Rəqsanə niyə "vorzakon" kimi danışır?
Bir neçə gündür müğənni Rəqsanə İsmayılova ilə teleaparıcı Sərxan Kərəmoğlu arasındakı münaqişə ilə bağlı səs yazıları yayılmaqdadır.
BiG.AZ "qafqazinfo"ya istinadən xəbər verir ki, tərəflər bir-birilərini şəxsi həyatları ilə bağlı ittiham edib. Son yayılan səs yazısında isə S.Kərəmoğlu Rəqsanəni polisə verəcəyini bildirib, qarşı tərəf də buna sərt reaksiya verib. Rəqsanə İsmayılova S.Kərəmoğluna göndərdiyi səsli mesajda hüquq-mühafizə orqanlarını aşağılayıcı tonda saymadığını, heç kimdən çəkinmədiyini bildirib. Kriminal jarqonla danışan müğənni hətta, "Məni polislə qorxudursan? Polis mənə nə edəcək?", "Mənə heç kim heçnə edə bilməz", kimi ifadələr işlədib. Rəqsanə həmçinin bildirib ki, aparıcı Sultanın başına oyun açılarkən onu "bir kəlmə ilə" xilas edib.
O da məlum olub ki, tərəflər arasında qalmaqal Sərxan Kərəmoğlunun Rəqsanənin qızı Aysun barəsində səsləndirdiyi fikirlərdən sonra başlayıb. S.Kərəmoğlu Aysunun evliliyinin saxta olduğunu, onun qeyri-sağlam həyat tərzi sürdüyünü iddia edib. Bundan sonra Rəqsanənin Moskvada yaşayan həyat yoldaşı Fazil Əmiraslanov Sərxana zəng edərək onu təhqir edib. Bu minvalla tərəflər bir-birinin ünvanına bir neçə dəfə təhqir və ittihamlar səsləndiriblər.
Son səs yazısında Rəqsanənin Sərxan Kərəmoğlunun onu polislə hədələməsinə aşağılayıcı tonda cavab verməsi, aparıcının başına oyun açacağını deməsi qalmaqalı daha da şiddətləndirib. Bu səs yazısında Rəqsanənin avtoritetsayağı danışıq tərzi, dövlət qurumlarını saymadığını bildirməsi isə əlavə müzakirələrə səbəb olub.
Media eksperti, hüquqşünas Ələsgər Məmmədli bildirib ki, iki şəxs arasında baş vermiş telefon danışığının yayılmasına görə ilk olaraq səs yazısını yayan şəxs məsuliyyət daşıyır:
"Bu kimi hadisələrdə danışıq iki nəfər arasında və gizli baş tutduğundan orada nə danışılması hüquqi məsuliyyət yaratmır. Əgər həmin şəxs polisin ünvanına və ya digər bir şəxsin ünvanına televiziyada, kütləvi tədbirdə, küçədə təhqirlər səsləndirsəydi, bu məsələ Cinayət Məcəlləsi ilə tənzimlənərdi. Lakin şəxsi həyata aid olan şəxsi yazışmalar zamanı səsləndirilən fikirlər cinayət məsuliyyəti yaratmır. Əlbəttə, arzuolunandır ki, insanlar şəxsi danışıq və yazışmalarında da etik qaydalara riayət etsinlər. Bu kimi səs yazılarının ictimailəşməsi ictimai qınaq yarada bilər, şəxslərin nüfuzuna təsir edə bilər. Lakin bir daha qeyd edim ki, telefonda şəxsi danışıqlar zamanı ilk olaraq onu yayan şəxs məsuliyyət daşıyır. Bununla bağlı Cinayət Məcəlləsində 155-ci - yazışma, telefon danışıqları, poçt, teleqraf və digər məlumatların sirrini pozma maddəsi mövcuddur".
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 3971 Tarix: 19 oktyabr 2022
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşFinlandiyada yanğın toxumluq kartof ehtiyatlarının beşdə birini məhv edib
Finlandiyanın şimalında baş vermiş böyük yanğın nəticəsində milli toxumluq kartof fondunun beşdə biri məhv olub. "Report" "Yle" teleradio şirkətinə istinadən xəbər verir ki, yanğın cümə günü axşam Şimali Ostrobotniya əyalətinin Türnyavya şəhərindəki anbar kompleksində qeydə alınıb
19:50 155 Ceyhun Bayramov və Hakan Fidan ayaqüstü söhbətləşdilər - Video
8 Noyabr - Zəfər Günü münasibətilə Şuşada Azərbaycan və Türkiyə prezidentlərinin birgə bəyanatından əvvəl son hazırlıq işləri görülüb. Baku TV-nin məlumatına görə, tədbir ərəfəsində məkanda azərbaycanlı və türkiyəli jurnalistlər bir araya gələrək həmkarları ilə söhbətləşiblər. Azərbaycanın xarici işlə
18:19 170 ABŞ Kanadanın İranla əlaqəli səkkiz qurumuna sanksiyalar tətbiq edib
ABŞ İranla əlaqəli sanksiyalar siyahısına Kanadada qeydiyyatdan keçmiş səkkiz qurumu əlavə edib. "Report" xəbər verir ki, müvafiq məlumat ABŞ Maliyyə Nazirliyinin Xarici Aktivlərə Nəzarət İdarəsinin (OFAC) saytında dərc edilib. Məlumata görə, məhdudiyyətlər valyuta mübadiləsi xidmətləri, pu
19:40 157 Türkiyə Prezidenti Ankara ilə Bakı arasındakı münasibətləri "sönməz məşəl" adlandırıb - Video
"Azərbaycanın işğaldan azad edilmiş torpaqlarının bərpası və inkişafı istiqamətindəki səylər Türkiyədə diqqətlə izlənilir. Qarabağın irsinin bərpası xalqın gələcəyə inamının parlaq sübutudur". BİG.AZ AZƏRTAC-a istinadən xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Şuşada Azərbayca
17:38 146 Ərdoğan: "Gələn il Ağdamda İlham qardaşımla birlikdə məktəbin açılışını edəcəyik" - Video
"Ən son Cəbrayılda "Azərbaycan-Türkiyə Beynəlxalq Meşə Təlim Mərkəzi" və "Ağıllı Tingçilik" Müəssisəsini yaratmağın qürurunu yaşadıq. Kənd təsərrüfatı və Meşəçilik Nazirliyimizin töhfələri ilə qurulan bu müəssisə Türkiyə-Azərbaycan əməkdaşlığının yeni bir göstəricisi olmuşdur"
22:31 84 "Bülbülə bənzədiyi üçün "Xarıbülbül" deyirik" - Video
Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyev və Türkiyə Lideri Rəcəb Tayyib Ərdoğan Şuşa qalası önündə foto çəkdiriblər. "Qafqazinfo"nun məlumatına görə, bu zaman Prezidentlər arasında maraqlı söhbət baş tutub. Belə ki, Türkiyə Prezidenti "Xarıbülbül" çiçəyini "Orkide"ni
21:20 166 Muxtar Babayev: Azərbaycan COP31-i dəstəkləmək üçün əməkdaşlığa hazırdır
Azərbaycan COP29-un irsini qorumağa və Bakıda qəbul edilmiş qərarların icrasını irəlilətməyə dair öhdəliyi COP31-də iştirakla təsdiqləyib. "Report" xəbər verir ki, bu barədə Azərbaycan Prezidentinin iqlim məsələləri üzrə nümayəndəsi Muxtar Babayev "X" sosial şəbəkə hesabında yazıb
21:00 134 Mətbuat və Media və Yayım Şurasının kollektivi Zəfər abidəsini ziyarət edib
Azərbaycan Mətbuat Şurasının və Media və Yayım Şurasının kollektivi 8 noyabr Zəfər Günü münasibəti ilə Zəfər Parkında olublar. "Report" xəbər verir ki, ziyarət zamanı 44 günlük Vətən müharibəsində torpaqlarımızın azadlığı uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsi dərin ehtiraml
22:26 77 Zəfər Günü münasibətilə Bakıda bayram atəşfəşanlığı təşkil olunub - Video
8 Noyabr - Zəfər Günü münasibətilə Bakıda bayram atəşfəşanlığı təşkil olunub. xəbər verir ki, atəşfəşanlıq Dənizkənarı Bulvarda, Saat qülləsinin yaxınlığında baş tutub. Sözügedən görüntüləri təqdim edirik:
19:46 177