Azərbaycan işğala son qoymaqla torpaqlardakı terror yuvasını dağıtdı

Azərbaycan işğala son qoymaqla torpaqlardakı terror yuvasını dağıtdıİki il əvvəl Azərbaycan 44 günlük Vətən müharibəsində əldə etdiyi qələbəsilə İranla olan 132 km-lik sərhədini bərpa etdi, beynəlxalq cəmiyyət üçün təhlükə yaradan Ermənistanla İranın birgə hərəkətlərinin qarşısı alındı. Torpaqlarımızın işğal altında olduğu 30 ilə yaxın vaxt ərzində İranla Ermənistan Azərbaycanın Zəngilan, Cəbrayıl və Qubadlı rayonlarının ərazisindən Avropaya narkotiklər daşınan narkotrafik marşurutu kimi istifadə edirdi.
Azərbaycan öz ərazilərinin 20%-ni işğaldan azad etməklə həm də beynəlxalq ictimaiyyət üçün ən böyük təhlükə yaradan ağ ölümlə mübarizəyə töhfə vermiş oldu. Müəyyən olunmuş faktlar və sərhədçilərin hüquq-mühafizə orqanları əməkdaşları ilə birgə saxladıqları heroinin həcminin 2 dəfə artması bu məsələni sübut edib. Həm də ermənilər işğal etdikləri Qarabağ torpaqlarımızda uzun illər narkotiklərin becərilməsi ilə məşğul olublar. Narkotik alveri ermənilərin əsas gəlir mənbələrindən biri idi.
30 il ərzində Qarabağ və Şərqi Zəngəzur torpaqlarımız Ermənistanın nəzarətində olması bu ərazilərdən həm də terroristlərin hazırlanması üçün bir baza kimi istifadə olunmasına yol açıb. Təbii ki, narkotik ticarəti və beynəlxalq terrorizm qlobal bəladır. Erməni terror təşkilatları özlərinin törətdikləri vəhşilkləri və qırğınları ilə dünya tarixinə düşüb. Həm də erməni teror təşkilatları müxtəlif dairələrlə əlbir olaraq bir çox sifarişlərin icraçısıdırlar. Nəinki, Azərbaycanda, həm də dünyanın müxtəlif yerlərində törətdikləri teror hadisələrində erməni teroristlərin əli olduğunu sübut olunub. Azərbaycanın öz torpaqlarında erməni işağlına son qoydurması həm də ermənilərin ərazilərimizdə qurduqları teror yuvasını dağıtmış oldu. Cənab Prezident MDB Dövlət Başçıları Şurasının video formatda keçirilən konfransında qeyd edilən məsələlərə aydınlıq gətirdi və erməni işğalının mahiyyət və məqsədlərini auditoriyanın diqqətinə bir daha çatdırdı.
2020-ci il oktyabrın 20-də Zəngilan şəhəri işğaldan azad olunandan sonra növbəti istiqamət Qubadlı rayonu idi. Düşmənin güclü müdafiə xətləri qurduğu Qubadlıda döyüş əməliyyatları xüsusi peşəkarlıq və fədakarlıq tələb edirdi. Azərbaycan Ordusu bu peşəkarlığı, fədakarlığı göstərdi. Əvvəlcə şəhərə hakim olan yüksəkliklər götürüldü, ətrafda yerləşən Xanlıq qəsəbəsi, Padar, Sarıyataq, Mahmudlu kəndləri götürüldü və strateji yüksəkliklər ələ keçirildi. Daha sonra oktyabrın 25-də Azərbaycan Silahlı Qüvvələri şəhəri düşməndən təmizlədilər.
2020-ci il noyabrın 26-da " Qubadlının azad olunmasına görə" medalı təsis edildi. Azərbaycan Respublikasının Qubadlı rayonunun işğaldan azad edilməsi uğrunda aparılmış döyüş əməliyyatlarında iştirak edərək şəxsi igidlik və şücaət nümayiş etdirmiş Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 15189 hərbi qulluqçusu Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamları ilə "Qubadlının azad olunmasına görə" medalı ilə təltif edildilər.
Bu gün Qubadlıda geniş tikinti-quruculuq işləri görülür. Qubadlı yeni inkişaf dövrünü yaşayır. Qubadlı rayonunun bütün kəndləri, o cümlədən Qubadlı şəhəri yenidən qurulacaqdır. Artıq şəhərin baş planı hazırlanıb və baş plan ən müasir normalara uyğun olacaqdır. Planda Qubadlının təbiəti və tarixi keçmişi də memarlıqda nəzərə alınacaqdır.
İki il ərzində azad edilmiş torpaqlarda artıq yeddi yarımstansiya inşa olunub. Bu infrastruktur layihəsi Qubadlının 2050-ci ilə qədərki inkişaf dinamikasını nəzərə almaqla hazırlanıb. Əgər Sovetlər dövründə Qubadlı rayonunun ümumi enerji istehlakı 12 meqavat idisə, inşa olunacaq yarımstansiya 40 meqavata hesablanıb və lazım olarsa, onun gücü iki dəfə artırıla bilər. Görülən işlər vətən həsrəti çəkən insanların öz döqma yurdlarına qayıdışlarını daha da sürətləndirəcəkdir.

İsrafil Kərimov – Azərbaycan Jurnalistlər Birliyinin üzvü


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 814   Tarix: 22 oktyabr 2022  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş
Turlar.az

Oxşar xəbərlər

.

"Böyük Ermənistan", "Miatsum" xülyaları puç oldu: Paşinyan yeni ideologiyanı açıqladı

Ermənistan baş naziri Nikol Paşinyan Dublində Beynəlxalq və Avropa Münasibətləri İnstitutunda (IIEA) keçirilən görüş zamanı "Real Ermənistan" ideologiyasından danışıb. Bu barədə Ermənistan KİV-ə istinadən məlumat verir. Paşinyan qeyd edib ki, bu ideologiya Ermənistanın dövlət və milli maraqların

14.11.2026 201
.

İkinci əl avtomobil almaq istəyənlərə ŞAD XƏBƏR - VİDEO

Rəsmi dilerlər tərəfindən satılan bəzi ikinci əl avtomobillərin qiymətləri ucuzlaşa bilər. Buna səbəb həmin avtomobillərin satışına tətbiq edilən əlavə dəyər vergisinin (ƏDV) hesablanması qaydasının dəyişdirilməsinin təklif olunmasıdır. BİG.AZ "Xəzər" TV-yə istinadən xəbər verir ki, Milli Məclisd

00:13 138
.

İran AEBA yoxlamalarının bərpası şərtlərini açıqlayıb

Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin (AEBA) baş direktoru Rafael Qrossi Tehrana qarşı texniki və hüquqi cəhətdən əsassız qətnamələrə əsaslanır. "Report" xəbər verir ki, bu barədə "Al Jazeera" İranın Vyanadakı (Avstriya) Daimi Nümayəndəliyinin bəyanatına istinadən məlumat yayıb

14.11.2026 160
.

Putin xərçənglə mübarizə aparan məşhur bloqeri əfv etdi

Rusiya Prezidenti Vladimir Putin xərçənglə mübarizə aparan və ölkə xaricinə qanunsuz çoxmilyonluq köçürmələrlə bağlı iş üzrə şərti cəzaya məhkum edilən məşhur rusiyalı bloqer Lerçekin (əsl adı Valeriya Çekalina) əfv edilməsi ilə bağlı fərman imzalayıb. -ın TASS-a istinadən xəbərinə görə, müvafiq sənə

14.11.2026 239
.

Ötən gün Azərbaycanda cinayət törətməkdə şübhəli bilinən 59 nəfər saxlanılıb

Ötən gün Azərbaycanda cinayət törətməkdə şübhəli bilinən 59 nəfər saxlanılıb. Bu barədə "Report"a Daxili İşlər Nazirliyindən (DİN) məlumat verilib. Bildirilib ki, noyabrın 13-də ölkə ərazisində qeydə alınan 51, əvvəlki dövrlərdən bağlı qalan 5 cinayətin açılması polis tərəfindən təmin olunub

14.11.2026 198
.

Sahil Babayevdən əhaliyə ŞAD XƏBƏR - ARTIRILIR

"Çox kiçik bir dövr ərzində biz minimum əmək haqqını 130 manatdan artıq gətirib 400 manata, minimum pensiyanı 116 manatdan 320 manata çatdırmışıq. Burada yaxşı xəbər ondan ibarətdir ki, növbəti il də ölkəmizdə böyük sosial paket həyata keçiriləcək və bu sosial paketin reallaşdırılması üçün maliyy

14.11.2026 275
.

Fulya Öztürk Leyla Əliyeva ilə videosunu onun sözlərinə bəstələnən mahnı ilə paylaşdı - Video

Türkiyəli jurnalist və aparıcı Fulya Öztürk Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva ilə çəkdirdiyi videonu sosial şəbəkə hesabında paylaşıb. xəbər verir ki, o, videonu Leyla Əliyevanın sözlərinə bəstələnən mahnının müşayiəti ilə izləyicilərinə təqdim edib:. Görüntüləri buradan izləyə bilərsini

00:44 107
.

Dondurucu soyuqlar gəlir - XƏBƏRDARLIQ

Dünya 2026-2027-ci illərin qışına qeyri-adi atmosfer hadisəsi ilə daxil olur. Şimal qütbü üzərindəki soyuq hava sistemində tarixdə ən erkən pozulma qeydə alınarkən, güclənən El Nino hava proqnozlarını dəyişdirib. Ekspertlər noyabrın sonu və dekabrın əvvəlində Avropa və Şimali Amerikada yeni soyuq hav

14.11.2026 331
.

Leyla Əliyeva COP31 çərçivəsində bir sıra görüşlər keçirib - Foto

Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyeva noyabrın 14-də BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 31-ci sessiyası (COP31) çərçivəsində İslam Dünyası Təhsil, Elm və Mədəniyyət Təşkilatının (ICESCO) Baş direktor

00:42 104
.