Övladları vəzifələrdə olan azərbaycanlı məşhurlar - FOTOLAR

Övladları vəzifələrdə olan azərbaycanlı məşhurlar - FOTOLARYerli sənət aləminin tanınmışları qədər övladları da daim diqqət mərkəzindədirlər. Bu məşhurların bəzilərinin övladları müəyyən dövrlərdə vəzifə sahibi olublar. Onlar ölkəmizin müxtəlif qurum və strukturlarında yüksək vəzifələri icra ediblər. Hazırda onlardan fəaliyyətini dayandıranlar da var, yüksək vəzifələrdə çalışmağa davam edənlər də...

Övladları müəyyən vəzifələrdə çalışan məşhurların siyahısını təqdim edirik:

Xalq artisti Zeynəb Xanlarovanın oğlu Ramin Babayev bir çox vəzifələrdə çalışıb. O əvvəl Səbail rayonu prokurorunun köməkçisi, daha sonra Bakı şəhəri Prokurorluğunda Gömrük və vergiyə nəzarət şöbəsində prokuror, Dövlət Gömrük Komitəsinin İstintaq idarəsində müstəntiq, Enerji gömrük idarəsində Qaçaqmalçılıq və gömrük qaydalarının pozulması şöbəsinin rəisi vəzifələrində işləyib. Daha sonra Azərbaycan Respublikası Baş Prokurorluğunda Beynəlxalq əlaqələr idarəsinin prokuroru vəzifəsini icra edib.

Ramin Babayev Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi yanında Dövlət Akkreditasiya Xidmətinin rəisi vəzifəsində də çalışıb. O, 2018-ci ildən Enerji Məsələlərini Tənzimləmə Agentliyinin İdarə Heyətinin sədr müavini vəzifəsini icra edir.

Övladları vəzifələrdə olan azərbaycanlı məşhurlar - FOTOLARMəşhur bəstəkar Eldar Mansurovun hər iki oğlu isə hazırda vəzifədədir. Onun övladlarından biri Anar Mansurov bir müddət əvvəl Azərbaycan Mərkəzi Bankının (AMB) Maliyyə idarəetməsi departamentinin direktoru vəzifəsinə təyin edilib.

Anar bundan əvvəl "AzerGold" QSC-nin maliyyə şöbəsinin rəisi, səhmdar cəmiyyətinin törəmə şirkəti - "Azerblast" MMC-nin Müşahidə Şurasının sədri olub, paralel olaraq "AzRe Təkrarsığorta" ASC-nin Direktor Şurasının müstəqil üzvülüyünü də edib.

Övladları vəzifələrdə olan azərbaycanlı məşhurlar - FOTOLARBəstəkarın digər övladı Ülvi Mansurov isə Azərbaycan Respublikası Vergilər Nazirliyinin İqtisadiyyat sahələrinin analitik təhlili və ekspertizası departamentinin baş direktorudur. Ülvi bundan əvvəl "Azərpoçt"un baş direktoru, o cümlədən ləğv edilən "Texnikabank"ın İdarə Heyətinin sədri olub və bank sektorunda müxtəlif vəzifələri icar edib.

Övladları vəzifələrdə olan azərbaycanlı məşhurlar - FOTOLARMərhum xanəndə Səxavət Məmmədovun oğlu Bəxtiyar Məmmədov bir müddət Azərbaycanın Argentinadakı səfirliyinin 3-cu katibi vəzifəsində çalışıb. Uşaqlıqdan teleaparıcı kimi tanınan Bəxtiyar Məmmədov hazırda ABŞ-da yaşayır.

Övladları vəzifələrdə olan azərbaycanlı məşhurlar - FOTOLARXalq artisti Mənsum İbrahimovun qızı Aysel İbrahimova bir müddət Azərbaycanın Macarıstandakı səfirliyinin attaşesi vəzifəsində işləyib. 2021-ci ildən isə ona Xarici İşlər Nazirliyində yüksək vəzifə verilib. Diplomatik rütübəsi artırılan Aysel İbrahimova birinci katib vəzifəsinə gətirilib.

Övladları vəzifələrdə olan azərbaycanlı məşhurlar - FOTOLARYazıçı Anarın oğlu Tural Rzayev hazırda Azərbaycanın Əlcəzairdə fövqəladə və səlahiyyətli səfiridir. O, bu vəzifəyə yeni təyin edilib. Tural bundan əvvəl Azərbaycanın Misir Ərəb Respublikasında və eyni zamanda Sudanda fövqəladə və səlahiyyətli səfiri, Azərbaycaynın Ərəb Dövlətləri Liqası yanında daimi müşahidəçisi vəzifələrində çalışıb. O, mərhum şairlər Rəsul Rza və Nigar Rəfibəylinin nəvəsidir.

Övladları vəzifələrdə olan azərbaycanlı məşhurlar - FOTOLARMərhum Xalq artisti Amaliya Pənahovanın oğlu İlqar Muxtarov Azərbaycanın Müqəddəs Taxt-Tacda (Vatikan) fövqəladə və səlahiyyətli səfiridir. İlqar bundan əvvəl Azərbaycan səfiri kimi Meksika, Kosta-Rika, Qvatemala, Kolumbiya, Panama və Peruda akkreditə olunub.

Övladları vəzifələrdə olan azərbaycanlı məşhurlar - FOTOLARYazıçı Elçin Əfəndiyevin qızları Nigar, Günay və Humay Əfəndiyevalar müəyyən dövrlərdə bir çox vəzifədə çalışıblar. Nigar Əfəndiyeva bir müddət Azərbaycanın Bolqarıstandakı səfirliyinin müşaviri vəzifəsini icra edib. Onun bacısı Günay Əfəndiyeva isə YUNESKO üzrə Azərbaycan Milli Komissiyasının birinci katibi vəzifəsində çalışıb. Yazıçının digər qızı Humay Əfəndiyeva hazırda Konstitusiya Məhkəməsinin Cinayət və inzibati hüquq şöbəsinin müdiridir. Nigar Günay və Humay Əfəndiyevalar məşhur yazıçı İlyas Əfəndiyevin nəvələridir.

Övladları vəzifələrdə olan azərbaycanlı məşhurlar - FOTOLARMənbə: baku.ws


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 3160   Tarix: 19 oktyabr 2022  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş
Kurslar.az kurslar

Oxşar xəbərlər

.

Finlandiyada yanğın toxumluq kartof ehtiyatlarının beşdə birini məhv edib

Finlandiyanın şimalında baş vermiş böyük yanğın nəticəsində milli toxumluq kartof fondunun beşdə biri məhv olub. "Report" "Yle" teleradio şirkətinə istinadən xəbər verir ki, yanğın cümə günü axşam Şimali Ostrobotniya əyalətinin Türnyavya şəhərindəki anbar kompleksində qeydə alınıb

19:50 155
.

Ceyhun Bayramov və Hakan Fidan ayaqüstü söhbətləşdilər - Video

8 Noyabr - Zəfər Günü münasibətilə Şuşada Azərbaycan və Türkiyə prezidentlərinin birgə bəyanatından əvvəl son hazırlıq işləri görülüb. Baku TV-nin məlumatına görə, tədbir ərəfəsində məkanda azərbaycanlı və türkiyəli jurnalistlər bir araya gələrək həmkarları ilə söhbətləşiblər. Azərbaycanın xarici işlə

18:19 170
.

ABŞ Kanadanın İranla əlaqəli səkkiz qurumuna sanksiyalar tətbiq edib

ABŞ İranla əlaqəli sanksiyalar siyahısına Kanadada qeydiyyatdan keçmiş səkkiz qurumu əlavə edib. "Report" xəbər verir ki, müvafiq məlumat ABŞ Maliyyə Nazirliyinin Xarici Aktivlərə Nəzarət İdarəsinin (OFAC) saytında dərc edilib. Məlumata görə, məhdudiyyətlər valyuta mübadiləsi xidmətləri, pu

19:40 157
.

Türkiyə Prezidenti Ankara ilə Bakı arasındakı münasibətləri "sönməz məşəl" adlandırıb - Video

"Azərbaycanın işğaldan azad edilmiş torpaqlarının bərpası və inkişafı istiqamətindəki səylər Türkiyədə diqqətlə izlənilir. Qarabağın irsinin bərpası xalqın gələcəyə inamının parlaq sübutudur". BİG.AZ AZƏRTAC-a istinadən xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Şuşada Azərbayca

17:38 146
.

Ərdoğan: "Gələn il Ağdamda İlham qardaşımla birlikdə məktəbin açılışını edəcəyik" - Video

"Ən son Cəbrayılda "Azərbaycan-Türkiyə Beynəlxalq Meşə Təlim Mərkəzi" və "Ağıllı Tingçilik" Müəssisəsini yaratmağın qürurunu yaşadıq. Kənd təsərrüfatı və Meşəçilik Nazirliyimizin töhfələri ilə qurulan bu müəssisə Türkiyə-Azərbaycan əməkdaşlığının yeni bir göstəricisi olmuşdur"

22:31 84
.

"Bülbülə bənzədiyi üçün "Xarıbülbül" deyirik" - Video

Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyev və Türkiyə Lideri Rəcəb Tayyib Ərdoğan Şuşa qalası önündə foto çəkdiriblər. "Qafqazinfo"nun məlumatına görə, bu zaman Prezidentlər arasında maraqlı söhbət baş tutub. Belə ki, Türkiyə Prezidenti "Xarıbülbül" çiçəyini "Orkide"ni

21:20 166
.

Muxtar Babayev: Azərbaycan COP31-i dəstəkləmək üçün əməkdaşlığa hazırdır

Azərbaycan COP29-un irsini qorumağa və Bakıda qəbul edilmiş qərarların icrasını irəlilətməyə dair öhdəliyi COP31-də iştirakla təsdiqləyib. "Report" xəbər verir ki, bu barədə Azərbaycan Prezidentinin iqlim məsələləri üzrə nümayəndəsi Muxtar Babayev "X" sosial şəbəkə hesabında yazıb

21:00 134
.

Mətbuat və Media və Yayım Şurasının kollektivi Zəfər abidəsini ziyarət edib

Azərbaycan Mətbuat Şurasının və Media və Yayım Şurasının kollektivi 8 noyabr Zəfər Günü münasibəti ilə Zəfər Parkında olublar. "Report" xəbər verir ki, ziyarət zamanı 44 günlük Vətən müharibəsində torpaqlarımızın azadlığı uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsi dərin ehtiraml

22:26 77
.

Zəfər Günü münasibətilə Bakıda bayram atəşfəşanlığı təşkil olunub - Video

8 Noyabr - Zəfər Günü münasibətilə Bakıda bayram atəşfəşanlığı təşkil olunub. xəbər verir ki, atəşfəşanlıq Dənizkənarı Bulvarda, Saat qülləsinin yaxınlığında baş tutub. Sözügedən görüntüləri təqdim edirik:

19:46 177
.