Əbədi birlik nümunəsi

Əbədi birlik nümunəsiAzərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva işğaldan azad edilən ərazilərdə aparılan tikinti-quruculuq işləri ilə tanışlıq məqsədi ilə növbəti dəfə cari ilin oktyabrın 19-da Zəngilan rayonuna gələrək bir sıra mühüm əhəmiyyətli sosial obyektlərin istifadəyə verilməsi və təməlqoyma mərasimlərində iştirak edərək Ağalı kəndində sakinlərlə görüşüblər.
Ertəsi gün Azərbaycan Respublikasına rəsmi səfərə gələn Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan Cəbrayıl şəhərində Prezident İlham Əliyevlə təkbətək görüşdən sonra hər iki qardaş ölkənin rəhbərləri mətbuata birgə bəyanatlarla çıxış etdilər.
Türkiyə və Azərbaycan dövlətləri arasında dostluq, qardaşlıq münasibətləri dərin tarixi köklərə malikdir. Bu gün ölkələrimiz arasında olan münasibətlər daha da inkişaf edərək yeni müstəviyə qədəm qoymuşdur. Xalqımız və bütün dünya 44 günlük Vətən müharibəsində qardaş Türkiyənin siyasi və mənəvi dəstəyinin bir daha şahidi oldu. İkinci Qarabağ müharibəsi Azərbaycan-Türkiyə qardaşlığının sarsılmaz olduğunu və möhkəm təməllərə əsaslandığını bir daha bütün dünyaya nümayiş etdirdi. Postmüharibə dövrünün reallıqları - elə son zamanlar müşahidə olunan proseslər də bu gerçəkliyi bir daha təsdiqləyir.
Oktyabrın 20-də dünya Azərbaycan və Türkiyə qardaşlığının daha bir təntənəsinə şahidlik etdi. İki qardaş lider - İlham Əliyevlə Rəcəb Tayyib Ərdoğan Zəngilan Beynəlxalq Hava Limanının açılışını edərək növbəti tarixi missiyanı gerçəkliyə çevirdilər. Bu, Azərbaycan-Türkiyə münasibətlərinin ən yüksək səviyyədə olduğunu və ardıcıl inkişaf etdiyini nümayiş etdirdi. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın ikinci böyük hava limanın açılışında iştirakı bir daha Türkiyə-Azərbaycan birliyinin, möhtəşəm dostluğunun daha bir nişanəsidir.
Azərbaycan Prezidenti İlham Əliyev Cəbrayıl şəhərində mətbuata bəyanatında bildirib ki, bu gün Türkiyə-Azərbaycan birliyinin, qardaşlığının növbəti təntənəsidir. Türkiyə kimi qüdrətli ölkə bizim qardaşımızdır. Bu, bizim üçün böyük xoşbəxtlikdir və İkinci Qarabağ savaşı, savaşdan sonrakı dövr bu birliyi daha da gücləndirdi.
Bildirilib ki, azad edilən ərazilərdə inşaat, yol çəkilişi işlərində Türkiyə şirkətləri bizimlə bərabər çalışır. Türkiyə şirkətləri qısa müddət ərzində böyük işlər görüb. ərazidə avtomobil və dəmir yollarının, habelə 33 tunelin inşası nəzərdə tutulmuşdur. Tunellərin ümumi uzunluğu 50 kilometrdən çoxdur. Qısa müddət ərzində ümumi uzunluğu 12 kilometr olamn 84 körpü tikiləcək, onların bir qismi artıq inşa edilmişdir. Qarabağı və Şərqi Zəngəzuru tam bərpa etmək üçün daha böyük işlər görüləcək və biz bunu birgə edəcəyik.
Bir sözlə, bu gün Ulu Öndər Heydər Əliyevin "Bir millət, iki dövlət" kəlamı sadəcə olaraq, kəlam deyil, bu, gerçəkdir. Artıq bu reallıq bütün sahələrdə sübuta yetirilməkdədir. Türkiyə-Azərbaycan birliyi sarsılmazdır və ağır günlərdə, xoş günlərdə də iki qardaş dövlət həmişə bir-birinin yanındadır. Dövlət başçımızın dediyi kimi: "Azərbaycan-Türkiyə hər zaman olduğu kimi, bir yerdədir və bir yerdə olacaq".

İsrafil Kərimov – Azərbaycan Jurnalistlər Birliyinin üzvü,
"Qızıl qələm" mükafatı laureatı


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 583   Tarix: 21 oktyabr 2022  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş
Xidmetler

Oxşar xəbərlər

.

Qızılın qiyməti son ayların rekordunu yenilədi

Dünya bazarında qızılın qiyməti sürətlə bahalaşaraq bir troya unsiyası üçün 4 750 dollar həddini keçib. xəbər verir ki, "Comex" birjasında dekabrda çatdırılma ilə qızıl fyuçerslərinin qiyməti 1,51 faiz artaraq 4 751,5 dollara yüksəlib. Daha sonra qiymət artımı sürətlənib. Nəticədə qızılın bi

20:30 126
.

Prezidentlə xanımı vida mərasiminə əklil göndərdi

Xəbər verdiyimiz kimi, bu gün Xalq artisti Tofiq Bakıxanovla Təzə Pir məscidində vida mərasimi keçirilir. "Qafqazinfo"nun məlumatına görə, Azərbaycan Prezidenti İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva vida mərasiminə əklil göndəriblər. Qeyd edək ki, Tofiq Bakıxanov avqustu

11:48 262
.

"Yuventus"un ulduzunun ayağı sındı

"Yuventus"un hücumçusu Kenan Yıldız A Seriyasının 1-ci turunda "Frozinone"yə qarşı keçirilən və Turin klubunun 1:0 hesablı qələbəsi ilə başa çatan oyunda ciddi zədə alıb. xəbər verir ki, 21 yaşlı türkiyəli futbolçunun sol ayağının pəncə nahiyəsində sınıq aşkarlanıb. O, qarşılaşmanı

19:45 133
.

Sabah hava necə olacaq?

Avqustun 26-da gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Arabir güclənən şimal küləyi əsəcək. Havanın temperaturu gecə 22-26 isti, gündü

14:43 239
.

İsti hava elektrik avtomobilləri üçün təhlükəlidir: batareyanı necə qorumaq olar?

Həddindən artıq isti hava elektrikli nəqliyyat vasitələrinin akkumulyatorlarına əlavə yük yaradır. Ekspertlər akkumulyatorun həddindən artıq istiləşməsinin qarşısını almaq və ömrünü qorumaq üçün edilməli olan səhvləri açıqlayıblar. -ın xarici mediaya istinadən məlumatına görə, yüksək temperatur, sürətl

19:15 168
.

Məleykə Abbaszadədən təsirli paylaşım

"Əziz birinci kurs tələbələri! Bu gün sizin həyatınızda mühüm bir mərhələ başa çatdı. İmtahanlar, nəticələri gözləmək, ixtisas seçimi və nəhayət, qəbul xəbəri. Siz artıq tələbə adını qazanmısınız. Hər birinizi ürəkdən təbrik edirəm. "Qafqazinfo" xəbər verir ki, bu sözləri Dövlət İmtaha

14:14 297
.

Hollivud ulduzunun gizli eşqləri: Bred Pitt kimlərlə görüşüb?

Hollivud ulduzu Bred Pittin Ancelina Colidən ayrıldıqdan sonrakı şəxsi həyatı illərdir mətbuatın diqqət mərkəzindədir. Aktyorun adı bu müddətdə bir sıra məşhur aktrisalar, modellər və şou-biznesdən kənar qadınlarla hallandırılıb. xarici mediaya istinadən xəbər verir ki, boşanmadan sonra Pittin adı il

18:15 180
.

ABŞ Hərbi Hava Qüvvələrinin təyyarəsi Vnukovo aeroportuna eniş edib

ABŞ Hərbi Hava Qüvvələrinin təyyarəsi Vnukovo aeroportuna eniş edib. Rusiya mediasının xəbərinə görə, təyyarə Vaşinqton yaxınlığındakı Endryus hərbi bazasından havaya qalxıb. Bildirilib ki, təyyarə avqustun 23-də Riqada olub və bu gün oradan Moskvaya hərəkət edib

21:00 106
.

Temperatur 8 dərəcə enəcək, 3 gün leysan yağacaq - Xəbərdarlıq

Azərbaycanın bəzi dağlıq və dağətəyi rayonlarında avqustun 26-dan 29-dək fasilələrlə yağış yağacağı gözlənilir. xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Belə ki, ayrı-ayrı yerlərdə yağışın qısamüddətli leysan xarakterli olacağı, şimşək çaxacağı və dolu düşəcəyi ehtimal

15:57 277
.