarının yandırılması mərasimi gözləyir.

Buradakı "Pool Party" hovuzunda keçiriləcək bayram şənliyi maldivsayağı ənənəvi mahnılar və mövsümi ekzotik yeməklərlə müşayiət olunacaq. Proqrama kokteyllər, oyunlar və DJ çıxışı daxildir.

"Dhoni Kids’ Club" uşaq klubunda yeni il maraqlı kulinariya "master-klass"ları və komanda oyunları ilə başlayacaq. Onların valideynləri isə Spa mərkəzində istirahət edə biləcəklər.

Bu rahatladıcı prosedurlara həm cütlük olaraq, həm də bütün ailə üzvləri ilə birlikdə gedə bilərsiniz. Spa-menyuya bitki yağları və tibbi otlarla edilən Ayuverda Abxyanqa massajı daxildir. Bu prosedur bütün yorğunluğu atıb Yeni ilə daha güclü daxil olmağa kömək edəcək.

Spa mərkəzində olan "Wellness Family Retreat"ə çimərlikdə bütün ailə üzvləri üçün nəzərdə tutulan idman və yoqa məşqləri, massaj və digər prosedurlar daxildir.

Peşəkar masterlə qışda sörfinq keyfi

"Niyama Private İslands" oteli özünün sörfinq imkanı olan yeganə Maldiv kurortudur: digər adaya getməyə və ya atollun (mərcan adasının) sərhəd hissəsinə yaxın üzməyə ehtiyac yoxdur. Burada dalğalar kurort məkanının iki adasının sahilinə çırpılır. "Niyama Privte İslands" həm peşəkar sörfçülər, həm də bu işə yeni başlayanlar üçün mükəmməl məkandır.

Maldiv adalarında fərqli Yeni il - Ruhun və bədənin dəyişimi - FOTOLARHindistan okeanında sörf mövsümü adətən apreldən noyabra qədər davam etsə də, "Niyama Private İslands" bu həzzi qonaqlarına bütün il boyu yaşadır!

Qış ərəfəsində isə buraya sörf-fotoqraf Lui Ruben (Louis Ruben) təşrif gətirir.

Avstraliyalı olan bu fotoqraf illərdir ki, sörf çəkilişlərində ixtisaslaşıb. Bu müddət ərzində o, həm dünya çempionları və peşəkar sörfçülərlə, həm də "Lost" və "Channel Islands" kimi qabaqcıl sörf markaları ilə işləyib. O, fotoqrafiya sənətinə və okeana sevgisi sayəsində inanılmaz gözəl anları tutub çəkə bilir.

Vaxtının əksər hissəsini fotoqraf suda, yaxud sörf zonası yaxınlığında, qayıqda keçirir və sörfçülərin möhtəşəm, təbii fotolarını çəkir.

Yoqa masterlə enerji terapiya - Ruhunu təmizlə

2022-ci ilin 1 oktyabrından 15 yanvar 2023-cü ilə kimi Niyama Private Islands Maldives kurortu enerjiterapevt, yoqa, şərq döyüş ustadı Prapida Araxçiqe ilə birlikdə sizləri Çiqun, yoqa, Tay-Çi,dzüdo, karate və pranik şəfalanma metodları ilə müsbət enerji dalğasına köklənməyə dəvət edir.

Maldiv adalarında fərqli Yeni il - Ruhun və bədənin dəyişimi - FOTOLARÇiqun - Çin xalq təbabətinin qədim kökləri olan məş. sistemidir. Bura gimnastika, meditasiya, nəfəs hərəkətləri daxildir.
Çiqun sözü özü Çi - enerji axını, həyat gücü, Qun isə iş, məqsəd deməkdir.

Bu, Çin sağlamlıq fəlsəfəsinin fundamental əsasıdır.

Tay-Çi - Çin Uşu döyüş sənətinin müalicəvi gimnastika hissəsidir.

Mənası Nəhəng sərhədlərin yumruğudur. Burda ahəngdar hərəkətlər, nəfəsin tənzimlənməsi, ağıl və bədənin vəziyyətinə diqqət cəmləmək durur.

Maldiv adalarında fərqli Yeni il - Ruhun və bədənin dəyişimi - FOTOLARTay Çi ürək və ağciyərlərin işini tənzimləyir, əzələlərin tonusunu yaxşılaşdırır, balans və müvazinəti tənzimləyir, bədənin hərəkətliliyini artırır, stress və təşvişi azaldır.

Drift Spa - Bədənin tranformasiyası

Spa menyuda çox geniş sayda prosedurlar - ənənəvi Çin meditasiyasından tutmuş müalicəvi pəhriz, fiziki idman və xolisistik gözəllik terapiya ilə bədənin transformasiyasına qədər hər şey daxildir.

Maldiv adalarında fərqli Yeni il - Ruhun və bədənin dəyişimi - FOTOLARBütün bunlar üzrə konsultasiya və məşğələlər Drift Spa kurort mərkəzində həyata keçirilir.

Drift Spa daim gözəllik və sağlamlıq innovasiyalarını izləyir, dünyanın ən yaxşı mütəxəsssislərini London, Dubay, Nyu York, Kanada və digər mərkəzlərdən kurorta dəvət edərək, qonaqlara əsarərəngiz təbiət fonunda seminarlar, konsultasiyalar keçəcək.

Maldiv adalarında fərqli Yeni il - Ruhun və bədənin dəyişimi - FOTOLARMaldiv adalarında fərqli Yeni il - Ruhun və bədənin dəyişimi - FOTOLARMaldiv adalarında fərqli Yeni il - Ruhun və bədənin dəyişimi - FOTOLARMaldiv adalarında fərqli Yeni il - Ruhun və bədənin dəyişimi - FOTOLARMaldiv adalarında fərqli Yeni il - Ruhun və bədənin dəyişimi - FOTOLARMaldiv adalarında fərqli Yeni il - Ruhun və bədənin dəyişimi - FOTOLARMaldiv adalarında fərqli Yeni il - Ruhun və bədənin dəyişimi - FOTOLAR


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 968   Tarix: 18 oktyabr 2022  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş
Kurslar.az kurslar

Oxşar xəbərlər

.

Finlandiyada yanğın toxumluq kartof ehtiyatlarının beşdə birini məhv edib

Finlandiyanın şimalında baş vermiş böyük yanğın nəticəsində milli toxumluq kartof fondunun beşdə biri məhv olub. "Report" "Yle" teleradio şirkətinə istinadən xəbər verir ki, yanğın cümə günü axşam Şimali Ostrobotniya əyalətinin Türnyavya şəhərindəki anbar kompleksində qeydə alınıb

19:50 155
.

Ceyhun Bayramov və Hakan Fidan ayaqüstü söhbətləşdilər - Video

8 Noyabr - Zəfər Günü münasibətilə Şuşada Azərbaycan və Türkiyə prezidentlərinin birgə bəyanatından əvvəl son hazırlıq işləri görülüb. Baku TV-nin məlumatına görə, tədbir ərəfəsində məkanda azərbaycanlı və türkiyəli jurnalistlər bir araya gələrək həmkarları ilə söhbətləşiblər. Azərbaycanın xarici işlə

18:19 170
.

ABŞ Kanadanın İranla əlaqəli səkkiz qurumuna sanksiyalar tətbiq edib

ABŞ İranla əlaqəli sanksiyalar siyahısına Kanadada qeydiyyatdan keçmiş səkkiz qurumu əlavə edib. "Report" xəbər verir ki, müvafiq məlumat ABŞ Maliyyə Nazirliyinin Xarici Aktivlərə Nəzarət İdarəsinin (OFAC) saytında dərc edilib. Məlumata görə, məhdudiyyətlər valyuta mübadiləsi xidmətləri, pu

19:40 157
.

Türkiyə Prezidenti Ankara ilə Bakı arasındakı münasibətləri "sönməz məşəl" adlandırıb - Video

"Azərbaycanın işğaldan azad edilmiş torpaqlarının bərpası və inkişafı istiqamətindəki səylər Türkiyədə diqqətlə izlənilir. Qarabağın irsinin bərpası xalqın gələcəyə inamının parlaq sübutudur". BİG.AZ AZƏRTAC-a istinadən xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Şuşada Azərbayca

17:38 146
.

Ərdoğan: "Gələn il Ağdamda İlham qardaşımla birlikdə məktəbin açılışını edəcəyik" - Video

"Ən son Cəbrayılda "Azərbaycan-Türkiyə Beynəlxalq Meşə Təlim Mərkəzi" və "Ağıllı Tingçilik" Müəssisəsini yaratmağın qürurunu yaşadıq. Kənd təsərrüfatı və Meşəçilik Nazirliyimizin töhfələri ilə qurulan bu müəssisə Türkiyə-Azərbaycan əməkdaşlığının yeni bir göstəricisi olmuşdur"

22:31 84
.

"Bülbülə bənzədiyi üçün "Xarıbülbül" deyirik" - Video

Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyev və Türkiyə Lideri Rəcəb Tayyib Ərdoğan Şuşa qalası önündə foto çəkdiriblər. "Qafqazinfo"nun məlumatına görə, bu zaman Prezidentlər arasında maraqlı söhbət baş tutub. Belə ki, Türkiyə Prezidenti "Xarıbülbül" çiçəyini "Orkide"ni

21:20 166
.

Muxtar Babayev: Azərbaycan COP31-i dəstəkləmək üçün əməkdaşlığa hazırdır

Azərbaycan COP29-un irsini qorumağa və Bakıda qəbul edilmiş qərarların icrasını irəlilətməyə dair öhdəliyi COP31-də iştirakla təsdiqləyib. "Report" xəbər verir ki, bu barədə Azərbaycan Prezidentinin iqlim məsələləri üzrə nümayəndəsi Muxtar Babayev "X" sosial şəbəkə hesabında yazıb

21:00 134
.

Mətbuat və Media və Yayım Şurasının kollektivi Zəfər abidəsini ziyarət edib

Azərbaycan Mətbuat Şurasının və Media və Yayım Şurasının kollektivi 8 noyabr Zəfər Günü münasibəti ilə Zəfər Parkında olublar. "Report" xəbər verir ki, ziyarət zamanı 44 günlük Vətən müharibəsində torpaqlarımızın azadlığı uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsi dərin ehtiraml

22:26 77
.

Zəfər Günü münasibətilə Bakıda bayram atəşfəşanlığı təşkil olunub - Video

8 Noyabr - Zəfər Günü münasibətilə Bakıda bayram atəşfəşanlığı təşkil olunub. xəbər verir ki, atəşfəşanlıq Dənizkənarı Bulvarda, Saat qülləsinin yaxınlığında baş tutub. Sözügedən görüntüləri təqdim edirik:

19:46 177
.