Öldürülən idmançının anası DANIŞDI: "Bəxtiyarın qətlində başqa şəxslərin də əli var"

Öldürülən idmançının anası DANIŞDI: "Bəxtiyarın qətlində başqa şəxslərin də əli var"Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində paytaxtda idman zalında qətl törətməkdə təqsirləndirilən Əli Abbasovun cinayət işi üzrə məhkəmə araşdırması davam etdirilib.

Trend-in məlumatına görə, hakim Azər Paşayevin sədrliyi ilə keçirilən prosesdə ifadə verən şahid Nahid Piriyev bildirib ki, hadisə mübahisə üstündə baş verib:

"Bir-birinə baxmaq üstündə sözləşdilər. Daha sonra Əli idman zalından çıxdı. Gedib Əlini sakitləşdirmək istədim. Dedim ki, lazım deyil. Məni arxayın elədilər ki, söhbət bitdi. Sonra gəldilər zala, Bəxtiyar Əlini şapalaqla vurdu. Əli də onu bıçaqla vurdu. Vüsalla Bəxtiyar bir yerdə idilər. Mən ikisini də sakitləşdirdim. İki qardaş ikisi də Əliyə qarşı əsəbi idilər. Vüsal və Bəxtiyara dedim ki, dava lazım deyil".

Prosesdə qətlə yetirilən Bəxtiyar Nəsibovun anası şahidə etiraz edib. O bildirib ki, bu işdə bir neçə nəfərin əli var, Əli Abbasov Bəxtiyar Nəsibovu tək qətlə yetirməyib:

"Əgər Nahid Bəxtiyarı arxadan tutmasaydı, Əli onu öldürə bilməzdi. Bu işdə bir neçə nəfərin əli var. Sən niyə Əlini ikinci dəfə zala buraxmısan? Gördün ki, dava olub Əli çıxıb çölə, onu ikinci dəfə niyə içəri buraxırsan? Marağın nə idi?".

Şahidin sözlərinə görə, Əli Abbasov ona deyib ki, Bəxtiyarla barışmaq istəyir.

"Gördüm Əli ilə Bəxtiyar mübahisə edir. Mübahisə sakitləşdi, Əli çantasını götürüb getdi. Mən zalda məşqimi bitirib geyinmə otağına keçdim. Paltarımı geyinəndə gördüm ki, zalda səs-küy qalxdı. Zala qayıdanda Bəxtiyarın yerdə uzandığını gördüm. Mən telefonumu götürüb təcili yardımı yığdım", - şahid deyib.

Prosesdə ifadə verən şahid Elşən Nağıyev qətl hadisəsinin mübahisə üstündə olduğunu bildirib.

Xatırladaq ki, hadisə ötən il martın 1-də paytaxtın Xətai rayonu ərazisində qeydə alınıb. İstintaqla müəyyən edilib ki, qeyd edilən tarixdə şəhər sakini Əli Abbasov Bakı şəhəri, Xətai rayonu, N.Tusi küçəsində yerləşən idman zalında məşq edərkən həmin zalda idman edən 1999-cu il təvəllüdlü Bəxtiyar Nəsibovla aralarında yaranmış mübahisə zamanı sonuncu ona bədən xəsarətləri yetirib. Sonra Ə.Abbasov qisas almaq niyyəti ilə Bəxtiyar Nəsibovun döş qəfəsinə üzərində gəzdirdiyi bıçaqla xəsarətlər yetirərək qəsdən onu öldürüb.

Əli Abbasova Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə ittiham verilərək baxılması üçün məhkəməyə göndərilmişdi. Bakı Ağır Cinayətlər Məhkəməsində araşdırılan iş üzrə ağırlaşdırıcı hallar müəyyən olunduğu üçün cinayət işi prokurorluğa qaytarılmışdı.

İş istintaqa qaytarılandan sonra ona qarşı irəli sürülmüş ittiham ağırlaşdırılıb və əməl Cinayət Məcəlləsinin 120.2.2 və 120.2.4 (xüsusi amansızlıqla və xuliqanlıq niyyətilə qəsdən adam öldürmə) maddələrinə tövsif olunaraq yenidən Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 1640   Tarix: 21 oktyabr 2022  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Kürşad Zorlu: "Azərbaycan və Türkiyə liderləri türk dünyasına çox güclü mesaj verdilər" - Video

"Türkiyə və Azərbaycan arasında əlaqələr gündəlik məsələ deyil, çox uzun əsrlərə söykənir və əbədi qardaşlıq, ortaq taledir". xəbər verir ki, bunu Türkiyənin Ədalət və İnkişaf Partiyasının İdarə Heyətinin üzvü, millət vəkili Kürşad Zorlu "Haber Global" telekanalına müsahibəsində deyib

17:44 195
.

Leyla Əliyeva Rəcəb Tayyib Ərdoğanla görüşündən paylaşım edib - Foto

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva 8 noyabr tarixində Azərbaycan Respublikasına rəsmi səfərə gələn Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşündən paylaşım edib. paylaşımı təqdim edir:

17:47 184
.

Prezident Antalyada keçiriləcək COP31 Sammitinə qatılacaq

Azərbaycan Prezidenti İlham Əliyev Türkiyənin Antalya şəhərində keçiriləcək COP31 Sammitində iştirak edəcək. "Qafqazinfo" xəbər verir ki, bu haqda "TRT Haber" diplomatik mənbələrə istinadən məlumat yayıb. Qeyd edək ki, COP31 iqlim sammiti noyabrın 9-dan 20-nə qədər Türkiyənin Antaly

21:52 119
.

Tramp: "ABŞ seçkiyə görə 3 trilyon dollar itirdi"

"Demokratların Konqresə nəzarəti ələ keçirməsi ilə nəticələnən aralıq seçkisinə görə ABŞ 3 trilyon dollar itirib". xəbər verir ki, bunu Floridadakı Con Kennedi adına Kosmik Mərkəzdə çıxış edərkən ABŞ Prezidenti Donald Tramp deyib. Ölkə başçısı oktyabr ayında iş yerlərinin sayının 165 min artdığın

19:30 155
.

İranda yanvar etirazları ilə bağlı üç nəfər edam edilib - Foto

İranda yanvar ayında keçirilən etirazlarla əlaqədar saxlanılan üç nəfər edam edilib. bu barədə "Azad İran" "Telegram" kanalına istinadən xəbər verir. Məlumata görə, İranın məhkəmə orqanları yanvarın 8-də və 9-da Kərəc şəhərində baş verən etirazlarla əlaqədar həbs olunan Həsən Diyubənd

20:30 140
.

Zəfər Günü münasibətilə Bakıda bayram atəşfəşanlığı təşkil olunub - Video

8 Noyabr - Zəfər Günü münasibətilə Bakıda bayram atəşfəşanlığı təşkil olunub. xəbər verir ki, atəşfəşanlıq Dənizkənarı Bulvarda, Saat qülləsinin yaxınlığında baş tutub. Sözügedən görüntüləri təqdim edirik:

19:46 177
.

Ankarada əkiz qüllələr, İstanbulda körpü Azərbaycan bayrağının rənglərinə büründü - Foto

Azərbaycanın 8 Noyabr - Zəfər Günü münasibətilə Türkiyənin paytaxtı Ankarada yerləşən məşhur TOBB əkiz qüllələri dövlət bayrağımızın rəngləri ilə işıqlandırılıb. xəbər verir ki, İstanbulda yerləşən məşhur körpü də Azərbaycan bayrağının rəngləri ilə işıqlandırılıb. Həmin görüntüləri təqdim edirik:

21:06 139
.

Binəli Yıldırım: "Azərbaycan-Türkiyə əlaqələrini zəhərləmək üçün göstərilən səylər puça çıxdı" - Video

"Azərbaycan və Türkiyə arasındakı əlaqələri zəhərləmək üçün göstərilən səylər bu gün Şuşada puça çıxdı". xəbər verir ki, bunu "Haber Global" telekanalına Türk Dövlətləri Təşkilatının (TDT) Ağsaqqallar Şurasının sədri Binəli Yıldırım deyib. Onun sözlərinə görə, Azərbaycan və Türkiy

17:58 196
.

Azərbaycan və Türkiyə liderlərinin Şuşada görüşünə dair videoçarx

Prezident İlham Əliyevin sosial media hesablarında onun Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla Şuşada baş tutan görüşünə dair videoçarx paylaşılıb. BİG.AZ həmin paylaşımı təqdim edir:

19:37 172
.